Xəbərlərin siyahısı

Britni Spirs ciddi psixoloji problemlərlə üzləşib

2023-02-12 12:20:00

Müğənni Britni Spirsə yaxın olan mənbə ulduzun pərəstişkarlarının belə bilmədiyi psixoloji problemlərdən əziyyət çəkdiyini bildirib.

Argentinada da zəlzələ olub

2023-02-12 12:11:00

Argentinada 4,6 maqnitudalı zəlzələ olub.

"Fəlakət zonasında 25 mindən çox Türkiyə hərbçisi çalışır"

2023-02-12 12:00:00

Türkiyənin on vilayətində axtarış-xilasetmə əməliyyatlarında 25 067 hərbi qulluqçu iştirak edir, 63 aviasiya vasitəsi ilə dağıdıcı zəlzələlər (7,7 və 7,6 bal gücündə) zonasına "hava humanitar dəhlizi" ilə 707 uçuş həyata keçirilib.

Ayxan Hacızadədən Ermənistan XİNə cavab

2023-02-12 11:55:00

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırıb.

Bu, şokdur: Ermənistan müharibə meydanına çevrilir

2023-02-12 11:51:00

Hazırda Rusiya ilə Qərb arasında "onlayn rejimdə" toqquşma iki nöqtədə yaşanır: Ukrayna və Suriyada.

Kahramanmaraşda kişi 141 saatdan sonra dağıntılar altından sağ çıxarılıb

2023-02-12 11:40:00

Türkiyənin Kahramanmaraş şəhərində gecə vaxtı axtarış-xilasetmə əməliyyatları zamanı 141 saatdan sonra orta yaşlı kişi dağıntılar altından sağ çıxarıb.

Ulduzlar Bakıda iş adamının oğlunun toyunda VİDEO FOTO

2023-02-12 11:21:00

Ötən gün məşhur azərbaycanlı biznesmen Hikmət Hüseynovun oğlu Ramilin toyu baş tutub.

Hatayda çökən binanın sütunları köpükdən düzəlibmiş VİDEO

2023-02-12 11:20:00

Kahramanmaraş zəlzələsi Türkiyədə böyük dağıntılara səbəb olub.

“Ürəyim Türkiyə və Suriya xalqının yanındadır” Ancelina Coli

2023-02-12 11:11:00

Dünyaca məşhur aktrisa Ancelina Coli "əsrin fəlakəti" adlandırılan zəlzələlərdən sonra Türkiyə və Suriyaya yardım çağırışı edib.

35 yaşlı kişi və 7 yaşlı uşaq dağıntılar altından sağ çıxarıldı

2023-02-12 11:00:00

Türkiyənin Hatay şəhərində 35 yaşlı kişi dağıntılar altından sağ çıxarılıb.

Türkiyəyə stasionar generatorlar göndərilib FOTO

2023-02-12 10:59:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən insanlara dəstək tədbirlərinin icrası davam etdirilir.

Dağıntılar altından 142 saat sonra çıxarılan müəllimin ilk istəyi çay oldu VİDEO

2023-02-12 10:51:00

Hatayda dağıntılar altında qalan 32 yaşlı Məltəm müəllim 142 saat sonra sağ-salamat xilas edilib.

DubayMahaçqala təyyarəsi güclü duman səbəbindən Bakı hava limanına enib

2023-02-12 10:47:00

Dubay-Mahaçqala təyyarəsi güclü duman səbəbindən Bakı hava limanına enib "flyDubai" aviaşirkətinə məxsus Dubay-Mahaçqala reysini həyata keçirən təyyarənin kapitanı təyinat hava limanında güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.

Gecə Bakıda kütləvi dava olub İki nəfəri öldürüblər VİDEO

2023-02-12 10:39:00

Gecə Bakıda kütləvi dava olub, nəticədə iki nəfər ölüb.

Seçkiöncəsi təlaş: Ərdoğan itkini necə bərpa edəcək?

2023-02-12 10:31:00

Türkiyədə dağıntılar fonunda siyasətdən bəhs etmək "vaxtsız" görünsə də, zəlzələnin baş verdiyi dövrün siyasi həssaslığı "seçkilərə necə təsir edəcək" sualını da yaradır və ümumi rəy "Ərdoğanın hakimiyyəti itirəcəyi" yönündədir.

