Siyasət
2023-02-08 16:35:00
Mənim göstərişimlə bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq. O cümlədən bizim xəstəxanalarda yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb və əgər ehtiyac olarsa, biz xəstələri gətirməyə də hazırıq.
2023-02-08 16:24:00
Türkiyədə bərpa işlərinə də biz qoşulmağa hazırıq.
2023-02-08 16:15:00
Bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır.
2023-02-08 16:06:00
Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi.
2023-02-08 15:52:00
Şərqi Timor Prezidenti Joze Ramuş-Orta bu ilin mart ayında Bakıya səfər edəcək.
2023-02-08 14:00:00
Fevralın 8-də Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.
2023-02-08 12:58:00
Tofiq Quliyevin xatirəsi Azərbaycanda əbədiləşdirilib. Onun yaşadığı binaya xatirə lövhəsi vurulub, Bakının küçələrindən birinə onun adı verilib. Eyni zamanda, musiqi məktəbi də onun adını daşıyır və bu gün bu gözəl abidə ucaldılır.
2023-02-08 12:50:00
Tofiq Quliyevin əsərləri doğrudan da bizim böyük sərvətimizdir. Bu əsərlər ölməz əsərlərdir, bu gün də səslənir, bundan sonra da uzun illər ərzində səslənəcək. Çünki bu əsərlərin mahiyyətində həm Tofiq Quliyevin istedadı, eyni zamanda, Azərbaycan xalqına, doğma Bakı şəhərinə olan məhəbbəti dayanır.
2023-02-08 12:49:00
Şəhərimizin mərkəzində ucaldılan bu abidə Azərbaycan xalqının dahi bəstəkar Tofiq Quliyevin xatirəsinə olan hörmətinin əlamətidir. Həqiqətən Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində bir inqilab etmişdir.
2023-02-08 12:35:00
2023-cü il fevralın 6-da Türkiyədə zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyop Ərdoğana başsağlığı verib və bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib. Dövlət başçısının tapşırığına əsasən baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardıma başlanıb.
2023-02-08 12:17:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Bakıda görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib.
2023-02-08 11:51:00
Ötən gün azərbaycanlılar tərəfindən Türkiyədə baş vermiş zəlzələdən zərərçəkmiş insanlar üçün yardım kampaniyasına başlanılıb.
2023-02-08 10:37:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.
2023-02-08 10:27:00
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bir neçə hərbi hissədə xidməti-döyüş fəaliyyətini, qoşun xidməti və döyüş növbətçiliyinin təşkilini yoxlayıb.
2023-02-08 08:51:00
Azərbaycan Ermənistandan fərqli olaraq sülh sazişinin mətni üzrə danışıqların qısa müddət ərzində keçirilməsinin tərəfdarıdır.
2023-02-07 23:56:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Türkiyənin zəlzələdən zərər çəkmiş əyalətlərinə səfər edəcək.
2023-02-07 22:54:00
Niderland Almaniya və Danimarka ilə əməkdaşlıq çərçivəsində 100-ə yaxın "Leopard 1" tankı alaraq Ukraynaya tədarük etmək niyyətindədir.
2023-02-07 22:51:00
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Türkiyənin Parisdəki səfiri Əli Onanerlə görüşüb, zəlzələdə həyatını itirənlərlə bağlı başsağlığı verib.
2023-02-07 22:48:00
Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, bu gündən etibarən Heydər Əliyev Mərkəzinin binası Türkiyə Respublikasının Dövlət bayrağının rəngində işıqlandırılıb.
2023-02-07 22:39:00
Ermənistan Baş naziri Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
2023-02-07 21:34:00
Avropa Birliyi (AB) rəsmiləri Ukrayna Prezidenti Vladimir Zelenskinin Brüsselə mümkün səfəri ilə bağlı məlumatın mediaya sızması ilə əlaqədar qarşılıqlı ittihamlar səsləndirirlər.
2023-02-07 21:32:00
Türkiyədəki zəlzələdə bir Azərbaycan vətəndaşı - 1980-ci il təvəllüdlü Nailə Bünyatovanın həlak olduğu dəqiqləşib.
2023-02-07 21:31:00
Təxminən on gün əvvəl Xankəndidəki separatçıların başçısı Araik Arutyunyan görüşlər keçirmək üçün Rusiyaya gedib.
2023-02-07 21:29:00
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verib və erməni xilasedicilərinin Türkiyəyə yola düşməyə hazırlaşdığını bildirib.
2023-02-07 21:27:00
"Zəlzələ ilə bağlı yenə "sui-qəsd nəzəriyyələri"nin sayı artıb. "Versiya"lardan biri budur ki, Türkiyədəki zəlzələni fevralın 3-də İstanbulda lövbər salan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi yaradıb, guya həmin gəmidə zəlzələ yaradan xüsusi texnologiya var".
2023-02-07 21:26:00
Türkiyənin daxili işlər naziri Süleyman Soylu yardımdan dolayı Azərbaycana təşəkkür edib.
2023-02-07 21:24:00
Rusiya Cənubi Qafqaz regionunu tərk etməyə hazırlaşmır. Moskva postsovet məkanını təhlükəsizliyin, iqtisadi inkişafın və Kremlin kimliyinin birbaşa asılı olduğu region kimi qəbul edir. Ukrayna hadisələri ilə bağlı Rusiyanın müxtəlif regionlardakı, xüsusən də Cənubi Qafqazdakı maraqlarını unutduğunu düşünmək səhvdir. Lakin Moskvanın postsovet məkanında istifadə edə biləcəyi alətlər bu gün getdikcə azalır.
2023-02-07 19:56:00
Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir.
2023-02-07 18:14:00
"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
2023-02-07 17:22:00
Prezident İlham Əliyev "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə sərəncam imzalayıb.
2023-02-07 16:10:00
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşları təltif edilib.
2023-02-07 16:06:00
Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar yığıncaq iştirakçılarına müraciət edib.