Siyasət

Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür edib

2023-02-07 09:11:00

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəlzələdəki çoxsaylı insan tələfatı ilə bağlı başsağlığına görə təşəkkür edib.

Kamaləddin Qafarov: “Rumıniya Azərbaycan əlaqələri intensiv inkişaf edir”

2023-02-07 09:10:00

"Rumıniya Prezidenti Klaus Yohannisin fevralın 2-də Azərbaycana rəsmi səfəri Avropa dövlətlərinin ölkəmizlə əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqda və daha da genişləndirməkdə maraqlı olduqlarını sübut edir. Məlum olduğu kimi, Rumıniya-Azərbaycan əlaqələri uzun illərdir ki, strateji tərəfdaşlıq əsasında intensiv inkişaf edir. Bu müddət ərzində ölkələrimiz arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Prezident İlham Əliyevin mətbuata bəyanatında  da qeyd etdiyi kimi, ölkələrimiz arasında ticari-iqtisadi sahələrdə də müsbət nəticələr var. Dövlətimizin başçısı bu məqamı da vurğulayıb ki, ticarət dövriyyəsi iki dəfədən çox artsa da, bu dövriyyənin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neftin təşkil etməsi ölkəmizi qane etmir. Buna görə də ticarət dövriyyəsinin şaxələndirilməsi üçün əlavə addımlar atılacaq. Bu məqsədlə hökumətlərarası komissiyanın fəaliyyəti xüsusi önəm kəsb edə bilər". 

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun

2023-02-07 08:57:00

Bu gün Milli Qəhrəman İbrahimov Mübariz Ağakərim oğlunun doğum günüdür.

Ukrayna nazirlərinə vertolyotla uçmaq

2023-02-07 08:56:00

Ukrayna Daxili İşlər Nazirliyi daxili işlər naziri Denis Monastırskinin ölümü ilə nəticələnən, Kiyev vilayətində baş verən təyyarə qəzasının şərtlərinin araşdırılması başa çatana qədər nazirlərə vertolyotlardan istifadə etməyi qadağan edib.

Saakaşvili: Mənə ölüm hökmü

2023-02-07 08:52:00

Mən faktiki olaraq ölüm hökmü almışam və ölümcül xəstəliklərlə həbsdə qalacağam.

İsveç Türkiyəni dəstəkləmək

2023-02-07 08:28:00

Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edən İsveç Türkiyədə baş verən zəlzələ ilə əlaqədar Aİ-nin ən yüksək fəlakətlərə cavab sistemi olan İnteqrasiya edilmiş Siyasi Böhranlara Müdaxilə Sisteminin (IPCR) tətbiqinə təşəbbüs göstərib.

Ukraynada bu model Arestoviçin yuxusudur

2023-02-07 08:27:00

Ukraynın Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviçin Ukraynadan Cənubi Koreya "yaradılacağı" ilə bağlı söyləntiləri siyasi yuxuya bənzəyir.

BakıTehran müharibəsi ola bilərmi?

2023-02-07 08:22:00

Birincisi, 27 yanvar terror aktının nəticələri nə qədər sarsıdıcı olsa da, nəzərə almaq lazımdır ki, əvvəllər də Azərbaycanla İran arasında münasibətlər asan olmayıb. Bu münasibətlər sistemli problemlərlə doludur. Bakıda müxtəlif səviyyələrdə istər İrandakı azərbaycanlıların, istərsə də İranın ölkə daxilindəki dini təsiri (Azərbaycan dünyəvi dövlətdir - red.) problemi dəfələrlə qaldırılıb. Öz növbəsində Tehran qonşu ölkə ilə İsrail arasında əməkdaşlığın güclənməsindən narazılığını bildirib. Azərbaycanla Türkiyə arasında strateji əlaqənin güclənməsi də İranda narahatlıq yaradıb.

Bayden Ərdoğana zəng etdi

2023-02-07 07:25:00

ABŞ Prezidenti Co Baydenlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

İran nümayəndəliyi bağlansa, casuslar ifşa olacaq

2023-02-06 21:27:00

Artıq hamıya məlumdur ki, terror təhlükəsi mövcud olduğu müddətdə Azərbaycan diplomatları Tehrana qaytarılmayacaq. Bunun nə zaman baş verəcəyi isə məlum deyil. Bu 1 il, 3 il, 10 il çəkə, yaxud Azərbaycan ümumiyyətlə öz səfirliyinin Tehran şəhərində işinə son verə bilər.

Azərbaycan bu çətin günlərdə də Türkiyənin yanındadır

2023-02-06 21:00:00

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə baş verən dəhşətli zəlzələ ilə bağlı öz "Twitter" səhifəsində paylaşım edib.

Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror hücumuna dair VİDEOÇARX

2023-02-06 18:02:00

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror hücumuna dair videoçarx hazırlayıb.

