Yolda satılan bu məhsulu qəti yeməyin


Digərləri 31 May 2025 11:18:00 93 0

Yolda satılan bu məhsulu qəti yeməyin

Baş toksikoloq: "Yol kənarlarında, ya bazarlarda satılan göbələklərin içində zəhərli növü ola bilər, bu da..."

Ağdamda 39 yaşlı kişi qida zəhərlənməsindən ölüb. Rayonun Şurabad kənd sakini 1986-cı il təvəllüdlü Əsədov Murad Oruc oğlunun göbələk yedikdən sonra halı pisləşib. M.Əsədov Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Faktla bağlı araşdırma aparılır.

Göbələyin zəhərli və öldürücü olması faktı çoxdan məlumdur. Lakin insanlar bu məhsulu hələ də gündəlik qida rasionuna əlavə edirlər. Əksəriyyət mağazalarda satılan göbələyə üstünlük verir, amma onların keyfiyyəti ilə bağlı hələ də narahatlıqlar var. Sadəcə, əsasən meşədən yığılmış və təmizlənməmiş göbələk zəhərli, insan həyatı üçün təhlükəli olur.

Bundan başqa, toy mərasimlərində süfrəyə göbələk gətirilir. Kim zəmanət verə bilər ki, şadlıq evləri bu göbələyin keyfiyyətindən xəbərdardır?

Qeyd edək ki, ötən il də Xaçmazda iki qadın göbələkdən zəhərlənib dünyasını dəyişib. Göbələk mürəkkəb zülallı qida məhsuludur. Hər mədə-bağırsaq onu həzm edə bilmir. Həkimlər insanlara məsləhət görür ki, yol qırağından yığılıb satılan göbələkləri almasınlar, özləri də yığıb yeməsinlər. Marketlərdə olan göbələyin zəhərsiz növüdür. Həmin göbələklərdən istifadə etmək olar, amma istifadə müddətinə baxsınlar. Kimin mədə-bağırsağında problem, həssaslıq varsa, o, özünü qorusun, göbələyi qida məhsulu kimi istifadə etməsin.

Bəs yeməli göbələklərin qida kimi faydası, üstünlüyü nədən ibarətdir, uşaqlara da vermək olarmı?

Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov mövzu ilə bağlı "Yeni Müsavat" a fikrini bölüşüb: "Göbələk zəhərlənməsi ilə bağlı KTM-ə cəmi 6 nəfər müraciət edib. Onlar göbələyi marketdən almışdılar. Məlum olub ki, zəhərli göbələk növü olub. Yəni qida zəhərlənməsi kimi dəyərləndirilib, müayinə olunublar, məsləhət alıb evə gediblər. Ölüm hadisəsi olmayıb. Amma insanlar diqqətli olmalıdırlar. Əsasən də yol kənarlarında, ya bazarlarda göbələk aldıqda ehtiyatlı olmaq lazımdır. Ona görə ki, onların içində zəhərli göbələk ola bilər. Bu da ağır zəhərlənməyə səbəb ola bilər. Bazarlarda sanitar epidemioloji yoxlama aparılmalıdır ki, zəhərli növ satışa buraxılmasın".

Həmin oteldəki yanğına görə AĞIR CƏZA like
  • 31 May 11:06  
Digərləri Həmin oteldəki yanğına görə AĞIR CƏZA

Türkiyədə məhkəmə yanvar ayında Kartalkaya dağ-xizək kurortunda baş ve

arrow Ətraflı
Kamaləddin Qafarov: “AzərbaycanTürkiyəPakistan dostluğu və qardaşlığı əbədidir” like
  • 31 May 11:00  
Digərləri Kamaləddin Qafarov: “AzərbaycanTürkiyəPakistan dostluğu və qardaşlığı əbədidir”

"Mayın 28-də, Azərbaycanın Müstəqillik Günündə Azərbaycan-Türkiy

arrow Ətraflı
Tanınmış azərbaycanlı bloqer özünə yeni avtomobil ALDI  VİDEO like
  • 31 May 10:54  
Şou-biznes Tanınmış azərbaycanlı bloqer özünə yeni avtomobil ALDI VİDEO

"By_guniiii" ləqəbli tanınmış bloqer Günay Mehdiyevanın paylaş

arrow Ətraflı
"Rəşad Dağlı bu təklifdən like
  • 31 May 10:43  
Şou-biznes "Rəşad Dağlı bu təklifdən

Rəşad Dağlı adı uzun illərdir təkcə meyxana məclislərində deyil, insa

arrow Ətraflı
Məşhur aktrisa öldü like
  • 31 May 10:42  
Şou-biznes Məşhur aktrisa öldü

Amerikalı aktrisa Loretta Suit vəfat edib.

arrow Ətraflı
“Qapını bağlı saxlayın”  Trampdan Makrona tövsiyə like
  • 31 May 10:32  
Dünya “Qapını bağlı saxlayın” Trampdan Makrona tövsiyə

ABŞ Prezidenti Donald Tramp Fransa lideri Emmanuel Makronun həyat yoldaşını

arrow Ətraflı
Ən keyfiyyətsiz yağlar like
  • 31 May 10:25  
Digərləri Ən keyfiyyətsiz yağlar

Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində bəzi m�

arrow Ətraflı
İranda 17 tələbə zəhərləndi like
  • 31 May 10:16  
Digərləri İranda 17 tələbə zəhərləndi

İranda 17 tələbə qaz sızmasına görə zəhərlənib.

arrow Ətraflı
Rəvan Qarayev qəzaya düşdü like
  • 31 May 10:05  
Şou-biznes Rəvan Qarayev qəzaya düşdü

Müğənni Rəvan Qarayev qəzaya düşüb.

arrow Ətraflı
Xəzərdə zəlzələ oldu like
  • 31 May 09:54  
Digərləri Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub.

arrow Ətraflı
Hansı bürclər qara siyahıya düşdü?  Astroloqlar like
  • 31 May 09:44  
Digərləri Hansı bürclər qara siyahıya düşdü? Astroloqlar

Astrologiya aləmində böyük silkələnmə! Ulduzlar bu dəfə bəzi bürclər

arrow Ətraflı
38 yaşlı qadın bıçaqlandı like
  • 31 May 09:37  
Kriminal 38 yaşlı qadın bıçaqlandı

Goranboyda 38 yaşlı qadın bıçaqlanıb.

arrow Ətraflı
Aysun oxudu, Rəqsanə "ÇOŞDU"  VİDEO like
  • 31 May 09:27  
Şou-biznes Aysun oxudu, Rəqsanə "ÇOŞDU" VİDEO

Müğənni Rəqsanə İsmayılovanın görüntüsü marağa səbəb olub.

arrow Ətraflı
Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ like
  • 31 May 09:19  
Digərləri Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində tədqiq ol

arrow Ətraflı
Türkiyə və Gürcüstandan olan din xadimlərinin Şuşaya səfəri başlayıb  FOTO like
  • 31 May 09:18  
Digərləri Türkiyə və Gürcüstandan olan din xadimlərinin Şuşaya səfəri başlayıb FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət gös

arrow Ətraflı