Putin niyə atəşkəsə razılaşmır? – Politoloqdan açıqlama
Siyasət 03 İyn 2025 19:09:00 78 0
Rusiya atəşkəsə yenə razılaşmayıb. Kreml liderlər arasındakı görüşün keçirilməsinin də əleyhinədir. Rusiya və Ukrayna nümayəndələri İstanbulda sadəcə əsirlərin dəyişdirilməsinə razılaşıblar. İki İstanbul görüşü hələ ki, əsirlərin dəyişdirilməsiylə yadda qalıb. Böyük ehtimalla iyun ayının sonunda keçirilməsi planlaşdırılan növbəti görüş də İstanbulda keçiriləcək. Bunun özü Türkiyənin bölgədə və dünyada artan rolundan xəbər verir. Ankaranın müharibə aparan Moskva və Kiyevlə dialoq imkanları mövcuddur. Bu da Türkiyənin vasitəçi rolunu artırıb.
Bu xəbəri də oxu: Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edəcək
Bəs Kreml 30 günlük atəşkəsə niyə razılaşmır?
Son.az xəbər verir ki, məsələ politoloq Elxan Şahinoğlu açıqlama verib:
"Bunun bir neçə səbəbi var. Birincisi, 30 günlük atəşkəsdən sonra yenidən müharibəyə başlamaq Rusiya üçün çətin olacaq. Digərləri kimi Rusiya cəmiyyəti də dördüncü ilinə keçən müharibədən yorulub, ancaq buna açıq etiraz edə bilmir. Ancaq əgər 30 günlük atəşkəsdən sonra Kreml yenidən müharibəyə başlayarsa, bu Rusiya cəmiyyətində narazılığı açıq müstəviyə keçirə bilər. Kreml sahibi bu baş verməsin deyə, müharibədə fasilə vermək istəmir. İkincisi, 30 günlük atəşkəs təklifi qəbul olunarsa bu, müddətin daha da uzanması ehtimalı yaranacaq. Kreml isə saxta referendumla Ukraynanın 4 bölgəsini Rusiyaya birləşdirib, ancaq işğalçı ordu hələ həmin bölgələrin administrativ sərhədlərinə çıxa bilməyib".
Politoloq qeyd edir ki, atəşkəs olarsa, Rusiyanın həmin bölgələrin tamamının işğalı mümkün olmayacaq. Yəqin Rusiya Prezidenti Vladimir Putin düşünür ki, nə qədər ki, müharibədə fasilə verməyib döyüşlər vasitəsilə bölgənin sərhədlərinə çıxmaq lazımdır. Halbuki, Kreml sahibini ətrafının yarıtmaz fəaliyyəti daha çox düşündürməlidir. Ukrayna kəşfiyyatının müharibədən uzaq ərazidə bombardmançı təyyarələri məhv etməsi Rusiyada idarəetmə sisteminin səhlənkarlığından xəbər verir. Putin Ukraynanın yarısını işğal etməyi düşünərkən, müharibə onun evinin içərisinə qədər alovlanıb. Kreml sahibini bu daha çox düşündürməlidir. Müharibə davam etdikcə, Ukrayna kəşfiyyatı Rusiya ərazisində başqa əməliyyatlar da həyata keçirəcək.
Asya Son.az
Bir küsüb, bir barışan duet ortaqları Nəfəs və Aqşin Fateh bir arada g�

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respubl

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al N

Azerbaijan Kids Festivalının finalı Sea Breeze-in ərazisində yerləşən Ni

Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin mü

Meyxanaçı Ağamirzə Məmmədov uzun müddətdir yataq xəstəsi olan həmkar�

Qurban bayramı ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında 1 iyun Uşaqların Beynəlxal

"Beniz" adı ilə tanınan məşhur tiktoker Aybəniz Xəlilovanın ci

Azərbaycan Dövlət Uşaq Filarmoniyası Fikrət Əmirov adına Gəncə Dövlə

Bakıda piyadanın günahı ucbatından baş vermiş ağır yol qəzası dünya

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qu

Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan sakinin başına qəribə hadi

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimləri

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki
