Xəbərlərin siyahısı
2022-12-29 06:01:00
Mədə və bağırsaq xəstəlikləri zamanı şüyüd ağrıkəsici, spazmolitik, qazçıxarıcı, həzmi yaxşılaşdıran və sakitləşdirici təsir göstərir. Xolesterol zamanı şüyüdün yarpaqlarında olan triqliserid müalicəvi təsir göstərir. 2008-ci ildə İranın Biokimya və Biofizika institutu heyvanlar arasında apardığı araşdırmalara əsaslanaraq şüyüdün qanda xolesterolun miqdarını aşağı salmaq qabiliyyətinə malik olduğunu sübut etmişdir. Şəklərli diabet zamanı şüyüd qanda şəkərin miqdarını azaltmaq üçün istifadə edilir. Şüyüdün tərkibində olan monoterpen orqanizmdə olan toksinlərə qarşı təmizləyici təsir göstərir. Şüyüdün antimikrob təsirə malıik olması haqqında 2006-cı ildə Vyana Universiteti tərəfindən nəşr olunmuş "Journal of Food Science" jurnalında geniş məqalə dərc olunub. Bu məqalədə şüyüd yağının bir çox mikrobları məhv eləmək qabiliyyətinə malik olmasını qeyd edilib. İstifadəsi: Müalicə məqsədilə şüyüdün həm yarpağından, həm də toxumundan istifadə edilir. Əgər daha yaxşı faydalanmaq istəsəniz onun təzə yarpaqlarından bol-bol yeyin. Soyuducuda şüyüd yarpaqlarını 3 gün müddətində saxlamaq olar. Quru və günəş olmayan yerdə qurudulan şüyüdün də istifadəsi çox faydalıdır. Müalicə məqsədilə şüyüdün dəmləməsindəm istifadə etmək mümkündür. Bu zaman yarım dəstə təzə şüyüdün üzərinə 300 qram qaynar su tökülür və 10 dəqiqə dəmləməyə qoyulur. Qurumuş şüyüddən dəmləmə hazırladıqda isə 1 çay qaşığı quru şüyüd götürülür. Dəmləməsini içə bilməyənlər şüyüdü müxtəlif cür istifadə edə bilərlər: * qatığa doğrayıb * soyuq sedviçlərin arasına qoyub * salatların tərkibində * yeməklərin yanında.
2022-12-29 05:31:00
Böyük Britaniyada radiodada həyat yoldaşının xəyanətini ifşa edən kişi arvadının sevgilisinə bıçaqla hücum edib və məhkəmə qarşısına çıxarılıb.
2022-12-29 05:01:00
Keçibuynuzu (Harnur) təbiətin insanlara bəxş etdiyi ən faydalı nemətlərdən biridir. Ondan hazırlanan bəkməz ağciyər və astmalı xəstələrin müalicəsində çox faydalıdır. Keçibuynuzu bəkməzinin faydaları barədə qədim kitablarda da əlyazmalara rast gəlmək mümkündür. Qədimdə bu bəkməzdən yeməkləri şirinləşdirmək üçün istifadə edilib. Keçibuynuzu bəkməzinin tərkibi aşağıdakılardan ibarətdir: * Tərkibundə südlə müqayisədə 3 dəfə çox kalsium var. * Tərkibindəki E vitamini sayəsində qanazlığını, öskürəyi aradan qaldırır, siqaret və infeksiya səbəbli tutulmuş bronxları açır. * Tərkibində olan minerallar sayəsində diş əti xəstəliklərini sağaldır və diş əti qanaxmalarını kəsir. * Tərkibində təbii şəkər, sink, A, B, B2, B3, D vitaminləri var. Keçibuynuzu bəkməzinin faydasını görmək üçün səhər və axşam yeməyi zamanı bir xörək qaşığı qəbul etmək lazımdır. 15-20 gün ərzində qəbul edilən bəkməz orqanizmə aşağıdakı müalicəvi təsir göstərir: - nəfəs darlığını aradan qaldırır - astma xəstəliyinin sağalmasına yardım edir - allergiya boğulmalarını aradan qaldırır - sinəni yumşaldır və bəlğəmgətirici təsirə malikdir - soyuqlamanı aradan qaldırır - yüksək enerji qaynağıdır - sümükləri möhkəmləndirir - qanazlığını aradan qaldırır - immuniteti yüksəldir - bağırsaq parazitlərini öldürür - antiseptik təsir göstərir - cinsi zəifliyi aradan qaldırır - allergik xəstəliklər səbəbli boğulmaları kəsir - qastriti sağaldır və bağırsaqların işini yüngülləşdirir - köpməni aradan qaldırır və həzmi yaxşılaşdırır - 90% ağciyər xərçənginin qarşığını almaq qabiliyyətinə malikdir - ürəkdöyünməni aradan qaldırır, ürək xəstəliklərində yardımçı olur.
