İlham Əliyev Somali prezidentinə təbrik məktubu göndərib
Siyasət 01 İyl 2025 11:08:00 85 0
Prezident İlham Əliyev Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmuda təbrik məktubu göndərib.
Bu xəbəri də oxu: Miqrant məsələsi: Rusiya xeyiri zərərlə əvəzləmək istəyir?
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Somali Federativ Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Somali arasında münasibətlər son dövrdə yüksələn xətt üzrə inkişaf edir. Fevral ayında Sizin ölkəmizə rəsmi səfəriniz dövlətlərarası əlaqələrimizin tarixində xüsusi yer tutur. Mən Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.
Hazırda Azərbaycan-Somali ikitərəfli münasibətlərinin gündəliyinin genişləndirilməsi üçün yaxşı şərait formalaşmışdır. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın inkişafı istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Rusiya bu gün tarixinin ən dərin və uzunmüddətli demoqrafik böhranlarınd

Prezident İlham Əliyev Ruanda Respublikasının Prezidentinə təbrik məktubu

ABŞ-də yaşayan professor Tofiq Şahtaxtinski vəfat edib.

Qəbələdə meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas edi

"Məni təhqir edirsiniz, adamınızı tanıyın, o müğənnilər narkotikdən

Xalq artisti Miri Yusifin atası Mirheydər Mirbabayev dünyasını dəyişib.

Oxu.Az xəbər saytı 12 yaşını qeyd edir. Sayt 2013-cü il iyulun 1-də fəa

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittiha

Yekaterinburqda qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarıy

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev üzü örtən geyimlərlə bağlı

Tanınma prosesində Rusiya tərəfinin yaydığı məlumatların meyidlərin ü

Dünən axşam saatlarında Türkiyənin Ərzurum şəhərində günbatan zaman�

"Həmin hadisədən sonra termosla gəzirdim"
