Digərləri
2024-11-21 09:31:00
Bu gün biz olduqca təlatümlü və bir çox risklərlə dolu bir dünyada yaşayırıq. Azərbaycan da bu dünyanın bir parçası olduğuna görə yarana biləcək ən müxtəlif təhdid və təhlükələrdən özünü qorumağa hər an hazır olmalı, böhranlı vəziyyətlərdən minimal itkilərlə çıxışını təmin edə bilməlidir. Mili.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Novruzəli Aslanov parlament komitələrinin birgə iclasında 2025-ci il büdcəsinin müzakirəsi zamanı deyib. Xəbər verildiyi kimi, noyabrın 20-də Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclası keçirilib. İclasda "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. İclasda çıxış edən Novruzəli Aslanov ölkənin qlobal miqyasda baş verə biləcək kataklizmlərdən, o cümlədən son zamanlar tez-tez gündəmə gətirilən nüvə qarşıdurmasından yarana biləcək təhlükələrdən qoruna bilməsi üçün Prezidentin Ehtiyat Fondunun həcminin artırılması təklifini irəli sürüb: "Sözsüz ki, bu gün Azərbaycan dövləti mükəmməl təhlükəsizlik konsepsiyasına malikdir. Dövlət büdcəsindən həm hərbi sahəyə, həm də təhlükəsizlik tədbirlərinin görülməsinə kifayət qədər vəsait ayrılır. Bununla belə hesab edirəm ki, yarana biləcək hər hansı fövqəladə vəziyyətlərdə ən effektiv vasitələrdən biri kimi məhz Azərbaycan Respublikasının Prezidentinin Ehtiyat Fondunun xətti ilə görülən tədbirlər çıxış edir. Buna görə də təklif edirəm ki, dövlət büdcəsindən Prezidentin Ehtiyat Fondunun formalaşmasına ayrılan vəsaitlərin həcmi artırılsın. Hesab edirəm ki, bu, ölkənin təhlükəsizliyinin təmin olunması baxımından zəruridir." Daha sonra deputat əhali üçün nəzərdə tutulan təbii qaz sərfiyyatında ayrılmış güzəştli limitin həcminin artırılması təklifini irəli sürüb. Novruzəli Aslanov xüsusilə ölkənin şimal bölgələrində əhalinin böyük əksəriyyətinin təbii qaz sərfiyyatında nəzərdə tutulmuş limitin həcmini çox tez keçdiyini diqqətə çatdırıb. Deputat güzəştli limitin müəyyənləşdirilməsi zamanı hər bir konkret bölgənin iqlim şəraitinin nəzərə alınmasını təklif edib.
2024-11-21 09:25:00
Rusiyada insanların gözü qarşısında qızı saçlarından sürüyən, ona və kafenin müştərilərinə təhqiramiz sözlər deyən şəxsin görüntüləri yayılıb.
2024-11-21 09:19:00
Azərbaycan Mərkəzi Bankı (AMB) 21 noyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
2024-11-21 09:09:00
Bəzi qidalar testosteron səviyyəsinin və cinsi istəyin azalmasına səbəb ola bilər.
2024-11-21 08:28:00
Bakıda bir neçə gün öncə axşam saatlarında küçədə "bomj" həyatı yaşayan bir nəfərin halı pisləşib.
2024-11-21 06:40:00
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında ortaq əlifbanın yaradılmasından sonra ortaq himn üzərində işlərə başlanılıb.
2024-11-21 06:17:00
Xəzər dənizində suyun çəkilməsi nəticəsində Azərbaycanın sahilboyu əraziləri genişlənir və ölkənin quru sahəsi artır.
2024-11-21 05:05:00
Bağçanıza əkməkdən çəkinməli olduğunuz bəzi bitkilər müxtəlif səbəblərdən problem yarada bilər: zəhərli olmaları, invaziv davranışları, allergik reaksiyalara səbəb olmaları və ya bağçanıza zərər vermə potensialı ilə.
2024-11-21 03:03:00
Əksər xəstəxanalarda və eləcə də evdə xəstə ölümləri, infarktlar səhərə yaxın qeydə alınır. Saat 5-6 aralığı kritik saatdır.
