İsrail müdafiə naziri HƏMASı niyə hədələdi? Müharibə davam edəcək
Siyasət 02 İyn 2025 17:30:00 111 0
İsrailin müdafiə naziri İsrael Katz Fələstinin radikal "HƏMAS" hərəkatı ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffun irəli sürdüyü təklifdən imtina edəcəyi təqdirdə onu məhv edəcəyi ilə hədələyib.
Bu xəbəri də oxu: Netanyahu İlham Əliyevə təşəkkür edib
O, bu barədə "X"də yazıb:
"HƏMAS qatillərinin iki seçimi var: ya girovların azad olunması ilə bağlı Uitkoffun irəli sürdüyü təklifi qəbul etmək ya da məhv olmaq", - İsrailin müdafiə naziri əlavə edib.
Nazir əlavə edib ki, İsrail ordusu Qəzzada bütün gücü ilə əməliyyatları davam etdirir, yerli əhalini döyüş bölgələrindən təxliyə etməklə yanaşı ərazilərə havadan, qurudan və dənizdən görünməmiş miqyasda hücum edir:
"Terrorçuları məhv etdikdən və ərazini təmizlədikdən sonra ordumuz istənilən təhlükəni aradan qaldıracaq. Bu yolla İsrail öz müharibə məqsədlərinə çatacaq, yəni bütün girovları azad etmək, eyni zamanda "HƏMAS"a təzyiq göstərərək məğlub etmək".
Bir neçə gün əvvəl tərəflər arasında arəşkəsin əldə olunmasına baxmayaraq, sonradan məlumat yayıldı ki, HƏMAS buna razılıq verməyib.
Son.az xəbər verir ki, mövzunu siyasi şərhçi Kənan Novruzov təhlil edib.
Onun sözlərinə görə, indiki məqamda İsrailin mövqeyinin getdikcə yumşalması təəccüblü olmamalıdır:
"Birincisi ona görə ki, beynəlxalq ictimaiyyətin Təl-Əvivə təzyiqi tədricən artır. İkincisi və daha vacibi isə odur ki, ABŞ ilə İsrail arasında "soyuq küləklər" əsir. ABŞ İsrailin gözləntilərindən fərqli olaraq İrana hücuma icazə vermədi. Davam edən fikir ayrılığı fonunda Vaşinqton gələcəkdə Təl- Əvivə dəstəyi daha da azalda bilər. Bu isə İsrailin işini çətinləşdirəcək.
Vaşinqton- Ankara münasibətləri, həmçinin ABŞ-nin Suriya ilə münasibətləri inkişaf etdirmək niyyəti, bu ölkədə səfirlik açma planı da İsraili narahat edir. Bundan əlavə, İsrail hərbi - siyasi elitasında da gərginlik var. Bu fikir ayrılığının getdikcı artması ehtimalı təhlükəlidir.
Bütün bunları nəzərə alsaq deməliyik ki, İsrail tədricən əvvəlki radikal mövqeyini yumşalda bilər. Türkiyə və bəzi digər güclər sabitliyin təmin olunması üçün çalışmağa davam edəcək. Amma ABŞ savaşın dayanmasını istəmir. Müharibənin davam etməsi İsraili ABŞ-dən asılı vəziyyətdə saxlamaqla yanaşı, həm də Vaşinqtonun Tehrana təzyiq vasitəsidir. İkinci bir tərəfdən, Ağ Evin Yaxın Şərqdəki təsir imkanları güclənir. Odur ki, ABŞ döyüşlərin dayanmasına mane olmağa çalışır".
Ekspert qeyd edir ki, İsrail müdafiə nazirinin səsləndirdiyi fikirlərə gəldikdə isə bu, qarşı tərəfi danışıqlara məcbur etmək üçün təhdiddir. Amma İsrailin sözün əsl mənasında HƏMAS-ı məhv etməsi o qədər də asan məsələ deyil. Nəzərə almaq lazımdır ki, HƏMAS təkcə təşkilat deyil, həm də ideologiyadır. İdeologiyanı məhv etmək üçün isə onillikləri, bəzən yüz il lazım olur. Bu mənada Təl-Əviv məqsədinə tam çata bilməyəcək. Yaxın Şərqdə hələlik sabitliyin tam təmin olunacağı gözlənilmir. Gərginlik böyük ehtimalla davam edəcək.
Aysel Əkbər Son.az
Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi "icazəsiz Həcc"ə

Xalq artisti Firəngiz Mütəllimova açıqlaması ilə diqqət çəkib.

İtaliyanın Siciliya adasında yerləşən "Etna" dağı bu gün səh

Milli komandamızın bütün üzvləri Azərbaycanda yetişdirilmiş gənclərdi

5 və 6 iyun tarixlərində, saat 12:00-dan 20:00-dək Bakıda Rəna Nəcəfzad�

Siz (Azərbaycan minifutbol millisinin üzvləri - red.) bu qələbəyə layiqsi

Rusiyanın Sankt-Peterburq şəhərində "Piqment" boya zavodunda güc

Hər il yayın ilk günü möhtəşəm hadisə baş verir - Uşaqların müdafi�

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

Bəzi media subyektləri "2025-ci ilin 1 iyun tarixindən etibarən 18 yaş

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasındakı danışıql

Azərbaycan ilə Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye

Prezident İlham Əliyev "Lisenziyalar və icazələr haqqında" Qanun

Ermənistan polis rəisi, daxili işlər nazirinin müavini Aram Ovannisyan tut
