Kriminal

Filarmoniyada Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin konserti keçiriləcək

2023-01-09 21:36:00

Yanvarın 13-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçiriləcək. 

Qubada türkəçarə ilə məşğul olan şəxsdən "patı" tapıldı

2023-01-09 20:08:00

Quba rayonunda türkəçarə ilə məşğul olan şəxs narkotiklə saxlanılıb.

Silsilə oğurluqlar edən şəxs tutuldu FOTO

2023-01-09 17:56:00

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən rayonun Qıraqlı kənd sakini, əvvəllər törətdiyi müxtəlif cinayətlərə görə ümumilikdə 25 il həbs həyatı yaşayan Əfqan Quliyev saxlanılıb.

Biləsuvarda 56 yaşlı kişini başından güllələdilər

2023-01-09 17:50:00

Biləsuvarda 56 yaşlı kişi başından güllələnərək öldürülüb.

Rəşad Atakişiyevin əziz xatirəsinə həsr olunmuş konsert keçirilib FOTO

2023-01-09 15:56:00

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Beynəlxalq müsabiqələr laureatı, pianoçu Toğrul Hüseynlinin Şəhid pilot, polkovnik leytenant Rəşad Atakişiyevin əziz xatirəsinə həsr olunmuş "Rəşadətli uçuş" adlı solo konserti keçirilib.