Sülhməramlılara məxsus 5 avtomobil Laçın yolundan keçdi FOTO

2023-02-12 10:21:00

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

140 saat sonra xilas edilən 7 aylıq körpə... VİDEO

2023-02-12 10:20:00

Türkiyənin Hatay şəhərinin Antakya rayonunda dağıntılar altında qalan 7 aylıq körpə xilas edilib.

Bakıda YPX əməkdaşını maşın vurdu

2023-02-12 10:09:00

Bakıda Yol Patrul Xidmətinin (YPX) əməkdaşını avtomobil vuraraq xəsarət yetirib.

Türkiyəli aktrisanın qohumları da həlak oldu FOTO

2023-02-12 10:00:00

Türkiyədə baş verən zəlzələ nəticəsində dağıntılar altında qalaraq həyatını itiriənlər arasında aktrisa Yasemin Sakallıoğlunun qohumlarının da olduğu ortaya çıxıb.

Zəlzələdə həlak olan azərbaycanlı iş adamının cənazəsi Salyana gətirildi

2023-02-12 09:51:00

Türkiyədə zəlzələ zamanı həlak olan Azərbaycan əsilli Rusiya vətəndaşı, 1965-ci ildə Salyanın Arbatan kəndində anadan olmuş Əliyev Eldəniz Həbib oğlunun cənazəsi doğulduğu rayona gətirilib.

Hatayın daha bir rayonunda zəlzələ olub

2023-02-12 09:40:00

Türkiyənin Hatay şəhərinin Hassa rayonunda - Suriya ilə sərhədin yaxınlığında 4,6 maqnitudalı zəlzələ olub.

Zəlzələdən 141 saat sonra ana və övladı xilas edilib

2023-02-12 09:31:00

Türkiyənin Hatay şəhərinin Antakya rayonunda altımərtəbəli binanın dağıntıları altından ana və övladı sağ çıxarılıb.

Xilasedicilərimiz Türkiyədə 51 nəfəri dağıntılar altından sağ çıxarıb VİDEO FOTO

2023-02-12 09:30:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Türkiyədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 518 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bağayarpağının babasilə və bir çox xəstəliklərə faydası olduğunu bilirdinizmi?

2023-02-12 08:59:00

Bağayarpağı bitkisinin faydaları barədə bütün tibbi kitablarda əlyazmalara rast gəlinir. Onun yarpaqlarından alınan şirə yaraları sağaltmaq qabiliyyətinə malikdir. Bu səbəbdən də ondan həm xalq təbabətində, həm də müasir tibb sənayesində istifadə edilir. 1. Bağayarpağı şirəsi yaraları sağaltdığına görə ondan dəridə əmələ gələn kəsiklərin müalicəsində və ağcaqanad, ilan sancan yara yerlərinin sağalmasında istifadə edilir. 2. Bağayarpağı şirəsi dəridəki infeksiya və zəhərlənmə əlamtlərini aradan qaldırır. 3. Toxumlarının dəmləməsi orqanizmdə olan iltihabi proseslərin sağalmasınaa yardım edir. 4. Tərkibində olan vitaminlər,dəmir və minerallar orqanizmin tələbatını ödəyir. Buna görə də hər gün bir-neçə yarpaq bağayarpağı yeməyə çalışın. 5. Bağayarpağı şirəsi içən zaman orqanizmdə xüsusi birləşmələr əmələ gəlir. Bu birləşmələr isə ağcaqanad, arı və ilan dişləməsi zamanı qoruyucu rol oynayır. Bağayarpağı şirəsi içmək aşağıadkılara səbəb olur: * qanda xolesterinin miqdarını azaldır * qanda şəkərin iqdarının normallaşçasına yardım edir * babasilin sağalmasına yardım edir * "yoğun bağırsağın qıcıqlanması"sindromunu aradan qaldırır * ishal və qəbizlik zamanı yardımçı olur * mədə və onikibarmaq bağırsağındakı yaraların sağalmasını sürətləndirir * sidik kisəsi infeksiyası əlamətlərini aradan qaldırır Bağayarpağı bitkisinin şirəsini uşaqlara da vermək olar. Oxuduqlarınızı bəyəndinizsə paylaşıb dostlarınızı da məlumatlandırın.

İlk tibbi yardım nədir?

