Xəbərlərin siyahısı

Çexiya Azərbaycanın Tehrandakı səfirliyinə hücumu

2023-01-28 08:14:00

Çexiya hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyir.

Bu akademiyada rus dili

2023-01-28 08:12:00

Ukraynanın Kiyev-Moqilyansk Akademiyasında rus dilində ünsiyyət qadağan edilib.

Mədə qazı necə keçər?

2023-01-28 08:11:00

İnsanlar bəzən çox yeməkdən və ya soyuqlamadan mədə qazları yaşayırlar.

Yaralıların son durumu

2023-01-28 08:10:00

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı xəsarət alan diplomatik korpus əməkdaşlarından birinin cərrahi əməliyyatı başa çatıb və vəziyyəti yaxşılaşıb.

Türk Dövlətləri Təşkilatı Azərbaycanın İrandakı səfirliyinə

2023-01-28 08:08:00

Türk Dövlətləri Təşkilatının baş katibi Azərbaycanın İrandakı səfirliyinin təhlükəsizlik xidmətinin rəhbərinin ölümü və iki mühafizəçinin yaralanması ilə nəticələnən səfirliyə qarşı amansız silahlı hücumunu kəskin şəkildə pisləyir.

Göyəm haqqında

2023-01-28 08:05:00

Göyəm çox da iri olmayan göyəm ağacının meyvəsidir. Göyəm ağacı kol bitkisinə bənzədiyi üçün onun kol və ya ağac olduğunu qarışdıranlar da var. Onun boyu 1-4 metr, bəzi hallarda isə 8 metr hündürlüyə qədər qalxa bilir. Göyəm ağacının budaqları yanlara doğru düz inkişaf edir, ondan isə kiçik budaqlar çıxır. Göyəmin yarpaqları oval şəklində və yaşıl rəngdə olur. Yaz aylarında göyəm ağacı daha yaraşıqlı olur. Onun ağ rəngli çiçəkləri ağacın hər tərəfini örtərək gözəl görüntüyə sahib olur. Göyəm aprel-may aylarında çiçəkləyir, çiçəklər töküldükdən sonra isə meyvələr yetişməyə başlayər. Göyəm əkildikdən 2-3 il sonra meyvə verməyə başlayır. Onun meyvələrində bir tum olur. Göyəm meyvəsi dairəvi, tünd göy-qara rəngdə, qabığı zərif boz örtüklə örtülmüş olur. Onun meyvələrinin diametri növündən asılı olaraq 10-15 mm ölçüdə olur. Meyvələr avqust-sentyabr aylarında yetişir və lətini tumundan ayırmaq çətin olur. Göyəmin dadı turşa meyilli şirin və yeməlidir.Havalar çox soyuq olduğu zaman meyvələrin həcmi kiçilir, amma, yenə də dadı əvvəlki kimi qalır. Göyəm Kiçik Asiya ölkələrində, Qərbi Avropada, Aralıq dənizi ölkələrində, Rusiyanın Avropaya yaxın yerlərində,Qafqazda və Qərbi Sibirdə yabanı halda bitir. Göyəmin tərkibində saxaroza, fruktoza, alma sirkəsi, pekrin, karbohidratlar, steroidlər, triterlenoidlər, azot birləşmələri, karotin, tanin, qətran, katexin, C, E vitaminləri, flavonoidlər, yüksək miqdarda spirt, prunazin qlikozidi, mineral duzlar,yağlar(linolen, palmitin, stearin, olein, eleosteorin) var. Göyəmin yarpaqları C və E vitaminləri, fenolaskorbin, antosian, flavonoidlərlə zəngindir. Göyəm meyvəsinin hər halından (kompot, kisel, mürəbbə, çem və təzə) mədə və bağırsaq xəstəlikləri zamanı istifadə edilir. Yaralı kolit, dizenteriya, qida toksikoinfeklsiyaları və kandidamikoz xəstəlikləri zamanı göyəm və ondan hazırlanan qidalar orqanizmə çox faydalı təsir göstərir. Bağırsaq infeksiyaları zamanı göyəmdən hazırlanan şərab xəstəliyin sağalmasına səbəb olur. Göyəm meyvəsi antiseptik, sidikqovucu və orqanizmi möhkəmləndirici təsir göstərir. O ürəkbulanmanı kəsir, maddələr mübadiləsini yaxşılaşdırır, sinir sistemini sakitləşdirir. Göyəmin cavan yarpaqlarından çay dəmləyinb içmək qəbizliyi aradan qaldırır, artıq mayenin xaric olmasını sürətləndirir. Onun kökündən qızdırmasalıcı kimi istifadə edilir. Göyəm meyvəsi qeyri-spesifik kolit, dizenteriya, ishal, zəhərlənmələr və toksikoinfeksiya xəstəliklərinin əlamətlərini azaldaraq xəstəliyin sağalmasının sürətləndirir. Göyəmdən mədə, bağırsaq, qara ciyər, böyrəklər, nevralgiya, avitaminoz və maddələr mübadiləsinin pozğunluqları zamanı geniş istifadə olunur. Göyəmdən hazırlanan preparatlar iltihab əleyhinə, diuretik, bəlğəmgətirici, antibakterial təsirə malik olur. Göyəm çiçəklərinin dəmləməsi maddələr mübadiləsini yaxşılaşdırır, dəri xəstəliklərini sağaldır, bağırsaqların peristaltikasını normallaşdırır, revmatizma, frunkullar və digər irinli xəstəliklər zamanı xəstəliyin sağalmasına səbəb olur. Təzə çəkilmiş göyəm şirəsi sarılıq əlamətlərini aradan qaldırır. Onun çiçəklərindən dəmllənmiş çayı qəbizlikdən əziyyət çəkən uşaqlara verməkdə fayda var. Dəri xəstəlikləri zamanı təzə göyəm şirəsini kompores şəklində qoymaq səpgiləri sağaldır. Mədə-bağırsaq narahatçılıqları və lyamblya xəstəliyi zamanı təzə göyəm şirəsi içməkdə fayda var. Onun çiçəklərindən hazırlanan dəmləmə ağız boşluğu və boğazda olan xəstəliklərin sağalmasını sürətləndirir. Göyəm çiçəyinin dəmləməsi təzyiqi aşağı salır, damar tıxanıqlığının qarşısını alır. Dəmləməni sirkə ilə qarışdırrıb irinli yaraları silddikdə xəstəliyin əlamətləri aradan qalxır. Çiçəyinin dəmləməsi sistit, nefrit və xroniki qəbizlik xəstəliyinin sağalmasına səbəb olur. Göyəmin çəyirdəyini udmaq olmaz. Onun tumunda zəhərli sinil turşusu var.  Mütəxəxssislər göyəmdən hazırlanan konservləşdirilmiş məmulatların bir ildən artıq saxlanılmasın əleyhinədirlər. Buna səbəb isə çəyirdəyin tərkibində olan zəhərin qidalara keçə bilməsidir. Çərdəksiz konserv məmulatlarını isə bir-neçə il saxlamaq mümkündür. Göyəm çox turş dada malik olan meyvə olduğu üçün o mədə turşuluğunun çoxluğundan, qastritdən, mədə yarasından əziyyət çəkənlərdə narahatçılıqlara səbəb ola bilir. Buna görə də belə adamlar yedikləri göyəm meyvəsinin miqdarına diqqət yetirməlidirlər. Nadir hallarda göyəm allergik reaksiyaların baş verməsinə səbəb ola bilir.

