Xəbərlərin siyahısı
2023-02-23 03:03:00
Böyrəklərin solitar (sadə) kistası böyrəklərin ən müntəzəm təsadüf olunan kistoz xəstəliklərindən sayılır. Kistalar mayeli törəmələr olub, böyrək parenximasını, damarları, kasacıq-ləyən sistemini sıxır, orqanın bir hissəsini atrofiyaya uğradır. Bu cür kistalar böyrəyin həm quruluşunun, həm də funksiyasının pozulmalarına səbəb olur. Hər hansı nefronun kanalcığının strukturunun pozulması nəticəsində onun tutularaq sidiyi xaric edə bilməməsi nəticəsində yaranır. Kista həm bir böyrəkdə, həm də iki böyrəkdə eyni vaxtda ola bilir. Böyrəyin müxtəlif qütblərində yerləşir. Formasına görə dairəvi, oval olur. Kistaların möhtəviyyatı seroz maye, bəzən irinli, qanlı ola bilir. Böyrəyin uzunmüddətli iltihabi proseslərindən sonra bu cür kistalar müşahidə oluna bilir. Klinikası: Xəstliyin spesifik əlamətləri yoxdur. Kiçik ölçülü kistalar heç bir kliniki əlamət vermirlər. Böyük ölçülü kista olduqda xəstənin bel nahiyyəsində ağrılar, mikrohematuriya, arterial təzyiqin yüksəlməsi, bəzən bədən hərarətinin yüksəlməsi, polisistemiya və üşütmə olur. Diaqnozun qoyulmasında USM və rentgenoloji müayinə üsullarının həlledici rolu vardır. Müalicəsi: Kiçik ölçülü kistalar olduqda və xəstəyə heç bir narahatçılıq vermədikdə müalicə tələb olunmur. Böyük ölçülü kistalar olduqda isə kistalar USM nəzarəti altında punksiya edilir, içindəki möhtəviyyat sorulur. Ehtiyac olduqda cərrahi müdaxilə, kistanın kəsilməsi, rezeksiyası əməliyyatı aparılır.
2023-02-23 02:44:00
Türkiyədə baş verən və "əsrin fəlakəti" adlandırılan zəlzələrdən sonra qardaş ölkədə zəlzələ çantaları məsələsi aktuallaşıb. Çantanın içərisində şəxsiyyəti təsdiq edən vacib sənədlərin surətləri, su, tez xarab olmayan quru qidalar, cib bıçağı, qayçı, fənər, fit, burğac, ağrıkəsicilər, ishal əleyhinə dərmanlar, laksatiflər və antasid dərman qrupları, qələm və kağız, geyim (alt paltarı, corab və s.) mobil telefon şarj cihazı və ya ehtiyat batareyası, sabun, dezinfeksiyaedici və nəm salfetlər, tualet kağızı, sanitariya dəsti, diş fırçası və məcunu var. Maraqlıdır ki, zəzlələdən sonra Türkiyədə bu çantaların qiyməti kəskin bahalaşıb.