2024-11-21 01:01:00
Gözəl və sağlam dəriyə sahib olmaq bir çox insan üçün əhəmiyyətlidir, lakin üzə qulluqla bağlı bir çox yanlış inanclar mövcuddur. Bu mifləri doğru şəkildə anlamadan tətbiq etmək dərinizə zərər verə bilər.
2024-11-21 00:27:00
İzmirdə saxlamaq istədikləri şəxslərin hücumuna məruz qalan 3 polis məmuru yaralanıb. Polislərdən ikisinin vəziyyətinin ağır olduğu deyilir.
2024-11-21 00:20:00
Uşaqlar arasında təhlükəli virus yayılıb.
2024-11-21 00:11:00
"Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə cari tarixə qədər 44 mindən çox kredit rəsmiləşməsi aparılıb".
2024-11-21 00:04:00
Dekabr ayı toylarla zəngin aydır. Bu il isə dekabr üçün sifarişlərin sayı daha çoxdur.
2024-11-21 00:01:00
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
2024-11-20 23:51:00
23:51 Biləsuvar rayonunda 29 yaşlı oğlanın dəm qazından boğulmasının təfərrüatı məlum olub.
2024-11-20 23:22:00
Sabah Şirvan şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
2024-11-20 23:12:00
Hacıqabulda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.
2024-11-20 22:51:00
Strategiyada nəzərdə tutulmuş tədbirlər çərçivəsində 2022-2024-cü illərdə 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. Sertifikatlaşdırma prosesindən uğurla keçmiş ümumilikdə 55 min nəfər olmaqla, 38 min nəfərdən çox müəllimin əməkhaqqına 10%, 17 min nəfərdən çox müəllimin əməkhaqqına isə 35% əlavə tətbiq edilib.
2024-11-20 22:49:00
"Strategiyada nəzərdə tutulmuş tədbirlər çərçivəsində 2026-cı ilin sonuna qədər müasir metodiki xidmətdə çalışan peşəkar işçilərin sayının 2250 nəfərə çatması hədəfi müəyyən edilmişdir".
2024-11-20 22:45:00
Gələn il Qarabağ Universitetinə 1200-1500 nəfər əlavə tələbənin qəbulu planlaşdırılır,
2024-11-20 22:38:00
Hər il 500 nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin olunacaq.
2024-11-20 22:05:00
Azərbaycanda 2025-ci il üçün ümumi təhsil üzrə nəzərdə tutulan büdcə açıqlanıb.
2024-11-20 22:01:00
Sürücüsüz avtomobillər (avtonom avtomobillər) müasir texnologiyanın ən maraqlı sahələrindən biridir və gələcəyin nəqliyyatını formalaşdırmaq potensialına malikdir. Bu avtomobillər insan müdaxiləsi olmadan hərəkət etmək üçün inkişaf etmiş sensorlar, süni zəka (AI), GPS və kompüter alqoritmlərindən istifadə edirlər. Dünyanın bir çox yerində bu avtomobillərdən istifadə olunur.
2024-11-20 21:54:00
21:54 Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonunda 7 minik avtomobilinin iştirakı ilə qəza baş verib.
2024-11-20 21:49:00
Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) ölkənin daxili işlər naziri Ali Yerlikayaya hücum edilib.
2024-11-20 21:33:00
Strategiyada nəzərdə tutulmuş tədbirlər çərçivəsində hazırda təhsil müəssisələrinin hər il əlavə kompüter avadanlığı ilə təchiz olunması istiqamətində iş aparılır və bu məqsədlə növbəti ilin dövlət büdcəsində 40 milyon manat vəsait ayrılması proqnozlaşdırılıb.
2024-11-20 21:31:00
Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar təhsil sektoruna da öz müsbət təsirini göstərib, təhsilin inkişafı sahəsində mühüm strategiya və proqramlar qəbul edilib.
2024-11-20 21:03:00
Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva Türkiyənin Kənd Təsərrüfatı Müəssisələri Baş İdarəsinin müdiri Həsən Gezginç və Türkiyənin Azərbaycandakı Səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri Hakan Kalender ilə görüşüb.
2024-11-20 21:00:00
"Mədəniyyət sahəsində çalışan şəxslər çox az maaşla işləyirlər".
2024-11-20 20:42:00
Qışda salatları bəzəyən turp tərkibindəki vitaminlər, minerallar və liflə tam sağlamlıq qaynağıdır.