10 nəfəri güllələyən məktəbli qətliamdan əvvəl anasına video göndəribmiş FOTO


Dünya 11 İyn 2025 12:59:00 89 0

10 nəfəri güllələyən məktəbli qətliamdan əvvəl anasına video göndəribmiş  FOTO

Qratsda 10 nəfəri qətlə yetirən şagird atəş açmazdan əvvəl anasına vida videosu göndəribmiş.

Son.az dailymail-ə istinadla xəbər verir ki, əvvəllər məktəbdə bullinqə məruz qaldığı deyilən yeniyetmə çərşənbə axşamı Avstriyanın Qrats şəhərində yerləşən "BORG Dreierschützengasse" məktəbində 10 şagirdi güllələyərək qətlə yetirib. O, atəş açmazdan bir neçə dəqiqə əvvəl anasına vida videosu göndərib.

21 yaşlı silahlı şəxs hadisədən sonra həyatını sonlandırıb. İstintaqçılar onun evində apardıqları axtarış zamanı videomesaj aşkarlayıblar.

Polis araşdırmanın detalları barədə sosial şəbəkə X-də yalnız qısa məlumat paylaşıb, əlavə şərh verməyib.

Avstriya Daxili İşlər Nazirliyinin ictimai təhlükəsizlik üzrə direktoru Frans Ruf ORF dövlət televiziyasına açıqlamasında bildirib ki, şübhəlinin yazdığı vida məktubu da tapılıb:

"Valideynlərinə vida edir. Amma məktubdan motiv çıxarmaq mümkün deyil, bu, hələ araşdırılmalıdır," - deyə Ruf qeyd edib.

Avstriyanın "Heute" xəbər saytının yazdığına görə videonun məzmunundan narahat olan ana dərhal polisə məlumat verib.

Lakin onun faciəni dayandırmaq cəhdi gecikib - video mesajı aldıqdan 24 dəqiqə sonra açıb və həmin vaxt oğlu artıq iki sinif otağına hücum etmişdi.

Hücumun qurbanlarının təsadüfi seçilib-seçilmədiyi hələlik məlum deyil. Ruf bildirib ki, bu məsələ də araşdırılır və indidən hər hansı ehtimal irəli sürmək istəmir.

Onun sözlərinə görə, yaralılar məktəbin müxtəlif mərtəbələrində və bir nəfər də binanın qarşısında tapılıb. Qurbanlardan biri15 yaşlı kosovalı qız Lea olub. Onun fotosu ilk dəfə yayılıb.

Leanın bibisi "Facebook"da paylaşım edərək yazıb: "Bu gün bacım qızı Lea Qratsdakı hücum zamanı faciəli şəkildə həyatını itirdi. Onun üçün rəhmət diləyirik və bu ağır günlərdə acımızı paylaşan hər kəsə təşəkkür edirik."

Qeyd edək ki, "Artur A." kimi tanınan gənc əvvəllər oxuduğu sinifə daxil olaraq qanuni yolla sahib olduğu ov tüfəngi və tapança ilə atəş açmağa başlayıb. Hadisə zamanı ondan çox insan yaralanıb.

Avstriyada indiyədək baş vermiş ən ağır məktəb qətliamında şagirdlər dəhlizlərdə və sinif otaqlarında qorxudan gizlənərək özlərini ölü kimi göstəriblər və ya qaçaraq canlarını qurtarmağa çalışıblar. Hadisə zamanı çəkilən dəhşətli videoda əvvəlcə güllə səsləri, sonra isə qışqırıqlar eşidilir. Qətlə yetirilənlər arasında müəllimlərin də olduğu deyilir.

Bəxtiyar Umarlı Son.az

Məşhur bloqer Pərviz Bülbülənin cibini dollarla doldurdu like
  • 11 İyn 12:48  
Şou-biznes Məşhur bloqer Pərviz Bülbülənin cibini dollarla doldurdu

Meyxanaçı Pərviz Bülbülənin məclislərin birindən görüntüsü yayılı

arrow Ətraflı
Emil Həsənova Rusiyada vəzifə verildi like
  • 11 İyn 12:22  
Digərləri Emil Həsənova Rusiyada vəzifə verildi

Rusiya Daxili İşlər Nazirliyinin Uzaq Şərq Federal Dairəsi üzrə Nəqliyy

arrow Ətraflı
Azərbaycanda müəllimlər qəzaya düşdü  Ölən var like
  • 11 İyn 12:11  
Digərləri Azərbaycanda müəllimlər qəzaya düşdü Ölən var

Şəmkirdə minik maşının aşması zamanı ölən və xəsarət alanların ad

arrow Ətraflı
“Ana, mən qayıtdım” – Ukraynalı əsirin azadlıq zəngi ürəkləri dağladı like
  • 11 İyn 11:51  
Dünya “Ana, mən qayıtdım” – Ukraynalı əsirin azadlıq zəngi ürəkləri dağladı

İllərlə əsirlikdə qalan gənc əsgərdən anasına zəng: "Ana, mən evdəy

arrow Ətraflı
“İmtahanda haqsızlığa uğradıq” – Tələbələr DİMə qarşı like
  • 11 İyn 11:41  
Digərləri “İmtahanda haqsızlığa uğradıq” – Tələbələr DİMə qarşı

Bu il mayın 4-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş rezide

arrow Ətraflı
Paşinyan Katolikosa qarşı: qarşıdurma savaşa çevrilir like
  • 11 İyn 11:33  
Siyasət Paşinyan Katolikosa qarşı: qarşıdurma savaşa çevrilir

Son aylarda baş verən hadisələr İrəvanda uzun müddət səssiz qalan bir r

arrow Ətraflı
Azərbaycanlı diplomat evində ölü tapıldı like
  • 11 İyn 11:29  
Digərləri Azərbaycanlı diplomat evində ölü tapıldı

Azərbaycanın Özbəkistandakı səfirliyində konsul vəzifəsində çalışm�

arrow Ətraflı
Anar Cəbrayıllı yeni vəzifəyə getdi like
  • 11 İyn 11:28  
Digərləri Anar Cəbrayıllı yeni vəzifəyə getdi

İpoteka və Kredit Zəmanət Fondunun Kommunikasiya və informasiya təminatı

arrow Ətraflı
Bakıda “moyka” faciəsi  Ölən var like
  • 11 İyn 11:23  
Digərləri Bakıda “moyka” faciəsi Ölən var

Dünən paytaxtın Binəqədi rayonunda ölümlə nəticələnən bədbəxt hadi

arrow Ətraflı
Ali məktəblərdə ən çox plan yerləri ayrılan ixtisasların siyahısı AÇIQLANDI like
  • 11 İyn 11:21  
Digərləri Ali məktəblərdə ən çox plan yerləri ayrılan ixtisasların siyahısı AÇIQLANDI

Bu il ali təhsil müəssələrinə dövlət sifarişli yerlərin sayı artıb.

arrow Ətraflı
Yay fəslinin Azərbaycana daxil olacağı tarix bəlli oldu like
  • 11 İyn 11:17  
Digərləri Yay fəslinin Azərbaycana daxil olacağı tarix bəlli oldu

Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42:11-də dax

arrow Ətraflı
Türk filmlərinin ulduzu vəfat etdi  FOTO like
  • 11 İyn 11:14  
Şou-biznes Türk filmlərinin ulduzu vəfat etdi FOTO

Türk kinosunun sevilən simalarından biri, "Yumurcak" filmlərində

arrow Ətraflı
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı like
  • 11 İyn 11:10  
Digərləri Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot faiz dərəcəsi il

arrow Ətraflı