İrandan Azərbaycana təxliyə olunan Çaykovski adına Simfonik Orkestri Filarmoniyada təşəkkür konserti verib
Kriminal 16 İyn 2025 23:33:00 91 0
P.İ.Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestri iyunun 16-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində konsert proqramı ilə çıxış edib.
Bu xəbəri də oxu: Qazaxda evə basqın 3 nəfərə xəsarət yetirildi
Son.az xəbər verir ki, konsertdən əvvəl görkəmli bəstəkar və aktyor, professor, Azərbaycanın Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlu dünyaşöhrətli dirijorların, orkestrlərin və solistlərin səhnəyə çıxdığı bu tarixi məkanda - filarmoniyada bu gün təşəkkür konsertinin keçirildiyini bildirib.
"Mənə məlumat verildi ki, Çaykovski adına orkestr İranda idi. Orada rus mədəniyyəti günləri keçirildi. Ancaq İranda hadisələr başladı. Təcili olaraq insanları oradan təxliyə etmək lazım idi. Hamının adından Azərbaycan tərəfinə və Prezident İlham Əliyevə təşəkkür etmək istərdim. Bizim tərəfdən avtobuslar göndərildi, orkestrin Bakıya gəlməsi üçün əlimizdən gələni etdik. Ona görə də musiqiçilər və orkestrin yeni rəhbəri minnətdarlıq əlaməti olaraq burada çıxış etmək istədilər. Beləliklə, bu konserti təşkil etdilər. Düzü, belə bir anşlaq gözləmirdik, çünki afişalar və elanlar yox idi. Bu, bir daha Azərbaycan ictimaiyyətinin rus mədəniyyətinə, rus musiqisinə olan sevgisindən xəbər verir", - deyə P.Bülbüloğlu qeyd edib.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov çıxışında bu gün filarmoniyada sevimli və məşhur rus orkestrinin çıxış etməsinin rəmzi məna daşıdığını vurğulayıb.
"Cümə günü Rusiya vətəndaşlarının təxliyəsində kömək üçün Azərbaycan tərəfinə zəng edəndə Prezident İlham Əliyev tərəfindən dərhal bütün qərarlar qəbul edildi və üstəlik, 40 Rusiya vətəndaşı təxliyə edildi. İndi də Azərbaycan tərəfinin dəstəyi sayəsində vətəndaşlar təxliyə olunur. Avtobuslar ayrılır, qadınlar və uşaqlar Bakıda yerləşdirilir. Sabah Moskvaya uçacaqlar. Burada səhnədə olan sənətçilər bu gün səhər saat altıda Bakıya gəliblər. Rusiyaya dəstək göstərdiyi üçün Azərbaycana təşəkkür edirəm", - deyə səfir diqqətə çatdırıb.
Proqramda Pyotr Çaykovski, Sergey Raxmaninov, Reynqold Qliyer kimi görkəmli bəstəkarların əsərləri səsləndirilib.
İsrailin İrana hücumundan sonra bölgədə gərginlik artdığı üçün iki

İran silahlı qüvvələri yaxın saatlarda İsrailin ərazisinə hücumlarına

Şairə Cığatel İsaqızı özünə ad günü keçirib.

Yerli və xarici analitiklər belə qənaətə gəliblər ki, İranın Hörmüz

Müğənni Rəqsanə İsmayılova Moskvadakı villasını nümayiş etdirib.

Zaqatalada 5 yaşlı uşaq "KamAz"ın altında qalaraq ölüb.

İsrailin Baş naziri Benyamin Netanyahu Xameneinin öldürülməsini istisna et

Xalq artisti Arif Babayev ev şəraitində müalicə olunur.

İsrail Ordusu Tehranda İranın Silahlı Qüvvələrinin Rabitə Mərkəzinə z

Pandemiya dövründə bütün dünyada sərhəd nəzarəti və karantin rejimi k

İsrailin hava hərbi hücumları nəticəsində İranın Teleradio Təşkilatı

Gəncədə ürəyindən güllələnərək öldürülən 42 yaşlı Vüsal Əhmə
