Azərbaycan XİNdən Rusiya prezidentinin köməkçisinə CAVAB
Siyasət 09 İyn 2025 23:26:00 75 0
Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində Russia Today kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur.
Son.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı iddialarına dair şərhində deyib.
"Təəccüblü hal odur ki, Rusiya Federasiyasının Prezidentinin köməkçisi, habelə Rusiyanın Tarix Təhsili üzrə Qurumlararası Komissiyasının sədri olan Medinski Qarabağın heç zaman mübahisəli ərazi olmadığını bilmir. Xatırlatmaq istərdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanımışdır və tanıyır.
Eyni zamanda, sual doğuran məqam ondan ibarətdir ki, Minsk Qrupunun həmsədri olmuş ölkənin Prezidentinin köməkçisi dövlətinin bu məsələ ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir.
Təəssüf ki, Rusiya Prezidentinin köməkçisi Rusiya Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir. Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir. Azərbaycan 2020-ci və 2023-cü illərdə öz suveren və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində Vətən müharibəsi və antiterror tədbirləri həyata keçirib. 44 günlük Vətən müharibəsi və 1 gündən az olaraq davam etmiş 2023-cü il antiterror tədbirləri Azərbaycanın tam qələbəsi və Ermənistanın məğlubiyyəti ilə nəticələnib və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistanın işğalına son qoyulub.
Cənab Medinskiyə tövsiyəmiz odur ki, səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməklə dövlətlərarası münasibətlərə xələl gətirməsin", - deyə A.Hacizadə bildirib.
Mayın 28-də Azərbaycan Muay Tay Federasiyasının prezidenti, Türkiyənin An

Təkcə paytaxt və Abşeron rayonunda 450 minə yaxın sənədsiz ev var. Vaxti

Ukrayna Prezidenti Volodimir Zelenski ən şiddətli döyüşlərin getdiyi əra

İranda poladəritmə zavodunda karbon qazı balonunun partlaması nəticəsind�

Aşağı maaşdan tutmuş əlavə işlərə qədər kiminsə işindən narazı o

Bir sıra təqaüd və müavinətlərin artırılması gözlənilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhətinin pisləşməsi bar�

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti Azərbaycana yola düşüb.

Türkiyənin Beyaz TV kanalında yayımlanan "Söylemezsem Olmaz" pro

Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin səviyyəsi

Azərbaycanın dekorativ-tətbiqi sənətinin görkəmli nümayəndəsi, istedad

Azərbaycanda Ukrayna dilində audiobələdçi yaradılıb.

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Tovuzda məktəb müəlliminin v

Bu gün Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının atasının yas məras