Ləyaqətini, abrını, mənliyini qoruyub saxlamağı bacaran sənətkar

2023-01-09 07:07:00

Artıq bir neçə ildir ki, hər ilin əvvəli, daha  dəqiq desək, yanvar ayının 9-da    yaxın dostum, görkəmli sənətkar, Xalq artisti  İlham Namiq Kamalın doğum günü  münasibəti ilə məqalə yazıram. Bu bir növ ənənə halını alıb. Bu dəfə də ənənəyə sadiq qaldım. İlham Namiq Kamal 73 yaşını adlayıb, 74 yaşına-müdrikliyin daha yüksək  mərhələsinə qədəm qoyub.  Məqalə ilə bağlı İlhama zəng edib, fikrimi ona bildirdim. Əvvəl etiraz etsə də, sonra razılaşıb, məni teatra dəvət etdi. Teatra yollandım. Teatrın inzibati qapısında gözətçilər mənim İlham müəllimin yanına  gəldiyimi biləndə, dedilər ki, bilirik. Deməli, sənətkar mənim gələcəyimi onlara deyib. İkinci mərtəbəyə qalxdım. Sənətkarın qrim otağının qapısı açıq idi. Mənim addım səslərimi eşidən kimi, İlham qapıya çıxıb, məni gülərüzlə qarşılayaraq, içəri dəvət etdi, salamlaşıb, görüşdük. Dostumun  qrim otağı səliqə-səhmanı ilə göz oxşayır, masanın üzərində isə, Moskva şəhərinin Babayev fabrikinin müxtəlif şokolad konfetləri və çərəzlər var idi. Mən məqalə haqqında nəsə demək istəyirdim ki, sənətkar sözümü  kəsib: -Tələsmə, yazı, müsahibə, məqalədən qabaq çərəzlərdən ye.  Nə içirsən, çay, qəhvə.  De, bufetə zəng vurum, gətirsinlər. Mən çay içəcəyimi dedim. İlham teatrın bufetinə zəng vurub, çay sifariş etdi. Sənətkar bir daha  mənə çay gətirilincə, çərəz yeməyi məsləhət gördü. Bufetdən bir çaynik çay, iki armudu stəkan gətirdilər. Sənətkar çay gətirən xanıma minnətdarlır edib, onu hörmətlə yola saldı və gəlib, çayın necə dəmləndiyinə baxandan sonra,  stakanlara çay süzdü. Mən düşündüm ki, elə sənətkarla çay içərək, söhbət etsək yaxşı olar. Sənətkarı söhbətə tutub, telefonun səsyazanını işə saldım. Mən danışır, o  qulaq asırdı.  Amma hiss edirdim ki, fikri ayrı yerdədir. Mən çaydan bir qurtum içib:     -İlham, sənin necə insan, necə bir sənətkar olduğunu ölkədə bilməyən yoxdur.    Sən gözütox, qismətinlə razılaşan, birinci növbədə özünə, daha sonra ətrafına qarşı tələbkar olan, düşündüklərini deyən və  yeri gələndə yazan insansan. Mən bilirəm ki, sən teatr və kino haqqında dərin bilik və bacarığını gənclərə öyrətməyə həmişə hazırsan. Onu da bilirəm ki, sən də çoxları kimi,  son dövrlərdə teatr, kino və ümumən mədəniyyət sahəsində baş verənlərdən narahatsan...      İlham, adəti üzrə konfet yemədən bir-iki qurtum çay içəndən sonra, mənim              başladığım mövzunu davam etdirməyə başladı: - Çingiz, sən, yaxşı bilirsən ki, mən       təbiət etibarı ilə narahat adamam. Təbii ki, mədəniyyət sahəsində baş verənlərdən narahat olmaya bilmərəm. Bilirsən ki, mən bir neçə ay bundan əvvəl teatr sahəsinin inkişafı ilə bağlı fikirlərimi yazıb, mətbuatda çap etdirmişdim.     Məqalə "Teatrı niyə sevmirik? " adlanırdı.  Yazımda  sənətdə struktur dəyişikliklərin və islahatların aparılmasının, gənclərə dəstək verməyin  vacibliyini qeyd etməklə yanaşı,  yaşlı sənətkarları da unutmamağı tövsiyə edirdim. Biz dünya təcrübəsindən istifadə etməliyik.  Səhnəyə çıxıb, rolunu canlandırmağı bacaran, sağlamlığı buna imkan verən, hər bir yaşlı sənətkar teatra və kinoya lazımdır. Mən qəti bilirəm ki, gənclər yaşlı sənət nümayəndələri ilə birlikdə səhnəyə çıxanda, onlardan əyani "dərs" ala bilərlər. Səhnədə ekranda  illərin təcrübəsini qazanmış sənətkarları sənətdən uzaqlaşdırmaq  olmaz...      Mən onun sözlərini təsdiq etdim:-Əlbəttə, yaşlı sənət nümayəndələrini teatrdan və kinodan uzaqlaşdırmaq  düz deyil.     Sənətkar adəti üzrə çayını konfetsiz içə-içə, söhbətini davam etdirir:     -Mən bu  yazıdan sonra sabiq mədəniyyət naziri ilə görüşüb, düşüncələrimi ona da çatdırmağı vacib hesab etdim.  Ona bildirdim  ki, mən sənətdə sözümü demişəm və dövlətimiz tərəfindən heç vaxt diqqətdən kənarda qalmamışam. Çalışdığım, teatr və kino sənətinin inkişafı  və yetişməkdə olan  gənclərin gələcəyidir. Mən sənətdə ilk addımlarını atan hər bir gəncə dəstək olmağa hazıram. Vaxtı ilə sənətdə yaşlı sənətkarlar mənə dəstək olublar. Mən də bu estafeti davam və inkişaf etdirmək istəyirəm. Gənclərimiz müasir texnologiyaları, xarici dilləri gözəl bilirlər. Mən bir ağsaqqal sənət nümayəndəsi kimi bunu alqışlayıram. Dövr dəyişib, müasirliyi və yeniliyi qəbul etməliyik. Amma biz keçmişi də unutmamalıyıq. Azərbaycan teatr və kinosunun mürəkkəb inkişaf tarixi olub. Saysız-hesabsız sənətkarlar ordusu milli teatr və kino sənətinin inkişafı naminə, artıq tarixə çevrilmiş sənət nümunələri yaradıblar. Müasir texnologiyalar əsrində onların bir qismi bəzilərimizə köhnəlmiş kimi görünə bilər. Amma bu günə qədər biz həmin nümunələri hələ də maraqla izləyiriksə, deməli, bu barədə düşünməyə dəyər. Əvvəllər teatr üçün ilkin olaraq, yüksək peşəkar səviyyəli dram əsəri, kino üçün isə, peşəkar ssenari seçilirdi.  Bütün bunlardan sonra sənətdə sözünü demiş sənətkarlar, istedadlarına inandıqları yaradıcı qruplarla sənət nümunələri yaradırdılar.  Mən söhbətə qoşulmaq istəyirdim ki, İlham mənə konfetləri               göstərib, dedi ki, xahiş edirəm, bax, bu dadlı "Əyri pəncəli ayı" konfetini yeyib, çayını iç, mən fikrimi davam etdirim:     -Sabiq nazirə dedim ki, keçmişin sənətkarları tanışa, dayıya, xalaya yox, istedada qiymət verirdilər. O zamanlar istedadı olana yaşıl işıq yandırıldığı üçün yüksək peşəkar səviyyəli sənət nümunələri yaradılırdı.          Mən İlhamın dediyi  dadlı " Əyri pəncəli ayı " konfetini yeyib, çay içə-içə maraqla ona baxırdım. O isə, söhbətini davam etdirir:    -Mən allahın qismətinə inanan adamam. Qismətdən artıq yemək olmaz.  Mən qismətindən artıq yemək istəyənlərə, düzü əhəmiyyət vermirəm. Bəzən görürsən ki, həyatda hər şeyi əldə etmiş biri, sağlamlığı və həyatı hesabına daha nələri isə əldə etməyə can atır. Mən belə sənət  adamlarını anlaya bilmirəm. Axı heç kim bu dünyada əbədi deyil. Heç  kim bu dünyadan istəsə  belə, heç nə apara bilməyəcək. Məsələn, mən heç vaxt, heç nəyə  can atmamışam. Sadəcə olaraq, başımı aşağı salıb, sənətimlə məşğul olmuşam. Səhnədə və ekranda mənə tapşırılan obrazı ürəklə, peşəkarlıqla canlandırmağa çalışmışam. Xalq

