"Saatları həmişə dəmir yolunun saatları ilə düzəldirdilər" Azərbaycan Dəmir Yollarının 145 ili FOTO VİDEO


Digərləri 16 İyn 2025 12:51:00 72 0

"Saatları həmişə dəmir yolunun saatları ilə düzəldirdilər"  Azərbaycan Dəmir Yollarının 145 ili  FOTO  VİDEO

"Sonsuz təəssüf hissi ilə yazıram ki, nə sən, nə atam mənim gördüyüm bütün bu qeyri-adi şeyləri görə bilmirsiz. Bütün bunlardan başım fırlanır və mən sanki pərilər aləmindəyəm".

Fransalı fotoqraf Paul Nadarın 1890-cı ildə Bakıya səyahəti zamanı anasına yazdığı məktubda şəhərimiz haqqında məhz belə bəhs edirdi.

Fransalı tanınmış fotoqrafın lentə aldığı görüntülərdən biri də Bakıdakı Zaqafqaziya dəmir yolu vağzalı idi. 1880-ci ildə əsası qoyulan Azərbaycan dəmir yolları sonradan Bakının inkişafının əsas lokomotivi olmuşdu.

Bakı. Zaqafqaziya dəmir yolu vağzalı

Azərbaycan dəmir yollarının əsası 1880-ci ildə Bakı-Sabunçu xəttinin istifadəyə verilməsi ilə qoyulub. Əvvəldə bu xətt neft sənayesinin tələblərindən irəli gələrək yaradılmışdı, lakin qısa müddətdə strateji nəqliyyat şəbəkəsinə çevrildi.

Azərbaycan dəmir yollarının bilmədiyiniz keçmişi - 145 ildə nələr olub?

Bakıda tərk edilmiş zavodlardan biri olan "Bakı Vaqon Təmiri Zavodu"dur.

Zavod 1881-ci ildə tikilmiş şəxsi emalatxanaların bazasında yaradılmışdır. Bu emalatxanaların ilk sahibi alman sənayeçisi Karl Fyodoroviç Eyzenşmidt olmuşdur.

İlk illər zavod neft emalı sənayesi üçün avadanlıqlar istehsal edirdi. 1919-cu ildə Azərbaycan Dəmir Yollarının tabeliyinə keçdikdən sonra isə əsas işi parovozların təmiri, vaqonların ehtiyat hissələrinin istehsalı və s. təşkil edirdi.

Zavod 2019-cu ilin sonlarınadək fəaliyyət göstərib. Hazırda istifadəsiz qalıb.

Bakı Vaqon Təmiri Zavodu

1930-cu illərdə "Azərfoto" nəşriyyat evi "Bakının görünüşü" adlı iki seriyadan ibarət foto dəst buraxır. Həmin fotolar içərisində Bakı Sabunçu Vağzalı öz görkəmi ilə xüsusi diqqət çəkir.

1926-cı ildə Bakıda SSRİ-nin ilk elektrikləşdirilmiş dəmir yolu işə başladı. 1924 -cü ilin fevralında Bakıda tramvay xətti işə salındı.

1946-ci ildə bu yolun salınmasının 20 illiyi təmtəraqlı formada qeyd edilir. 1956-cı ildə artıq sözügedən dəmir yollarının uzunluğu 100 km-ə qədər uzanırdı. Həmin dövr üçün elektrik qatarları ən ucuz nəqliyyat vasitəsi idi. 30 il ərzində bu qatarlar vasitəsilə 900 milyondan çox sərnişin daşınmışdı. 

1941-1945-ci illə Azərbaycan Dəmir Yolları üçün də böyük sınaq dövrü olur. Faşizm üzərində qələbədə Azərbaycan dəmir yolçularının da payı böyük olur. Azərbaycan dəmir yolları ilə 600 mindən artıq neft və neft məhsulları ilə dolu olan sistern, 700 min vaqon yük cəbhəyə göndərildi. SSRİ-nin işğal edilmiş ərazilərindən təxliyə olunmuş zavod və fabriklərin, eləcə də qaçqınların ölkənin ucqarlarına çatdırılmasında, eləcə də canlı qüvvənin cəbhə bölgəsinə daşınmasında Azərbaycan dəmir yolları mühüm rol oynadı. 

1962-ci ildə Azərbaycan dəmir yolları növbəti mədəni hadisəyə vasitə olur. Corc Balançinin rəhbərlik etdiyi Nyu-York Siti balet truppası 1962-ci ilin noyabrında Bakıya səfərə gəldi. Amerikalı qonaqlar Bakıya məhz dəmir yolları vasitəsilə gəlmişdilər. 