2023-02-23 02:02:00
Breketlər- dişlərin daxili və xarici səthlərinə bərkidilən ortodontik qurğulardır. Breketlər haqqında: Hər breket fərdi hazırlanır, dəqiq konfiqurasiyaya və məqsədə - dişlərə xüsusi hərəkət istiqaməti verməyə xidmət edir. Breketə xüsusi ortodont qövsü birləşdirilir ki, bu da hər əyilmədə əvvəlki vəziyyətə qayıtmağa imkan verir. Qövslərə yardım olaraq fırça qıfıllar, metallik və elastik zəncirlər istifadə oluna bilər. Hazırda liqaturasız və liqaturalı breketlər tətbiq olunur. Liqaturasız breketlərdə liqaturalar xüsusi fiksəedici elementlərlə əvəz olunur. Breketlər necə olur: Öz xarici görünüşlərinə görə breketlər metallik və estetik olaraq 2 yerə bölünür: -Metallik breketlər tibbi poladdan hazırlanır, estetik breketlər müxtəlif materiallardan hazırlanır ki, bunlardan məqsəd düzgün dişləmi təmin etmək, insanın xarici diskomfortunu aradan qaldırmaqdır. Əgər adamda metala qarşı allegiya varsa hipoallergik və ya qızıl suyuna cəkilmiş breketlərdən istifadə olunur. -Estetik breketlər - keramik, elastik və ya sapfir breketlər istifadə olunur. Qövslərin birləşmə üsuluna görə aşağıdakı növləri var: -Liqaturalı - bu zaman qövsə breket xüsusi liqatura ilə birləşir ki, bu da elastik (rezin) material və ya metaldan (xüsusi məftil) hazırlanır. -Liqaturasız və ya özüliqaturalı breketlərdir ki, bunlar da xüsusi qıfıl vasitəsilə fiksə olunur. Bərkidilmə yerinə görə breketlər bölünür: -Xarici və ya vestibulyar - əksər hallarda dişin xarici səthinə fiksə olunur. -Daxili və ya linqval öz gülüşündə estetik görünüş istəyənlər üçün istifadə olunur. Belə breketlər pasiyentlərə daha baha başa gəlir. Yadda saxlamaq lazımdır ki, breket- sistem savadlı həkim-ortodont tərəfindən xəstənin maliyyə vəziyyəti, diş sırasının xüsusiyyəti nəzərə alınaraq tətbiq olunur. Breket-sistemi tətbiq etməmişdən qabaq karies dişlər müalicə olunmalı, peşəkarcasına təmizlənməlidir.
2023-02-23 01:22:00
Hamının sevgi münasibətlərindən gözləntiləri fərqlidir. Ancaq mövzu rədd edilmək olduqda bəzi insanlar çılğına dönə bilir. Belə ki, həmin insanlar qətiyyən rədd olunmağı həzm edə bilmirlər. Astrologiyada da bəzi bürclər var ki, imtina edilməyi qəbul etmir.
2023-02-23 01:01:00
Bədənin daxili mühitinin daima sabit saxlanılması böyrəklərin hesabına baş verir. Orqanizmdə baş verən bəzi funksiyalar vardır ki, onlar məhz böyrəklərin fəaliyyəti sayəsində normallaşır. Bunlara aiddir: - su-duz mübadiləsi - qələvi-turşu müvazinəti - azot mübadiləsi - eritropoez - arterial təzyiqin səviyyəsi - qanın laxtalanma prosesi. Bu fəaliyyətləri böyrəklərin ekskretor və inkretor funksiyaları həyata keçirir. Böyrəklərin ekskretor funksiyasına bədəndən yad maddələrin mübadiləsinin son zərərli məhsullarını və bədən fəaliyyəti üçün vacib olan, amma bədəndə artıq miqdarda əmələ gələn məhsulların çıxarılması aiddir. Anoloji funksiyaları dəri, mədə-bağırsq traktı, ağciyərlər, qaraciyər də yerinə yetirir. Tər vəziləri ilə bədəndən su, natrium xlorid, sidik covhəri, sidik turşusu və başqa maddələr xaric olunur. Böyrəklərin ekskretor funksiyası pozulduqda isə tər vəziləri öz fəaliyyətlərini komrensator artırırlar. Amma böyrəklə müqayisədə tər vəziləri bədəndən çox az miqdarda suyu, duzları, azot mübadiləsi məhsullarinı çıxara bilirlər. Mədə-bağırsaq traktı vasitəsilə fizioloji halda bədəndən su, duzlar, kalsium, maqnezium və başqa ionlar, bəzi zülal tərkibli maddələr, natrium xlotid çıxarılır ki, bununla da böyrək fəaliyyəti pozulduqda azot ifrazetmə funksiyası kompensasiya edilir. Orqanizmdən lazımsız maddələr öd kisəsi və ağciyərlər vasitəsilə də xaric edilir. Amma bədəndən çıxarılması vacib olan maddələrin kənar edilmıəsində birinsi dərəcəli rolu böyrəklər oynayır. Böyrək ifrazat funksiyasının aşağı düşməsi və ya dayanması baş verdikdə hemosrtazın ağır pozğunluqları baş verir. Böyrəklər bu funksiyaları, yəni hemostazın tənzim olunması və maddələr mübadiləsinin son məhsullarının orqanizmdən çıxarılması heç bir başqa orqanı tərəfindən konpensasiya edilmir.