2022-12-29 04:01:00
Orqanizmdə iltihabi proseslərin əmələ gəlməsinə bir çox şey səbəb ola bilər. Orqanizmdə iltihabi proseslərin olması orqnizmin müdafiə qüvvəsini azaldır və insanın digər xəstəliklərə qarşı olan müqavimətini aşağı salır. İltihab yerli olduqda qızartı, şişkinlik, ağrı ilə özünü biruzə verir. Amma ümumi iltihab əlamətlərinin olması qanda EÇS- in miqdarının yüksək olması ilə müəəyən edilir ki, bu da müxtəlif patologiyalara səbəb olur. Aşağıda orqanizmdən iltihab əlamətlərini azalda bilən bitki çaylarından bir-neçəsinin adı qeyd edilib: Çin bibəri çayı. Çin bibərinin tərkibində olan kapsaisin maddəsi orqanizmdə olan iltihab əlamətlərini aradan qaldırır. Onun dəmləməsi orqanizmdən iltihabın sorulmasına səbəb olur. Zəncəfil çayı. Zəncəfil çayı ağrıkəsici və iltihabı aradan qaldırmaq qabiliyyətinə malikdir. Tərkibində olan ginderol, paradol, zingeron orqanizmdə iltihabı əmələ gətirən enzimlərin məhv olmasına səbəb olur. Reyhan çayı. İltihabla mübarizəyə qarşı reyhan dəmləməsi ən yaxşı vasitələrdən biridir. Onun tərkibində olan ojenol maddəsi iltihabın aradan qalxmasında yardımçı olur. Sarıkök dəmləməsi. Sarıkök antioksidant tərkibi ilə orqanizmdə olan iltihabi proseslərin azalmasına səbəb olur. Ağ söyüd qabığı. Ağ söyüdün qabığında olan salisil maddəsi tərkibinə görə aspirinə bənzəyir. Onun dəmləməsi ağrıkəsici olmaqla bərabər, iltihab əleyhinə də təsir göstrir. Hətta bəzi araşdırmaçılar söyüd qabığının aspirindən daha uzun müddətli təsirə malik olduğunu söyləyir. Gicirtkən dəmləməsi. Gicirtkən dəmləməsi orqanizmdə olan iltihab əmələ gətirən kimyəvi birləşmələrin miqdarını azaldır. Bu səbəbdən də uzun müddət gicirtkən dəmləməsi içənlərin orqanizmdəki iltihabi xəstəliklərin əlamətləri azalır. Mütəxəssislər bitki çaylarından istifadə edilən zaman həkimlə məsləhətləşməyi tövsiyyə edir.
2022-12-29 03:31:00
Mütəxəssislər tərəfindən tez-tez vətəndaşlara rejimli yuxunun tövsiyə edildiyinin şahidi oluruq.
2022-12-29 03:01:00
İrinli abseslər orqanizmdə müxtəlif səbəblərdən əmələ gələ bilir. Abseslərin əmələ gəlməsinin səbəbləri müxtəlif olsa da, verdiyi əlamətlər və müalicəsi eynidir. Abseslərin əmələ gəlməsinə müxtəlif mikroblar və kokklar səbəb olur. Onlar yerləşdiyi nahiyyədə hiperemiyaya, qızartıya və ağrıya səbəb olur. Absesə diaqnozun qoyulmasında onun kliniki əlamətlərinə baxmaq kifayət edir. Onun müalicəsi isə həkimlər tərəfindən aparılır. Absesin müalicəsində bir çox xalq təbabəti üsullarından da istifadə edilir ki, bunların bir-neçəsi aşağıdakılardır: 1. Dəvədabanı bitkisinin yağı müxtəlif abseslərin, infeksiyalı yaraların sağalmasında çox faydalıdır. 2. Günəbaxan yağı qaynadılır, ilıq halda tənzifə batırılır və absesin üzərinə qoyulur. 3. Bal dəri abseslərinin sorulmasında və çayla içildiyi zaman ağciyər abseslərinin sorulmasında faydalıdır. 4. Dəridə irinli, yetişməkdə olan abses olduqda təzə soğan quru tavada yüngül bişirilir və absesin üstünə qoyulur. Bu yaranın yetişməsini sürətləndirir və irinin axıb tökülməsinə səbəb olur. 5. Arı şanından hazırlanmış əzmənin də abseslərin yetişməsində rolu böyükdür. 6. Xiyar əzməsi abseslərdən başqa, revmatik iltihabi nahiyyələrin də ağrı və qızatılarını aradan qaldırır.
