“Azərbaycanın Ukraynaya verdiyi dəstək beynəlxalq nüfuzunun göstəricisidir” ŞƏRH
Siyasət 25 May 2025 16:26:00 469 0
Elxan Şahinoğlu: Azərbaycanın Ukraynaya dəstəyi beynəlxalq nüfuzunun göstəricisidir
Bu xəbəri də oxu: “Altay” Bakı üçün də gərəkli ola bilər
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azərbaycanın Ukrayna ilə diplomatik əlaqələrinə dair sosial şəbəkə üzərindən fikirlərini bölüşüb.
Son.az xəbər verir ki, politoloq mayın 25-də Prezident İlham Əliyevlə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa arasında baş tutan görüşə xüsusi önəm verib.
Şahinoğlu qeyd edib ki, görüş zamanı Sibiqa Ukrayna Prezidenti Volodimir Zelenskinin salamlarını çatdırıb və Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə verdiyi ardıcıl və prinsipial dəstəyə görə təşəkkürünü ifadə edib. Politoloqun fikrincə, bu minnətdarlıq rəsmi Bakının beynəlxalq miqyasda artan nüfuzunun təsdiqidir.
O, həmçinin Prezident İlham Əliyevin ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" adlı beynəlxalq forumda çıxışına diqqət çəkərək bildirib ki, dövlət başçısı orada Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini qəti şəkildə ifadə edib. Prezidentin "Atəşkəs heç zaman müharibəni dayandırmır" fikri və sülhməramlıların təmas xəttinə yerləşdirilməsinə ehtiyatla yanaşması da Elxan Şahinoğlunun vurğuladığı əsas məqamlar sırasındadır.
Politoloq əlavə edib ki, Azərbaycanın Rusiya-Ukrayna münaqişəsinə münasibətdə izlədiyi balanslı, eyni zamanda prinsipial mövqe beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənir. Bu isə Azərbaycanın hər iki ölkə ilə münasibətləri eyni dərəcədə konstruktiv şəkildə davam etdirmək bacarığını ortaya qoyur.
Paylaşımda həmçinin vurğulanıb ki, Ukrayna Azərbaycanın göstərdiyi humanitar yardımları, xüsusilə İrpen şəhərində həyata keçirilən layihələri yüksək qiymətləndirir. Şahinoğlu Prezident İlham Əliyevin humanitar dəstəyin davam etdiriləcəyinə dair verdiyi mesajı da xüsusi qeyd edib.
Sonda politoloq bildirib ki, iyul ayında Romada keçiriləcək Ukraynanın Bərpası Konfransında Azərbaycanın iştirakı Bakı ilə Kiyev arasında əlaqələrin inkişafı baxımından yeni bir səhifənin açılmasına imkan verə bilər. Onun fikrincə, Azərbaycanın bu prosesdə iştirakı həm humanitar, həm də iqtisadi sahədə önəmli təsir gücünə malik olacaq.
Kənan Son.az
Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün II və III ixtisas qrupları �
 Ətraflı
 Ətraflı
                                                ABŞ və Avropanın yüksək səviyyəli rəsmiləri və hərbi ekspertləri hes
 Ətraflı
 Ətraflı
                                                Mayın 26-dan etibarən Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokoll
 Ətraflı
 Ətraflı
                                                "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru Ayaz Salayev Xalq
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Hava Yolları (AZAL) təyyarədə pəncərə kənarında əyləşmə
 Ətraflı
 Ətraflı
                                                Biz müharibəni bu il diplomatik yolla sonlandırmaq istəyirik.
 Ətraflı
 Ətraflı
                                                Tiflisin mərkəzindəki Qəhrəmanlar meydanında BMV markalı avtomobilin sür
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini tanıyır və də
 Ətraflı
 Ətraflı
                                                Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə t�
 Ətraflı
 Ətraflı
                                                Diqqət Əskikliyi və Hiperaktivlik Sindromu (DƏHS) olan şəxslər piylənmə
 Ətraflı
 Ətraflı
                                                "Aydın depressiyaya düşən vaxtlarda Mehman Əhmədli, Rəşad Dağlı o
 Ətraflı
 Ətraflı
                                                Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç
 Ətraflı
 Ətraflı
                                                Türkiyənin xarici işlər naziri Hakan Fidan 26-27 may tarixlərində Rusiya F
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            