Ukrayna böhranı: Silah satışı

2023-01-28 08:04:00

ABŞ-ın silah satışı 2022-ci ildə təxminən 50 faiz artıb.

İran Ermənistanda "modern keçid məntəqəsi"

2023-01-28 08:02:00

Ermənistanın Dövlət Gəlirləri Komitəsi ilə İranın "Tana Energy Management Company" şirkəti arasında Mehri keçid məntəqəsinin modernləşdirilməsinə dair 18 milyon 495 min avro dəyərində müqavilə imzalanıb.

Bənövşəni xalq təbabətində necə istifadə edirlər?

2023-01-28 08:01:00

Xalq arasında dəvərəgöz bənövşə adı ilə adlandırılan bu çiçəyin elmi adı üçrəng bənövşədir(viola tricolor). Bu çiçək müxtəlif ölkələrdə müxtəlif cür adlandırırlır. Tarixi Bu çiçəyin tarixi Yaponiya və Çinə gedib çıxır. Bənövşə rənglərinin gözəlliyinə görə dünyada ən məşhur çiçəklərdən hesab edilir. Bu bitki barədə bir çox tarixi və müasir ədəbiyyatda da tez-tez rast gəlinir. Əfsanələr və söyləntilər Dəvərəgöz bənövşə haqqında çoxlu əfsanələr danışılır. Qədim Poma mifalogiyasında bənövşə heyrətin, sevginin, sevgiyə sadiqliyin rəmzi hesab edilir. Qədim Rus əfsanələrində bu çiçəyi soyuqqanlılıqla öldürülmüş Anyutanın gözlərinə də bənzədirlər. Başqa bir əfsanədə isə sevgilisindən zorla ayrı salınan qızın həsrətdən ölməsi və onun qəbrinin üstündə bu bənövşələrdən bitməsi barədə bəhs edilir. Bir çox ölkələrdə dəvərəgöz bənöbşə ilə bağlı müxtəlif adətlər var. Məsələn, İngiltərədə sevgililər günündə bir-birlərinə bənövşə verirlər. Polşada qızlar öz nişanlıları və ya ərləri ilə uzun müddət həsrətdən sonra görüşdükdə onlara bənövşə verirlərmiş. Dəvərəgöz bənövşə bizim ədəbiyyatımızda saflıq, təmizlik və məsumluq mücəssəməsi kimi ifadə olunur. Növləri Üçrəng bənövşənin bir çox hibridləşmiş növləri var. Bunlardan ən məşhuru Vimmroka növüdür. Bənövşənin Vimmroko növü rəngləri və rənglərinin parlaqlığı ilə digər növlərindən seçilir. Seleksionerlər bənövşənin tez-tez yeni gözəl və uzunömürlü növlərini əldə edirlər. Bənövşə müxtəlif hava şəraitinə, müxəlif bölgələrə uyğun olaraq yetişirlər. Bənövşənin əksər növləri ikiillik və çoxillik olur. Onların boyu 15-30 sm-ə qədər qalxa bilir, rənglərinin müxtəlifliyi ilə hamını heyran qoyur. Bənövşə növündən asılı olaraq aprel ayından sentyabr ayına qədər çiçək açır. Əkilməsi və qulluq edilmə qaydaları Bənövşə toxum və ya körpə şitillər vasitəsilə yetişdirilir.Adətən onu yazın ilk gülərində əkirlər. May ayında əkilərsə o zaman onun çiçək açması yubanır və gözəl çiçəkləri olmur. Onu əkərkən iqilimi nəzərə almaq lazımdır. Bənövşə soyuğa, qara davamlı bitkidir. Onun toxumları torpağa sıçradıqda hava qızmar olmasa yenidən böyüyə bilir. Toxumları qar altında, suda donub qalmasa yenidən inkişaf etmək qabiliyyətinə malik olur. Bənövşə əkərkən onun müxtəlif növlərini müxtəlif yerlərdə əkmək lazımdır. Çünki, onlar bir-birinə çox yaxın olarlarsa o zaman tozlanma səbəbli əvvəlki kimi açmaya bilirlər. Bənövşə toxumlarını günəş şüaları və külək düşməyən yerdə qurutmaq lazımdır. Qurudarkən isə bəzən onları arabir çevirmək lazıçmdır ki, hər tərəfindəki nəmlik aradan qalxsın .Onun toxumlarını tam qurutduqdan sonra şüşə bankada 2 il