2022-12-29 02:31:00
Bayram əhval ruhiyyəsi yaratmaq üçün müxtəlif ölkələr təəccübləndirməyə davam edir.
2022-12-29 02:01:00
Təzə qızılgül ləçəyinin dəmləməsindən müxtəlif xəstəliklərin müalicə və profilaktikasında istifadə edilir. Bunun üçün bir neçə qızılgülün ləçəkləri fincana qoyulur və üzərinə yeni qaynamış su əlavə edilib ağzı örtülür. Bir müddət sonra içilir. Qızılgül ləçəyi dəmləməsi antibakterial və antiseptik təsirə malikdir. Tərkibindəki antioksidant maddələr və vitaminlər onu bir çox xəstəliklərin müalicəsində faydalı edir. Bu dəmləmə oqranizmə aşağıdakı təsirləri göstərir: * iltihab əleyhinə təsir göstərir * dəridəki qızartıların azalmasına səbəb olur * dəridəki sızanaqları sağaldır * orqanizmi rahatladır * stresi aradan qardırır * yuxunu normallaşdırır * dərini parıldadır * enerji artırır * dərinin yağlılığını azaldır * yeni dəri hüceyrələrinin əmələ gəlməsinə səbəb olur * təbii bir saç yumuşaldıcı təsiri var * saçın uzanmasına və güclənməsinə səbəb olur * kompresi göz altındakı şişkinliyi aradan qaldırır * dərinin yaşlanmasının qarşısını alır * günəş yanıqlarını sakitləşdirir * qan dövranını sürətləndirir * dərinin pH balansının normallaşdırır * dişləri gücləndirir və ağız qoxusunu aradan qaldırır. Dəri və gözaltı nahiyəyə kompres şəklində qoyduqda, qızılgül ləçəyi dəmləməsinə az miqdarda qızılgül yağı əlavə edilir.
2022-12-29 01:31:00
Bu qadını nağıllardan real həyata düşmüş Zooluşka da adlandırırlar, müqəddəs fahişə də, kasıbların hamisi də. Çox maraqlı ömür yolu olub Argentinanın keçmiş birinci ledisinin. Hətta ölümündən sona meyitinin də başına macəralar gəlib.
2022-12-29 01:01:00
1. Xiyar, limon və nanə detoksu. 1 ədəd xiyar, 1 ədəd limon halqa şəklində doğranır, 10 ədəd nanə yarpağı əlavə edilir və üzərinə 300 ml su tökülüb soyuducuda 1-2 gecə saxlanılır. Səhəri gün hər fürsətdə içilir. 2. Moruq, yaşıl alma və xiyar detoksu. 2 litr suya 100 qram moruq, 1 ədəd alma, 1 ədəd xiyar və 1 ədəd limon doğranıb qatılır, 3 saat saxladıqdan sonra hər fürsətdə içilir. 3. Avokado, xiyar, ispanaq və nanə detoksu. 1 ədəd avokado, 1 ədəd xiyar, 4 yarpaq ispanaq və 5 yarpaq nanə 2 litr suya qatılır. Zövqə görə suya qoz və zeytun yağı əlavə edə bilərsiniz. Qarışım 3 saat saxlanıldıqdan sonra istənilən zaman içilir. 4. Qreyfurt və limon detoksu. Meyvələrin hərəsindən bir ədəd dilimlənir, 2 litr suya qatılır və 3 saat saxladıqdan sonra içilir. 5. Nar, ananas, limon və zəncəfil detoksu. Yarım limonun suyu 1 ədəd nar şirəsi, 1 stəkan ananas şirəsi, 1 çay qaşığı zəncəfil qarışdırılır və 2 saat saxlandıqdan sonra içilir. 6. İspanaq, nanə, limon, xiyar və cəfəri detoksu. 5 yarpaq nanə, 1 dəstə ispanaq, 1 ədəd xiyar, yarım limon, 1 dəstə cəfəri blenderdə üyüdülür və 1 litr suya qatılıb içilir. 7. Portağal, alma, armud və yerkökü detoksu. Meyvələrin hərəsindən bir ədəd blenderdə üyüdülür və tez içilir. Bu şirəni saxladıqda tərkibi dəyişir. 8. Nar və alma detoksu. Meyvələrin hərəsindən bir ədəd götürülüb blenderdə üyüdün və qısa bir zamanda için, çünki saxladıqda şirənin tərkibi dəyişilir. 9. Limon, nar, nanə detoksu. 1 ədəd limon və 3 ədəd narın suyu çıxarılır və 5 ədəd nanə yarpağı qatılıb soyuducuda 5 saat saxladıqdan sonra içilir. 10. Limon detoksu. 2 litr suya 2-3 limon doğranır və 2 saat saxladıqdan sonra istənilən zaman içilir.