Elektriklə balıq ovlayan şəxs saxlanıldı

2023-01-08 11:32:00

Qızılağac Milli Parkının ərazisində elektrik cərəyanı ilə ov edən şəxs saxlanılıb.

Prokurorla evləndi, qızı İlhaməyə səhnə qadağası qoydu,

2023-01-07 16:20:00

Son.az Kulis.az-a istinadən Xalq artisti, xanəndə Tükəzban İsmayılova haqqında maraqlı fakları təqdim edir.

Azyaşlı qızın kənddə macərası: "Biabır olmuşduq..."

2023-01-07 15:20:00

İmişli rayonunda 1985-ci il təvəllüdlü Talehlə 1998-ci il doğumlu Murad həmyerliləri Cəfərə (adlar şərti verilib - red.) xəsarət yetiriblər.

Qızıllarını tualetdə gizlətdi, hər gün döyüldü, evində ölü tapıldı

2023-01-07 14:20:00

Son.az Kulis.az-a istinadən aktyor, Əməkdar artist Elçin Həmidov 10 maraqlı faktı təqdim edir.

Bakıda bu şirkətin direkoru və işçiləri HƏBS EDİLDİLƏR:

2023-01-07 14:03:00

Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu zərərçəkənlərə xüsusilə külli miqdarda ziyan vuran qrup üzvləri Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Dostlar arasında qanlı dava: "Gözümü açdım ki, arvadıyla bizdədi"

2023-01-07 13:00:00

Abşeron rayonunda 1980-ci il təvəllüdlü Elnur münaqişə zamanı tanışı Avtandilə xəsarət yetirib.

Həyat yoldaşını erkən itirdi, “Ögey ana” filmində onu aldatdılar

2023-01-07 12:00:00

Son.az Kulis.az-a istinadən "Ögey ana" filmi ilə məşhurluq qazanan aktrisa Sevinc Axundova haqqında maraqlı faktları təqdim edir.

Xaçmazda şok olay: İki qadına qarşı təcavüz oldu

2023-01-07 00:31:00

Xaçmaz rayonunda 1990-cı il təvəllüdlü Əhməd (adlar şərti verilib - red.) iki qadına qarşı quldurluq və seksual xarakterli hərəkətlərə cəhd edib.

