Kriminal

Azərbaycanlı qızları İran üzərindən Dubaya daşıyırlar FOTO

2017-07-01 11:13:00

Xəbər verdiyimiz kimi bu günlərdə ABŞ Dövlət Departamenti dünyada insan alverinə qarşı mübarizəyə dair növbəti illik hesabatını açıqlayıb. Hesabatda Azərbaycanın müvafiq strukturlarının insan alverinin qarşısının alınması və insan alveri qurbanlarına yardım sahəsində irəliləyiş əldə etdikləri vurğulanmışdı. Lakin hesabatın İrana aid hissəsindən məlum olur ki, qonşu ölkədə bu sahədə vəziyyət daha ağırdır.

Zöhrə Abdullayeva əsəbləşdi: "Titullu müğənnidir, hərfi düzgün deyə bilmir" FOTO

2017-06-30 21:35:00

Bu yaşdan sonra ona hərfləri öyrədim?

Lerikdə qadın bıçaqlanıb

2017-06-30 21:20:00

Lerik rayonunda bıçaqlanma faktı qeydə alınıb.

Azərbaycanlı aktyor kövrəldi: "Atamın yeddisində mahnı oxuyub, rəqs etdim" FOTO

2017-06-30 21:15:00

Aktyor Faiq Mirzənin Son.az-a müsahibəsi.

Həmidə Ömərova: "Həyat yoldaşımla dostam, amma qadın kimi xoşbəxt deyiləm"

2017-06-30 14:36:00

Biz sovet dövründə böyümüşük, ona görə də ulduz xəstəliyimiz yoxdur. İndi də sadə insanlar var, amma azdır. İnsana gərək ətrafındakılar dəyər versin. Bəziləri özlərini olduqlarından yüksək göstərməyə çalışırlar və buna nail olurlar. Həmin insanları mən oxuyuram.

Axtarışda olan Türkiyə vətəndaşı Azərbaycanda tutuldu

2017-06-30 14:18:00

Dövlət Miqrasiya Xidmətinin (DMX) qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər nəticəsində uzun müddət Azərbaycanda qanunsuz yaşayan Türkiyə vətəndaşı Hasan Tekbıçak saxlanılıb.

Tovuzda 26 kondisioner oğurlayan şəxs saxlanıldı VİDEO FOTO

2017-06-30 13:05:00

İyunun 22-də Tovuz rayonunun Bozalğanlı kəndində tikintisi hələ başa çatmayan Nizami adına Mədəniyyət evindən 26 ədəd kondisionerin oğurlanması barədə polisə məlumat verilib. Son.az ARB TV-yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanı əməkdaşları əməliyyat-axtarış işlərinə başlayıblar və Gəncə şəhər sakini 31 yaşlı Tahir Orucov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub. Orucov əməlini boynuna alıb. Saxlanılan şəxs polisə ifadəsində bildirib ki, qarət etdiyi kondisonerlərin hamısını Gəncədəki mağazalara satıb və əldə etdiyi pulu xərcəyib. Fakt araşdırılır.

"Piyan idim, yumruq atdım, burnu sındı"

2017-06-30 12:29:00

İyunun 27-də saat 02 radələrində paytaxtın Xəzər rayonu Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum 2 nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetirib, təmir-tikinti alətləri və bir ədəd "DVD player" götürərək hadisə yerindən qaçıblar. Vasin xəstəxanaya yerləşdirilib. Son.az ARB TV-yə istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar. Şahlar Novruzov - saxlanılan şəxs: "Yumruq atdım burnu sındı. Çıxanda qapının yanında "sumka" var idi. Baltanı da onun əlindən alıb, qoymuşdum onun içinə. Piyan idim. Çıxanda əl atdım, balta da içində idi, dedim ki, birdən durub ayağa baltanı götürüb üstümə gələr, piyan adamam". Qeyd edək ki, hər iki şəxs İqor Vasini döyən zaman evdəki elektrik sobası aşıb, elə bu səbəbdən cinayəti törətməkdə şübhəli bilinən şəxslər hadisə yerindən qaçandan sonra mənzildə yanğın baş verib.

