Bu yay fəslində anomal istilər olacaq? AÇIQLAMA
Digərləri 07 İyn 2025 11:47:00 99 0
"Son bir neçə ildə iqlim dəyişikliyi məsələsi gündəmə gətirilib".
Bu xəbəri də oxu: Yay istisində "ventilyator"la yatmaq: Rahatladıcı, amma təhlükəli...
Bu sözləri "Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, xüsusən də televiziya və mətbuatda çox geniş yayılıb:
"Demək olar ki, artıq hamı hər gün iqlim dəyişikliyi ilə bağlı danışır. Çünki sosial şəbəkələr və mətbuatda bu mövzu müzakirə predmetinə çevrilir. Ona görə də hər il havanın temperaturunun 1-2 dərəcə daha artdığını düşünürük. Əslində, belə bir şey yoxdur. Bu, sadəcə havanın hərarətinin tədricən artmasıdır. Hansı ki, o da çox təbii bir prosesdir".
375094
Ekspert bildirib ki, son illərdə havanın temperaturu iddia olunduğu kimi kəskin artmayıb:
"Bəli, orta illik hərarət artıq 2 dərəcəni keçib. Bu, elmi cəhətdən də qəbul olunur. Lakin bu, fəlakətin baş verdiyi və ya verəcəyi demək deyil. İnsanlar ətraf mühitə diqqət göstərməklə bu prosesi keçə biləcəklər".
Mütəxəssis bu yay ölkəmizdə havanın necə keçəcəyi ilə bağlı suala isə belə cavab verib:
"Bu il Azərbaycanda yay fəslinin necə keçəcəyini indidən dəqiq deyə bilmərəm. Hal-hazırda ölkə ərazisində sərin və yağıntılı hava hökm sürməkdədir. Lakin güman ki, bir neçə günə bu da çəkilib gedəcək və yenə havanın temperaturu yüksələcək.
Bu mövsüm hələ ki, ölkəmizdə bahara xas olan isti havalar müşahidə olunmayıb. Ümid edirəm ki, bu yayımız da elə bir kataklizm olmadan keçəcək".
Qorxmaz İbrahimli sözlərini belə yekunlaşdırıb:
"Ölkəmizdə rekord səviyyədə istilik gözlənilmir. Ümumiyyətlə, Azərbaycanda ən çox istilik olan yer Abşeron yarımadası və Mərkəzi Aran bölgəsidir. Qalan ərazilərimizdə isə havanın hərarəti normal olacaq. Yəni yay aylarında iddia olunduğu kimi anomal istilərin olacağı gözlənilmir".
Xəbər verdiyimiz kimi, bu gün saat 10:00-dan 00:00-dək Dövlət Vergi Xidmə

Ali təhsilin bakalavriat səviyyəsinin I-IV ixtisas qrupları üzrə test (II

Avropa İttifaqı son illərdə təkcə iqtisadi, siyasi və hərbi böhranlarla

Bölgələrdə davam edən intensiv yağıntılar ilə əlaqədar bəzi çaylard

Türkiyədə Qurban Bayramının ilk günündə 14 mindən çox şəxs qurban k�

Qurban kəsməyib, həmin heyvanın dəyərində məbləği yoxsullara, imkansı

Son illər Çin istehsalı avtomobillərin Azərbaycan bazarına daxil olmasınd

Bakıdan Bərdəyə istirahət üçün yola düşən ailə gözlənilməz hadis�

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

İyun ayı bəzi bürclər üçün həqiqətən səxavətli olacaq. Planetlərin

Tanınmış teleaparıcı Xoşqədəm Baxşəliyevaya növbəti ağır itki üz

İki udum şərab, bir stəkan pivə, yaxud "qadın içkisi" adıyla t

Yayın əsas meyvəsi sayılan gilas olduqca faydalıdır.