2023-02-23 00:44:00
Müğənni olmaq istəyən Kruz Bekhem atası Devid və qardaşı Romeo ilə birlikdə 18 yaşını qeyd edərkən qızıl "Rolex" saatını nümayiş etdirib.
2023-02-23 00:01:00
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
2023-02-22 23:55:00
Rusiya xarici işlər naziri Sergey Lavrov və Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Van İ ukrayna münaqişəsi ətrafındakı "Çin planı"nı müzakirə etməyiblər.
2023-02-22 23:50:00
Böyük Britaniya Ukraynanı qırıcı təyyarələrlə təmin edən ilk ölkə ola bilər.
2023-02-22 23:45:00
Belçikanın Şimal dənizində Rusiya gəmisi aşkarlanıb.
2023-02-22 23:34:00
22 fevral tarixində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın və Lüksemburqun Avropa məsələləri və xarici işlər naziri Jan Asselborn ilə birgə mətbuat brifinqi zamanı səsləndirdiyi fikirləri qətiyyətlə pisləyirik.
2023-02-22 23:24:00
Polşa ümid edir ki, ABŞ-dan ölkəyə silah axını Avropanın ən böyük quru qoşunlarını formalaşdırmağa kömək edəcək.
2023-02-22 23:14:00
Almaniyanın Visbaden şəhərindəki "Nassauer Hof" oteli orada iki il pulsuz qalan ər-arvadın ödənişin təxirə salınması üçün müxtəlif hekayələr uydurduqlarını iddia edərək məhkəməyə verib.
2023-02-22 23:10:00
Ukraynanın zəbt edilən əraziləri Moskvanın saat qurşağına keçirilir.
2023-02-22 23:05:00
İranda dolların məzənnəsinin 51 min tümənə qalxıb.
2023-02-22 22:49:00
Episentri Türkiyənin Kahramanmaraş vilayətində olan zəlzələlərin ilk günündən Avropa ölkələri Türkiyəyə yardım əlini uzadıb. Dəstəklərinə görə hər bir ölkəyə və təşkilata minnətdarıq.
2023-02-22 22:39:00
Son vaxtlar 100 manatlıq əsginasların saxtalaşdırılması halları artıb.
2023-02-22 22:34:00
ABŞ Dövlət katibi Entoni Blinken BMT Baş katibi Antonio Quterreşlə görüşəcək.
2023-02-22 22:29:00
Kapitulyasiya aktının imzalandığı gündən Ermənistanın bütün hərəkətləri Azərbaycanı guya danışıqlarda marağı olmayan, aqressiv ölkə kimi təqdim etməyə, həmçinin Bakıya siyasi təzyiqin zəruri olmasına yönəlib. İrəvan İkinci Qarabağ müharibəsindən sonra yaranmış status-kvo ilə barışmazlıq fəlsəfəsindən çıxış edir.
2023-02-22 22:19:00
Rusiya Baş naziri Mixail Mişustin Azərbaycanla pensiya təminatı sahəsində əməkdaşlıq haqqında sazişin Dövlət Dumasına təsdiq üçün təqdim edilməsi haqqında qərar imzalayıb.
2023-02-22 22:14:00
İtaliyanın Milan şəhər prokurorluğu "Meta" korporasiyasına qarşı istintaqa başlayıb.
2023-02-22 22:08:00
Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra 340-dan çox insan müxtəlif ittihamlarla həbs edilib.
2023-02-22 22:03:00
İki gün əvvəl Azərbaycanın Laçın rayonu ilə həmsərhəd bölgədəki döyüş postunda odlu silahdan açılan atəş nəticəsində ölən Ermənistan ordusunun əsgərinə görə daha bir hərbçi həbs edilib.
