Tarixdən xəbəri olmayan "tarixçi" Maskalar düşür


Siyasət 10 İyn 2025 10:00:00 89 0

Tarixdən xəbəri olmayan "tarixçi"  Maskalar düşür

"Tarixçi" Medinskiyə qulaq asanda düşünürsən ki, bu adam ya tarixdən imtahan verməyib, ya da keçmişi gələcək üçün saxtalaşdırmaq üzrə Kreml akademiyasında qızıl medalla məzun olub...

Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində "Russia Today" kanalına verdiyi müsahibədə Qarabağı "mübahisəli ərazi" adlandırması regiondakı sabitliyi yenidən kövrək hala gətirən siyasi təxribatlardan biridir. Medinski hər nə qədər tarixçi olduğunu iddia etsə də, onun bəyanatlarında tarixi biliklərinin kasad olması aşkar görünür.

Qarabağ Azərbaycan ərazisidir və bu, təkcə regional yox, həm də qlobal hüquq sistemində qəbul edilmiş bir faktdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropa İttifaqının və İslam Əməkdaşlıq Təşkilatının qərarları, nəhayət, Rusiyanın özü də daxil olmaqla dünyanın bütün ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü tanıması bu gerçəyin möhürüdür. Medinskinin bu faktdan xəbərsiz olması ya informasiya blokadasının nəticəsidir, ya da bilərəkdən aparılan dezinformasiyanın bir hissəsidir.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında da bildirildiyi kimi, Qarabağ heç zaman mübahisəli ərazi olmayıb və bu bölgədə baş verənlər Azərbaycanın suveren ərazilərində həyata keçirilmiş antiterror tədbirləridir. Medinskinin fikirləri nə tarixi bilik, nə də diplomatik məsuliyyət daşıyır - bu sadəcə revanşist ritorikadır.

Lavrov və onun kimi peşəkar diplomatlar illərlə çalışıb Rusiya Federasiyasının Cənubi Qafqaz siyasətində neytrallıq görüntüsünü saxlayıblar. Amma Medinski kimilər, görünür, bu səliqəli maskaları cırmaqlamaqla məşğuldur. Onun sözləri həm Ermənistanı ümidləndirir, həm də sülh prosesinə qarşı açıq zərbədir.

Siyasi şərhçilərin də vurğuladığı kimi, Medinski neytral tarixçi deyil - o, təbliğatçı kimidir. Qarabağın "mübahisəli" adlandırılması Ermənistanın revanşist çevrələrinə mesajdır: "Biz hələ də burdayıq." Bu cür bəyanatlar həm regionun sabitliyini pozur, həm də Rusiya-Azərbaycan münasibətlərini zədələyə bilər.

Cənubi Qafqazda mövcud olmuş vəziyyət, əslində, Rusiyanın yüzillərlə həyata keçirdiyi "parçala və hökm sür" siyasətinin nəticəsidir. Bu siyasətə görə, bölgədə süni gərginlik yaradılır, tərəflər bir-birinə düşmən edilir və nəticədə qazanan tərəf Rusiya olur. Bu strategiya Ermənistanın işğalçılığını dəstəkləyən, onu silahlandıran və Azərbaycan torpaqlarının 30 il işğal altında qalmasına şərait yaradan yanaşmanın nəticəsidir.

Medinski tarixin bu çirkin üzünü ört-basdır etməyə çalışır. O, 2020-ci ildə baş vermiş Vətən müharibəsini Rusiya-Ukrayna münaqişəsi ilə müqayisə edərək həm Azərbaycan xalqının haqq savaşını gözdən salır, həm də faşizmə qarşı mübarizə tarixini siyasi populizmə qurban verir. Halbuki Azərbaycan heç bir ölkənin ərazisinə girməyib, əksinə, beynəlxalq hüquqla tanınan torpaqlarını işğaldan azad edib. Bu müharibənin yalnız bir analoqu varsa, o da məhz SSRİ-nin faşizmə qarşı apardığı müharibə ola bilər.

Qarabağ məsələsi artıq beynəlxalq münaqişə yox, Azərbaycanın daxili məsələsidir. Dövlət öz sərhədləri daxilində suveren hüquqlarını təmin edib və separatçılığa son qoyub. Medinskinin bu fonda "mübahisə" axtarması yersizdir. Əgər bu, Ermənistanda siyasi dəyişikliyə zəmin yaratmaq üçün atılan addımdırsa, bu, həm də Rusiyanın bölgədə yeni imperial oyunlara başlamaq niyyətindən xəbər verir.

Medinskinin "tarix dərsi" tarixə və regiona qarşı hörmətsizlikdir. Tarixi saxtalaşdırmaqla imperiya ruhunu diriltmək istəyənlər bilməlidir ki, artıq XXI əsrdir və xalqlar bu cür müstəmləkəçi ritorikalara qarşı yetərincə təcrübə qazanıblar.

