Xəbərlərin siyahısı
2023-02-23 10:01:00
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunan danışıqların müsbət dinamikasına ümid edir.
2023-02-23 10:00:00
Məsuliyyət. Bu söz yəqin ki, müasir cəmiyyətlərin əsas təkanverici qüvvəsinə çevrilib: biz bir-birimizə münasibətdə, özümüzə qarşı və əlbəttə ki, yaşadığımız planet qarşısında məsuliyyətli olmağa çalışırıq. Bəşəriyyət özünün ətraf mühitə mənfi təsirinə o qədər uzun müddət fikir verməyib ki, indi məsuliyyətli istehlak, köhnəlmiş əşyaların təkrar emalı və yenidən həyat qazanması önəmli və faydalı trendə çevrilib. Dünyada minlərlə fikir liderləri, blogerlər və aktivistlər mümkün qədər çox insanın ətraf mühitin qayğısına necə qalmaq barəsində düşünməsi üçün böyük səy göstərirlər.
2023-02-23 09:59:00
Mingəçevirdə hərbi xidmətə getməkdən boyun qaçıran 34 yaşlı kişi həbs edilib.
2023-02-23 09:48:00
Türkiyədə baş vermiş zəlzələdən sonra dağıntılar altından 1 874 kimsəsiz uşaq çıxarılıb.
2023-02-23 09:37:00
"Min nəfərlik kənddən çıxmışdı, 10 milyonluq bir məhəbbət, Azərbaycanın sevgisini qazandı. Xoşbəxt bir ölümdür, həm də çox acı...".
2023-02-23 09:33:00
Fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
2023-02-23 09:21:00
Türkiyədə zəlzələ zonasında fövqəladə vəziyyət dövründə daha bir qadağa tətbiq edilib.
2023-02-23 09:14:00
Bakıda iki yeniyetmə itkin düşüb.
2023-02-23 09:08:00
Gələn bazar ertəsi Fransanın bəzi bölgələrində su istehlakına məhdudiyyətlər tətbiq oluna bilər.
2023-02-23 08:59:00
Böyrəklərin funksiyasının qəflətən pozulması kəskin böyrək çatışmazlığı adlanır. Kəskin böyrək çatışmazlığının əmələ gəlməsində bir çox faktorların rolu vardır və bu faktorlar qruplara bölünür: 1. Şok böyrəyi 2. Toksik böyrək 3. Kəskin infeksion böyrək 4. Damar obstruksiyası 5. Sidik yollarının kəskin tutulması Xəstəliyin əmələ gəlməsinə mərkəzi venoz təzyiqin düşməsi, yumaqcıq filtirasiyasının azalması və dayanması, qlıkemik şok, qanaxma, yanıq, suyun və elektrolidlərin bədəndən itirilməsi, kardiogen şok, bakterial şok, ağır infeksiyalar, böyrək damarlarının dərman səbəbli spazmı, kəskin tubulyar və kortikal nekroz, böyrəkdə baş verən zədələnmələr, hemotrasfuziya ağırlaşmalrı, ağır hemolitik anemiya, nefrotoksik maddələr, kanalcıqların blokadası səbəb olur. Bunlardan başqa kəskin böryək çatışmazlığına böyrəyin özünün xəstəlikləri (böyrək daşları, çanaq orqanlarının şişləri, sidik axarlarının bağlanması, prostat vəzin şişləri) də səbəb olur. Xəstəliyin ilk dövründə xəstədə ödem baş verir, böyrəyin fibroz kapsulu gərginləşir. Kanalcıqlarda zədələnmələr baş verir, qan kapilyarlarında tromblara təsadüf edilir. Kanalcıqların tutlması sayəsində işemiyalar meydana çıxır. Böyrəklərdə bir sıra patoloji dəyişikliklər meydana çıxdıqca, qabıq maddə qismən və ya tamamilə nekrozlaşır. Bunun əsas səbəbi işemiya dövrünün uzun sürməsidir ki, əksər hallarda ölümlə nəticələnir. Xəstəlik ən çox şoklardan sonra inkişaf etdiyinə görə, hər hansı bir səbəbdən şoka düşən xəstənin ayıldlqdan sonra vəziyyəti yaxşılaşsa belə, sidiyinin müayinəsi nəzarət altında olmalıdır.
2023-02-23 08:57:00
Türkiyədə hökm sürən şaxtalı və qarlı havanın təsiri ilə Bayburt şəhərində Sırakayalar şəlaləsi donub. Sosial şəbəkələrdə bununla əlaqədar görüntülər yayılıb.
