Xəbərlərin siyahısı

Qara görə imtahan gedə bilməyən tələbələrə güzəşt ediləcək? SORĞU

2023-01-09 12:57:00

Ali və orta ixtisas təhsili müəssisələrində 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. 9 dekabr 2022-ci il tarixindən başlayan imtahanlar 5 həftə müddətində davam edəcək. Lakin yanvarın 8-i axşam saatlarından başlayaraq ölkə ərazisində qar yağır. Hava şəraitinə görə yollar buz bağlaması və nəqliyyatda olan ləngimələrə görə tələbələr imtahanlara gecikir və ya iştirak edə bilmir.

Prezident: Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır

2023-01-09 12:56:00

Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır.

İlham Əliyev: Hakim ədalətsizliyi bizi bir neçə medaldan məhrum edib

2023-01-09 12:55:00

Hakim ədalətsizliyi bizi bir neçə medaldan məhrum etmişdir.

Prezident: Hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olub

2023-01-09 12:54:00

Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

İlham Əliyev: İdmançılarımızın beynəlxalq yarışlarda 800dən çox medal qazanması böyük nailiyyətdir

2023-01-09 12:53:00

İdmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanıblar, onlardan 300-ə yaxını qızıl medaldır.

Yolların açılması üçün çox sayda texnika və şəxsi heyət

2023-01-09 12:51:00

Qar yağışı müşahidə edilən Respublikanın bütün yollarında DYP əməkdaşlarının müşayiəti və təhlükəsizlik tədbirlərini təmin etməsi ilə paralel olaraq aidiyyatı qurumlar tərəfindən yolların qardan təmizlənməsi və qumlanması işi həyata keçirilir.

Bakının bu rayonunda 17 bina istiliksiz qaldı

2023-01-09 12:40:00

Bakının Nizami rayonunda 17 binanın istilik təminatında fasilə yaranıb.

Türkiyənin milli döyüş təyyarələrinin ilk uçuşu bu il baş tutacaq

2023-01-09 12:29:00

Türkiyənin milli döyüş təyyarəsinin ilk uçuşu 2023-cü ilin sonunda baş tutacaq.

Anası onun evlənməyini istəmir

2023-01-09 12:18:00

Türk aktrisa Nilperi Şahinkaya açıqlaması ilə diqqət çəkib.

"Soledar şəhərində ağır döyüşlər gedir"

2023-01-09 12:07:00

"Ukraynanın Donetsk vilayətinin Soledar şəhərində vəziyyət gərgin olaraq alır. Ərazidə ağır döyüşlər gedir".

Pensiyadakı artımlar nə zaman ödəniləcək?

2023-01-09 11:56:00

"Əmək pensiyaları haqqında" Qanuna əsasən, bu aydan əmək pensiyaları indeksasiya olunaraq təxminən 15.0 faiz artırılmalıdır. Pensiyalar adətən ayın ortası ödənildiyi üçün artımların nə zaman veriləcəyi daha çox ünvanlanan suallardandır.

Sevgilisiylə ayrıldıqlarını etiraf etdi

2023-01-09 11:50:00

Türk müğənni Şevval Samın oğlu aktyor Tarık Emir Tekin illərdir eşq yaşadığı sevgilisi Sofia Katcla ayrıldıqlarını etiraf edib.

Muğanlıİsmayıllı yolunda avtomobillərin hərəkəti çətinləşib

2023-01-09 11:43:00

Ötən gecədən başlayaraq yağan güclü qar Muğanlı-İsmayıllı avtomobil yolunda bəzi çətinliklər yaradıb. Çovğun və yolun buz bağlaması səbəbindən minik avtomobillərinin, sərnişin mikroavtobuslarının, yük maşınlarının hərəkəti qısa müddətlik çətinləşib. Bundan əlavə, güclü külək dağlardakı qarı yola tökərək avtomobillərin hərəkətinə mane olur. Əraziyə yol istismar idarəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib, yola duz və qum səpilir.

Ağsu dolaylarlarına 10 sm qalınlığında qar yağıb

2023-01-09 11:40:00

Havaların qarlı olması səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır texnika və canlı qüvvə yolların təmizlənməsi üçün fasiləsiz xidmətə başlayıb. Ağsu dolaylarında axşamdan yağaraq 10 santimetr hündürlüyündə örtük əmələ gətirən qar ağır texnikalar vasitəsilə və duz səpilməklə təmizlənib.