saxlamaq mümkündür. Bənövşənin yabanı növlərinə parklarda, xiyabanlarda, çəmənliklərdə, meşələrdə rast gəlmək mümkündür. Bənövşə (Viola tricolor)nın Tərkibi Dəvərəgöz bənövşənin tərkibi müxtəlif kimyəvi maddələrlə zəngindir. Onun tərkibində insulin, askorbin turşusu, salisil turşusu, C vitamini, efir yağları, tanin, alkoloid turşusu, violaementin, polisaxaridlər var. Bu bitki orqanizmə ödqovucu, disikqovucu, antiseptik təsir göstərir. Onun dəmləməsindən qadın xəstəlikləri, dəri xəstəlikləri, bronxit, soyuqdəymə, mədə-bağırsaq xəstəlikləri, sidik ifrazı sisteminin xəstəlikləri zamanı istifadə edilir. Tərkibində sink, selen və kaliumun çox olmasına görə ondan ən çox kosmetologiya sahəsində istifadə edilir. Bənövşə (Viola tricolor)nın Xeyri Qrip xəstəliyi zamanı 1 xörək qaşığı xırdalanmış quru bənövşə yarpaqlarını 1 stəkan qaynar suya salın 15 dəqiqədən az olmamaq şərti ilə qaynatmaq və soyutmaq lazımdır. Dəmləməni gündə 3-4 dəfə olmaqla yeməkdən əvvəl 1/3 stəkan içmək yuxarıda adları çəkilən xəstəliklərin sağalmasına səbəb olur. Ümumi soyuqlama əlamətləri olduğu zaman termosa 1 xörək qaşığı xırdalanmış quru bənövşə yarpaqları tökülür və üzərinə 1 stəkan qaynar su əlavə edilib 6-8 saat dəmləməyə qoyulur. Alınan qarışımdan gündə 3-4 dəfə 2 xörək qaşığı içmək soyuqlama əlamətlərini aradan qaldırır. Dəri xəstəlikləri zamanı bənövşə yağını dəriyə sürtmək xəstəliyin sağalmasına səbəb olur. Bənövşə yağını özünüz də ev şəraitində hazırlaya bilərsinixz. Bunun üçün 2 xörək qaşığı qurudulmuş bənövşə çiçəklərini və əməklöməci yarpaqlarını qaba qoyub üzərinə 150 ml zeytun yağı əlavə etmək lazımdır. Qarışımı 15 dəqiqə qaynadıb soyuduqdan sonra şüşə qabda soyuducuda saxlamaq lazımdır. Dəri xəstəlikləri zamanı salfetkanı bu yağda isladıb xəstə nahiyəyə qoyduqda əlamətlər aradan qalxır. Qida sənayesində istifadəsi Bənövşə çiçəklərindən ən məşhur lokumların hazırlanmasında istifadə edilir. Onun çiçəklərini çay kimi dəmləyib içşmək və ya dəm çaynikinə əlavə etmək olur. Bənövşənin ləçəklərindən tortların və salatların bəzədilməsi məqsədilə də geniş istifadə olunur. Kosmetologiyada Kosmetologiya sahəsində ən çox bənövşənin yağından istifadə edilir. Bu yağ dəriyə qulluq vasitələri arasında ön sıralarda durur. Ondan kosmetik kremlərin, mazların, saçlara qulluq vasitələrinin hazırlanmasına geniş istifadə olunur. Müxtəlif sahələrdə istifadəsi Dəvərəgöz bənövşədən hazırlanan ekstrat ürək fəaliyyətini yaxşılaşdırır, ateresklerozun, damar xəstəliklərinin, dermatitlərin, psoriazın, eqzemanın sağalmasını sürətləndirir. Bənövşə (Viola tricolor)nın Ziyanı Sarı rəngli bənövşənin çiçəklərində təbii E 161- vikoloksantin boyası var. Bu maddə orqanizm üçün çox təhlükəli sayılır. Müalicə məqsədilə bu rəngdə olan çiçəklərdən istifadə etdikdə mədə-bağırsaq problemləri, allaergik reaksiyalar, selikli qişalarda iltihabi proseslər meydana çıxa bilir. Hepatitdən və qlomerulonefritdən əziyyət çəkən xəstələrə də bənövşə dəmləmələrindən istifadə etmək olmaz. Bəzən bənövşə dəmləməi ürəkbulanmaya, qusmaya və dəri səpgilərinə səbəb ola bilir.