2023-02-23 08:55:00
1. Dişləri vaxtlı-vaxtında fırçalamaq çürümələrə və ağrıya səbəb olan amillərin aradan qalxmasına yardım edir. Bu ağrının əmələ gəlməsinin qarşısını alır. 2. Sirkəli və duzlu su ilə qarqara etmək diş dibindəki şişkinlikləri aradan qaldırır, ağrılarının əmələ gəlməsinə səbəb olan amilləri aradan qaldırır. 3. Dişiniz ağrıyan zaman onun üstünə aspirin, spirt əvəzinə mixək yağı qoyun. Bu sizin ağrınızı daha tez kəsər və sizi yüngülləşdirər. Mixək yağı diş ağrısını azaltmaqla yanaşı, diş dibi ətlərinə də antiseptik təsir göstərir. Mixək yağının bakteriyaları öldürmək qabiliyyəti çürük dişlərin dibində olan zərərli bakteriyaları məhv edir. 4. Ağrıyan hissəyə buz qoymaq və ya soyuq su ilə ağızı yaxalamaq diş ağrısı zaman yüngülləşdirici təsir göstərir. 5. Gecə zamanı baş verən diş ağrılarının yüngülləşdirmək məqsədilə yastığı dik qaldırmaq ağrını azaldır. 6. Yuxarıda sadalananlar təbii vasitələrlə diş ağrısının aradan qalxmasına yardım edir. Amma bu müvvəqqəti xarakter daşıyır. Çalışın ildə ən azı 1 dəfə profilaktika məqsədilə diş həkiminə müraciət edin. Çünki düzgün diaqnozun və müalicənin nəticəsi sizi qəfil diş ağrısı ilə qarşı-qarşıya qoymaz.
2023-02-23 08:53:00
Uzun illərdir ki, Rusiyanın, daha dəqiq desək, Rusiya Prezidenti Vladimir Putinin "yeni SSRİ" yaratmaq planı olması haqda danışılırdı. Bir neçə dəfə o, SSRİ-nin xiffətini çəkən açıqlamalar da verib. Ötən müddətdən "Putin NATO"su, "Avrasiya İttifaqı" kimi təkliflər səslənib və bunların da məhz həmin plandan ibarət olduğu bildirilib.
2023-02-23 08:51:00
Yanaqda qızartı və şikinliklə müşayiət olunan bu allergik xəstəlik adətən uşaqlarda baş verir. Qızartılar bir və ya hər iki yanaqda ola bilir. Qızartılar qaşınan və ya qaşıntısız ola bilir. Yanaqda əmələ gələn dairəvi qızartılar görünüşünə görə qabıqlı və qabıqsız olmaqla 2 cür olur. Səpgilər dəri qatından biz az qabarıq şəkildə təzahür edir və çəhrayı, qırmızı və moruq rəngində ola bilir. Qızartılar nöqtə və ya ləkələr halında ola bilir. Qızartılar akne, ekzema, dermatit, allergik reaksiya, rozella səpgiləri halında olur. Yanaqdakı qızartılar zərərsiz sayıla bilir və asanlıqla müalicəyə tabe olur. Amma bəzən bu qızartılar bakterial meningit və ya sistem xəstəliklərin əlaməti də ola bilər. Bakterial meningit zamanı yanaqda olan qırmızılardan sonra üzün dərisində göyümtül-moruq rəngində ləkələr qalır. Ona görə də həkimə müraciət etmək və diaqnozu dəqiqləşdirmək lazımdır. Yanaqdakı qızartılara sinir sistemi xəstəlikləri, həzm prosesində baş verən patologiyalar, kardiosirkulyator xəstəliklər, immun sistemi xəstəlikləri səbəb ola bilir. Yanaqda qızartılarla bərabər bəzi əlamətlər də meydana çıxa bilər: - qızartılarda qabarma və qanamalar - yanaqda yanğı hissi - dəridə qaşınma və çatlar - ağız və ya burunda yaralar - nadir hallarda çənədə və boyunda yaraların olması - qızartı və iltihab - qabıqvermə və qabığın soyulması - qızartının ətrafında şişkinlik - yanaqda qan damarlarının görünməsi. Qızartıların həcmı geniş olduqda xəstələrdə burun axması və asqırma da müşayət edilir. Yanaqlarda qızartıların əmələ gəlməsinə bəzi kimyəvi maddələrlə yaxın təmasda olmaq da səbəb ola bilir. Bu zaman qızartını asanlıqla aradan qaldırmaq mümkündür. Qızartını törədən səbəbdən uzaq durmaq və yüngül allergiya müalicəsi xəstəliyin əlamətlərini aradan qaldırır.