Sumqayıtda qar ciddi problemlər yaradıb

2023-01-09 11:37:00

Gecə saatlarından başlayaraq yağan qar Sumqayıt şəhəri ərazisindəki əsas küçə və prospektlərdə problem yaradıb.

Ənənəvi “Onlar bizə əmanətdir” layihəsi həyata keçirildi

2023-01-09 11:24:00

Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və mənəvi dəstək göstərən, "Qırmızı Ürəklər" ("Red Hearts") Fondu PAŞA Holding-in dəstəyi ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl ərəfəsində şəhid övladları üçün ənənəvi "Onlar bizə əmanətdir" layihəsini həyata keçirdi.

Aylıq əmək haqqı yanvarın 1dən 345 manatdan aşağı ola bilməz

2023-01-09 10:59:00

Dövlət Əmək Müfəttişliyi Xidməti minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd edilən əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməsi ilə işəgötürənlərə müraciət edib.

Bu yarışmada artıq 5 mindən çox şagird qeydiyyatdan keçib

2023-01-09 10:57:00

Müsahibimiz ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı Zaur Ələkbərovdur

FHN də əhaliyə

2023-01-09 10:56:00

Əvvəlcədən xəbərdarlıq edildiyi kimi, ölkə ərazisində hava şəraiti kəskin dəyişib, əksər ərazilərdə yağıntı, o cümlədən sulu qar və qar yağıb, bəzi yerlərdə intensiv olub, temperatur ötən günlərlə müqayisədə xeyli enib, yollar buz bağlayıb. Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, ölkə ərazisində müşahidə olunan kəskin hava şəraiti yaxın günlər ərzində davam edəcək.

Qarlı Bakıdan FOTOREPORTAJ

2023-01-09 10:50:00

Bakıya bu ilin ilk qarı yağır.

15 yaşlı qız dəm qazından boğulub

2023-01-09 10:28:00

Cəlilabadda 15 yaşlı qız dəm qazından boğulub.

Ayın sonu ağır döyüşlər başlanır

2023-01-09 10:17:00

Baxmut və Soledar uğrunda qarşıdurmanın pik nöqtəsi 2023-cü ilin yanvarında baş verməlidir.

Bakıda hoteldə transseksualları döydülər

2023-01-09 10:06:00

Bakıda hotellərdən birində insident baş verib.

Bayılda partlayış olub

2023-01-09 10:01:00

Bu gün 04:00 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində mənzillərdən birində yanğın baş verməsi barədə məlumat daxil olub.

Respublika avtomobil yollarında

2023-01-09 09:54:00

Respublikada ümümi olaraq məhdudlaşdırılan yol yoxdur.

Ən çox qar İsmayıllıya yağıb

2023-01-09 09:49:00

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 9-na olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, qar yağır.

190a yaxın avtobus gecikir

2023-01-09 09:44:00

Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobusların normal və fasiləsiz fəaliyyətini təmin etmək, eləcə də yarana biləcək problemlərin vaxtında aradan qaldırılması məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Qara görə taksi qiymətləri kəskin artdı

2023-01-09 09:39:00

Hava şəraiti ilə əlaqədar taksi qiymətlərində kəskin artım müşahidə olunur.

Yol polisi sürücülərə bir daha müraciət etdi:

2023-01-09 09:30:00

Bakı Şəhər Dövlət Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə və hərəkət iştirakçılarına yenidən müraciət edib.

Xırdalanda elektrik qatarı gecikir

2023-01-09 09:24:00

Bu gün səhər saatlarında Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlarda gecikmələr müşahidə olunur.

Qarlı havanın dərsə davamiyyətə təsiri açıqlanıb

2023-01-09 09:19:00

Qarlı hava şəraiti ilə əlaqədar Bakıda yüksək ərazilərdə fəaliyyət göstərən ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb.

Bakıda sıxlıq olan yollar açıqlanıb

2023-01-09 09:13:00

Paytaxt Bakının bir sıra yollarında tıxac müşahidə edilir.

Qarlı hava şəraiti bu vaxtadək davam edəcək

2023-01-09 09:08:00

Azərbaycanda qarlı hava şəraiti bu gün də davam edəcək, yollar buz bağlayacaq.

Bakının küçə və prospektləri gecə qardan təmizlənib

2023-01-09 09:04:00

Bu gün gecə saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində yağan qarın küçə, prospekt və piyada səkilərindən, avtobus dayanacaqları və metro stansiyalarının qarşısından təmizlənməsini aparıblar.

Rusiyanın sərhədinə nüvə silahı yerləşdirilir?

2023-01-09 08:59:00

NATO-ya daxil olduqdan sonra ölkə ərazisində nüvə silahı yerləşdirilməyəcək.

Bayden: “Braziliyada demokratiyaya hücumu pisləyirəm”

2023-01-09 08:54:00

"Braziliyada demokratiyaya və hakimiyyətin dinc yolla ötürülməsinə edilən hücumu pisləyirəm".

Onlar müharibədən qazanc üçün istifadə edir

2023-01-09 08:49:00

Silah tacirlərinin əksəriyyəti Ukraynada baş verənlərdən ancaq qazanc əldə etmək üçün istifadə edir.

"Twitter"də yenilik olacaq

2023-01-09 08:40:00

İlon Mask bazar günü sahibi olduğu "Twitter" sosial şəbəkəsinin tərtibatçılarının mətn formatlaşdırma funksiyalarını işə salmağı planlaşdırdıqlarını açıqladı.

Qədim Midiyanın ürəyi olan Azərbaycan şəhəri FOTO

2023-01-09 08:29:00

Son.az kult.az-a istinadən "Güney Azərbaycanı tanıyaq" layihəsi çərçivəsində Həmədan əyaləti haqda məlumatı təqdim edir:

Xəstəlikdən əziyyət çəkən kişi yanıq xəsarətləri alıb

2023-01-09 07:55:00

Şəmkir sakinİ, epilepsiya xəstəliyində əziyyət çəkən 1961-ci il təvəllüdlü V.İbrahimov həyətində qaladığı ocağın üstünə yıxılaraq, ağır dərəcəli yanıq xəsarətləri alıb.

Bakı qara bürünür

2023-01-09 07:48:00

Bakıda dünən axşam saatlarından başlayan sulu qar gecəyə doğru qara çevrilib.

Azərbaycanlı aktyor vəfat edib

2023-01-09 07:41:00

Aktyor Xudu Mürsəlov dünyasını dəyişib.

Argentina lideri: Bu, dövlət çevrilişidir!

2023-01-09 07:35:00

Braziliyanın paytaxtında baş verənlər dövlət çevrilişinə cəhddir.

Ukrayna Gürcüstandan Saakaşvilinin müalicəyə verilməsini xahiş edir

2023-01-09 07:28:00

Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, rəsmi Kiyev öz vətəndaşı, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini Ukraynaya və ya hər hansı digər Avropa ölkəsinə qaytarmaq xahişi ilə Tbilisiyə rəsmi müraciət edib.

Medvedyev: Satqınları belə cəzalandıracağıq!

2023-01-09 07:21:00

Ölkədən qaçan və onun məhvini arzulayan ruslar haqqında yalnız müharibə qaydalarını unutmadan qanun çərçivəsində tədbirlər görmək gərəkdir.

Rusiyada daha bir tanınmış aktyoru “xain” elan etməyə hazırlaşırlar

2023-01-09 07:14:00

Rusiya Dövlət Dumasının deputatı Sultan Həmzəyev aktyor Artur Smolyaninov barəsində cinayət işinin açılması xahişi ilə İstintaq Komitəsinə müraciət edəcəyini söyləyib.

Ləyaqətini, abrını, mənliyini qoruyub saxlamağı bacaran sənətkar

2023-01-09 07:07:00

Artıq bir neçə ildir ki, hər ilin əvvəli, daha  dəqiq desək, yanvar ayının 9-da    yaxın dostum, görkəmli sənətkar, Xalq artisti  İlham Namiq Kamalın doğum günü  münasibəti ilə məqalə yazıram. Bu bir növ ənənə halını alıb. Bu dəfə də ənənəyə sadiq qaldım. İlham Namiq Kamal 73 yaşını adlayıb, 74 yaşına-müdrikliyin daha yüksək  mərhələsinə qədəm qoyub.  Məqalə ilə bağlı İlhama zəng edib, fikrimi ona bildirdim. Əvvəl etiraz etsə də, sonra razılaşıb, məni teatra dəvət etdi. Teatra yollandım. Teatrın inzibati qapısında gözətçilər mənim İlham müəllimin yanına  gəldiyimi biləndə, dedilər ki, bilirik. Deməli, sənətkar mənim gələcəyimi onlara deyib. İkinci mərtəbəyə qalxdım. Sənətkarın qrim otağının qapısı açıq idi. Mənim addım səslərimi eşidən kimi, İlham qapıya çıxıb, məni gülərüzlə qarşılayaraq, içəri dəvət etdi, salamlaşıb, görüşdük. Dostumun  qrim otağı səliqə-səhmanı ilə göz oxşayır, masanın üzərində isə, Moskva şəhərinin Babayev fabrikinin müxtəlif şokolad konfetləri və çərəzlər var idi. Mən məqalə haqqında nəsə demək istəyirdim ki, sənətkar sözümü  kəsib: -Tələsmə, yazı, müsahibə, məqalədən qabaq çərəzlərdən ye.  Nə içirsən, çay, qəhvə.  De, bufetə zəng vurum, gətirsinlər. Mən çay içəcəyimi dedim. İlham teatrın bufetinə zəng vurub, çay sifariş etdi. Sənətkar bir daha  mənə çay gətirilincə, çərəz yeməyi məsləhət gördü. Bufetdən bir çaynik çay, iki armudu stəkan gətirdilər. Sənətkar çay gətirən xanıma minnətdarlır edib, onu hörmətlə yola saldı və gəlib, çayın necə dəmləndiyinə baxandan sonra,  stakanlara çay süzdü. Mən düşündüm ki, elə sənətkarla çay içərək, söhbət etsək yaxşı olar. Sənətkarı söhbətə tutub, telefonun səsyazanını işə saldım. Mən danışır, o  qulaq asırdı.  Amma hiss edirdim ki, fikri ayrı yerdədir. Mən çaydan bir qurtum içib:     -İlham, sənin necə insan, necə bir sənətkar olduğunu ölkədə bilməyən yoxdur.    Sən gözütox, qismətinlə razılaşan, birinci növbədə özünə, daha sonra ətrafına qarşı tələbkar olan, düşündüklərini deyən və  yeri gələndə yazan insansan. Mən bilirəm ki, sən teatr və kino haqqında dərin bilik və bacarığını gənclərə öyrətməyə həmişə hazırsan. Onu da bilirəm ki, sən də çoxları kimi,  son dövrlərdə teatr, kino və ümumən mədəniyyət sahəsində baş verənlərdən narahatsan...      İlham, adəti üzrə konfet yemədən bir-iki qurtum çay içəndən sonra, mənim              başladığım mövzunu davam etdirməyə başladı: - Çingiz, sən, yaxşı bilirsən ki, mən       təbiət etibarı ilə narahat adamam. Təbii ki, mədəniyyət sahəsində baş verənlərdən narahat olmaya bilmərəm. Bilirsən ki, mən bir neçə ay bundan əvvəl teatr sahəsinin inkişafı ilə bağlı fikirlərimi yazıb, mətbuatda çap etdirmişdim.     Məqalə "Teatrı niyə sevmirik? " adlanırdı.  Yazımda  sənətdə struktur dəyişikliklərin və islahatların aparılmasının, gənclərə dəstək verməyin  vacibliyini qeyd etməklə yanaşı,  yaşlı sənətkarları da unutmamağı tövsiyə edirdim. Biz dünya təcrübəsindən istifadə etməliyik.  Səhnəyə çıxıb, rolunu canlandırmağı bacaran, sağlamlığı buna imkan verən, hər bir yaşlı sənətkar teatra və kinoya lazımdır. Mən qəti bilirəm ki, gənclər yaşlı sənət nümayəndələri ilə birlikdə səhnəyə çıxanda, onlardan əyani "dərs" ala bilərlər. Səhnədə ekranda  illərin təcrübəsini qazanmış sənətkarları sənətdən uzaqlaşdırmaq  olmaz...      