Silk Way Group şirkətlər qrupu Air Cargo Europe 2025 sərgisində SW AFEZCO və Alat Logistics Center brendlərini təqdim etdi


Digərləri 04 İyn 2025 12:20:00 93 0

Silk Way Group şirkətlər qrupu Air Cargo Europe 2025 sərgisində SW AFEZCO və Alat Logistics Center brendlərini təqdim etdi

Bu ilin Air Cargo Europe tədbirinin ən yadda qalan məqamlarından biri Silk Way Group-un Orta Dəhlizdə logistikanın gələcək inkişafında mühüm rol oynayacaq iki strateji əhəmiyyətli brend - SW AFEZCO və Alat Logistics Center-i ictimaiyyətə qürurla təqdim etməsi oldu. 

Hər iki brend, Avropa və Asiyanın kəsişməsində strateji mövqedə yerləşən Azərbaycanı mühüm logistika mərkəzinə çevirməyi hədəfləyən genişmiqyaslı infrastruktur təşəbbüsü olan Silk Way Cargo Village-in əsas təməlini təşkil edir.  

SW AFEZCO, Ələt Azad İqtisadi Zonası daxilində inşaat və infrastrukturun planlaşdırılmasına nəzarət edən cavabdeh qurumdur.  Silk Way Group-un fiziki icra və normativ uyğunlaşmaya cavabdeh olan xüsusi qurumu olaraq, SW AFEZCO nəqliyyat dəhlizlərindən gömrük zonalarına qədər bütün ekosistemin beynəlxalq standartlara və investorların tələblərinə uyğun şəkildə qurulmasını təmin edir. 

Ərazi istifadəsini tənzimləməklə, icarədarları cəlb etməklə və investisiya proseslərini asanlaşdırmaqla, SW AFEZCO regionun logistika və sənaye mərkəzi kimi uzunmüddətli inkişafı və rəqabətədavamlılığının təmin edilməsində mühüm rol oynayır. 

"SW AFEZCO və Alat Logistics Center-in təqdimatı Ələti qlobal ticarətin mühüm qovşağına çevirmək iddiamız üçün irəliyə doğru atılmış önəmli bir addımdır," - deyə Silk Way Group-un prezidenti Zaur Axundov bildirib. "Biz təkcə infrastruktur inşa etmirik - biz Azərbaycanın strateji mövqeyini və iqtisadi baxışını əks etdirən, gələcəyə hazır və dayanıqlı bir logistika mərkəzi yaradırıq. Məqsədimiz isə qlobal tərəfdaşlara birinci dərəcəli logistika xidmətləri və inkişaf edən bazarlara çıxış imkanı təqdim etməkdir".  

Alat Logistics Center hava, dəmir yolu və avtonəqliyyat şəbəkələrini birləşdirən multimodal daşımalar həllərini təmin etmək məqsədilə yaradılmış Silk Way Cargo Village-in əsas logistika inteqratorudur. Ələt Azad İqtisadi Zonasının ərazisində, SW AFEZCO-nun tikilməkdə olan yaşıl yük hava limanının yaxınlığında yerləşən bu mərkəz, Avrasiya boyunca yük daşımalarının fasiləsiz həyata keçirilməsini təmin etmək üçün nəzərdə tutulub.  Müasir infrastruktur və qabaqcıl logistika xidmətləri ilə təchiz olunmuş Alat Logistics Center anbar xidməti, yüklərin konsolidasiyası, gömrük rəsmiləşdirilməsi və e-ticarət sifarişlərinin yerinə yetirilməsi kimi əməliyyatlar həyata keçiriləcək. Mərkəzin məqsədi yük axınlarında səmərəliliyi maksimuma çatdırmaq, tranzit müddətlərini azaltmaq və Orta Dəhliz üzrə ticarət marşrutlarının rəqabət qabiliyyətini artırmaqdır. 

SW AFEZCO və Alat Logistics Center birlikdə infrastrukturu, əməliyyatları və dayanıqlılığı birləşdirən gələcəyə yönəlik inteqrasiya olunmuş bir logistika platformasını təmsil edir. Onların birgə təsiri Silk Way şirkətlər qrupunun Azərbaycanın qlobal logistikadakı rolunu gücləndirmək və Ələt bölgəsini ağıllı, yaşıl və investorlar üçün cəlbedici logistika mərkəzinə çevirmək missiyasını daha da gücləndirəcək. 