DİN Naxçıvanda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb

2023-01-06 22:24:00

Yanvarın 6-da saat 17 radələrində Naxçıvan MR Babək rayonunun Nehrəm qəsəbəsində 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Sabunçuda film kimi oğurluq VİDEO

2023-01-06 15:58:00

Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib. Naməlum şəxs əvvəlcə evin təhlükəsizlik kameralarını yararsız hala salaraq oradan ümumi dəyəri 15 min manat olan sement qarışdıran qurğunun hissələrini oğurlayıb.

Prokuror ana və iki övladını öldürən keçmiş direktora ömürlük cəza istədi

2023-01-06 15:56:00

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Nizami rayonunda ana və iki övladını qətlə yetirməkdə təqsirləndirilən Əhəd Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakıda avtomobilə yol verməyən sürücü küçədə

2023-01-06 10:09:00

Bakıda iki sürücünün bir birinə yol verməməsi qətllə nəticələnib.

Kişi arvadını

2023-01-06 07:14:00

Yanvarın 6-da saat 04 radələrində paytaxtın Xətai rayonunda 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın bıçaqlanaraq öldürülməsi barədə polisə məlumat daxil olub.

Gülnarə Xəlilovanın "Şimal hekayələr CİZGİilə" adlı ekspozisiyasının açılışı olacaq FOTO

2023-01-05 17:16:00

Yanvarın 7-də Osloda "Deichman Bjorvika" Mədəniyyət Mərkəzində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovanın "Northern Stories by CİZGİ" ("Şimal hekayələr CİZGİ-ilə") adlı ekspozisiyasının açılışı olacaq. Tədbir Osloda Azərbaycan Evi tərəfindən təşkil olunub.

Multikulturalizm Mərkəzi ili uğurla başa vurdu

2023-01-05 13:50:00

BBMM-in 2022-ci ilin yekunlarına dair hesabatı

Ağasəlim Abdullayev xəstəxanadan

2023-01-05 13:12:00

Xalq artisti Ağasəlim Abdullayev evə buraxılıb.

Naxçıvanda qumar oynayanlar saxlanıldı

2023-01-05 12:54:00

Naxçıvanda qumar oynayan şəxslər müəyyən edilib.

Gəncədə 36 kq narkotiki gizlədən qadın tutuldu VİDEO FOTO

2023-01-05 11:54:00

Gəncə Şəhər Baş Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Diana Mehdiyeva saxlanılıb.

39 yaşlı qadını

2023-01-04 22:58:00

Şəmkirdə 39 yaşlı qadına əri tərəfindən xəsarət yetirilib.

Narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

2023-01-04 12:41:00

Samuxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Ağdaşda 5 nəfər

2023-01-04 09:13:00

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son iki gündə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən 5 nəfər tutulub. Onlardan 3 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi, gözləri tutuldu

2023-01-03 18:20:00

Son.az Kulis.az-a istinadən müğənni, Əməkdar artist Kəmalə Rəhimli haqqında maraqlı faktları təqdim edir.

Azərbaycanda kişi arvadını hamamda başqası ilə tutdu, qardaşı isə...

2023-01-03 17:20:00

Şabran rayonunda 1992-ci il təvəllüdlü Aydın qısqanclıq zəminində yaranan münaqişə zamanı 23 yaşlı bacısı Nərminəni (adlar şərti verilib - red.) qətlə yetirib.

İki övladını birdən itirdi, anası onu heç vaxt bağışlamadı, saçlarını kəsdirib torbaya yığdı

2023-01-03 16:00:00

Son.az Kulis.az-a istinadən aktrisa, Xalq artisti Nuriyyə Əhmədova haqqında maraqlı faktları təqdim edir.

Tələbəsi ilə ailə qurdu, iki ayağı kəsildi, oğlunun toy günü öldü

2023-01-03 15:00:00

Son.az Kulis.az-a istinadən Xalq artisti Muxtar Maniyev haqda 10 maraqlı faktı təqdim edir.