Köçəryan rüşvət almaqda ittiham olunur 3 milyon dollar


Dünya 26 May 2025 12:10:43 97 0

Köçəryan rüşvət almaqda ittiham olunur  3 milyon dollar

Ermənistanın sabiq prezidenti Robert Köçəryan təxminən 3 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunur.

Son.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Komitənin yaydığı məlumata görə, cinayət işi üzrə aparılan istintaq zamanı müəyyən edilib ki, sabiq prezident 2008-ci ilin fevral-aprel aylarında rəsmi mövqeyindən istifadə edərək bir şirkətin səhmlərinin 100 faizinin Ermənistan vətəndaşı olmayan bir şəxsə satılmasına mane olmamaqla həmin şirkətin direktoruna üstünlük göstərib və bunun qarşılığında 2 milyon 985 min dollar məbləğində rüşvət alıb.

Bildirilir ki, Koçaryan 2008-ci il fevralın 20-də bu məbləğin 2 milyon 660 min dollarını nağd şəkildə, daha sonra isə 2008-ci ilin 3 və 21 aprel tarixlərində 200 min və 125 min dollarlıq bank köçürmələri ilə qalan hissəsini əldə edib. Rəsmi sənədlərdə bu ödənişlər "xeyriyyə yardımı" kimi göstərilib və vəsait prezidentin andiçmə mərasimi, Yerevanda təşkil olunan tədbir üçün şarların icarəsi və digər xərclər üçün istifadə olunub.

Korrupsiyaya Qarşı Mübarizə Komitəsi sabiq prezidentin xüsusilə böyük miqdarda rüşvət almaqda təqsirləndirildiyini və ilkin istintaqın başa çatdığını açıqlayıb. İş üzrə ittiham aktı prokurorluğa göndərilib və məhkəməyə təqdim olunması üçün razılıq gözlənilir.

Qeyd edək ki, Robert Koçaryan 30 mart 1998-ci ildə Ermənistanda keçirilən növbədənkənar prezident seçkilərində qalib gələrək dövlət başçısı olub. 2003-cü il martın 5-də yenidən prezident seçilib və bu vəzifəni 2008-ci ilə qədər icra edib.

“Azerbaijan CocaCola Bottlers” MMCnin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb  FOTO like
  • 26 May 12:10  
Siyasət “Azerbaijan CocaCola Bottlers” MMCnin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da "Azerb

arrow Ətraflı
Arvadı Makronu şillələdi  VİDEO like
  • 26 May 12:07  
Dünya Arvadı Makronu şillələdi VİDEO

Fransanın birinci xanımı əri - prezident Emmanuel Makrona şillə vurub.

arrow Ətraflı
Kişini diz çökdürən şəhid anası imiş  Araşdırma aparılır like
  • 26 May 12:05  
Digərləri Kişini diz çökdürən şəhid anası imiş Araşdırma aparılır

Sosial şəbəkələrdə Füzuli rayonunda qadının kişiyə qarşı təhqiredi

arrow Ətraflı
Tramp Putini hədələdi like
  • 26 May 11:57  
Dünya Tramp Putini hədələdi

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin xüsusən son

arrow Ətraflı
Sürücülərin NƏZƏRİNƏ: İsti havalarda avtomobildə bu əşyaları saxlamaq təhlükəlidir like
  • 26 May 11:47  
Digərləri Sürücülərin NƏZƏRİNƏ: İsti havalarda avtomobildə bu əşyaları saxlamaq təhlükəlidir

Havaların qızması bir çox avtomobil sahiblərini narahat edir. Yay aylarınd

arrow Ətraflı
Hansı ayda məzuniyyətə çıxmaq sərfəlidir?  AÇIQLAMA like
  • 26 May 11:37  
Digərləri Hansı ayda məzuniyyətə çıxmaq sərfəlidir? AÇIQLAMA

Əmək Məcəlləsinin tələblərinə əsasən, işçilərə məzuniyyət və e

arrow Ətraflı
Həkimin oğlu maşınla adam vurdu, başqa ölkəyə qaçırtdılar  Bloqer ifşa etdi  FOTO like
  • 26 May 11:25  
Digərləri Həkimin oğlu maşınla adam vurdu, başqa ölkəyə qaçırtdılar Bloqer ifşa etdi FOTO

Tanınmış sosial media fenomeni Danla Biliç gündəmdən düşməyən estetik

arrow Ətraflı
Əfv edilən qadınlar  SİYAHI like
  • 26 May 11:24  
Digərləri Əfv edilən qadınlar SİYAHI

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş

arrow Ətraflı
Kimlər daha tez pensiyaya çıxa bilərlər? like
  • 26 May 10:49  
Digərləri Kimlər daha tez pensiyaya çıxa bilərlər?

Son dövrlər bizə ən çox ünvanlanan sorğulardan biri də güzəştli şər

arrow Ətraflı
Bu şəxslərə əmlak vergisində güzəştlər edilir  ŞAD XƏBƏR like
  • 26 May 10:40  
Digərləri Bu şəxslərə əmlak vergisində güzəştlər edilir ŞAD XƏBƏR

Vergi Məcəlləsinə əsasən, vətəndaşlar mülkiyyətində olan daşınmaz

arrow Ətraflı
Prezident İlham Əliyev: Azərbaycan islamofobiyadan əziyyət çəkən ölkələrdən biridir like
  • 26 May 10:32  
Siyasət Prezident İlham Əliyev: Azərbaycan islamofobiyadan əziyyət çəkən ölkələrdən biridir

Azərbaycan islamofobiya ilə üzləşmiş və bu gün də ondan əziyyət çək

arrow Ətraflı