Rəisidən xüsusi göstəriş: Səfirliyə

2023-01-28 08:00:00

İran Prezidenti İbrahim Rəisi Tehranda Azərbaycan səfirliyinə qarşı törədilən silahlı hücumla bağlı məsələnin araşdırılması barədə xüsusi tapşırıq verib.

Erməni diplomat sükan arxasında

2023-01-28 07:55:00

Ermənistanın ABŞ-dakı səfirinin sabiq müavini Armen Xarazyan 56 yaşında ölüb.

Klementin

2023-01-28 07:51:00

Klementin sitrus bitkisi olub tanjelonun müxtəlif növlərindən biri sayılır. Bu bitki portağal və naringinin hibridləşməsindən alınıb. Bu meyvəni 1902-ci ildə kilsədə işləyən dindar Klemen yetişdirib, meyvənin yeni olmasını isə seleksiyaçılar təsdiqləyib. Sitrus növlərinin alınması ilə qədim dövrlərdən də məşğul olanlar olub. Bu siyahıya nəzər salsaq klementin ən gec əldə edilən sitrus meyvələrinin siyahısına düşür. Bu ağacın hündürlüyü 5 metrə qədər qalxa bilir. Onun çox gözəl möhkəm yarpaqları və gözəl kölgəliyi olur. Klementinin özünün də bir-neçə növü vardır. Ən gözəl növü isə korsikan klementini hesab edilir. Ən çox bu növün becərilməsi və satışı ilə məşğul olunur. Bu meyvəni adətən yarpaqlı dərirlər. Buna səbəbi isə alıcıya meyvənin təzə olmasını sübut etmək məqsədi güdür. Belə ki, klementin köhnəldikdə onun üstündəki yarpaqlar tökülür. Klementin ən çox Fransada yetişir. İl ərzində Fransada 25 ton bu meyvədən satılır. Bu meyvənin ən kiçiyinin diametri 6 sm olur. Klementinin növləri * İspan növü. Bu növün həm iri, həm də xırda meyvələri olan ağacları var. * Monreal növü. Ən nadir növlərdən biridir. Oktyabr ayının ortalarında yığılır. Klementinin bu növünün vətəni Əlcəzair və İspaniya hesab edilir. * Korsikan növü. Klementinin bu növü yanlız öz regionunda yetişir. Onun qabığı qırmızı-narıncı rəngdə olur və toxumu olmur. Klementin antideppessant meyvələr qrupuna aiddir. Onun ətri və dadı çox gözəl olur. Bu meyvədən ən çox şirəli içkilərin hazırlanmasında istifadə edilir. Klementin xaricdən naringiyə bənzəyir. Onun əsasən rəngi tünd narıncı olur və qabığı parıldayır. Alınma qaydası Klementin alan zaman meyvənin üstündə yarpaq olmasına diqqət yönəltmək lazımdır. Meyvənin bərk olması da onun təzəliyinin göstəricisidir. Qida sənayesində Bu meyvədən müxtəlif içkilərin və qidaların hazırlamasında istifadə edilir. Klementinin sulu və dadlı olduğuna görə ondan müxtəlif şirniyyatların, qəlyənaltıların, sousların  hazırlanmasında istifadə edilir. Klimentindən dadlı cemlər, siroplar, mürəbbələr, likörlər və brendi hazırlanır. Onun şirəsindən ətlərin marinadlaşması zamanı geniş istifadə edilir. Klementinin tərkibi vitamin və minerallarla zəngindir. Onun tərkibi liflərdən, sudan, zülallardan və yağlardan ibarətdir. Bu sitrus bitkisinin tərkibində C vitamini, B6 vitamini, D vitamini və kalsium, maqniya, dəmir və natrium  mineralları vardır. Klementin mədə-bağırsaq xəstəlikləri, immun sistemin zəifləməsi, maddələr mübadiləsinin pozğunluqları zamanı çox faydalıdır. Klementinin tərkibində olanlar saçların və dərinin möhkəmlənməsinə və parıldamasına xidmət edir. Bu meyvənin şirəsi orqanizmin qocalmasının qarşısını alır. Klimentinin tərkibində olan efir yağları depressiya əleyhinə təsir edir, əhval-ruhiyyənin qalxmasına səbəb olur. Onun şirəsindən kosmetologiya sahəsində də geniş istifadfə edilir. Klementin şirəsindən dəridə olan çapıqların, qırışların, akne xəstəliyinin müalicəsində geniş istifadə edilir. Həddindən çox bu meyvədən yemək allergiya reyaksiyalarına səbəb ola bilier. Qastritdən, nefritdən, enteritdən əziyyət çəkən xəstələr klementin yeyən zaman diqqətli olmalıdırlar.

Terrorçu Səhər TVyə müsahibə verdi

2023-01-28 07:45:00

Daim Azərbaycana qarşı qaralama kampaniyası aparan İranın "Səhər" telekanalı Tehranda səfirliyimizə hücum edən və təhlükəsizlik xidməti rəisini qətlə yetirən terrorçudan müsahibə alıb.

