Digərləri

Mədə və onikibarmağın xora xəstəliyində ağrıların kliniki şəkli

2023-02-18 02:02:00

Xora xəstəliyinin kliniki şəkli böyük polimorfizmlə xarakterizə olunur. Bu zaman ağrılar aşağıdakılardan asılı olur: - xora deffektinin lokalizasiyasından - xoranın ölçüsündən - xoranın dərinliyindən - mədənin sekretor funksiyasından - xəstənin yaşından. Xəstəliyin əsas simptomu sayılan ağrılar bir qayda olaraq ağrıların əmələgəlmə ritmi, qida qəbulu ilə bağlılığı və özünəməxsus zamanı var. Ağrılar 3 cür qeyd olunur, erkən, gecikmiş və s. Erkən ağrılar. Bu zaman ağrılar yemək qəbulundan 0,5 - 1 saat sonra meydana çıxır, intensivliyi tədricən artır, 2 saata yaxın saxlanılır, mədə möhtəviyyatının onikibarmaq bağırsağa evakuasiyasına uyğun olaraq itir. Erkən ağrılar mədə cisminin xorası üçün xarakterikdir. Mədənin kardial, subkardial və fundal şöbələrinin zədələnmələrində ağrı hissi qida qəbulundan sonra keçir. Gecikmiş ağrılar. Bu ağrılar qida qəbulundan sonra 1,5 - 2 saat sonra keçdikdə əmələ gəlir. Möhtəviyyat mədədən evakuasiya etdikcə tədricən güclənir. Bunlar mədənin pilorik şöbəsinin və onikibarmaq soğanağının xorası üçün xarakterikdir. Ac (gecə) ağrılar. Bu ağrılar yeməkdən 2,5 - 3 saat sonra əmələ gəlir və növbəti qida qəbulundan sonra yox olub itir. Bu ağrılar onikibarmaq xorası və mədənin pilorik hissəsinin xorası üçün xarakterikdir. Erkən və gecikmiş ağrıların müştərək olması mədə və onikbarmaq bağırsağın müştərək və ya çoxsaylı xoralarında müşahidə edilir. Ağrılar deşici, kəsici, burucu və ya küt ola bilir. Ağrıların dərəcəsi fəsadların olmasından asılıdır. Mədə və onikibarmağın xora xəstəliyində ağrıların lokalizasiyası, yara deffektinin yerləşməsindən asılıdır. Soğanaqdan kənar ağrılar zamanı onurğa və ya sağ kürəkaltı nahiyyədə ağrılar müşahidə edilə bilir. Bir çox xəstələrdə ağrılar müxtəlif nahiyyələrə irradiasiya edə bilir. Bu nahiyyələrə perikardial sahə, sol kürək, onurğanın döş qəfəsi, kürəkarası sahə və s. aiddir.

Kriptokokkoz

2023-02-18 01:01:00

Kriptokokkoz - mərkəzi sinir sistemini, bəzən ağciyərləri, dərini və selikli qişaları zədələyən dərin mikozlara aid xəstəlikdir. Xəstəliyi törədən göbələk mikrobları xarici mühitdə, müxtəlif ərzaq məhsullarında, atmosfer havasında olur. Kriptokokkozlar ilkin xəsarəti ağciyərlərdə və limfa vəzilərində əmələ gətirirlər. Xəstənin müqaviməti aşağı olarsa, kriptokokkoz ilk növbədə meningit törədir. Xəstəliyin gedişi ağır olarsa 10-25% hallarda ölüm baş verir. Xəstələrdə süstlük kimi əlamətlər baş verir. Xəstələrdə gecə tərləməsi, sufebril qızdırma, öskürək, selıkli, bəzən qanlı  bəlğəm ifrazı ilə gedir. Az hallarda klassik bronxopnevmoniya inkişaf edir. Dəridə və selikli qişalarda dəyişikliklər məhdud və yayılmış olur. Dəridə akneyəbənzər, burunun selikli qişasında xoralı - nekrotik zədələnmər tapılır. Göbələk kriptokokkemiya - hepatit, pielonefrit, miokardit, peritonit, splenit və s. iltihabi xəstəliklər törədir. DİOQNOZU: Kriptokokkları və onun antigenini qandan, sidikdən, yaxmadan, bioplatlardan tapmaq olur. Biokimyəvi və morfoloji müayinələrin nəticələri diaqnozun qoyulmasında böyük rol oynayır.