2023-02-12 08:51:00

İlk tibbi yardım hər hansı bir qəza və ya sağlamlıq üçün təhlükəli vəziyyət yarandıqda xəsarət almaış adama tibb işçiləri gələnədək göstərilən yardımdır. İlk yardım xəsarət almış adamın yaxınlığında olan insanlar tərəfindən göstərilir, sonra isə müdaxiləni tibb işçiləri davam etdirir. İlk tibbi yardım məcburi vəziyyət yarandıqda tibb təhsili olmayan adamlar tərəfindən göstərilir. İlk tibbi yardımım məqsədi aşağıdakılardır:

Orqanizmdə kalsium çatışmazlığını bildirən əlamətlər

2023-02-12 08:46:00

Əslində kalsium çatışmazlığının bünövrəsi uşaq yaşlarında qoyulmağa başlayır. Tərkibində yetərincə kalsium olan qidalardan istifadə etmədikdə bu zaman keçdikcə öz təsirini göstərməyə başlayır. Uşaq yaşlarında valideyinlərimiz bizə süd içirərkən əksəriyyətimiz bundan xoşlanmazdıq. Amma yaşımız artdıqca kalsiumun çatışmazlığından əziyyət və bol süd içməməyimizin peşmanlığını çəkirik. Həkimlər kalsiumun insan orqanizmi üçün vacib olduğunu, bunun üçünsə ehtiyyat tədbirlərinin uşaq yaşlarından görülməyə başlanmasını məsləhət bilir. Kalsiumun əsasən də qadınlar üçün vacib olduğunu nəzərə alsaq o zaman qadınların kalsium çatışmazlığı ilə bağlı problemlərinin baş verməməsi üçün sağlamlqlarının qeydinə qalmaları vacibdir. Amerika alimləri 19-50 yaşına qədər olan insanlara hər gün 1000 mq kalsium qəbul etməyi məsləhət bilir. 51 yaşından yuxarı olan insanların isə gün ərzində 1200 mq kalsium qəbul etməlidirlər. Onların araşdırmaları kalsium çatışmazlığının orqanizm üçün təhlükəli olduğunu söyləyirlər. Kalsium çatışmazlığı orqanizmdə hormonal sistemin pozğunluqarına səbəb ola bilir. Bu isə özlüyündə orqanizmdə müxtəlif problemlərin meydana çıxmasına səbəb olur. Kalsium çatışmazlığının orqanizmdə əmələ gətirdiyi əlamətlər aşağıdakılardır 1 Ayaqlarda qıcolmalar Kalsium çatışmazlığının sinir uclarında əmələ gətirdiyi spazmlar səbəbindən baş verir. 2 Geyişmələr və uyuşmalar Əl və ayaqların sinir uclarında geyişmələr və uyuşmalar kalsium çatışmazlığının əlamətlərindən biridir. 3 Dişlərdə karies və dəliklər Kalsium çatışmazlığı dişlərdə problemlərin meydana gəlməsinə əsəb olan əsas amillərdəndir. 4 Dırnaqların sınması Kalsium çatışmadıqda dırnaqlarda və saçlarda qırılmalar meydana çıxır. 5 Yuxu pozğunluqları Kalsiumun normal olması melatonin hormonunun normal ifraz edilməsinə səbəb olur ki, bu da yuxusuzluq əlamətləri ilə özünü göstərir. 6 Kürək və onurğa nahiyədə ağrılar Kalsum çatışmazlığı insanların onurğa boyu və onurğaətrafı nahiyəsində ağrılara səbəb ola bilir. Kalsium çatışmazlığı zamanı insanlar daima bu nahiyələrində narahatçılıq hissi yaşayır və həmin nahiyədə olan ağrı hissində şikayətlənirlər. 7 Yaddaş zəifliyi Mütəxəssislər yaddaşla əlaqədar meydana çıxan problemlərin əsasən kalsium çatışmazlığı səbəbindən baş verdiyini söyləyirlər. 8 Apoleksik zərbə Mütəxəssislər kalsiumun beyindəki neyromediatrlara təsir etdiyini söyləyirlər. Neyronlarda kalsium çatışmazlığının olması isə az yaşlı uşaqlarda beyin əzələlərinin spazmına və qıcolmaya səbəb olur.