40 yaşdan yuxarı olanlar üçün kakaonun faydaları

2023-01-28 07:41:00

Dadlı kakao içkisi insan orqanizminə enerji verir, onu virus və infeksiyalardan qoruyur. Səhərlər bir fincan kakao içmək əhval ruhiyyəni yüksəldir, orqanizmin həyat tonusunu artırır. Onun tərkibində yaddaşı möhkəmləndirən və beyin fəaliyyətini yaxşılaşdıran maddələr var. Kakao qanda xolesterinin miqidarını normallaşdırmaq qabiliyyətinə malikdir. Kakao tərkibində çoxlu faydalı maddələr, mikroelementlər olan qidalardandır. Onun tərkibində olan sinkin miqdarını başqa qidalarda olan sinkin miqdarı ilə müqayisə etmək mümkün deyil. Kakao dənələrinin tərkibi 12-15% yağlardan, 6-10% karbohidratlardan, B qrup vitaminlərdən, liflərdən və antioksidantlardan ibarətdir. Son illərin araşdırmaları kakaonun tərkibində başqa bir birləşmənin(kokoxil) olduğunu aşkar edib. Bu maddə dəri hüceyrələrinin təzələnməsinə, yaraların sağalmasına, qırışların aradan qalxmasına səbəb olur. Kakaonun tərkibində epikatexin adlı maddə var ki, bu orqanizmdə diabet, xərçəng, infarfkt və insult kimi təhlükəli xəstəliklərin əmələ gəlməsinin qarşısını alır. ABŞ-dan olan bir qrup alim kakaonun tərkibində kalori olmasına baxmayaraq onun artıq çəkiyə səbəb olmadığını sübut edib. Onlar hətta az miqdarda kakao içməyin orqanizmə çox faydası olduğunu qeyd edirlər. Mütəxəssislər kakaonun günün birinci yarısında içməyi məsləhət bilir. Kakaonun tərkibində olan melanin piqmenti dərini ulrtabənövşəyi şüalardan və dəri yanıqlarından qoruyur. Kakao güclü antioksidantdır. O maqnium və vitaminlərlə zəngindir. Sizə təqdim edilən resept 40 yaşdan yuxarı adamlar üçün çox faydalı və əvəzedilməzdir. Reseptin tərkibində olan darçın qan dövranını yaxşılaşdırır, iltihab əlamətlərini aradan qaldırır, mixək antiseptik təsir göstərir və ağrıkəsici xüsusiyyətə malikdir. Tərkibindəkilər: - 2 stəkan süd - ½ xörək qaşığı kakao və ya şokolad - 1 çay qaşığı darçın - ½ çay qaşığı mixək - 1 çimdik duz - ¼ çay qaşığı şəkər tozu Hazırlanması: Kakao və ya şokolad qaba tökülür, ədviyyatlar əlavə edilir, şəkər tozu və duz qatılaraq qarışdırılır. Sonda süd əlavə edilərək zəif odun üzərində qarışdırılaraq bişirilir. Qarışdırmaqda məqsəd isə ədviyyatların süddə tam həll olmasına nail olmaqdır. Süd qaynayana qədər qarışdırılır.

Səfirliyimizə hücumla bağlı türk generaldan

2023-01-28 07:35:00

Azərbaycanın İrandakı səfirliyinə hücum edən terrorçu bilərəkdən oradakı xidməti avtomobili arxadan vurub. Məqsəd isə bundan içəriyə girmək üçün istifadə etmək olub.

