Eyni məhsul, kəskin qiymət fərqi: "Bahadırsa, almayın"
Digərləri 29 İyn 2025 12:21:00 68 0
Bakının müxtəlif bazarlarında və küçə ticarətində eyni məhsulun - xüsusilə də meyvə-tərəvəzin qiymətində ciddi fərqlər müşahidə olunur. Vətəndaşlar sosial şəbəkələrdə haqlı suallar səsləndirir:
Bu xəbəri də oxu: Yevlaxda ərarvad qəzaya düşdü, ölən var
Nə üçün bir satıcıda 5 manata təklif olunan meyvə, başqa bir satıcıda 15 manata satılır? Bu, rəqabətdirmi, yoxsa alıcının çaşdırılması?
Son.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Bizim.Media-ya açıqlamasında bildirib ki, bu cür fərqli qiymətlər rəqabət mühitinin bir parçasıdır və burada hər hansı inzibati müdaxiləyə ehtiyac yoxdur:
"Bazar iqtisadiyyatı şəraitində heç bir satıcıya qiymət qoymaq olmaz. Meyvədir - kimsə istəyir, baha satır. Bu onun haqqıdır. Amma alıcı da sərbəstdir, o qiymətə almaya bilər. Əgər biz qiyməti baha hesab ediriksə, almamaqla satıcını cəzalandıra bilərik. Bu, ən güclü ictimai təzyiq formasıdır".
Ekspertin sözlərinə görə, qiymətlərin tənzimlənməsi yalnız strateji məhsullarda - un, çörək, dərman, benzin və s. kimi sahələrdə tətbiq olunur:
"Meyvə və tərəvəz kimi qeyri-strateji məhsullarda isə bazar özü qiymətləri müəyyənləşdirir. Satıcı düşünür ki, həmin rayonda və ya küçədə alıcının ödəmə qabiliyyəti yüksəkdir, ona görə qiyməti qaldırır. Amma bu onun riskidir - əgər alıcı tapmasa, özü qiyməti aşağı salacaq. Bu zaman yeni qiymət balansı formalaşacaq", - deyə iqtisadçı əlavə edib.
Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə gö

Yeni sürücülərin təhlükəsizliyi üçün əsas bacarıq: İdarəolunan man

İllərdir geniş xalq sevgisi ilə əhatə olunan və güldükcə izləyicilər

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov

İsrailin Tehranda "Evin" həbsxanasına hərbi hava hücumu nəticəs

2025-ci ilin iyulun 1-dən Azərbaycanda bir sıra qanunlar qüvəyə minir.

Ətir sənayesində qadınların rolu və əhəmiyyəti

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfində

Naxçıvanda ağır yol nəqliyyat hadisəsi baş verib.

Yaxın Şərqin ən çox münaqişə yaşanan bölgələrinin ortasında yerlə�

Hollivudun ulduz aktyoru Bred Pitt Argentina millisinin kapitanı Lionel Messini

Yay mövsümü bu üç bürc üçün köklü dəyişikliklər vəd edir.