Corc Balançinin rəhbərlik etdiyi Nyu-York Siti balet truppası

1979-cu ildə Azərbaycan Dəmir Yollarının tarixində növbəti əlamətdar hadisə baş verir. Ulu öndər Heydər Əliyevin xüsusi tapşırığı ilə Ağdam-Xankəndi dəmir yolu inşa olundu. O dövrdə Yevlax-Xankəndi xəttində elektrik olmadığından Bakıdan elektrovozla gedən qatar Yevlax stansiyasında açılaraq teplovoza qoşulur və Xankəndi stansiyasına qatar teplovozla yola salınırdı. 1962-ci ildə Bakıdan Yevlaxa gedən dəmir yolu xətti yenidən qurularaq Bərdəyə qədər uzadıldı. 1967-ci ildə dəmir yolu stansiyası Ağdamda, 1978-ci ildə isə Bakıdan çıxan qatarın son stansiyası Xankəndidə quruldu.  Təssüfki Ermənistan işğalı dövründə bu dəmir yolu xətti dağıdıldı və talan edildi. Artıq Ağdam-Xankəndi dəmir yolu xəttinin layihələndirmə işlərinə başlanılıb. Bu il tikinti işlərinə başlanılması da nəzərdə tutulur. Bu, Ağdamdan Xankəndiyə qədər uzanan 27-28 kilometrlik dəmir yolu xəttidir.

Ulu Öndər Heydər Əliyev 1998-ci il dekabrın 6-da dəmiryolçular qarşısında çıxışından:

"Mənim atam da dəmiryolçu olubdur. Mən dəmiryolçu ailəsində böyümüşəm. Hələ uşaq ikən dəmir yollarının üzərində, nə qədər atamın yanında olmuşam. Hesab edirəm ki, dəmir yolunu həm bilirəm, həm də sevirəm. Dəmir yolu sahəsinin Azərbaycanda dərin kökləri və böyük ənənələri var. Dəmiryolçular həmişə çox intizamlı olublar. Dəmir yolunun özü çox intizam tələb edir. Keçmişdə belə bir ənənə var idi ki, saatları həmişə dəmir yolunun saatları ilə düzəldirdilər. Çünki dəmir yolunun saatı həddindən artıq dəqiq işləyən saat idi".

2009-cu ildə yaradılan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti qısa müddət ərzində uğurlu inkişaf yolu keçib. Müasir qatarlar istismara buraxılıb, sərnişinlərə beynəlxalq standartlara uyğun xidmət göstərilir. 

2015-ci ildən etibarən Bakı-Sumqayıt-Bakı xətti üzrə müasir qatarlar istismara buraxılıb, 2017-ci ilin əvvəlinədək Abşeron dairəvi dəmir yolu xətti üzrə 200 km magistral dəmiryol xətləri təmir olunub, Bakı Dəmiryol Vağzalı yenidən qurulub. 110 kilometr uzunluğunda Bakı-Sabunçu-Pirşağı-Sumqayıt-Xırdalan-Biləcəri-Bakı xətti inşa olunub.  Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol xətti inşa edilib və 2017-ci ildə açılışı olub. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildi. 2018-ci ildə Bakı-Gəncə-Bakı marşrutu üzrə müasir qatarlar istismara verilib.

2018-2020-ci illərdə Sumqayıt və Sabunçu dəmiryol vağzalları, həmçinin Zabrat-1, Məmmədli dayanacaqları, Zabrat-2 stansiyası yenidən qurularaq sakinlərin istifadəsinə verilib, 2019-cu ildə Abşeron dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı olub. 2020-ci il martın 18-də isə Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin açılışı ilə Abşeron dairəvi dəmir yolu xətti tam istismara verildi. Abşeron dairəvi dəmir yolu xəttinin istismar uzunluğu 91 kilometr, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir. Bu yol Bakının və Abşeron yarımadasının ən önəmli nəqliyyat layihələrindən birinə çevrildi.

2022-2023-cü illərdə Yeni Biləcəri və Yeni Gəncə lokomotiv depolarının tikintisi tamamlanıb, 2023-cü ildə Kür çayı üzərində ikinci yeni dəmir yolu körpüsü tikilib, Araz və Kür çayları üzərində dəmir yolu körpüləri əsaslı təmir edilib.

2023-cü ildə ilk dəfə Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişindaşımaya başlanılıb, "ADY Mobile" tətbiqi istifadəyə verilib. 2023-cü ildə Bakı-Gəncə-Bakı marşrutu Ağstafayadək uzadılıb, həmin il Qovlar və Dəllərə, 2024-cü ildən isə Ləki və Ucara yenidən dayanacaq verilib. 

2023-cü ilin noyabrından 164 km uzunluğu olan Yevlax-Balakən sahəsində genişmiqyaslı təmir işləri aparıb, yararsız şpallar, relslər, bağlayıcılar dəyişdirilib, çatışmayan yol nişanları əlavə olunub. Həmçinin Biləcəri çeşidləmə parkının yolları 1960-cı illərdən sonra ilk dəfə bərpa edilməyə başlanıb.

2023-cü ildə BMT-nin Qlobal Sazişinə üzv olmaqla ADY ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) sahələrini əhatə edən fəaliyyət proqramını daha da təkmilləşdirib, 2024-cü ildə ilk Dayanıqlılıq hesabatını təqdim edib.