Günün qoroskopu: Yaşamdan şikayətlənməyə səbəb yoxdur

2023-02-18 00:01:00

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Mobil internetin ən ucuz və baha olduğu ölkələr

2023-02-17 23:46:00

Mobil internetin ən ucuz olduğu ölkə İsraildir - 1Gb üçün 0,04 dollar.

Süni zəlzələ yaratmaq mümkündürmü?

2023-02-17 23:34:00

Dünyanın üzləşdiyi təbii fəlakətlər arasında minlərlə insan tələfatı ilə nəticələnən zəlzələləri mühüm yer tutur. Zəlzələlər təbii fəlakətlər arasında zərərverici xüsusiyyətə malik olan və insanları ən çox qorxudan hadisələrdən biridir.

Türkiyədəki zəlzələ Azərbaycanın geyim bazarına təsir edib "Sifarişlərimiz gəlmir"

2023-02-17 21:27:00

Türkiyənin ən böyük geyim istehsalı müəssisələrinin zəlzələnin baş verdiyi zonalarda yerləşməsi tekstil sektoruna ciddi təsir göstərib. Hazırda yeni mövsüm üçün mallar xarici ölkələrə ixrac olunmur.

Rusiyada benzin bahalaşdı

2023-02-17 20:55:00

Fevralın 13-dən fevralın 17-dək Rusiyanın Avropa hissəsində "Regular-92" markalı benzinin birja qiyməti təxminən 10%, "Premium-95" markalı benzinin qiyməti isə 8% artıb.

Xaçmazda yol qəzasında 3 nəfər ölüb, xəsarət alanlar var FOTO

2023-02-17 20:29:00

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Kahramanmaraşda zəlzələ olub

2023-02-17 19:25:00

Türkiyənin Kahramanmaraş şəhərinin Goksun ilçəsində 4,5 maqnitudalı zəlzələ olub.

Günlərdir axtarılan fenomenin cəsədi tapıldı

2023-02-17 19:20:00

Günlərdir dağıntılar altında qalan sosial media fenomeni Taha Duymazla bacısı Mələyin cansız bədənləri dağıntılar altından çıxarılıb.

Həkimdən çöpçü xəbərdarlığı VİDEO

2023-02-17 18:51:00

Çöpçülərə müraciət ilə bağlı məsələyə münasibət birmənalı deyil. Bununla belə, influenza virusunun geniş yayıldığı bu günlərdə uşaqlarda tez-tez virusa yoluxma halları baş verir. Bunun nəticəsi olaraq uşaqların hərarəti qalxır, onlarda iştahsızlıq yaranır. Bəzi valideynlər isə bunu "çöpqalma" hesab edirlər.

“Biznesdə qadınların gücü” layihəsi çərçivəsində təlimlər keçirilir FOTO

2023-02-17 18:50:00

"Biznesdə qadınların gücü" layihəsi çərçivəsində qadın sahibkarlar üçün təlimlər davam edir. Sənaye, kənd təsərrüfatı, ticarət və xidmət sahələrində fəaliyyət göstərən 23 qadın sahibkar üçün fevral ayında "Bakı KOB evi"ndə müxtəlif mövzularda təlimlər təşkil olunub.

İranda müəllim şagirdləri ilə bu mahnını oxudu, işdən qovuldu VİDEO

2023-02-17 18:20:00

İranın Mazandaran vilayətinin Qaimşəhr şəhərində müəllim sinifdə şagirdləri ilə mahnı oxuduğuna görə vəzifəsindən kənarlaşdırılıb.

Azərbaycandan Türkiyəyə daha 22 ədəd modul tipli ev göndərilir FOTO

2023-02-17 18:12:00

Cəlilabad, İmişli, Ağstafa, Abşeron, Goranboy, Tərtər və digər rayonların İH-nin yardımları Türkiyəyə yola salınır.