Mən onun sözlərini təsdiq etdim:-Əlbəttə, yaşlı sənət nümayəndələrini teatrdan və kinodan uzaqlaşdırmaq  düz deyil.     Sənətkar adəti üzrə çayını konfetsiz içə-içə, söhbətini davam etdirir:     -Mən bu  yazıdan sonra sabiq mədəniyyət naziri ilə görüşüb, düşüncələrimi ona da çatdırmağı vacib hesab etdim.  Ona bildirdim  ki, mən sənətdə sözümü demişəm və dövlətimiz tərəfindən heç vaxt diqqətdən kənarda qalmamışam. Çalışdığım, teatr və kino sənətinin inkişafı  və yetişməkdə olan  gənclərin gələcəyidir. Mən sənətdə ilk addımlarını atan hər bir gəncə dəstək olmağa hazıram. Vaxtı ilə sənətdə yaşlı sənətkarlar mənə dəstək olublar. Mən də bu estafeti davam və inkişaf etdirmək istəyirəm. Gənclərimiz müasir texnologiyaları, xarici dilləri gözəl bilirlər. Mən bir ağsaqqal sənət nümayəndəsi kimi bunu alqışlayıram. Dövr dəyişib, müasirliyi və yeniliyi qəbul etməliyik. Amma biz keçmişi də unutmamalıyıq. Azərbaycan teatr və kinosunun mürəkkəb inkişaf tarixi olub. Saysız-hesabsız sənətkarlar ordusu milli teatr və kino sənətinin inkişafı naminə, artıq tarixə çevrilmiş sənət nümunələri yaradıblar. Müasir texnologiyalar əsrində onların bir qismi bəzilərimizə köhnəlmiş kimi görünə bilər. Amma bu günə qədər biz həmin nümunələri hələ də maraqla izləyiriksə, deməli, bu barədə düşünməyə dəyər. Əvvəllər teatr üçün ilkin olaraq, yüksək peşəkar səviyyəli dram əsəri, kino üçün isə, peşəkar ssenari seçilirdi.  Bütün bunlardan sonra sənətdə sözünü demiş sənətkarlar, istedadlarına inandıqları yaradıcı qruplarla sənət nümunələri yaradırdılar.  Mən söhbətə qoşulmaq istəyirdim ki, İlham mənə konfetləri               göstərib, dedi ki, xahiş edirəm, bax, bu dadlı "Əyri pəncəli ayı" konfetini yeyib, çayını iç, mən fikrimi davam etdirim:     -Sabiq nazirə dedim ki, keçmişin sənətkarları tanışa, dayıya, xalaya yox, istedada qiymət verirdilər. O zamanlar istedadı olana yaşıl işıq yandırıldığı üçün yüksək peşəkar səviyyəli sənət nümunələri yaradılırdı.          Mən İlhamın dediyi  dadlı " Əyri pəncəli ayı " konfetini yeyib, çay içə-içə maraqla ona baxırdım. O isə, söhbətini davam etdirir:    -Mən allahın qismətinə inanan adamam. Qismətdən artıq yemək olmaz.  Mən qismətindən artıq yemək istəyənlərə, düzü əhəmiyyət vermirəm. Bəzən görürsən ki, həyatda hər şeyi əldə etmiş biri, sağlamlığı və həyatı hesabına daha nələri isə əldə etməyə can atır. Mən belə sənət  adamlarını anlaya bilmirəm. Axı heç kim bu dünyada əbədi deyil. Heç  kim bu dünyadan istəsə  belə, heç nə apara bilməyəcək. Məsələn, mən heç vaxt, heç nəyə  can atmamışam. Sadəcə olaraq, başımı aşağı salıb, sənətimlə məşğul olmuşam. Səhnədə və ekranda mənə tapşırılan obrazı ürəklə, peşəkarlıqla canlandırmağa çalışmışam. Xalq

Braziliyada dövlət çevrilişinə cəhd, prezident şəhərdən çıxarıldı

2023-01-09 07:00:00

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun tərəfdarları bazar günü polislə toqquşub və ölkənin paytaxtında Milli Konqresin (parlament) binasına basqın ediblər.

Yeniləmə dəstəyi bitmiş "Xiaomi" modelləri

2023-01-09 04:44:00

Smartfon bazarında bəzi şirkətlər xüsusiyyət və dizayn baxımından keyfiyyətli modellər istehsal etsə də, yeniləmə dəstəyi bitmiş smartfonlara üstünlük verilməyə bilər.

Ötən ilin ən çox “yoxsullaşan” milyarderləri məlum oldu

2023-01-09 03:22:00

"Forbes" 2022-ci ildə sərvətləri ən çox azalan beş milyarderi müəyyənləşdirib.