Sahil Babayev dövlət vəsaitlərini niyə banklara yerləşdirir? RƏSMİ


Digərləri 19 May 2025 21:12:00 65 0

Sahil Babayev dövlət vəsaitlərini niyə banklara yerləşdirir?  RƏSMİ

Maliyyə Nazirliyi dövlət büdcəsinin sərbəst vəsaitlərinin yalnız iri banklarda yerləşdirilməsinin səbəbini açıqlayıb.

Son.az xəbər verir ki, bu barədə APA-ya Maliyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi müvafiq qaydalarla tənzimlənir. Belə ki, Nazirlər Kabinetinin 2007-ci il 6 aprel tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş "Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi Qaydaları"nın tələblərinə əsasən vahid xəzinə hesabının sərbəst qalığı Azərbaycan Respublikasında bank lisenziyasına malik kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə beynəlxalq kredit reytinqini almış ən iri beş kredit təşkilatında müddətli depozitlərə yerləşdirilə bilər.

Bildirilib ki, depozit hərraclarının keçirilməsinin məqsədi dövlət büdcəsinin sərbəst qalığının effektiv idarə edilməsi ilə büdcəyə əlavə gəlir formalaşdırmaqdır.

Nazirlikdən əlavə edilib ki, vahid xəzinə hesabının qalığında sərbəst vəsaitlər olduqda banklara depozitə yerləşdirilməsi təcrübəsi bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov kiçik və orta bankların da depozit hərraclarında iştirakı məsələsinin Mərkəzi Bank vasitəsilə müzakirə edildiyini bildirmişdi.

Xatırladaq ki, Maliyyə Nazirliyi indiyə kimi iki depozit hərracı keçirib. Bu hərraclarda bir və üç aylıq yerləşdirmə ilə ümumilikdə 1,5 mlrd. manat həcmində sistem əhəmiyyətli banklara depozit yerləşdirilib. Mərkəzi Bankın son reyestrinə əsasən Azərbaycanda sistem əhəmiyyətli banklar ABB, "Kapital Bank", "PAŞA Bank", "Bank Respublika" və "Unibank"dır. AMB aprel ayında sistem əhəmiyyətli banklar siyasıhında dəyişiklik edib və "Xalq Bank"ı "Unibank"la əvəzləyib. Başqa sözlə, sərbəst xəzinə qalığı vəsaitlərindən növbəti hərraclarda da yalnız sistem əhəmiyyətli banklar istifadə edə biləcək.

Bütün mavi gözlü insanlar eyni əcdaddan törəyibmiş like
  • 19 May 21:00  
Digərləri Bütün mavi gözlü insanlar eyni əcdaddan törəyibmiş

Kopenhagen Universitetinin alimləri müəyyən ediblər ki, dünyada mavi göz�

arrow Ətraflı
Azərbaycanda sabiq nazirin ölkədən çıxışına qadağa qoyuldu like
  • 19 May 20:46  
Digərləri Azərbaycanda sabiq nazirin ölkədən çıxışına qadağa qoyuldu

Azərbaycanın keçmiş səhiyyə naziri Rahim Hüseynovun ölkədən çıxşı

arrow Ətraflı
Abşeronda qadının pansionatdan çıxarılma səbəbi like
  • 19 May 20:38  
Digərləri Abşeronda qadının pansionatdan çıxarılma səbəbi

Abşeron rayonu, Məmmədli kəndi ərazisində qadının pansionatdan çıxarı

arrow Ətraflı
Əhalinin neçə faizi gündəlik yerli TVlərə baxır? like
  • 19 May 20:30  
Digərləri Əhalinin neçə faizi gündəlik yerli TVlərə baxır?

Bu gün milli ideoloji əsasların formalaşdırılması və inkişaf etdirilmə

arrow Ətraflı
“Toya 3 gün qalmış dedilər ki, ayrılırıq...” like
  • 19 May 20:00  
Şou-biznes “Toya 3 gün qalmış dedilər ki, ayrılırıq...”

Müğənni Xatirə İslam maraqlı açıqlamalar verib.

arrow Ətraflı
Fransaya casusluqda təqsirləndirilən şəxslər məhkəmədə birbirlərini ittiham etdilər like
  • 19 May 19:40  
Siyasət Fransaya casusluqda təqsirləndirilən şəxslər məhkəmədə birbirlərini ittiham etdilər

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə x

arrow Ətraflı
Azərbaycanda daha çox bu universitetlərin məzunları iş tapır  ARAŞDIRMA like
  • 19 May 19:25  
Digərləri Azərbaycanda daha çox bu universitetlərin məzunları iş tapır ARAŞDIRMA

Müasir dövrdə ali təhsil müəssisələrinin fəaliyyətinin əsas göstəri

arrow Ətraflı
Həftəsonuna kimi bu bürclərin başına pul "yağacaq" like
  • 19 May 19:13  
Digərləri Həftəsonuna kimi bu bürclərin başına pul "yağacaq"

19-25 May 2025-ci il tarixlərini əhatə edən həftə astroloji baxımdan əh

arrow Ətraflı
İslam İnkişaf Bankı Azərbaycanda KOBların rəqəmsallaşdırılmasını dəstəkləməyə hazırdır like
  • 19 May 19:06  
Digərləri İslam İnkişaf Bankı Azərbaycanda KOBların rəqəmsallaşdırılmasını dəstəkləməyə hazırdır

İslam İnkişaf Bankı (IsDB) mikro, kiçik və orta sahibkarlığın (KOB) rə

arrow Ətraflı
Zelenski və Tramp telefonla danışdı like
  • 19 May 18:53  
Dünya Zelenski və Tramp telefonla danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında

arrow Ətraflı
Sabah bu ərazilərdə qaz olmayacaq like
  • 19 May 18:48  
Digərləri Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Şirvan şəhəri və Hacıqabul rayonunda bəzi ərazilərinin qaz təchi

arrow Ətraflı
Bakının mərkəzində söküntü başlayır  Bu qədər kompensasiya ödənəcək like
  • 19 May 18:39  
Digərləri Bakının mərkəzində söküntü başlayır Bu qədər kompensasiya ödənəcək

Bakının mərkəzində yeni söküntü başlayır, yerində park salınacaq.

arrow Ətraflı
"Cəhənnəmdə yanacağamsa, sizə nə?!" like
  • 19 May 18:30  
Şou-biznes "Cəhənnəmdə yanacağamsa, sizə nə?!"

Müğənni Əminə Şirin açıqlamasına görə onu qınayanlara cavab verib. 

arrow Ətraflı