2023-02-23 08:49:00
Bakıda uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər açıqlanıb Ötən il Bakı şəhəri üzrə uşaqların icbari dispanserizasiyası nəticəsində ən çox göz, həzm, tənəffüs və sümük-əzələ sistemi xəstəliklərinə rast gəlinib.
2023-02-23 08:48:00
Azad dünya Rusiyanı imperiya ambisiyalarını geridə qoymağa məcbur etməlidir.
2023-02-23 08:46:00
Vazorenal hipertenziyanın baş verməsinin 60-80%-ı 40-50 və ondan böük yaşlı, böyrək və böyrək şaxələrində ateresklerozu olan xəstələrdir. Hipertenziya çox vaxt böyrək arteriyalarının zədələnmələri zamanı baş verir ki, bu da bədxassəli hipertenziyaya səbəb olur. Yəni xəstənin təzyiqi daima yüksək olur. Kliniki olaraq böyrəklərdə baş verən iltihabi proseslər, leykositoz, subfebril hərarət, böyrək damarlarının zədələnməsi ilə özünü biruzə verir. Bəzi hallarda vazorenal hipertenziya Takayasu xəstəliyi və nəbzin olmaması xəstəliyi səbəbindən də baş verə bilər. Xəstəliyin gedişi onu yaradan səbəbərdən asılıdır. Əgər arterial təzyiq gənc yaşlardan əmələ gəlibsə, stabil xarakter daşıyırsa və daima yüksəkdirsə o zaman vazorenal təzyiq barədə ciddi düşünmək lazımdır. Uzun zaman təzyiqin yüksək olması və onun normaya salınmaması, digər orqanların da fəaliyətinə mənfi təsir göstərir. Doaqnoz:
2023-02-23 08:45:00
Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.
2023-02-23 08:29:00
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası yetmiş dörd gündür davam edir.
2023-02-23 08:28:00
Moskva şəhər məhkəməsi azərbaycanlı "qanuni" oğru Rəşad İsmayılov (Gəncinski) barəsində hökm çıxarılıb.
2023-02-23 08:25:00
Hiperkalsiuriya. Böyrək daşlarının 80%-dən çoxunun tərkibində kalsium tapılır. İnsan orqanizmində orta hesabla 120-200 qram kalsium vardır. Normal insanın plazmasındakı kalsiumun qatılığı 2,2-2,7 mmol-dur. Qandakı kalsiumun 45%-i albuminlərlə birləşmiş, 50%-i ionlaşmış kalsium, 5%-i isə zəif ionlaşmış olub sitrat sosfat və karbonat kompleksləri şəklində olur. Sidik ilə ekskresiya olmuş kalsiumun miqdarı gün ərzində 0,1mmol/kqdan çox olduqda hiperkalsiuriyac adlanır. Sağlam adamlarda 2%-dən az filtirasiya olunmuş kalsium ifraz olunur. Filtirasiya olunmuş kalsiumun əsas hissəsi proksimal kanalcıqlarda reabsorbsiya olunur. Distal reabsorbsiya metobolik asidozun, vitamin D-nin təsirindən güclənir və hiperkalsiemiyaya səbəb olur. Metobolik asidoz, hiperfosfatemiya onun reabsorbsiyasını azaldır və hiperkaliemiyaya səbəb olur. Sağlam şəxslərdə kalsiumun gün ərzində sidik ilə xaric olunması 7,5 mmol təşkil edir. Hiperkalsiuriya müşahidə olunan bütün hallarda kalsium daşlarının əmələ gəlməsi üçün risk faktoru sayılır. Daşların əmələ gəlməsində həmçinin sidik yollarının infeksiyasına da böyük əhəmiyyət verilir. Əgər keçmişdə təkcə stafilokokk infeksiyasına əhəmiyyət verilirdisə, son zamanlar daş əmələ gətirən mikrob kimi proteinin də rolu qeyd olunur.
2023-02-23 08:24:00
Ukrayna gələcəkdə NATO-ya daxil olacaq və Britaniya artıq bu ölkənin Alyansla yaxınlaşması üzərində işləyir.
