"Bir dənə çay verərsən" sualı ilə məşhurlaşan şəxs mənə 180 min manat ziyan vurub"


Digərləri 26 May 2025 21:36:00 105 0

"Bir dənə çay verərsən" sualı ilə məşhurlaşan şəxs mənə 180 min manat ziyan vurub"

Son vaxtlar Azərbaycanda "investisiya" dələduzluğu artmaqdadır. Redaksiyamıza müraciət edən vətəndaşlardan biri "Forex investisiyası" adı altında aldadıldığını iddia edir. Şikayətçinin sözlərinə görə, onu aldadan şəxs "Bir dənə çay verərsən?" sualı ilə tanınan Elnur Xəlilovdur.

Oxu.Az-a danışan şikayətçi Kamran Nizami oğlu Salayev bildirir ki, uzun müddət dostluq etdiyi Elnur Xəlilov ona ümumilikdə 180 min manat maddi ziyan vurub.

Vətəndaşın sözlərinə görə, E.Xəlilov özünü ona "təcrübəli investor" kimi təqdim edib:

"Təxminən dörd-beş ildir, onunla tanışıq. Mənə dedi ki, "Forex" bazarı ilə məşğuldur və yatırım edərək birgə gəlir əldə edə bilərik. Evimi satmışdım, ilk olaraq ona 70 min manat verdim. Daha sonra fərqli vaxtlarda əlavə pullar da verdim. Ümumilikdə, 180 min manat vəsaitimi mənimsədi".

Kamran Salayev qeyd edib ki, Elnur Xəlilov hər ay ona 3 500 - 4 000 manat gəlir vəd edib, lakin vədin əksinə olaraq, ayda 800 manat olmaqla, 10 ay ərzində cəmi 8 min manat ödəyib:

"Mən kapitalı artırmaq üçün gəliri götürməyib pulumu sistemdə saxlayırdım. 2025-ci ilin yanvar ayının 9-dan bu günə qədər Elnur Xəlilovla heç bir əlaqə qura bilmirəm. Nə zənglərə cavab verir, nə də ortada görünür".

Şikayətçi bu məsələdə tək olmadığını, Elnur Xəlilovun eyni metodla başqa vətəndaşlardan da pul topladığını bildirib:

"Mənimlə birlikdə bir neçə dostum da Elnura pul verib. Bizim verdiyimiz ümumi məbləğ 1 milyon 300 min manat civarındadır. Amma mənim məlumatıma görə, Elnur Xəlilov ümumilikdə 5-6 milyon manat civarında vəsait toplayıb".

Zərərçəkmiş şəxs bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə yazılı müraciət etdiyini və şikayətinin Bakı Şəhər Baş Polis İdarəsi vasitəsilə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə yönləndirildiyini qeyd edib:

"İndiyə qədər heç bir nəticə yoxdur. Heç kim suallarıma cavab vermir".

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, vətəndaşların şikayətləri əsasında ərazi polis orqanında araşdırma aparılır. Son.az

Silsilə dələduzluq edən Rəfail Əsgərov ələ keçdi like
  • 26 May 21:26  
Kriminal Silsilə dələduzluq edən Rəfail Əsgərov ələ keçdi

Bakının Nəsimi, Nizami, Səbail və digər rayonlarında silsilə dələduzlu

arrow Ətraflı
19 yaşlı tiktoker xərçəngdən öldü  FOTO like
  • 26 May 21:13  
Şou-biznes 19 yaşlı tiktoker xərçəngdən öldü FOTO

Beyin xərçəngi ilə mübarizəsini TikTok-da paylaşaraq minlərlə insana ru

arrow Ətraflı
Xalq artisti uzun aradan sonra efirdə like
  • 26 May 20:27  
Şou-biznes Xalq artisti uzun aradan sonra efirdə

Xalq artisti Ofeliya Sənani uzun aradan sonra efirə çıxıb.

arrow Ətraflı
"Azərbaycanla sülhə çox yaxınıq" like
  • 26 May 20:13  
Siyasət "Azərbaycanla sülhə çox yaxınıq"

"Bizim strateji qərarımız sülh gündəminə sadiq qalmaqdır və mən �

arrow Ətraflı
"Bir ilin içində çox qocalmışam" like
  • 26 May 20:00  
Şou-biznes "Bir ilin içində çox qocalmışam"

Müğənni Türkan Vəlizadə maraqlı etirafı ilə diqqət çəkib.

arrow Ətraflı
Pakistanın Baş naziri İlham Əliyevi təbrik edib like
  • 26 May 19:55  
Siyasət Pakistanın Baş naziri İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərb

arrow Ətraflı
Qayda pozan piyadalar kamera vasitəsilə cərimələnir? like
  • 26 May 19:39  
Digərləri Qayda pozan piyadalar kamera vasitəsilə cərimələnir?

Son zamanlarda bəzi vətəndaşlara "Sima" tətbiqindən piyada keçi

arrow Ətraflı
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentini təbrik edib like
  • 26 May 19:28  
Siyasət Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentini təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əli

arrow Ətraflı
"Nə etsəm də, qayınanam qədrimi bilmədi" like
  • 26 May 19:26  
Şou-biznes "Nə etsəm də, qayınanam qədrimi bilmədi"

"Verdiyim xalatları, corabları dükana qoyub satırdılar"

arrow Ətraflı
Əfv Sərəncamından yararlanan şəxs: "Cəzamın çəkilməmiş yeddi ayı bağışlanıb" like
  • 26 May 19:10  
Digərləri Əfv Sərəncamından yararlanan şəxs: "Cəzamın çəkilməmiş yeddi ayı bağışlanıb"

"Mən qəsdən sağlamlığa zərərvurma maddəsi ilə həbs olunmuşdum.

arrow Ətraflı
Yol polisini təhdid edən sürücü həbs olunub  VİDEO like
  • 26 May 18:57  
Kriminal Yol polisini təhdid edən sürücü həbs olunub VİDEO

Yol polisini saxta görüntüləri internetdə yayacağı ilə bağlı təhdid e

arrow Ətraflı
Keçmiş ərindən Röya haqqında yazılanlara reaksiya like
  • 26 May 18:48  
Şou-biznes Keçmiş ərindən Röya haqqında yazılanlara reaksiya

Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov onunla bağl

arrow Ətraflı
Paytaxtın bu ərazisində su olmayacaq like
  • 26 May 18:35  
Digərləri Paytaxtın bu ərazisində su olmayacaq

Bakının Nizami rayonunda suyun verilməsində fasilə yaranacaq.

arrow Ətraflı
Elgizin verilişi ilə bağlı qərar verildi like
  • 26 May 18:24  
Şou-biznes Elgizin verilişi ilə bağlı qərar verildi

26 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının on

arrow Ətraflı