2023-02-22 21:58:00
Biz bu barədə mövqeyimizi bildirmişik və təkrar edirəm: Missiyanın mülki xarakter daşıdığını deməklə, onlar (AB - red.) heç də tam həqiqəti demirlər və ya yalan danışırlar.
2023-02-22 21:53:00
Sürücülər avtomobillərdə tibbi yardım çantalarının xeyrindən çox ziyanı olduğu qənaətindədirlər. Amma deyirlər ki, həmin çantalar olmada avtomobillərini texniki baxışdan keçirmək mümkün olmur.
2023-02-22 21:48:00
Rusiyanın təxribat-kəşfiyyat qrupu Rusiya ərazisindən Xarkov vilayətinin Kupyanski rayonuna daxil olmağa cəhd göstərib, lakin onlar Ukrayna hərbçiləri tərəfindən geri çəkilməyə məcbur edilib.
2023-02-22 21:38:00
Slovakiyanın Trençin diyarında kiçik təyyarənin qəzaya uğraması nəticəsində azı 4 nəfər həlak olub.
2023-02-22 21:32:00
Martın 9-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "AG Bank", "Amrahbank" və "Gəncəbank" ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə açıq hərrac keçiriləcək.
2023-02-22 21:22:00
Ümid edirəm ki, Səudiyyə Ərəbistanı yəhudi dövləti ilə sülh sazişi imzalayan növbəti ölkə olacaq.
2023-02-22 21:17:00
Xırdalanda 1974-cü il təvəllüdlü Mehriban Hüseynova 1996-ci il təvəllüdlü oğlu Orxan Hüseynzadə tərəfindən qətlə yetirilib.
2023-02-22 21:00:00
"Avroviziya 2023"ün aparıcılarının adları bəlli olub.
2023-02-22 20:47:00
Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işlər üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarlarına münasibət bildirib.
2023-02-22 20:11:00
Texnologiyanın elə bir dövrüdür ki, uşaqlar belə mobil cihazlardan, sosial şəbəkələrdən intensiv istifadə edirlər.Bu da xüsusi ilə valideynləri narahat edir.
2023-02-22 20:00:00
"Deməzdim ki, özümü sənətə qurban vermişəm. Bu ifadədən heç xoşum gəlmir. Sənətdə olan insanların bir çoxu bu sözü işlədir. Hansı sahədə işləməyindən asılı olmayaraq, o sahədə işləyib, həmin sahə ilə məşğul olursansa günlərini, aylarını, illərini ona verməlisən. Qurban vermək yox, sevə-sevə işləmişəm, özüm yaşamışam, özüm yaşatmışam. Təbii ki, elə məqamlar var ki, incəsənət o qurbanı tələb edir. Fədailər o qurbanı verir. Fədailər də aktyor və rəssamlardır. Teatr yaranan günündən hər zaman aktyorlar üçün çətin olub. Amma aktyorlar maddiyat üçün yox, mənəviyyat üçün yaşayanlar olub".
2023-02-22 19:58:00
Ötən ilin martında Xəzər rayonu Binə qəsəbəsi ərazisində arvadı 1995-ci il təvəllüdlü Ülviyyə Həsənovanı qətlə yetirən Saməddin Həsənovun məhkəmə prosesi başa çatıb.
2023-02-22 19:57:00
Ötən il korrupsiyaya şərait yaradan hallara və digər pozuntulara görə 1 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 2 nəfər tutduğu vəzifədən azad olunub.
2023-02-22 19:48:00
Qərbi Azərbaycandan yeni görüntülər yayımlanıb.
2023-02-22 19:36:00
Məşhur rusiyalı parodist, komediya ustası, teleaparıcı, kinoaktyor və müğənni Maksim Qalkin Bakı Konqres Mərkəzində böyük solo konsert verib.
2023-02-22 19:24:00
Günəş diski üzərindən keçən Merkuri planetinin görüntüsü əldə olunub.