2022-12-29 00:44:00
Hər bürcün öyrənmə və düşünmə ilə bağlantısı fərqlilik göstərə bilir. Öyrənmək və kəşfetmək bəziləri üçün çətin olsa da, bu bəzi bürclərin xarakteristik özəlliyinə çevrilib.
2022-12-29 00:31:00
Osmaniyedə çörək almağa gedərkən sahibindən qaçan itin hücumuna məruz qalan 14 yaşlı uşaq şok keçirib. Yaralı uşağın it sahiblərinin ailəsinə xəbər vermədən evinin liftinin qapısında qaldığı öyrənilib.
2022-12-29 00:01:00
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
2022-12-28 23:59:00
Litva diplomatı beş gün ərzində Rusiya ərazisini tərk etməlidir.
2022-12-28 23:54:00
Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Suriyanın müdafiə naziri Əli Mahmud Abbas ilə görüş keçiriblər.
2022-12-28 23:48:00
İsrail İrana hücum hazırlığını artırıb.
2022-12-28 23:43:00
İranda yaşayan əhali son zamanlar ölkədə soğan qiymətlərinin artmasından şikayət edir.
2022-12-28 23:38:00
Narkotik maddənin təsiri altında maşın idarə edən şəxs saxlanılıb.
2022-12-28 23:28:00
Bakının Yasamal royonunda yol-nəqliyyat hadisəsi baş verib.
2022-12-28 23:23:00
Hacıqabulda qadın dəm qazından boğularaq ölüb.
2022-12-28 23:18:00
Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin, onlar üçün bir sıra güzəştləri nəzərdə tutan dəstək paketinin tətbiqinə, bu ərazilərdə əmək resurslarının səmərəli idarə olunmasına xidmət edir.
2022-12-28 23:12:00
Əgər kimsə Ukraynanın müstəqilliyinə qarşı - siyasi, iqtisadi və ya mənəvi - çıxsa, o, dərhal və sərt cavabını alacaq.
2022-12-28 23:07:00
Ukraynadakı müharibəyə görə Aİ-nin Rusiyaya qarşı sanksiyalarını həyata keçirən Litvanın Maliyyə Cinayətlərinin Araşdırılması Xidməti dondurulmuş Rusiya və Belarus aktivlərinin ümumi məbləğini açıqlayıb.
2022-12-28 23:02:00
Azərbaycanın və SSRİ-nin xalq artisti Zeynəb Xanlarova uzun müddətdən sonra görüntülənib.
2022-12-28 22:57:00
Tovuzda azyaşlı qızın ərə verilməsiylə bağlı bəzi məlumatlar əldə edilib.
2022-12-28 22:52:00
Tiflisdə keçmiş prezident Mixail Saakaşvilinin azad edilməsinə qarşı mitinq keçirilib.
2022-12-28 22:42:00
ABŞ-da Pensilvaniya sakini Sevgililər Günündə ərini öldürməkdə təqsirli bilinib.
2022-12-28 22:37:00
Birləşəcəyimiz təqdirdə 3 il ərzində Abxaziya və Samaçablo bölgələrinə 10 milyardlıq investisiya ayıra bilərik.
