Kiyevdən Bakıya uzanan körpü: geosiyasətə qarşı balanslı yanaşma


Siyasət 25 May 2025 21:00:00 77 0

Kiyevdən Bakıya uzanan körpü: geosiyasətə qarşı balanslı yanaşma

Ukrayna Xarici İşlər Naziri Andrey Sibiqanın Azərbaycana rəsmi səfəri, iki dövlət arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin məntiqi davamıdır və beynəlxalq diplomatik praktika baxımından tamamilə adi və qəbulolunan bir addımdır. Belə səfərlər dünyada geniş yayılmış bir ənənə olmaqla, ölkələr arasında qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi, əməkdaşlığın dərinləşdirilməsi və əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır. Bu baxımdan Ukrayna rəsmisinin Bakıya səfəri də məhz bu kontekstdə dəyərləndirilməlidir.

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında dialoq və əməkdaşlıq nə qədər geniş və şaxəlidirsə, həmin ölkələrin müstəqil və balanslı xarici siyasət yürütmək imkanları da bir o qədər artır. Azərbaycanla Ukrayna arasında mövcud münasibətlər bu baxımdan xüsusi diqqətə layiqdir. Hər iki ölkə keçmiş SSRİ-nin tərkibində olmuş, müstəqillik qazandıqdan sonra suverenliklərini qorumaq və beynəlxalq münasibətlər sistemində öz layiqli yerlərini tutmaq üçün eyni zamanda oxşar geosiyasi çağırışlarla qarşılaşıblar. Bu ortaq tarix, habelə siyasi və iqtisadi maraqlar onları əməkdaşlığa sövq edən əsas amillərdəndir.

Azərbaycanla Ukrayna arasında mövcud olan münasibətlər daim qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə dəstək prinsiplərinə əsaslanıb. İki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə uğurlu əməkdaşlıq modeli formalaşıb. Bu münasibətlərdə hər hansı suallar doğura biləcək nüans yoxdur. Əksinə, bu əlaqələr regionda sabitlik və qarşılıqlı fayda əsasında qurulan birgə təşəbbüslərin bariz nümunəsidir.

Eyni zamanda, keçmiş SSRİ məkanının dövlətləri arasında tarixi bağlar mövcuddur. Bu ölkələri yalnız ortaq siyasi və iqtisadi keçmiş deyil, həm də mədəniyyət, dil, ailə əlaqələri kimi bir çox sahələr birləşdirir. Bu baxımdan, postsovet ölkələri arasında diplomatik səfərlər, qarşılıqlı təmaslar, əməkdaşlıq formatlarının genişləndirilməsi və strateji dialoqlar tamamilə normal və təbii sayılır.

Bu kontekstdə Ukrayna Xarici İşlər Nazirinin Azərbaycana səfərinin hansısa geosiyasi ittiham və ya təzyiqlə qarşılanması cəhdləri əsassızdır. Xüsusilə bu səfərə Rusiyanın yanaşması məsələsinə toxunarkən, bəzi mühüm faktları xatırlatmaq vacibdir. Azərbaycan 30 ilə yaxın bir müddət ərzində öz ərazilərinin Ermənistan tərəfindən işğalı ilə üzləşmişdi. Həmin dövrdə Rusiya ilə Ermənistan arasında həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində, həm də ikitərəfli formatda strateji müttəfiqlik və tərəfdaşlıq münasibətləri olub. Rusiya rəsmiləri, o cümlədən xarici işlər naziri Sergey Lavrov mütəmadi olaraq Ermənistana səfərlər ediblər. Eyni zamanda, Ermənistan rəhbərliyi, baş nazir Nikol Paşinyan və digər rəsmi şəxslər dəfələrlə Moskvaya səfərlər ediblər. Bu faktlar göstərir ki, istənilən dövlətin, o cümlədən Azərbaycanın da, digər müstəqil ölkələrlə diplomatik əlaqələr qurması və yüksək səviyyəli səfərlər həyata keçirməsi beynəlxalq hüququn və müstəqil dövlətçilik prinsiplərinin ayrılmaz hissəsidir.

O halda sual yaranır: əgər Rusiya ilə Ermənistan arasındakı diplomatik münasibətlər, qarşılıqlı səfərlər və danışıqlar normal sayılırsa, niyə Azərbaycanın Ukrayna ilə münasibətləri çərçivəsində baş tutan bir səfər fərqli qəbul olunmalıdır? Bu cür ikili standartlara yol verilməsi nə hüquqi, nə də siyasi baxımdan əsaslandırıla bilməz.