2023-02-23 08:23:00
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda 1971-ci il təvəllüdlü Cengiz Özləm həyat yoldaşı Gülnarəni döyüb.
2023-02-23 08:21:00
Qeyri-düz dişləm bir çox stomatoloji problemlərə - tənəffüs, həzm, danışığın pozulmasına səbəb olur. Dişləm - dişlərin qapanma tipidir. Düzgün dişləm deməkdir ki, yuxarı dişlər bir qədər aşağı dişlərin üzərini örtür, bu da optimal çeynəməni təmin edir. Uşaq diş çıxarmağa başladıqda çənənın böyüməsi pozularsa, dişləmin müxtəlif pozğunluqları meydana çıxır. Yuxarı çənə çox inkişaf etdikdə və ya alt çənə inkişaf etmədikdə dişləm də pozulur. Qeyri-düz dişləm nəinki estetik pozğunluğa səbəb olur, həm də qidanın yaxşı çeynənilməməsinə, buna görə də həzm pozğunluqlarına gətirib çıxarır. Qeyri-düz dişləm tənəffüs, udma, nitqin, LOR-orqanlarının xəstəliklərinə səbəb ola bilər. Səbəbləri: -Valideynlərdəki dişləm və çənənin quruluşunun irsi xüsusiyyətləri -çənə sümüklərinin yerləşməsi və inkişafının pozulması -zərərli vərdişlər-baş barmağı sormaq və s. -uzun müddət əmzikdən istifadə -böyük deşikli əmzikdən istifadə -LOR-orqanların xroniki xəstəlikəri Diaqnostika:
2023-02-23 08:18:00
Zaman-zaman İranda insan hüquqlarının pozulması gündəm mövzulardan birinə çevrilir.
2023-02-23 08:15:00
Damaq və dişlərin profilaktikasında ilk növbədə hər qida qəbulundan sonra dişlərin fırçalanması durur. Hər bir sağlam dişlərə sahib olan adamın da il ərzində 1 və ya 2 dəfə diş həkiminə müraciət etməsi vacib sayılan şərtlərdən biridir. Dişlərin hər fırçalanmasına baxmayaraq diş ərplərinin əmələ gəlməsi ağız boşluğu problemlərindən biri sayılır. Mütəxəssislərin hesablamaları ildə 2 dəfə profilaktik səbəblə müayinəyə gedən şəxslərdə 80-85% diş və damaq xəstəlikərinin azalmasını, kariesin isə 40% azalmasını təsdiqləyir. Diş və damaq xəstəliklərinin profilaktikası məqsədilə ağız boğluğunda olan bakteriya və mikrobların miqdarının azaltmaq məqsədilə də profilaktik tədbirlər aparılır. Bu məqsədlə ağız boşluğu qarqara edilir və ya müxtəlif bitki çayları ilə yaxalanır. Profilaktik məqsədlə dişlərdə ağrı, diş ətində qanaxma, qıcıqlanma olduğu zaman tez bir zamanda həkimə müraciət etmək də çox faydalıdır. Ağızdan pis qoxu gəldiyində tez bir zamanda həkimə müraciət etmək lazımdır. Çünki bunun səbəbi dişlərin arasında ilişən qida qalıqları olmaya bilər. Damaqda irinli kistaların olması ağızdan gələn qoxuya səbəb ola bilir. Bunun baş verməməsi üçün damağınızda kiçik bir ağ ləkə gördüyünüz vaxt diş həkiminə müraciət etməniz şərtdir. Boğaz nahiyyəsində olan xəstəliklər də ağız boşluğunda mikrofloranın əmələ gəlməsinə səbəb ola bilir. Bunun baş verməməsi üçün lor həkiminə də müraciət etməkdə fayda var. Ağız boşluğunda milyardlarla bakteriyalar yaşayır. Orqanizmin özü daima bu bakteriyalarla mübrizə aparır. Bizim isə bu mübarizədə orqanizmə köməyimiz, diş fırçası və düzgün seçilmiş diş məcunudur.
2023-02-23 08:13:00
ABŞ vətəndaşı Andre Xaçaturyan Rusiyada silah qaçaqmalçılığına görə 8 il müddətinə azadlıqdan məhrum edilib.
2023-02-23 08:12:00
Qitədə sürətlə inkişaf edən siyasət fonunda Azərbaycan zamanla ayaqlaşır, Avropa İttifaqı üçün ən mühüm tərəfdaşlardan birinə çevrilir. Məhz Prezident İlham Əliyevin aydın xarici siyasəti sayəsində Azərbaycan artıq Avropada öz mövqelərini möhkəmlətmişdir.