"Ermənilər salonun qarşısında etiraz aksiyası keçirməyə cəhd etdilər"

2017-06-30 11:48:00

"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı xalq artisti Mənsum İbrahimov olub. Son.az xəbər verir ki, maraqlı açıqlamaları ilə diqqət çəkən xalq artisti, ilk olaraq, xarici səfərindən söz açıb: "Bir neçə səfərimiz oldu. Cenevrədə səfərdə olduq. BMT-nin mənzil qərargahında konsert verdim. Sonra bu yaxınlarda Los-Anceles və San-Dieqoda konsert proqramı ilə çıxş elədik. Los-Ancelesdə 2000 nəfərlik bir salondaydı konsertimiz. Hətta mənfur qonşularımız salonun qarşısında etiraz aksiyası belə keçirməyə cəhd etdilər. Çünki orada onlar kompakt şəkildə yaşayırlar. Həmişə olduğu kimi mənfur sifətlərini göstərməyə çalışdılar. Ancaq təsirləri olmadı. 2000 nəfərlik salonda konsert anşlaqla keçdi. Amerikalı bir fotoqrafın Bakı haqqında çəkdiyi fotolardan ibarət fotosərgi keçirildi. "Əli və Nino" filminin təqdimatı oldu. Mədəniyyət günləri kimi silsilə tədbirlər keçirildi. Sonda San-Dieqoda hamımız səhnəyə qalxdıq. Azərbaycan mahnısı oxundu. Bayrağımız səhnəyə gəldi". Qastrol səfərindən geri qayıdan sənətçi verdikləri konsertlərdə qeyri-millətlərin nümayəndələrini belə ovsunlamağı bacardıqlarını etiraf edib:  "Azərbaycan musiqisi o qədər zəngindir ki, dünyanın hər bir yerində yüksək səviyyədə qarşılanır. Amma hər bir konsertin öz tamaşaçısı var. Bizim üçün də sevindirici oldur ki, tamaşaçılar böyük maraqla bizi qarşıladılar. Azərbaycan mahnısı oxunub qurtarandan sonra bütün salon ayağa qalxırdı. Konsertdəki tamaşaçıların 90 faizi amerikanlar idi". Mənsum müəllim gərgin işlərindən söhbət açarkən istirahət haqda da fikirlərini bölüşdü: "Hələ istirahət haqda düşünmürəm. Çünki iyulun beşinə qədər imtahanlarımız var. İmtahan komissiyasının üzvüyəm. Ayın beşindən sonra qısamüddətli şəkildə bölgələrimizdə istirahət etməyi düşünürəm. Ancaq uzunmüddətli yox". Xalq artisti məşhurluğun onu sevindirdiyini də gizlətmədi: "Bəzən insan istəyir ki, rahat olsun. Ancaq diqqət mərkəzində olmaq xoşdur. Xalqın sənətkarıyıq. İnsanlar ancaq məhəbbətlərini bildirirlər. Buna sevinmək lazımdır". Sənətçi uğurlarını həzm edə bilməyənlər olsa da, Mənsum İbrahimov bunun müsbət hal olduğunu dilə gətirib:  "Əgər bu gün sənətkar meydandadırsa, qısqanclıq, paxıllıq deməzdim, rəqabər olacaq. Bu, normaldır. O insana rəqib olmur ki, o, heç bir iş görmür, onu hamı tərifləyir. İş görən insanın təbii ki, rəqibi də olacaq, onun işinə nöqsan tapan da olacaq". Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Şəki festivalında "Təbriz" rəqs qrupunun çıxışı maraqla qarşılanıb FOTO

2017-06-30 07:41:00

Şəki "İpək Yolu" VIII Beynəlxalq Musiqi Festivalı artıq üçüncü gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı və rəngarəng konsert proqramları ilə sevindirir. Festivalın ilk günlərində tamaşaçılar Yaponiyadan, Polşadan, Macarıstandan gəlmiş musiqi qruplarının, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivlərinin çıxışlarını izləyiblər.

Əməkdar artistin mətbuatdan gizlətdiyi qızı və anası FOTO

2017-06-29 21:17:00

Tanınmış aktrisa, əməkdar artist Nübar Novruzovanın anası və qızı Fatimənin fotosu yayılıb.

"Uşaqla rəftarını görəndə dəhşətə gəldim"

2017-06-29 21:05:00

"Ona görə bu yola əl atdım"

Təbrizin tanınmış aktyoru Musiqili Teatrda "999cu gecə"də

2017-06-29 19:00:00

Təbrizin tanınmış və sevilən kino və teatr aktyoru Camal Saqinejad Azərbaycan Dövlət Musiqili Teatrının cari repertuarında uğurla oynanılan SSRİ Xalq artisti, dünya şöhrətli bəstəkar Fikrət Əmirovun ölməz musiqiləri və "Min bir gecə" nağıllarının motivləri əsasında hazırlanan "999-cu gecə" tamaşasında çıxış edəcək.

