“Azərbaycan Rəqs Çempionatı”nın GRAND PRİX sahibi bəlli oldu FOTO


Kriminal 19 İyn 2025 21:36:00 92 0

“Azərbaycan Rəqs Çempionatı”nın GRAND PRİX sahibi bəlli oldu  FOTO

Sərhədçi İdman Kompleksində "Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyi və "Azərbaycan Rəqs Assosiasiyası"nın birgə təşkilatçılığı ilə bir müsabiqə daha-"Azərbaycan Rəqs Çempionatı 2025" uğurla həyata keçirilib. Müsabiqəyə Bakı şəhərinin rəqs məktəblərindən, mədəniyyət evlərindən, respublikamızın regionlarından 50-ə yaxın rəqs kollektivi olmaqla 1000-dən çox iştitrakçı qatılıb. Azərbayaycan Rəqs Çempionatı 2025 müsabiqəsində iştirakçılar müxtəlif yaş qruplarına bölünərək Gimnastik\Akrobatik rəqs, Cheer dance, Estrada çıxışı, Para Dance, K-pop, Break dance, Hip-hop show, Show dance, Modern\Klassik, Bal rəqsinin stilizasiyası, Bollywood, Dünya Xalq Rəqsləri, Folklor Stilizasiyası, Folklor show növləri üzrə bir neçə hissədən ibarət olmaqla solo, duet, kiçik və böyük qruplar, ansambl və böyük ansambl formasında çıxış ediblər.    Hər hissədə öz ixtisasında peşəkar olan, "Azərbaycan Rəqs Assosiasiyası"nın lisenziyalı 11 nəfərlik münsiflər heyətinin ədalətli dəyərləndirməsi nəticəsində iştirakçıların çıxışları qiymətləndirilib. İlk hissədə Günel Qasımlı, Nigar Əliyeva, Natəvan Əliyeva, ikinci hissədə Ətir İbrahimova, Lalə Hacıyeva, Dilarə Mürsəlova, Zəvvar Kərimov və Aslan Neymətov, üçüncü hissədə isə Cabir Rzayev, Ülviyyə Həsənova, Fərid İbrahimov münsif qismində əyləşiblər.  İllərdir, təşkil olunan bu uğurlu layihələrin rəhbəri olan "Azərbaycan Rəqs Assosasiyası"nın prezidenti Əziz Əzizov müsabiqənin əhəmiyyəti barədə vurğulayıb: Məqsədimiz rəqs incəsənəti üzrə çalışan istedadlı kollektivlərin müəyyən edilməsi, habelə müəllimlər arasında təcrübə mübadiləsi aparmaq, yeniyetmə və gəncləri müasir xoreoqrafiyaya cəlb etməkdir. İnanıram ki, bütün uşaqlar istedadlıdır və biz onlara yalnız özlərini ifadə etmək imkanı veririk. Keçiriləcək bu və digər bütün müsabiqələrdə yarışan hər bir iştirakçılara uğurlar diləyirəm".  Mükafatlandırmada "Azərbaycan Gənclər İttifaqı"nın sədri Zakir Əliyev isə qaliblərin mükafatını təqdim edib və bildirib: "Bütün qaliblərimizi təbrik edirəm! Onlara yeni qələbələr və nailiyyətlər arzu edirəm. Onlar bizim gələcəyimizdir və əminəm ki, ölkəmizi dünyanın hər yerində layiqincə təmsil edəcəklər". Qeyd etmək lazımdır ki, müsabiqədə ən çox qalibiyyəti "Qaval", "Ümid" və "Gracia" rəqs ansamblları əldə edib, müsabiqənin sonuna qədər böyük rəqabət davam edib. Sonda isə 8 fərqli nominasiya üzrə qalibiyyətlə bədii rəhbəri Nigar Əliyeva olan "Gracia" rəqs ansamblı Grand Prix sahibi olub.  İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az

İranİsrail hərbi münaqişəsi fonunda Azərbaycanı hədəf alan şəbəkələr like
  • 19 İyn 21:32  
Siyasət İranİsrail hərbi münaqişəsi fonunda Azərbaycanı hədəf alan şəbəkələr

İran-İsrail hərbi münaqişəsi fonunda Azərbaycanı hədəf alan şəbəkə

arrow Ətraflı
İran ABŞ ilə birbaşa danışıqlar aparıb like
  • 19 İyn 21:25  
Dünya İran ABŞ ilə birbaşa danışıqlar aparıb

ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri

arrow Ətraflı
Rusiya İranı niyə tək qoydu? like
  • 19 İyn 20:46  
Digərləri Rusiya İranı niyə tək qoydu?

Rusiyanın Yaxın Şərqdəki nüfuzu azalır.

arrow Ətraflı
Zaxarovadan Karapetyanla bağlı açıqlama like
  • 19 İyn 20:31  
Digərləri Zaxarovadan Karapetyanla bağlı açıqlama

"Ermənistanda saxlanılan Rusiya vətəndaşı, biznesmen Samvel Karapetya

arrow Ətraflı
İran yenidən İsraili vurur like
  • 19 İyn 20:06  
Dünya İran yenidən İsraili vurur

İranın İsrailə yeni zərbələr dalğasına başlayıb.

arrow Ətraflı
Milçəklərin kökünü kəsir: hər otaqda 1 ədəd saxlayın like
  • 19 İyn 19:57  
Digərləri Milçəklərin kökünü kəsir: hər otaqda 1 ədəd saxlayın

Evdə milçək və böcək problemləri ilə mübarizə apararkən kimyəvi spre

arrow Ətraflı
Azərbaycanın neft ixrac etdiyi ölkələr  Siyahı like
  • 19 İyn 19:43  
Digərləri Azərbaycanın neft ixrac etdiyi ölkələr Siyahı

Bu ilin yanvar-may aylarında Azərbaycandan 17 ölkəyə 10 milyon 363 min 108,

arrow Ətraflı
Ermənistan silahlı qüvvələrinin məxfi əmri məhkəmədə tədqiq edilib like
  • 19 İyn 19:16  
Siyasət Ermənistan silahlı qüvvələrinin məxfi əmri məhkəmədə tədqiq edilib

İyunun 19-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesin

arrow Ətraflı
"Xalq artisti" adından məhrum edildi like
  • 19 İyn 19:05  
Şou-biznes "Xalq artisti" adından məhrum edildi

Xəbər verdiyimiz kimi, Ukraynanın Xalq artisti Ani Lorak Rusiya vətəndaşl�

arrow Ətraflı
“Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır like
  • 19 İyn 19:00  
Digərləri “Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır

Sərfəli rabitə xidmətləri təqdim edən "Nar", eyni zamanda sosia

arrow Ətraflı
İyunun müavinət və təqaüdləri bu tarixdə ödəniləcək like
  • 19 İyn 18:53  
Digərləri İyunun müavinət və təqaüdləri bu tarixdə ödəniləcək

Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyunun 24-də bütün müavinət,

arrow Ətraflı
İki rayona prokuror təyin olundu like
  • 19 İyn 18:47  
Digərləri İki rayona prokuror təyin olundu

18:47 Sabunçu rayonuna yeni prokuror təyin edilib. 

arrow Ətraflı