2023-02-23 08:11:00
Böyrəklərin arterial hipertenziyası böyrəklərin və onların damarlarının xəstəliyi nəticəsində baş verir. Bu xəstəliklərə böyrəklərin diffuz xəstəlikləri və böyrək damarlarının dəyişiklikləri aiddir. Böyrək hipertoniyasının patogenezi 3 əsas mexanizmlə əlaqələndirilir: 1. natrium və suyun bədəndə saxlanması 2. pressor sistemin aktivləşməsi 3. böyrəkərin depressor sisteminin zəifləməsi. Böyrəklərdə natrium və suyun bədəndə saxlanması böyük qan dövranının zəifləməsi ilə əlaqədardır. Böyrəklərdə natriumun sekresiyasının azalması hipervolemiyaya, dövr edən qanın həcminin artması, damar divarında natriumun artması və damar divarının şişkinləşməsinə səbəb olur. Böyrəklərin ifrazetmə qabiliyyətləri pozulur, nəticədə katexolaminlərin ekskresiyası azalır. Böyrək parenximasının sıradan çıxması nəticəsində depressor maddələrin böyrəkdə əmələ gəlməsi azalır və hipertoniyanın baş verməsinə səbəb olur. Klinikası: Böyrək xəstələrində hipertoniyanın klinikası arterial təzyiqin yüksəlmə səviyyəsindən, ürək və damarların dəyişiklik dərəcəsindən və böyrəklərin vəziyyətindən asılıdır. Müalicəsi: Xəstəliyin müalicəsi aşağıdakı prinsiplər əsasında aparılır: - gündəlik xörək duzunun qəbulunu 4 qrama qədər azaltmaq - dərmanları kiçik dozadan başlamaq - bir-neçə dərmanı bir yerdə az dozada təyin etmək - əvvəl bir dərmandan başlamaq, sonra başqalarını bir-bir əlavə etmək - vaxtaşırı müalicəni davam etdirmək Müalicə məqsədi ilə xəstələrə sidikqovucu preparatlar, angiotenezi çevirən fermentin inhibitoru, kalsium antoqonistləri ibarətdir.
2023-02-23 08:10:00
Türkiyəli müğənni Gökhan Türkmen də zəlzələdən zərərçəkənlər yardım edənlər sırasına qoşulub.
2023-02-23 08:09:00
Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
2023-02-23 08:08:00
Vaşinqton Kiyevə Ukraynanın tələb etdiyi uzaqmənzilli ATACMS raketləri və F-16 qırıcıları göndərməyə meyillidir.
2023-02-23 08:05:00
Saralmış dişləri ev şəraitində təbii yollarla ağartmaq mümkündür. Bunun üçün aşağıdakı vasitələrdən istifadə etmək lazımdır: 1) Antibakterial sodalı qarışım 1 çay qaşığı soda ilə eyni miqdarda zeytun yağını qarışdırıb üzərinə bir-neçə damcı limon şirəsi sıxın. Əldə etdiyiniz qarışımla dişlərini fırçalayın. Həftədə 2 dəfə bu qarışımla dişlərinizi fırçalasınız dişləriniz həm ağaracaq, həm də ağzınızdakı bakteriyaları yox olacaq. Bu prosesi həyata keçirmək üçün ayrıca bir fırça işlətmək lazımdır. 2) Adaçayı və darçın Bir çay qaşığı adaçayı ilə bir çay qaşığı darçının üzərinə bir-neçə damcı limon şirəsi damdırılır.Qarışımla həftədə 2-3 dəfə dişlər fırçalaır. 3) Çiyələk əzməsi Orta böyüklükdə bir çiyələk əzilir və dişlər yatmazdan əvvəl fırçalanır.Bu proses bir həftə boyu davam edilirsə dişlər ağarır və parıldayır. 4) Qliserin Diş fırçanıza bir-neçə damcı qliserin damdırıb dişləri fırçalayın.Qliserin dişləri ağartmaqla yanaşı, ağızdakı bakteriyaları yox edir və diş çürümələrinin qarşısını alır. 5) Alma, xiyar və meyvələr Brokli kələmi, alma, xiyar kimi liflə zəngin meyvə və tərəvəzlər dişləri ağardır və parıldadır.