Ballı spirtli içki

2023-01-28 07:31:00

Ballı spirtli içki tərkibində bal və 5 - 16*spirt olan alkohollu içkidir. Onun tərkibinin 8-10%-i şəkərdən ibarət olur. Ballı spirtli içkinin tarixi çox qədimdir. Arxeoloji qazıntılar zamanı bizim eradan 7-6 əsr əvvələ aid tapılan qida qalıqlarının siyahısında ballı spirtli içkinin adı var. Bu içki rus xalqının milli içkilərindən hesab edilir. Qədim zamanlarada ballı spirtli içkinin insana müdriklik, ölümsüzlük, həyat enerjisi, sağlamlıq və sehirli güc vediyi barədə inanaclar olub. Uzun illər əvvəl ballı içkini arıçılar hazırlayırdılar. Onlar balı palıd çəlləklərə dolduraraq onu torpaqda basdırıblar. Çəllək torpağın altında 5-20 il qalmış və təbii yollarla qıcqırmışdır. Sonra balı qaynatmış və soyuduqdan sonra su ilə qarışdırmışlar. Bu içkidən uşaq dünyaya gəldikdə və bayram günlərində qəbul edilib. Hazırlanma üsulundan asılı olaraq ballı spirtli içkinin müxtəlif növləri var. * sərtlik dərəcəsinə və saxlanma müddətinə görə(gənc, adı, sərt, üzünömürlü) * spirtli və spirtsiz olmasına görə * tərkibində balın miqdarının az və ya çox olmasına görə * tərkibində spirtin miqdarının az və ya çox olmasına görə * qıcqırma prosesinin hansı dərəcədə getdiyinə görə * tərkibində olan xmel, zəncəfil, darçın, mixək, itburnu və acı istiotun miqdarına görə. Ballı içkinin ev şəraitində hazırlanması çox asandır. Onu aşağıdakı qaydada hazırlayırlar: 1. Qaynatmamaq üsulu ilə Bir litr qaynar suya 50 qram bal və təmiz yuyulmuş kişmiş əlavə edilir. Bal suda tamamilə həll edilir. Kişmişin əlavə edilməsində məqsəd ballı suyun tərkibində qıcqırma bakteriyalarının əmələ gəlməsinə nail olmaqdır. Sonra qarışım otaq temperaturunda 2 gün saxlanılır. Qarışım ikiqat tənzifdən süzülür, şüşələrə doldurulur və ağzı kip bağlanır. Zövqə görə qarışıma müxtəlif təbii dadlandırıcılar əlavə etmək olar. Dadlandırıcıları ballı su qaynadılan zaman əlavə etmək lazımdır. 2. Qaynatmaq üsuli ilə Bu çoxlu miqdarda balla(5,5 kq bal) hazırlanır. Bu zaman 5,5 kq bal, 19 litr su, 1 ədəd limon və 10 qram mayadan istifadə edilir. Hazırlamaq üçün bal 6 litr suda limonla birlikdə qaynadılır. Qaynama prosesi 15 dəqiqə olmalıdır. Soyuduqdan sonra isə maya əlavə edilib yenidən qarışdırılır. Qarışım şüşə qablalara tökülür və 4-6 ay müddətində saxlanılır. Qarışımı yeməkdən əvvəl qəbul etmək lazımdır. Bu iştahanın artmasına və bağırsağın mikroflorasının yaxşılaşmasına səbəb olur. Ballı su unikal faydalı tərkibə və təsirə malikdir. Onun tərkibində çoxlu miqdarda vitaminlər, minerallar və mikroelementlər var. O orqanizmə iltihab əleyhinə, antibakterial, allergiya əleyhinə və bakteriasid təsir bağışlayır. Soyuqlama, angina və tonzillit zamanı bu içkini isti halda içirlər. Bu içki sidikqovucu təsirə malikdir. Ballı su toplanmış seliyin ifrazını sürətləndirir və onun orqanizmdən xaric olunmasına səbəb olur. Ballı sudan bütün xəstəliklərin profilaktikası məqsədilə istifadə edilir. Ürək çatışmazlığı daxil olmaqla bütün ürək xəstəliklərinin müalicə və profilaktikası üçün ballı su içmək lazımdır. Bunun üçün gündə bir dəfə yeməkdən əvvəl 70 qram balı 30 qram şərabla qarışdırıb içmək lazımdır. 200 qram ballı su və nanə qarışımı yuxunu yaxşılaşdırır və əsəb sistemini sakitləşdirir. Qaraciyər çatışmazlığı zamanı 70 qram ballı su ilə 150 qram qazlı suyu qarışdırıb içmək lazımdır. Bağırsaqların normal işləmədiyi zamanlarda(qəbizlik və ishal) eyni miqdarda ballı su və qırmızı şərabı qarışdırıb içməkdə fayda var. Bala və ballı suda olanlara qarşı allergiyası olanlara ballı su içmək məsləhət görülmür. Hamilə qadınlara ballı su içmək məsləhət götülmür. Bu uşaqlıq əzələsinin tonuslanmasına səbəb olur ki, bu da uşaqsalmaya səbəb ola bilir. Hamilə və uşaqəmizdirən qadınlara, 18 yaşına qədər olan uşaqlara spirtli ballı su içmək məsləhət görülmür.

Azərbaycan İsrailə başsağlığı

2023-01-28 07:25:00

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İsrailə bu ölkədə törədilmiş terror aktı ilə bağlı başsağlığı verib.

Mədə xərçəngi nədir? Əlamətləri

2023-01-28 07:21:00

Qarnın sol bölgəsində mövcud olan və yediklərimizin içərisində toplanan "kisə" mədə orqanıdır. Bu hissədə xoş və bəd şişlərin yaranması mümkündür. Bədxassəli şişlər xərçəng xəstəliyinə səbəbdir.

Fransadakı səfirimiz ilə Senatın Komitə sədri arasında

2023-01-28 07:15:00

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Senatının Xarici Əlaqələr, Müdafiə və Silahlı Qüvvələr üzrə Komitəsinin sədri Kristian Kambon ilə görüşüb.

Meyvə şirələri sandığınız qədər faydalı deyil

2023-01-28 07:11:00

Günlük qidalanmamız zamanı mütləq şəkildə meyvə və tərəvəzlərdən istifadə etməliyik.

Tehran və İrəvanın Bakıya savaşı –

2023-01-28 07:05:00

İş başlamadan, İrandakı səfirliyimizə hücum haqda heç bir məlumat yayılmadan hüquqşünas Səməd Vəkilov bir yazı göndərmişdi: bu gün - 27 yanvar türk diplomatlarına ilk terror hücumunun 50-ci ildönümüdür: Qurgen Yanikyanın 27 yanvar 1973-cü ildə iki türk diplomatı qətlə yetirməklə, "erməniləri ardınca səslədiyi" tarixdir bu gün.

