Ayxan Hacızadədən Mixail Şvıdkoya CAVAB
Siyasət 01 İyl 2025 17:03:00 56 0
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Azərbaycanda Rusiya mədəniyyət tədbirlərinin ləğv edilməsi məsələsi ilə bağlı fikirlərinə münasibət bildirib.
Bu xəbəri də oxu: BMTdən Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə
Son.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun İnterfaks agentliyinə müsahibəsi zamanı Azərbaycanda Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərinin ləğv edilməsi qərarı ilə bağlı verdiyi şərhlər, Azərbaycan tərəfinin qərarını kontekstdən çıxararaq təhrif etməyə çalışması qəbuledilməzdir.
Yekaterinburq şəhərində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri Azərbaycanın haqlı etiraz və qınağına səbəb olub.
Rusiya ilə ikitərəfli münasibətlərə zərbə vuran bu hadisələr fonunda, mədəniyyət tədbirlərinin ləğv edilməsi qərarı tam qanuni və adekvat addımdır.
Rusiyanın mədəniyyət tədbirlərinin ləğvinin "Azərbaycanın mədəniyyət mühiti və mənzərəsini yoxsullaşdırdığı" barədə fikirlərə gəldikdə isə qeyd edək ki, Azərbaycanda dəfələrlə səfərdə olarkən ölkəmizin yüksək səviyyəli mədəniyyətinə heyran olduğunu bildirən cənab Şvıdkoyun sözügedən qərəzli fikirləri təəccüb doğurur. Şvıdkoyun təbirincə desək, Basta kimi Rusiya müğənnilərinin konsert proqramlarının ölkəmizin mədəniyyət mənzərəsini yoxsullaşdırdığını düşünmürük.
Minilliklər boyu inkişaf edən Azərbaycan mədəniyyəti bir çox dövlətlər və xalqlar üçün nümunədir. Azərbaycan haqlı olaraq, özünün unikal tarixi və maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqisi ilə fəxr edir.
Güzəştli mənzil əldə etmək hüququna malik olan şəxslər "Ziraat B

İyunun 20-də ötən il test imtahanı mərhələsində keçid balını toplaya

Azərbaycanın rayonlarında iyulun 2-si günün ikinci yarısından həftə son

Krımda Rusiyaya məxsus 3 helikopter məhv edilib.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yo

2025-ci ilin 1 iyulunda Elon Musk ABŞ-da yeni siyasi partiya yaratmağı planla

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib.

"Sputnik Azərbaycan"ın redaktoru İqor Kartavıxın mənzilində axt

Müğənni Mənzurə Musayeva sənətə başladığı ilk addımlarını yada sa

Azərbaycanda tibbi xidmətin göstərilməsi qaydalarını pozmağa görə yeni

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Şimali

İyunun 26-da Göyçayda "VAZ-2107" markalı avtomobillə motosikle

Moskva ilə Bakı arasında ikitərəfli münasibətlərdə yaranan gərginlik f

Nijni Novqorod vilayətində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-27 ti

Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasında müvəqqəti olma müdd