2023-02-23 08:03:00
"Azərbaycanın müasir inzibati bölgüsündə müəyyən islahatların keçirilməsi qaçılmaz olacaq".
2023-02-23 08:01:00
Allergiyanın əlamətləri allergiyanın növlərinə görə dəyişir. Allergik rinit zamanı aşağıdakı əlamətlər özünü göstərir: * asqırma * burun, göz və ya ağızda qaşınmalar * burun axması və ya tutulması * sulu, şişmiş və qızarmış gozlər. Qida allergiyası özünü aşağıdakı əlamətlərlə göstərir: * ağızda geyişmə * dodaq, dil, üz və boğazda şişkinlik * dəridə səpgilər * anafilaktik şok. Böcək sacması zamanı allergiya baş verdikdə müşahidə olunanlar: * böcək sancan nahiyyədə şişkinlik * qaşıntı və bütün bədəndə səpgi * öskürək, nəfəs daralması * anafilaktik şok. Dərman allergiyası zamanı baş verən əlamətlər: * dəridə səpgilər və qaşınmalar * istilik və ya üşütmə * üzün şişməsi * xırıltı * anafilaktik şok. Dəriyə toxunan zaman meydana çıxan allergik əlamətlər: * qızartı * qaşıntı * qabıqvermə * anafilaktik şok. Allergiyanın ağırlaşması anafilaktik şokdur ki, bu zaman aşağıdakı əlamətlər meydana çıxır: * huşun itməsi * arterial təzyiqin düşməsi * nəfəs çatışmazlığı * dərinin rəngini dəyişməsi * sayıqlama * nəbzin zəifləməsi * ürəkbulanma və qusma.
2023-02-23 07:59:00
İran Keşikçilər Şurasının katibi Əhməd Cənnəti 97 yaşında növbəti dəfə Ekspertlər Məclisinin sədri vəzifəsində saxlanılıb.
2023-02-23 07:58:00
Xalq artisti Emin Ağalarov sosial şəbəkədə arxiv fotosunu paylaşıb.
2023-02-23 07:56:00
Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 finalında "Liverpul" üzərində inamlı qələbədən sonra braziliyalı futbolçu Vinisius Junioru dünyanın ən təhlükəli oyunçusu adlandırıb.
2023-02-23 07:28:00
Amerika Birləşmiş Ştatları Rusiyadan qitələrarası ballistik raketi sınaqdan keçirməyi planlaşdırdığı barədə bildiriş alıb.
2023-02-23 07:26:00
Antalyada kredit kartından pul çıxartdığı üçün atası ilə mübahisə edən 20 yaşlı Nail Aksoy evi tərk edib.
2023-02-23 06:01:00
Böyrək polikistozu böyrək toxumasının çoxlu miqdarda müxtəlif ölçülərdə kistalarla əvəz olunması ilə xarakterizə olunan xəstəlikdir. Bu xəstəlik böyrəyin ən ağır inkişaf anomaliyalarından sayılır. Böyrəyin polikistozu adətən hər iki böyrəkdə olur, irsi xarakter daşıyır. ETİOLOGİYASI VƏ PATOGENEZİ: Xəstəlik böyrəyin embrional inkişafının pozulması nəticəsində baş verir. Xəstəlik böyrəyin embrional inkişafı dövründə nefronun formalaşmasının pozulması nəticəsində, bəzi böyrək kanalcıqlarının düzgün birləşməməsi nəticəsində əmələ gəlir. Düzgün birləşməyən kanalcığın genişlənməsi kistalar əmələ gətirir, əgər kanalcıqlar bir -biri ilə heç birləşməmişsə onda daha böyük kista əmələ gəlir. Odur ki, böyrəklərdə xırda kistalarla yanaşı, iri kistalar da olur. Əgər kistalı böyrəklər vaxtı-vaxtında həkim müayinəsindən keçməzsə və ya böyrəklərdə xroniki pielonefrit baş verərsə böyrəkdə olan normal nefronlar da kistoz dəyişikliyə uğraya bilir. Böyrəklərdə normal nefronların sayı azaldıqca