2023-cü ildə Azərbaycan Dəmiryol Muzeyi fəaliyyətə başlayıb.

BTQ xəttinin imkanlarının genişləndirilməsi məqsədilə 2023-cü ilin may ayından dəmir yolunun Gürcüstan hissəsində aparılmış modernləşdirilmə işləri 2024-cü ilin mayında tamamlanıb və illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb. Orta Dəhlizin tək Şərq-Qərb marşrutu kimi yox, həm də Qərb-Şərq nəqliyyat arteriyası kimi inkişafını dəstəkləmək məqsədilə 2024-cü ilin noyabr ayında Bakıdan dəmir yolu ilə ilk ixrac yükü Çinə göndərilib.

2024-cü ildə ADY beynəlxalq ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi Standartına uyğunluğunu təsdiq edən beynəlxalq sertifikat əldə edib.

2025-ci ildən Bakı-Balakən-Bakı istiqamətində müntəzəm qatar reyslərinə start verilib.

Asif Mehman Son.az

Məqalə Azərbaycan Dəmir Yolları" QSC və Mətbuat Şurasının "Azərbaycan Dəmir Yolları - 145 illik inkişaf yolu" mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.


Xəbərə aid video

"Son zəng"ə elə geyimdə gəldi ki, görənlər gözlərinə İNANMADI  VİDEO like
  • 16 İyn 12:36  
Digərləri "Son zəng"ə elə geyimdə gəldi ki, görənlər gözlərinə İNANMADI VİDEO

Sosial şəbəkələrdə yayılan video diqqət çəkib. Son.az xəbər verir

arrow Ətraflı
Tehran sakinlərini like
  • 16 İyn 12:26  
Dünya Tehran sakinlərini

İsrailin müdafiə naziri İsrael Kats Tehran sakinlərini hədələyib.

arrow Ətraflı
Bakıda daha bir uşaq eyni səbəblə ÖLDÜ like
  • 16 İyn 12:17  
Digərləri Bakıda daha bir uşaq eyni səbəblə ÖLDÜ

Paytaxtın Nərimanov rayonunda azyaşlının ölümü ilə nəticələnən bəd

arrow Ətraflı
"Qaraxan sözü sənə çoxdur..."  əsəbiləşib özündən çıxdı like
  • 16 İyn 12:07  
Şou-biznes "Qaraxan sözü sənə çoxdur..." əsəbiləşib özündən çıxdı

Müğənni Tacir Şahmalıoğlu qalmaqallı açıqlamalar verib. Son.az xəb�

arrow Ətraflı
İranda "İsrail casusu" edam edildi like
  • 16 İyn 11:59  
Dünya İranda "İsrail casusu" edam edildi

Məhbus İsmayıl Fikri İran Ali Məhkəməsinin hökmü ilə dar ağacından a

arrow Ətraflı
Fantastik qiymətə VAZ2105 satışa çıxarıldı  FOTO like
  • 16 İyn 11:49  
Digərləri Fantastik qiymətə VAZ2105 satışa çıxarıldı FOTO

Slovakiyada 228 at gücünə malik mühərriklə təchiz olunmuş və ralli yar�

arrow Ətraflı
Yaxın günlərdə gözəl xəbərlər eşidəcək BÜRCLƏR like
  • 16 İyn 11:36  
Digərləri Yaxın günlərdə gözəl xəbərlər eşidəcək BÜRCLƏR

Gözlənilməz müjdələr, sevindirici dəyişikliklər və xoş sürprizlər..

arrow Ətraflı
Bu ərazilər 4 gün susuz qalacaq like
  • 16 İyn 11:33  
Digərləri Bu ərazilər 4 gün susuz qalacaq

Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı ş

arrow Ətraflı
"Hər il iki günümü buna həsr edirəm” like
  • 16 İyn 11:22  
Digərləri "Hər il iki günümü buna həsr edirəm”

Rusiya Prezidenti Vladimir Putin hər il hərtərəfli tibbi müayinədən keçd

arrow Ətraflı
Pensiya ilə bağlı like
  • 16 İyn 11:21  
Digərləri Pensiya ilə bağlı

Azərbaycanda özəl pensiya fondları haqqında yeni qanun layihəsi hazırlan�

arrow Ətraflı
Xəzərdə zəlzələ oldu like
  • 16 İyn 11:05  
Digərləri Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub.

arrow Ətraflı
Xamenei ailəsi ilə birlikdə sığınacaqdadır like
  • 16 İyn 10:48  
Digərləri Xamenei ailəsi ilə birlikdə sığınacaqdadır

İranın Ali Rəhbəri Əli Xamenei Tehranın şimal-şərqində yerləşən yer

arrow Ətraflı
İran “Dəmir Qübbə”ni bu raketlərlə dəlib keçib like
  • 16 İyn 10:41  
Digərləri İran “Dəmir Qübbə”ni bu raketlərlə dəlib keçib

İranın son günlərdə İsrailə qarşı həyata keçirdiyi raket hücumları

arrow Ətraflı