Vladimir Medinskinin açıqlamaları təkcə tarixi saxtalaşdırma deyil, həm də Rusiya diplomatiyasının içindəki şovinist qövsün nümayişidir. Onun iddiaları, revanşizmə xidmət edən ritorikası və Cənubi Qafqazda sabitliyə zərbə vuran ritorikası təkcə qəbuledilməz deyil - həm də təhlükəlidir. Rusiya bu cür ritorikalardan imtina etməsə, nə öz nüfuzunu, nə də Cənubi Qafqazda balanslı mövqeyini qoruyub saxlaya biləcək. Medinskilər isə tarixə yox, arxivə aid adamlardır.

İslam Son.az

Qızıl və gümüş UCUZLAŞDI like
  • 10 İyn 09:54  
Digərləri Qızıl və gümüş UCUZLAŞDI

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçer

arrow Ətraflı
"WhatsApp"da daha bir yenilik like
  • 10 İyn 09:48  
Digərləri "WhatsApp"da daha bir yenilik

"WhatsApp" mesenceri avtomatik yüklənən fotoşəkil və videoların

arrow Ətraflı
Gələn aydan bu ödənişlərdə ƏDVnin yarısı geri qaytarılacaq like
  • 10 İyn 09:39  
Digərləri Gələn aydan bu ödənişlərdə ƏDVnin yarısı geri qaytarılacaq

"Vergi Məcəlləsi"nə edilən dəyişikliklərə əsasən, gələn a

arrow Ətraflı
Neft razılaşmalarına son: Qazaxıstan enerji suverenliyi yolunda like
  • 10 İyn 09:31  
Siyasət Neft razılaşmalarına son: Qazaxıstan enerji suverenliyi yolunda

1993-cü ildə Qazaxıstan "Chevron" şirkəti ilə ilk hasilatın pay

arrow Ətraflı
Türkiyədə bələdiyyə sədri faciəvi şəkildə öldü like
  • 10 İyn 09:27  
Digərləri Türkiyədə bələdiyyə sədri faciəvi şəkildə öldü

Manisa Böyükşəhər Bələdiyyə Başçısı Ferdi Zeyrek elektrik cərəyan�

arrow Ətraflı
Azərbaycanda bu valyuta dəyişib görün neçəyə oldu  RƏSMİ like
  • 10 İyn 09:22  
Digərləri Azərbaycanda bu valyuta dəyişib görün neçəyə oldu RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Bakıda zəncirvari QƏZA like
  • 10 İyn 09:10  
Digərləri Bakıda zəncirvari QƏZA

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
İsti havada avtomobildə texniki nasazlıq niyə yaranır? like
  • 10 İyn 08:48  
Digərləri İsti havada avtomobildə texniki nasazlıq niyə yaranır?

Tez-tez olmasa da, nasazlıq səbəbi ilə yollarda qalan avtomobillərə rast g

arrow Ətraflı
Nigar Şəbnəmə söz atdı like
  • 10 İyn 08:08  
Şou-biznes Nigar Şəbnəmə söz atdı

Avroviziya qalibimiz Nigar Camal bir müddət öncə qalmaqal yaşadığı müğ

arrow Ətraflı
Ali məktəblərə qəbul olanların yarısı ixtisasından narazıdır  Səbəb nədir? like
  • 10 İyn 07:07  
Digərləri Ali məktəblərə qəbul olanların yarısı ixtisasından narazıdır Səbəb nədir?

Ali məktəblərə qəbul olanların 40 faizə yaxını ixtisasından narazıdı

arrow Ətraflı
"Kaş mənim keçmişimdə əlimdə bir sini plovla..." like
  • 10 İyn 06:35  
Şou-biznes "Kaş mənim keçmişimdə əlimdə bir sini plovla..."

"Aş gətirməyin harası ayıb imiş, bilmirəm. Kaş mənim keçmişimdə

arrow Ətraflı
Avropanın ən gözəl şəhərlərindən biri kimsəsiz qalıb like
  • 10 İyn 06:06  
Dünya Avropanın ən gözəl şəhərlərindən biri kimsəsiz qalıb

İtaliyanın Bazilikata bölgəsində yerləşən orta əsr şəhəri Krako sils

arrow Ətraflı
Bu SALAT təzyiqi azaldır, ömrü isə uzadır like
  • 10 İyn 05:05  
Digərləri Bu SALAT təzyiqi azaldır, ömrü isə uzadır

Cəmi iki inqrediyentdən ibarət olan bu salat sağlamlığınızı möhkəmlə

arrow Ətraflı
Stress və yorğunluğu azaldır  Əsəbləri like
  • 10 İyn 04:04  
Digərləri Stress və yorğunluğu azaldır Əsəbləri

Jenşen qədim zamanlardan bəri Çin xalq təbabətində istifadə edilən bitk

arrow Ətraflı
Yaşlı insanlar üçün əvəzedilməz like
  • 10 İyn 03:03  
Digərləri Yaşlı insanlar üçün əvəzedilməz

Qaragilə "pis" xolesterini azaldır, beynin qan dövranını yaxşıl

arrow Ətraflı