S.Bəhlulzadə adına Mədəniyyət Sarayında "Anamın məktubu" tamaşasının təqdimatı keçiriləcək

2017-06-29 18:24:00

"NUR" yaradıcı gənclər teatrının təqdimatında C.Məmmədquluzadənin eyniadlı əsəri əsasında qurulmuş "Anamın məktubu" tamaşasının təqdimatı keçiriləcək.

89cu teatr mövsümünün "Sima"sı təqdim olunacaq

2017-06-29 18:12:00

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 89-cu teatr mövsümü ərzində seçilənlər mükafatlandıracaqlar.

Prokuror məhbus yoldaşını balta ilə öldürən şəxsə cəza istədi

2017-06-29 17:42:00

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rüfət Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakıda çempion qızın ölümü ilə bağlı CİNAYƏT İŞİ başlandı

2017-06-29 16:55:00

Bakının Xətai rayonu ərazisində azərbaycanlı idmançı Reyhan Məmmədovanın ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

Bakıda hava limanında şübhəli çanta:

2017-06-29 15:40:00

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən qanunsuz yolla aparılmasına cəhdin qarşısını alıblar.

Bakı sakininin 3,4 milyon dollarını mənimsəməkdə təqsirləndirilən şəxsin atası tutuldu

2017-06-29 15:24:00

Bakı sakininin 3,4 milyon ABŞ dolları məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayevin atası Çingiz Abdullayev həbs edilib.

89cu mövsüm "Yarımçıq qalmış"la yekunlaşdı

2017-06-29 15:05:00

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 89-cu mövsümün son böyük tamaşası göstərilib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "heykəltəraşlıq" fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunmuş tamaşa Y.Abramov və L.Bəyimin "Xəyalpərvər oğlan" əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru, Xalq Artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı Ramiq Nəsirov, rəqslərin quruluşçusu Ella Hacıyeva, rejissor assistenti isə Sevda Hacışəmiyeva, mahnıların ifaçısı Çinarə Məlikzadədir.

Uşaqlar üçün mövsümün son tamaşası “Çipollino” oldu FOTO

2017-06-29 14:56:00

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mövsümün son premyerası nümayiş etdirilib

"Muğam axşamları" layihəsinin növbəti təqdimatı keçirildi FOTO

2017-06-29 14:11:00

Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” layihəsinin növbəti təqdimatında “Bayatı-Şiraz” muğamı səslənib

Azərbaycanlı avtoriteti döydürən "oğru"lar ələ keçdilər

2017-06-29 10:10:00

Moskvada bir neçə "qanuni oğru" saxlanılıb. 

Qamışlıqda baş verən dava qətllə nəticələndi VİDEO

2017-06-28 22:15:00

Sumqayıtda qız üstündə qan tökülüb.

"Bəyin oğurlanması" filminin Gülbadamı:

2017-06-28 19:29:00

"Bəyin oğurlanması" filminin qəhrəmanı Naibə Əlibəyova ağır xəstəliyə tutulub. Bu günlərdə əməliyyatdan qayıdan aktrisa səhhəti haqda Son.az-a danışıb:

Fatma Mahmudova: "Elə bilirlər ki, başım keçəldir" FOTO

2017-06-28 19:20:00

Xalq artisti Fatma Mahmudova parikdən istifadə etməyinin səbəbini açıqlayıb. Son.az-a açıqlama verən aktrisa bunları bildirib:

"Belə festivallar ölkələr arasında dostluq əlaqələrini daha da möhkəmləndirir"

2017-06-28 19:15:00

Mən artıq dördüncü dəfədir ki, Azərbaycandayam. Şəkidə keçirilən bu gözəl musiqi festivalında ötən il də iştirak etmişəm. Belə festivallar ölkələr arasında dostluq əlaqələrini daha möhkəmləndirir. Festivala yenidən dəvət aldığıma, burada yapon musiqisini təmsil etdiyimə görə sevinc hissi keçirirəm.

Azərbaycanlı aktyor: "Mətanət çəkiliş meydançasında hönkürüb ağladı" FOTO

2017-06-28 19:10:00

“İllər sonra onların yanına qayıdıram”

Festivalın 2ci günü Şəki tamaşaçıları Yaponiya musiqi qrupunun konsertini izləyib FOTO

2017-06-28 18:42:00

Şəki "İpək Yolu" VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyunun 28-də "Marxal" istirahət kompleksinin Yay Teatrında Yaponiyanın "Va-Liqa" musiqi qrupunun konserti olub.

İsveçrədə muğam axşamı

2017-06-28 18:00:00

İsveçrənin Bazel şəhərində "Azərbaycan mədəniyyəti inciləri" çərçivəsində "Azərbaycan muğamları gənc muğam ifaçılarının təqdimatında" adlı tədbir keçirilib.