Səfirliyə hücum düşünülmüş və planlaşdırılmış hadisə idi XİN

2023-02-06 15:49:00

Səfirliyə hücum düşünülmüş və planlaşdırılmış hadisə idi.

“Səfirlikdəki polis hadisəni görəgörə oradan uzaqlaşıb”

2023-02-06 15:28:00

"İranın polis maşını hücumdan 2 dəqiqə sonra əraziyə gələrək postdakı polislə birlikdə oradan uzaqlaşıb".

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

2023-02-06 14:55:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Dünya ölkələri Azərbaycana minatəmizləmə işlərində köməklik göstərməlidir

2023-02-06 14:43:00

Geniş ərazilərdə minatəmizləmə işləri görən istənilən ölkənin beynəlxalq dəstək gözləməsi ədalətlidir.

Fransa televiziyası terrorçunu qəhrəman kimi təqdim etdi

2023-02-06 13:13:00

Fransa televiziyasının verilişində Ermənistanda yaşayan, Fransa vətəndaşı və terroçu ASALA-nın üzvü olan Gilbert Minassіan qəhrəman kimi təqdim edilir.

Türkiyəyə yardım təklifi edən ilk ölkə Azərbaycan olub

2023-02-06 12:53:00

Türkiyədə 7,4 bal gücündə olan zəlzələnin baş verməsi ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən humanitar yardım gəlməyə başlayıb.

Beynəlxalq səyahətçilərə ermənilərin Ağdamda törətdiyi vəhşiliklər nümayiş olundu

2023-02-06 12:48:00

12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər Ağdam şəhərindəki Şəhidlər Xiyabanı ilə tanış olub.

Kamaləddin Qafarov: “MacarıstanAzərbaycan əməkdaşlığı bizim üçün böyük önəm daşıyır”

2023-02-06 11:50:00

"Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamə imzalandı. Bu sənəd Macarıstan və Azərbaycanın dost və strateji tərəfdaş ölkələr olduğunu bir daha təsdiq etməklə, eyni zamanda da bütün Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Bəyannamənin imzalanmasından sonra mətbuata bəyanatlarla çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban iki ölkənin rəhbərləri arasında keçirilən görüşlərin müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Baş nazir Azərbaycanın Macarıstanla hər zaman dost olduğunu, bu gün isə artıq bütün Avropa üçün strateji tərəfdaş ölkəyə çevrildiyini qeyd edib".

Baş Qərargah rəisi hərbi hissələrin intensiv döyüş hazırlığını yoxlayıb

2023-02-06 11:18:00

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev hərbi hissələrdə olub, yeni tədris dövründə intensiv döyüş hazırlığı məşğələlərinin gedişini yoxlayıblar.

Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədri Türkiyəyə başsağlığı verib

2023-02-06 10:38:00

"Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri olaraq icmamızın bütün üzvləri adından qardaş Türkiyədə baş verən 7.4 bal gücündə zəlzələ nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, ailələrinə başsağlığı diləyirəm".

Bayramov Çavuşoğluna zəng edib,

2023-02-06 10:34:00

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Avropa deputatlarını erməni belə satın alıbmış

2023-02-06 10:22:00

Rusiyanın Dövlət Dumasının beynəlxalq məsələlər üzrə sədri Leonid Slutskinin yaratdığı fondun dəstəyi ilə avropalı deputatların forumlarda iştirak etmək və seçkiləri müşahidə etmək üçün Krıma və Rusiya Federasiyasına səfərlərinin xərclərini ödəyib. "İşgüzar səfərlər" on minlərlə avro təşkil edirdi.

Türkiyə səfiri Azərbaycana təşəkkür etdi

2023-02-06 10:16:00

Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı Azərbaycana təşəkkür edib.

Prezidentin tapşırığı ilə 370 nəfərlik çevik xilasetmə qüvvələri Türkiyəyə göndərilir

2023-02-06 09:53:00

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) 370 nəfərlik heyəti Türkiyəyə göndərilir.

Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədəki vətəndaşlarımıza

2023-02-06 09:52:00

Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədəki vətəndaşlarımıza müraciət edib.

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

2023-02-06 09:50:00

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

XİN: "Azərbaycan hər zaman Türkiyənin yanındadır"

2023-02-06 09:44:00

"Qardaş Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri dərin hüznlə qarşıladıq".

Zakir Həsənov Hulusi Akara başsağlığı verdi

2023-02-06 09:36:00

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akara başsağlığı ünvanlayıb.

Beynəlxalq səyahətçilərin Cəbrayıla səfəri başlayıb

2023-02-06 09:24:00

Geniş tərkibdə beynəlxalq səyahətçilər qrupunun Cəbrayıl rayonuna səfəri başlayıb.