isə xroniki böyrək çatmazlığı inkişaf etməyə başlayır. Xəstəliyin irsi xarakterli olduğuna görə xəstəlik tapılan şəxsin ailə üzvlərinin yoxlanılmasının da əhəmiyyəti vardır. PATOLOGİYASI: Polikistozlu böyrəyin xarici görünüşü fərqli olur. Belə böyrəyin səthində müxtəlif ölçülü, daxili maye ilə dolu kistalar görünür. Bu kistaların arasında normal nefronlar tədricən sıxılaraq birləşdirici toxuma ilə əvəz olunur. Kasacıq - ləyən sistemi kistalar tərəfindən sıxıldığı üçün onlar deformasiyaya uğrayır. KLİNİKASI: Xəstəlik ümumi və yerli əlamətlərlə özünü gösrərir. İlk vaxtlar xəstəliyin heç bir əlamələri özünü biruzə vermir. Ümuimi əlamətlərdən yorğunluq, qan təzyiqinin artması, epiqastral nahiyədə ağrılar, bel nahiyəsində ağrı, yorğunluq olur. Sidiyin müayinəsi zamanı proteinuriya, hematuriya aşkar edilir. AĞIRLAŞMALARI: böyrək polikistozu, pielonefrit, nefrolitilaz, fornikal qanaxma, böyrək vərəmi, şiş DİAQNOZ: Diaqnozun qoyulmasında xəstələrdən toplanılan anamnezin, rentgenoloji, laborator müayinələrin, USM-nin, KT müayinəsinin böyük əhəmiyyəti vardır. MÜALİCƏSİ: Müalicəsi 3 mərhələyə ayrılır: kompensasiya, subkompensasiya və dekompensasiya. Xəstələrdə böyrək çatmazlığı əlamətləri inkişaf etdikdə bu istiqamətdə müalicə tədbirləri aparılır.
2023-02-23 05:22:00
Neymarın oyunu ilə yanaşı, şəxsi həyatı da ayrıca mövzudur. Braziliyalı futbolçu özü ilə bağlı heç nəyi inkar etmir. Son.az bildirir ki, o, müntəzəm olaraq müzakirələrdən düşməyən həyat yaşayır. Özü də insanların ona paxıllıq edə biləcəyi səviyyədə.
2023-02-23 05:04:00
Sağlam şəxslərdə USM zamanı normal böyrəklərin uzunluğu 7,5-12 sm, eni isə 4,5-6,5 sm, qalınlığı 3,5-5,0 sm-dir. Böyrəklər arasında olan fərq isə 1-2 sm-dən çox olmamalıdır. Boylama istiqamətdə böyrək ovoid exoneqativ törəmə kimi vizualizasiya olunur, ətraf toxumalardan fərqlənir. Böyrək sinusu böyrəyin mərkəzində yerləşərək, uzanmış şəkildə olub, artmış exogenliyə malikdir. Köndələn müayinə zamanı böyrəyin forması oval və ya dairəvi forma alır. Böyrəyin xarici səthində qalınlığı 1,5 mm olan exopozitiv fibroz kapsula təyin olunur. Ondan kənara ətraf piy toxuması aşağı exogen zona kimi vizualizasiya olunur. Böyrək parenximası çox incə demək olar ki, anexogendaxili struktura malikdir. Bəzi hallarda böyrək kapsulası və sinus arasında çoxlu dairəvi exoneqativ törəmələr - böyrək piramidləri aşkar edilir. Onların diametrləri 0,5-0,9 sm-ə qədər olur. Normal hallarda böyrək parenximasının sahəsinin sinusun sahəsinə nisbəti 2:1 -ə bərabər olur. Böyrək kasacıqlarında az miqdarda sidik olduqda onlar kiçik dairəvi exoneqativ, diametri normada 0,5 sm-dən çox olmayan törəmə kimi aşkarlanır. Böyrək damarları qarının ön divarından köndələn, yaxud çəp istiqamətdə müayinə apardıqda təyin oluna bilir.
2023-02-23 04:44:00
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı növbəti dəfə həyat yoldaşı, müğənni Doğuşla bağlı paylaşım edib.
