Komandir cinayət işini bağlatmaq istədi 150 minlik tələyə düşdü


Digərləri 29 May 2025 09:30:00 101 0

Komandir cinayət işini bağlatmaq istədi  150 minlik tələyə düşdü

Azərbaycanda hərbi hissə komandirinin 150 min manatı dələduzluq yolu ilə ələ keçirilib.

Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, polkovnik-leytenant Altay Ələkbərov barəsindəki cinayət işinə xitam verdirəcəyini vəd edən şəxs tərəfindən aldadılıb.

İş materiallarından görünür ki, Hərbi Prokurorluğun İstintaq İdarəsində Müdafiə Nazirliyinin balansında olan metal qalıqlarının bazar qiymətindən aşağı satılması ilə bağlı cinayət işi başlanıb.

İş üzrə hərbi hissə komandiri Altay Ələkbərov istintaqa cəlb olunub. Dövlət büdcəsinə dəymiş ziyanın ödənilməsi üçün ona rəsmi göstəriş verilib. Bununla bağlı komandir alternativ yollar axtarmağa başlayıb və tanışları vasitəsilə Nurəli Məmmədovla əlaqə yaradıb. Nurəli ona deyib ki, yüksəkvəzifəli "tanışlar"ı vasitəsilə onun işinə xitam verdirəcək. Amma bunun üçün həmin "tanışlar"a rüşvət verilməlidir.

A.Ələkbərov bu vədə inanıb və banklardan kredit götürərək Nurəliyə 150 min manat pul verib. Xeyli vaxt keçsə də, komandirin işi həll edilməyib.

N.Məmmədov komandirin etirazından sonra 110 min manatını qaytarıb. Altay Ələkbərov həmin pulla dövlətə dəymiş ziyanı ödəyib, işinə xitam verilib.

Bundan sonra komandir Nurəlidə qalan 40 min manatını geri almağa çalışıb, bu məqsədlə hüquq-mühafizə orqanlarına şikayət edib. 

Şikayət əsasında Nurəli Məmmədova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. İstintaq zamanı ona qarşı həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs komandirin verdiyi 150 min manatın 40 minini geri qaytarmayıb. Məhkəmə istintaqı ilə də onun təqsiri sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurəli Məmmədov 5 il müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub.

AMB bu günə olan son rəqəmləri açıqladı  Hansı valyutalar ucuzlaşıb? like
  • 29 May 09:22  
Digərləri AMB bu günə olan son rəqəmləri açıqladı Hansı valyutalar ucuzlaşıb?

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
İsrail Qəzzadan çıxır?  HAMAS və ABŞ razılığa gəldi like
  • 29 May 09:18  
Dünya İsrail Qəzzadan çıxır? HAMAS və ABŞ razılığa gəldi

HAMAS və ABŞ nümayəndəsi Qəzzada daimi atəşkəs üzrə ümumi çərçiv�

arrow Ətraflı
Bu maddəni qəbul edən kişilərin uşağı olmur like
  • 29 May 08:08  
Digərləri Bu maddəni qəbul edən kişilərin uşağı olmur

Süni şirinləşdiricilər illərdir "kalorisiz şirinlik" vəd etsə

arrow Ətraflı
İşdə yediyi yeməkdən sonra 13 orqanı çıxarıldı like
  • 29 May 07:07  
Dünya İşdə yediyi yeməkdən sonra 13 orqanı çıxarıldı

İngiltərədə yaşayan 39 yaşlı Rebekka Hindin həyat hekayəsi həm ürək

arrow Ətraflı
Çinin yalnız bu maşınlarını ALIN like
  • 29 May 06:06  
Digərləri Çinin yalnız bu maşınlarını ALIN

Çində istehsal xərcləri aşağıdır, işçi qüvvəsi ucuzdur, ehtiyat hiss

arrow Ətraflı
Bu səhvlərlə tozsoranı məhv edirik: Evi təmizləmək yerinə, like
  • 29 May 03:03  
Digərləri Bu səhvlərlə tozsoranı məhv edirik: Evi təmizləmək yerinə,

Tozsoranla təmizlik edərkən yaygın səhvlərdən yayınmaq, cihazınıza zə

arrow Ətraflı
Dərman qutusunu əvəz edə biləcək MƏHSUL like
  • 29 May 01:01  
Digərləri Dərman qutusunu əvəz edə biləcək MƏHSUL

Təbii təbabət dünyasında əsl bir irəliləyiş baş verib - bəhs edilən

arrow Ətraflı
Yay gəlir, sərfiyyat artacaq  Nə edək ki, maşın az benzin yandırsın? like
  • 28 May 23:45  
Digərləri Yay gəlir, sərfiyyat artacaq Nə edək ki, maşın az benzin yandırsın?

Benzin qiymətlərinin yüksək olması sürücüləri daha qənaətcil yollar a

arrow Ətraflı
Bu duanı oxuyub yatanı "mələklər" səhərə qədər "qoruyur" like
  • 28 May 23:29  
Digərləri Bu duanı oxuyub yatanı "mələklər" səhərə qədər "qoruyur"

Peyğəmbər Məhəmmədin (s.ə.s) hədislərinə əsasən bu ayə Qurandakı a

arrow Ətraflı
"Oktyabrda verilməli olan qərar indi açıqlanır"  Bir gecədə like
  • 28 May 23:15  
Digərləri "Oktyabrda verilməli olan qərar indi açıqlanır" Bir gecədə

"Lisey və gimnaziyalara qəbul üçün imtahanlar 3 ildir ki, mərkəzlə�

arrow Ətraflı
Bu vərdişdən qurtulmaq ömrü 9 il uzadır like
  • 28 May 22:54  
Digərləri Bu vərdişdən qurtulmaq ömrü 9 il uzadır

36-46 yaş arası həm də hormonal dəyişikliklərin baş verdiyi dövrdür

arrow Ətraflı
Tanınmış cərrah illərlə narkozlu xəstələrinə qarşı əxlaqsızlıq edibmiş like
  • 28 May 22:35  
Dünya Tanınmış cərrah illərlə narkozlu xəstələrinə qarşı əxlaqsızlıq edibmiş

Cərrah işlədiyi illərdə yüzlərlə xəstəyə, əsasən də uşaqlara qar�

arrow Ətraflı
Köhnə dəmli çay xərçəng yaradır like
  • 28 May 22:18  
Digərləri Köhnə dəmli çay xərçəng yaradır

Səhər açılar-açılmaz mətbəxə keçib çaydanı işə salmaq azərbaycan

arrow Ətraflı
Rusiyadan Ukraynaya təklif like
  • 28 May 22:00  
Siyasət Rusiyadan Ukraynaya təklif

Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu iyunun 2-də İstanb

arrow Ətraflı