Mənzil üçün beh verənlər pullarını geri alırlar "Zəlzələdən sonra fikrimdən daşındım" VİDEO

2023-02-17 17:51:00

Azərbaycanda tikilməkdə olan yeni binalarda satılan mənzillərin ya behləri qaytarılır, ya da satış müddəti uzadılır.

Hamiləykən spirtli içki ikən qadınların uşaqları eybəcər olurmuş Elmi araşdırma

2023-02-17 17:20:00

Hamiləlikdən əvvəl və hamiləlik zamanı qəbul edilən spirtli içkilər dünyaya gələcək uşaqların üz quruluşuna təsir edir.

Bu gün qəzalarda vəfat edən qadın müəllimlərin FOTOsu

2023-02-17 17:08:00

Xəbər verdiyimiz kimi, bu gün yol nəqliyyat hadisələri səbəbindən 3 qadın müəllim vəfat edib.

Buzov gəzdirdiyi üçün Rusiyaya girişi 40 il qadağan olundu

2023-02-17 16:51:00

Moskva Polisinin Miqrasiya Xidməti Qırmızı Meydanda buzov gəzdirən ABŞ vətəndaşı Alisiya Dayın 40 il müddətinə Rusiyaya girişinə qadağa qoymaq qərarına gəlib.

Avtomobili dizellə işləyən sürücülərinin nəzərinə Bu tarixdən qadağan edilir... VİDEO

2023-02-17 16:40:00

Avropa Parlamenti 2035-ci ildən etibarən Avropa İttifaqı ərazisində benzin və dizel yanacağı ilə işləyən avtomobillərin satışını qadağan edən təklifi təsdiqləyib.

Yoluxanların sayı açıqlandı

2023-02-17 16:32:00

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

bp BakıSupsa boru kəməri ilə neft nəqlini bərpa edib

2023-02-17 16:30:00

bp Bakı-Supsa boru kəməri ilə neft nəqlini bərpa edib.

Dad yarımçıq əlindən... VİDEO

2023-02-17 16:11:00

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaşayış massivinin sakinləri istirahət edə biləcəkləri normal bir parkın yoxluğundan gileylənirlər.

Naxçıvanda bina yanır

2023-02-17 16:09:00

Naxçıvanda güclü yanğın başlayıb.

Molla rejimi dinc etirazçılara divan tutdu VİDEO

2023-02-17 15:40:00

İranda molla rejiminin xalqa qarşı amansız rəftarı davam edir.

"Azərbaycan Türkiyənin çadır və konteyner ehtiyacını qarşılayır"

2023-02-17 15:39:00

Bugünə qədər Azərbaycanda Türkiyədəki zəlzələ bölgələrinə 750 tondan çox qida göndərilib.

Münxen Təhlükəsizlik Konfransı Azərbaycan üçün diplomatik təşəbbüslər platforması

2023-02-17 15:21:00

Hər ilin fevral ayında Almaniya Federativ Respublikasının ərazisinə görə ən böyük regionu olan Bavariya bölgəsinin inzibati mərkəzi Münxen şəhərində təşkil edilən Münxen Təhlükəsizlik Konfransı (MTK) beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu dünyanın ən aparıcı forumu sayılır, qlobal səviyyədə ən vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər üçün platforma rolunu oynayır.

Niyə zəlzələ Türkiyədə 10, bizdə 12 balla ölçülür? VİDEO

2023-02-17 15:18:00

Son.az APA TV-yə istinadən videonu təqdim edir.

Laçın yolundakı aksiyada canlanma müşahidə olunur FOTO

2023-02-17 15:15:00

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında günorta saatlarında da canlanma müşahidə olunub.

Fəlakət zonasında söküntü prosesi 2 ilə qədər çəkə bilər

2023-02-17 14:59:00

Türkiyədə fəlakət zonasında təmizlənəcək dağıntıların həcmi 100 milyon tona çata bilər, Anadolu Haber Ajansi yazır.