2022-12-28 22:31:00
Yeni il gecəsi dedikdə bir çoxumuzun ağlına böyük süfrə atrafında əyləşərək müxtəlif təamların dadına baxmaq gəlir. Xüsusən də, həmin süfrənin hazırlanması və təqdim edilməsi böyük zövq və diqqət tələb edir.
2022-12-28 22:26:00
Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər də nağdsız qaydada həyata keçiriləcək.
2022-12-28 22:21:00
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov vəzifədə olduğu müddətdə tapşırıqla XİN-də işə götürdüyü şəxslərdən danışıb.
2022-12-28 22:16:00
Türkiyə dünyanın ilk on iqtisadi gücündən biri olmaq hədəfinə addım-addım yaxınlaşır.
2022-12-28 22:11:00
Bundan sonra da Naxçıvan Muxtar Respublikanın təhlükəsizliyinin təmin edilməsi və müdafiə potensialının daha da gücləndirilməsi istiqamətində lazımi addımlar atılacaq.
2022-12-28 22:06:00
Rusiyada, beş aylıq qızını və 10 və 15 yaşlı iki oğlunu "cinlər ucbatından" boğan Yekaterinburq sakinini 20 ilə qədər həbs cəzası gözləyir.
2022-12-28 22:01:00
Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı Ayşegül Yıldız 2 il evli olduğu keçmiş həyat yoldaşından danışıb.
2022-12-28 21:56:00
Rusiya Prezident Administrasiyası rəhbərinin müavini və "Rosatom"un keçmiş rəhbəri Sergey Kiriyenko Zaporjye Atom Elektrik Stansiyasına gedib.
2022-12-28 21:50:00
Moskvada 12 yaşlı qız smartfonun partlaması nəticəsində yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
2022-12-28 21:36:00
Bakı şəhərinin Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 57 m² olan mənzilin eyvanında 4 m² sahədə rəf yanıb, yüksək temperaturdan lambirdən ibarət tavan 2 m² sahədə əriyib.
2022-12-28 21:31:00
Dekabrın 28-i dünyada Beynəlxalq Kino Günü kimi qeyd olunur. 1895-ci il dekabrın 28-də Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı balaca kafedə ilk dəfə özlərinin çəkdikləri qısametrajlı filmlərin pullu nümayişini təşkil ediblər. Filmlərin arasında 46 saniyəlik "Fəhlələrin Lümyer fabrikindən çıxması" ekran əsəri də var idi.
2022-12-28 21:26:00
Rusiyada, Çelyabinskdə 37 yaşlı yerli sakin qonşusunu öldürdüyünə görə beş il on ay həbs cəzasına məhkum edilib, məhkəmə ondan mərhumun anasının xeyrinə bir milyon rubl (14 min dollar) da alıb.
2022-12-28 21:21:00
Lənkəran şəhər sakini, Vətən müharibəsi zamanı şəhid olan leytenant Emil Qurbanovun anası Sürəyya xanım bu gün vəfat edib.
2022-12-28 20:51:00
Bu gün mərhum bəstəkar-müğənni Rəhim Rəhimlinin doğum günüdür.
2022-12-28 20:44:00
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov dekabrın 28-də Süleyman Neymətovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
2022-12-28 20:29:00
Müğənni Natavan Həbibi və bloger Elçin Lənbəranski arasında qalmaqal yaşanıb.
2022-12-28 20:07:00
İngiltərədəki meşəlik ərazidə edilən xəbərdarlığın ardından bölgədə qazıntı işləri aparan qruplar yeraltı mağarada yaşayan bir adamı aşkar ediblər. İlk müayinələrdə həmin şəxsin 2019-cu ildən mağarada yaşadığı müəyyən edilib.
2022-12-28 20:06:00
"Əmək pensiyaları haqqında" Qanunda 2019-cu ilin əvvəlindən tətbiq olunan dəyişikliyə əsasən fərdi hesabında 01.01.2006-cı ildən 01.07.2018-ci ilədək dövr üzrə hər hansı məbləğdə pensiya kapitalı olan pensiya yaşına çatan şəxsə avtomatik 25 il sosial sığorta stajı (pensiya hüququ qazanmaq üçün də minimum staj tələbi 25 ildir) hədiyyə edilir.