Silk Way Group haqqında

2006-cı ildə əsası qoyulmuş Silk Way Group aviasiya və logistika sahəsində ixtisaslaşmış aparıcı Azərbaycan konqlomeratıdır. Strateji mərkəzi Bakı olan qlobal əhatəyə malik şirkətlər qrupu karqo və hava yolu ilə yükdaşımalar, infrastrukturun inkişafı və iqtisadi zona əməliyyatlarında fəaliyyətini genişləndirməyə davam edir.

Prezidentin köməkçisi Yaponiyanın Baş nazirinin müşaviri ilə görüşdü  FOTO like
  • 04 İyn 12:14  
Siyasət Prezidentin köməkçisi Yaponiyanın Baş nazirinin müşaviri ilə görüşdü FOTO

Yaponiyada səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin &

arrow Ətraflı
Ermənistanda ölümcül virus aşkarlandı like
  • 04 İyn 12:08  
Dünya Ermənistanda ölümcül virus aşkarlandı

Ermənistanda Qərbi Nil qızdırmasının laboratoriya tərəfindən təsdiqlə

arrow Ətraflı
Kameralar qarşısında kosmetika yeyən bloqer öldü like
  • 04 İyn 11:51  
Şou-biznes Kameralar qarşısında kosmetika yeyən bloqer öldü

Tayvanda kamera qarşısında kosmetik məhsullar yeyən bloger ölüb.

arrow Ətraflı
Bu il qurban kəsmək neçəyə başa gələcək? like
  • 04 İyn 11:45  
Digərləri Bu il qurban kəsmək neçəyə başa gələcək?

Qurban bayramına az qaldığı üçün hər kəs qurbanlıqların qiyməti ilə

arrow Ətraflı
Məhəmmədi gölündə balıqlar kütləvi tələf olunur like
  • 04 İyn 11:42  
Digərləri Məhəmmədi gölündə balıqlar kütləvi tələf olunur

Abşeron rayonu Məhəmmədi kəndində yerləşən göldə balıqların kütlə

arrow Ətraflı
Çətinliklər bitir  5 BÜRC pul və karyera zirvəsinə yüksəlir like
  • 04 İyn 11:37  
Digərləri Çətinliklər bitir 5 BÜRC pul və karyera zirvəsinə yüksəlir

Bəzən həyat bizi sınayır. Çətinliklər, maneələr və gözlənilməz dö

arrow Ətraflı
3 oğlana bu əməllərinə görə "yubka" geyindirib VİDEOya çəkdilər like
  • 04 İyn 11:15  
Digərləri 3 oğlana bu əməllərinə görə "yubka" geyindirib VİDEOya çəkdilər

İstanbulun Arnavutköy səmtində bir qrup gənc quş oğrularını yaxalayara

arrow Ətraflı
Paşinyanın "xaçlı sınağı": İrəvanda kilsə "siyasi ölülər"lə birləşdi like
  • 04 İyn 11:06  
Siyasət Paşinyanın "xaçlı sınağı": İrəvanda kilsə "siyasi ölülər"lə birləşdi

Ermənistan indi sanki əyalət teatrıdır: dramatik səhnələr, farslar və f

arrow Ətraflı
Azərbaycanlı deputatın mandatı əlindən alındı  Açıqlaması gündəm olmuşdu like
  • 04 İyn 10:55  
Digərləri Azərbaycanlı deputatın mandatı əlindən alındı Açıqlaması gündəm olmuşdu

Xalid Tağı-zadə mübahisəli bəyanatından sonra vəzifəsini itirib

arrow Ətraflı
Dövlət qeydiyyatına alınan dərmanlarla bağlı dəyişiklik like
  • 04 İyn 10:52  
Digərləri Dövlət qeydiyyatına alınan dərmanlarla bağlı dəyişiklik

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzi

arrow Ətraflı
Beş ayda uşaqlara ən çox qoyulan adlar like
  • 04 İyn 10:51  
Digərləri Beş ayda uşaqlara ən çox qoyulan adlar

Azərbaycanda 2025-ci ilin ötən dövrü ərzində (yanvar-may aylarında) uşa

arrow Ətraflı
Xankəndi, Xocalı, Ağdərə müasir rəqəmsal yerüstü televiziya və radio yayımı ilə əhatə olunacaq like
  • 04 İyn 10:42  
Digərləri Xankəndi, Xocalı, Ağdərə müasir rəqəmsal yerüstü televiziya və radio yayımı ilə əhatə olunacaq

İyunun 3-də Audiovizual Şuranın növbəti iclası keçirilib. İclas tikilm�

arrow Ətraflı
İcra başçısına yeni müavin təyin olundu like
  • 04 İyn 10:36  
Digərləri İcra başçısına yeni müavin təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyi

arrow Ətraflı