Eqnoqun orqanizmə faydaları

2023-01-28 07:01:00

Eq-noq süd və toyuq yumurtasından hazırlanmış şirin kokteyldir. Eq-noq alkohollu və alkoholsuz şəkildə hazırlanır. Alkohollu eq-noq hazırlamaq istədikdə ona viski, rom, brendi, likör və ya şərab əlavə edilir. Eq-noq tərkibinə görə dünyanın bir çox ölkələrində hazırlanan qoqol-moqol içkisinə çox yaxındır. Eq-noq kokteylini ilk dəfə Şotlandlar hazırlayıblar. Onlar Yeni ili bu kokteyllə qarşılamağa adət ediblər. Eq-noq kokteyli İngiltərə, Fransa, ABŞ və bir sıra ölkələrin sevimli kokteylidir. Onu bahalı axşam yeməklərində və elit dəvətlərdə servis edirlər. İçkinin hazırlanması zamanı müxtəlif alkohol və ədviyyat əlavələrindən də istifadə edilir. Klassik alkoholsuz eq-noq 1 ədəd yumurta, 2 çay qaşığı şəkər tozu və 100 ml süddən hazırlanır. Bu zaman ona qida əlavəsi kimi qoz, darçın, vanil və s. əlavə edilir. Onu hazırlamaq üçün əvvəlcə yumurtanın sarısı ağından ayrılır. Sonra yumurtanın sarısı şəkər tozu və süd blenderdə çalınır, qədəhlərə tökülür, üzərinə ədviyyatlar, buz kubukləri əlavə edilir. Blenderdə çalınmış kokteyli qədəhlərə tökərkən ehtiyyatlı olmaq lazımdır ki, onun köpüyü yatışıb azalmasın. Qədəhlərə tökülmüş eq-noqun üst hissəsi tünd şokolat qırıntıları və ya üyüdülmüş kofe ilə bəzədilir. Alkohollu eq-noq hazırlamaq istədikdə yumurta sarısı çalındıqdan sonra ona brendi, rom və ya digər alkohollu içki əlavə edilir. Eq-noq kiçik hündürlükdə və ağzı enli qədəhlərdə içilir. Onu hazırladıqdan sonra qısa bir zamanda içmək lazımdır. Bunun səbəbi isə saxlanılan zaman onun strukturunun dəyişilməsidir. Eq-noqnın Tərkibi Kokteylin tərkibi A, C, E, PP, H, D, B qrup vitaminləri, kalium, kalsium, dəmir, fosfor, kolbat, maqnium və s. minerallar, amin turşuları var. Tərkibində çoxlu miqdarda faydalı maddələr olduğuna görə eq-noq beynin işini yaxşılaşdırır, yaddaşı möhkəmləndirir, yorğunluğu aradan qaldırır, orqanizmə enerji verir. Eq-noqnın Xeyri Zehni və fiziki işlə məşgul olanlar üçün eq-noq ən faydalı içki hesab edilir. O fiziki və zehni yorğunluğu aradan qaldırmaq qabiliyyətinə malikdir. Eq-noqun qidalılıq dəyəri çox yüksəkdir. Ağır xəstəliklərdən, cərrahi əməliyyatlardan sonra orqanizmin gücünü bərpa etməsi üçün eq-noq içmək çox faydalıdır. Bəzi ölkələrdə qeysəriyyə əməliyyatından 2 gün sonra zahı qadınlara eq-noq kokteyli içirilir. Bu kokteylin tərkibində olan amin turşuları hormonların ifrazını artırır, fol turşusunun əmələ gəlməsi prosesini sürətləndirir. Mütəxəssislər hamiləliyin ilk üçaylığında eq-noq içməyin uşaq və ana üçün faydalı olduğunu söyləyirlər. Eq-noqnın Ziyanı Hamilə, uşaq əmizdirən qadınlara, sükan arxasında olanlara və 18 yaşadək olan uşaqlara alkohol əlavə edilmiş eq-noqdan istifadə etmək məsləhət görülmür. Yumurtaya və laktozaya qarşı allergiyası olanlara eq-noq içmək tövsiyə edilmir. Xəstə toyuğun yumurtasından hazırlanan kokteyl qida zəhərlənmələrinə səbəb ola bilir.

Qaraciyər yağlanmasının qarşısını alan qidalar

2023-01-28 06:02:00

Qaraciyər yağlanması son zamanlar yeyilən keyfiyyətsiz qidalar səbəbindən daha da artıb.

Bu “iPhone” modelinin qiyməti 2 dəfə ucuzlaşdı

2023-01-28 05:22:00

Məşhur "iPhone 12" modelinin qiyməti təxminən 2 dəfə ucuzlaşıb.

Halluks valgus xəstəliyi nədir?

2023-01-28 05:03:00

Ayaq baş barmağında çıxıntı, ayaqda ağrıların səbəbi sevə-sevə geyindiyiniz hündürdaban ayaqqabı ola bilər.

Dünyada bir ilkə imza atan yeganə türk qadın FOTO

2023-01-28 04:44:00

Türkiyənin məşhur etnoloq, yazıçı və kolleksiyaçısı Sabiha Tansuğ 88 yaşında vəfat edib.

Autizmli uşaqlara təlim necə verilməlidir?

2023-01-28 04:03:00

Hazırda doğulan hər 68 uşaqdan birinə təsir edən autizm xəstəliyinin bilinən müalicəsi erkən diaqnoz ilə uzunmüddətli xüsusi müalicəvi təlimdir.

Şeyk Paris küçələrində gecə fotosessiyası təşkil etdi FOTO

2023-01-28 03:22:00

37 yaşlı supermodel İrina Şeyk Paris küçələrində gəzişib. O, müvafiq şəkilləri sosial şəbəkədə paylaşıb.