2023-02-23 04:03:00
Başın qaşınmasına səbəb tük diblərində olan müxtəlif problemlərdir. Baş qaşınması ən çox yeniyetmələrdə və yaşlılarda rast gəlinir. Bu zaman baş dərisində bəzi əlamətlər meydana çıxır: * gözlə görülən qızartılar * bəzi hissələrdə sızanaqlar * saç dərisində olan kəpəklər. Əlamətlər birdən-birə başlayır və insana narahatçılıq hissi verir. Bəzən bunun səbəbini yağlı dərinin həddindən artıq yağlanmasıdır. Bu zaman başın dərisində kəpək, infeksiyalar, iltihabi ocaqlara rast gəlmək olur. Bəzi vaxtlar autoimmun xəstəliklər də baş qaşınmasına səbəb ola bilir. Amma əsasən başın qaşınmasına aşağıdakılar səbəb ola bilir: * saç dərisində aknelər * allergiyaya səbəb olan saç boyaları * qaynar su ilə yumaq * ekzema * göbələk xəstəlikləri * hipotrioz * psoriaz * stress * günəş yanığı. Baş qaşınmasının verdiyi rahatsızlıq onun şiddətindən və qaşınmanın müddətindən asılıdır. Qaşıntı başın bir hissəsində və ya bütöv saç dibində ola bilər. Baş qaşınmasının müalicəsi onu törədən səbəbləri aradan qaldırmaqdan ibarətdir. Əgər səbəb dermatitdən qaynaqlanırsa saçlara xüsusi qulluq etmək lazımdır, yox əgər göbələk mənşəli qaşınmadırsa göbələk əleyhinə müalicə tələb olunur. Bitki tərkibli müxtəlif saç şampunları da vardır ki, onlar baş dərisinə müalicəvi təsir göstərir. Onların istifadəsi saçların dibində olan iltihab əlamətlərini və dəridəki qıcıqlanmaları aradan qaldırır.
2023-02-23 03:22:00
İtaliyalı aktrisa və model Monika Beluççi məşhur "Vogue" jurnalının üz qabığı üçün açıq-saçıq geyimlərdə kamera önünə keçib.
2023-02-23 03:03:00
Böyrəklərin solitar (sadə) kistası böyrəklərin ən müntəzəm təsadüf olunan kistoz xəstəliklərindən sayılır. Kistalar mayeli törəmələr olub, böyrək parenximasını, damarları, kasacıq-ləyən sistemini sıxır, orqanın bir hissəsini atrofiyaya uğradır. Bu cür kistalar böyrəyin həm quruluşunun, həm də funksiyasının pozulmalarına səbəb olur. Hər hansı nefronun kanalcığının strukturunun pozulması nəticəsində onun tutularaq sidiyi xaric edə bilməməsi nəticəsində yaranır. Kista həm bir böyrəkdə, həm də iki böyrəkdə eyni vaxtda ola bilir. Böyrəyin müxtəlif qütblərində yerləşir. Formasına görə dairəvi, oval olur. Kistaların möhtəviyyatı seroz maye, bəzən irinli, qanlı ola bilir. Böyrəyin uzunmüddətli iltihabi proseslərindən sonra bu cür kistalar müşahidə oluna bilir. Klinikası: Xəstliyin spesifik əlamətləri yoxdur. Kiçik ölçülü kistalar heç bir kliniki əlamət vermirlər. Böyük ölçülü kista olduqda xəstənin bel nahiyyəsində ağrılar, mikrohematuriya, arterial təzyiqin yüksəlməsi, bəzən bədən hərarətinin yüksəlməsi, polisistemiya və üşütmə olur. Diaqnozun qoyulmasında USM və rentgenoloji müayinə üsullarının həlledici rolu vardır. Müalicəsi: Kiçik ölçülü kistalar olduqda və xəstəyə heç bir narahatçılıq vermədikdə müalicə tələb olunmur. Böyük ölçülü kistalar olduqda isə kistalar USM nəzarəti altında punksiya edilir, içindəki möhtəviyyat sorulur. Ehtiyac olduqda cərrahi müdaxilə, kistanın kəsilməsi, rezeksiyası əməliyyatı aparılır.
2023-02-23 02:44:00
Türkiyədə baş verən və "əsrin fəlakəti" adlandırılan zəlzələrdən sonra qardaş ölkədə zəlzələ çantaları məsələsi aktuallaşıb. Çantanın içərisində şəxsiyyəti təsdiq edən vacib sənədlərin surətləri, su, tez xarab olmayan quru qidalar, cib bıçağı, qayçı, fənər, fit, burğac, ağrıkəsicilər, ishal əleyhinə dərmanlar, laksatiflər və antasid dərman qrupları, qələm və kağız, geyim (alt paltarı, corab və s.) mobil telefon şarj cihazı və ya ehtiyat batareyası, sabun, dezinfeksiyaedici və nəm salfetlər, tualet kağızı, sanitariya dəsti, diş fırçası və məcunu var. Maraqlıdır ki, zəzlələdən sonra Türkiyədə bu çantaların qiyməti kəskin bahalaşıb.