Ukrayna Xarici İşlər Nazirinin Azərbaycana səfəri, sadəcə olaraq, iki ölkə arasında qarşılıqlı maraqlara əsaslanan və gələcəyə yönəlmiş münasibətlərin tərkib hissəsidir. Bu səfər nə hansısa üçüncü dövlətə qarşı yönəlib, nə də hansısa geosiyasi bloklaşmanın göstəricisidir. Azərbaycan balanslı və çoxşaxəli xarici siyasət yürüdür və bu siyasətin əsas prinsiplərindən biri də bütün tərəfdaşlarla bərabərhüquqlu münasibətlərin qurulmasıdır.

Nəticə etibarilə, Ukrayna rəsmisinin Azərbaycana səfəri yalnız Azərbaycan-Ukrayna ikitərəfli münasibətləri çərçivəsində dəyərləndirilməli, bu hadisəyə süni siyasi məna yüklənməməlidir. Diplomatik əlaqələr çərçivəsində keçirilən belə səfərlər beynəlxalq əməkdaşlıq üçün vacibdir və regionda sülh, təhlükəsizlik və inkişaf naminə əhəmiyyətli töhfə verə bilər. TREND

Lavrovdan müharibə açıqlaması: Bu, mütləq baş verəcək like
  • 25 May 20:45  
Digərləri Lavrovdan müharibə açıqlaması: Bu, mütləq baş verəcək

"Hazırda çətin sınaqlar dövrünü yaşayırıq".

arrow Ətraflı
“Məni itirmək istəmir” like
  • 25 May 20:15  
Şou-biznes “Məni itirmək istəmir”

Müğənni Xatirə İslam dostu, Əməkdar artist Vasif Məhərrəmlidən danı�

arrow Ətraflı
Yevlaxda bədbəxt hadisə  ölən və yaralanan var like
  • 25 May 19:54  
Digərləri Yevlaxda bədbəxt hadisə ölən və yaralanan var

Yevlaxda batan avtomobili çəkən traktor aşıb, ölən və yaralanan var.

arrow Ətraflı
Zaqatalaya dolu yağdı like
  • 25 May 19:38  
Digərləri Zaqatalaya dolu yağdı

Zaqatalaya dolu yağıb.

arrow Ətraflı
“Bədbəxtlər nə istəyirlər?” – Röya üçün birləşdilər like
  • 25 May 19:36  
Şou-biznes “Bədbəxtlər nə istəyirlər?” – Röya üçün birləşdilər

Azərbaycanı təmsil etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

arrow Ətraflı
Müəllimə faciəli şəkildə vəfat etdi like
  • 25 May 19:03  
Digərləri Müəllimə faciəli şəkildə vəfat etdi

Göygöl rayon 1 nömrəli tam orta məktəbin müəllimi, 1963-cü il təvəll�

arrow Ətraflı
Bu qəpiklər tədavüldən çıxarılır like
  • 25 May 18:57  
Dünya Bu qəpiklər tədavüldən çıxarılır

2025-ci ilin sentyabrından etibarən 1 sent nominallı avro sikkələrin istehs

arrow Ətraflı
Bakıda bina yanır like
  • 25 May 18:23  
Digərləri Bakıda bina yanır

Bakı şəhəri, Nərimanov rayonunda yaşayış binasında yanğın başlayıb.

arrow Ətraflı
Kirkorovun qızı tənqidlərə cavab verdi like
  • 25 May 17:58  
Şou-biznes Kirkorovun qızı tənqidlərə cavab verdi

Rusiyanın Xalq artisti Filipp Kirkorovun 13 yaşlı qızı Alla-Viktoriya sosia

arrow Ətraflı
“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Polad Bülbüloğlunun konserti olub like
  • 25 May 17:51  
Kriminal “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Polad Bülbüloğlunun konserti olub

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə

arrow Ətraflı
Azərbaycanda bu xəstəliyə tutulanların sayı artıb like
  • 25 May 17:41  
Digərləri Azərbaycanda bu xəstəliyə tutulanların sayı artıb

Bu gün - 25 may Ümumdünya Qalxanabənzər Vəzi Günüdür.

arrow Ətraflı
Qərbi Azərbaycan İcması Erməni Apostol Kilsəsinin bəyanatını qınadı like
  • 25 May 17:35  
Siyasət Qərbi Azərbaycan İcması Erməni Apostol Kilsəsinin bəyanatını qınadı

Qərbi Azərbaycan İcması (QAİ) Erməni Apostol Kilsəsinin Qafqaz Müsəlman

arrow Ətraflı
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  XƏBƏRDARLIQ like
  • 25 May 17:29  
Digərləri Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq XƏBƏRDARLIQ

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

arrow Ətraflı
Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq? like
  • 25 May 17:18  
Digərləri Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?

Havaların dəyişkən keçməsi, davamlı yağış yağması məhsul əkilən b

arrow Ətraflı