Öd kisəsində yaranan daşlar Tək çarə əməliyyatdır?

2023-01-28 03:03:00

Öd kisəsi əksər zaman böyük ağrılar yaratmaz. Ancaq zədələndiyi zaman kəskin şiddətli ağrılar verə bilər.

Dünyanın ən yaraşıqlı kişilərinin siyahısı tərtib olundu FOTO

2023-01-28 02:44:00

Britaniyalı aktyor Rege Jan-Peyc dünyanın ən yaraşıqlı kişisi seçilib.

Xarici hamiləlik nədir?

2023-01-28 02:02:00

Xarici hamiləlik, mayalanmış yumurtanın uşaqlıqdan kənarda yerləşib böyüməsidir.

Arvaddan qorxan bürclər İlk dördlük

2023-01-28 01:22:00

Hər münasibət bərabərlik üzərində qurulmur. Çünki münasibətlərdə hər iki tərəf kompromisə getmirsə, bu münaqişənin başlaması ilə nəticələnir.

Protez dişlərdən istifadə edənlər nə üçün kökəlir?

2023-01-28 01:01:00

Protez dişlərdən istifadə edənlər qidaları çeynəmədən udduqları üçün yaxşı qidalana bilmirlər. Həmçinin artıq çəki alırlar.

Gizlənpaç oyunu zamanı gizlənən uşaq 5 gün sonra başqa ölkədə tapıldı İnanılmaz olay VİDEO

2023-01-28 00:44:00

Banqladeşdə uşaqların gizlənpaç oyunu zamanı maraqlı hadisə baş verib.

Günün qoroskopu: Tələsik və düşünülməmiş addımlar atmayın

2023-01-28 00:01:00

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Çaba Koroşi Tehranda Azərbaycan səfirliyinə hücumu pisləyib

2023-01-27 23:59:00

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu BMT-nin 77-ci Baş Assambleyasının prezidenti Çaba Koroşi tərəfindən də pislənib.

Azərbaycan XİN Qüdsdə törədilən terror aktını pisləyib

2023-01-27 23:57:00

Qüdsün Neve Yaakov rayonunda sinaqoqa törədilən terror aktını şiddətlə qınayırıq.

BMT Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

2023-01-27 23:49:00

BMT Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib, buna görə məsuliyyət daşıyanlar cəzalandırılmalıdır.

Qəza zamanı bir ailənin üç üzvü xəsarət alıb FOTO

2023-01-27 23:43:00

Kürdəmirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Polis Talıbovun evinə girdi:

2023-01-27 23:38:00

Şərur Rayon Polis İdarəsinin əməkdaşları Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun Aralıq kəndindəki evində axtarış aparıb.

Səfirliyimizə hücumun arxasında

2023-01-27 23:33:00

Bu gün səhər saatlarında Tehranda səfirliyimizə terror hücumu təsadüf sayıla bilərmi?

Azərbaycanın İrandakı hücum zamanı

2023-01-27 23:27:00

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların vəziyyəti açıqlanıb

Səfirliyimizə hücumla bağlı türk generaldan

2023-01-27 23:22:00

Azərbaycanın İrandakı səfirliyinə hücum edən terrorçu bilərəkdən oradakı xidməti avtomobili arxadan vurub. Məqsəd isə bundan içəriyə girmək üçün istifadə etmək olub.

Ukrayna rusların Su25 təyyarəsini məhv etdi

2023-01-27 23:14:00

Ukrayna Silahlı Qüvvvələri "Cənub" komandanlığı Donbas səmasında Rusiya ordusuna məxsus Su-25 təyyarəsini vurub.

İran terrora hər il bu qədər xərcləyir Faktlar

2023-01-27 23:07:00

İran adına törədilən terror aktlarının əksəriyyəti Hizbullah və HƏMAS tərəfindən təşkil edilir, SEPAH (İran İnqilab Keşikçiləri Korpusu) isə onlara dəstək verir. Amma faktlar göstərir ki, terror aktlarının planlaşdırılması və gerçəkləşdirilməsi üçün İranın bütün mərkəzi dövlət qurumları əlaqələndirilmiş formada çalışır, vahid bir mexanizm halında birləşirlər.

ABŞdan Azərbaycan səfirliyinə hücumla bağlı

2023-01-27 23:02:00

ABŞ Dövlət Departamenti yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror hücumu ilə bağlı bəyanat yayıb.

Səlcuq Bayraktar Azərbaycana başsağlığı verib

2023-01-27 22:57:00

Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib.

Mollaların düyməsindən asılanlar: üzüqara Tehranın

2023-01-27 22:54:00

Ölkəmizin İrandakı səfirliyinə qarşı törədilən terror aktı, səfirlik binasına soxulan Yunis Hüseynzadə adlı mərəndli şəxsin qarşısına çıxan hər kəsi "Kalaşnikov" avtomatından atəşə tutması ilə bağlı dünyanın çeşidli dövlətləri, təşkilatları, dövlət və hökumət başçıları, siyasətçiləri, ictimai xadimləri, ən nəhayət, adi vətəndaşları başsağlığı verdilər.

Xomeyninin evinə bomba ilə hücum edildi

2023-01-27 22:52:00

İranın Qum şəhərində etirazçı gənclər Xomeyninin evinə əldəqayırma bomba ilə hücum ediblər.