Papillomalardan ev şəraitində xilas olmanın yolları

2023-02-12 08:41:00

Papillomalara hər yaş dövründə rast gəlmək olur. Olardan kosmetik salonlarda lazer vasitəsilə xilas olmaq mümkündür. Bu isə sizin çoxlu pul xərcləmənizə səbəb olacaq. Çünki, əksər hallarda papilloma dəridə bir yox, bir-neçə dənə olur. Əvvəllər papillomalardan xilas olmaq üçün xüsusi " təmizləyicilər" satılırdı. Bunu dəriyə sürtməklə papillomalardan xilas olmaq mümkün olurdu. Bu kimyəvi vasitəni papillomaya sürtdükdə papilloma"yanıb" kiçilir və tədricən yox olurdu. Sonra isə dəridə onun yerində ağ ləkə qalırdı. İndi isə dəridə ləkə əmələ gətirməyərək papillomanın yox olmasına səbəb olan dərman var. Bu dərman " Verrukasid"dir. Bu dərman vasitəsi ilə dəridə olan papillomalardan asnlıqla xilas olmaq mümkünür. Dərmanın tərkibi isə dəridə izin qalmasına yol vermir. Dərmanı 1 dəfə sürtdükdən sonra papillomanın rəngi bozarır, sonra papillomalar yox olur və yerində qara iz qalır. Qara iz də 7 gün müdddətindən aradan qalxır. Əgər papilloma bir dəfə sürtməklə yox olmasa o zaman proseduru təkrarlamaq lazım gəlir. Dərman papillomanın ütünə nazik diş çöpü isə sürtülür. 2 mm və onlan kiçik papillomalara bir dəfə sürtmək kifayət edir.2 mm-dən iri ölçüdə olanlara isə 2-3 dəfə sürtmək lazım gəlir.

Burundakı qara nöqtələrdən xilas olmağın sirri

2023-02-12 08:35:00

Burundakı qara nöqtələr qadınlar üçün xoşagələn görüntü hesab edilmir. Hətta bəzən burunda və üzdə meydana çıxan qara nöqtələr yeniyetmələrin özlərinə olan inamını azaldır və sarsıntılara səbəb olur. Aşağıda sizlərə asan vasitə ilə bu problemdən xilas olmağın sirrini açmaq istəyirəm. 1 xörək qaşığı dəniz duzu, yarım çay qaşığı limon şirəsi və 1 çay qaşığı su qarışdırılıb məhlul hazırlanır. Hazırlanan qarışım dərinin qara nöqtələr olan nahiysinə pambıqla sürtülür və dəyrimi hərəkətlərlə 2-4 dəqiqə massaj edilir. Sonra üz ilıq su ilə yuyulur. Prosedur qısa zaman ərzində üzdə əmələ gələn qara nöqtələrdən xilas olmağa yardım edir. Bu proseduru həftədə 2 dəfədən artıq etmək olmaz.

Bu resept sizi ayaqlarınızda, kürəyinizdə və boynunuzda olan ağrılardan xilas edəcək

2023-02-12 08:31:00

Ayaqlarınızda və boynunuzda olan ağrılardan xilas olmaq istəyirsinizsə o zaman aşağıdakı reseptdən istifadə edin və nəticəsini görün. Reseptin müəllifi müharibədə iştirak etmiş hərbi həkimdir. Bu reseptdə yazılanlara əməl etsəniz ayaq və boyun ağrılarınızı bir həftə ərzində sağalacaq. Bəs ağrıların aradan qalxmasına səbəb olan resept necə hazırlanır?

Çinli qadınların gözəllik sirri

2023-02-12 08:25:00

Çinlilərin üz dərilərinə ən çox istifadə etdikləri sehirli maska. Maskanın dəriyə təsiri həqiqətən də inanılmazdır. Çünki, bu maskadan Çində tədbirlərə qatılan, ictimai yerlərdə çox görünən qadınlar istifadə edirlər. Maska dərinin tonusunu artırır, dərinin datılmasına səbəb olur və dərinin süstlüyünü aradan qaldırır. Maskanı hazırlamaq üçün düyü, qoz, banan, yulaf kəpəyi və su lazımdır. Hazırlanması: 50-70 qram düyü qəhvəüyüdəndə üyüdülür. (Amma, üyütməzdən əvvəl düyünü yumaq lazım deyil). Un halına gəlmiş düyü bir qaba tökülür və düyünün ¼ ölçüsü qədər yulaf kəpəyi və tam üyüdülmüş 1 ədəd qoz əlavə edilir. Maskada istifadə edilən bütün məhsullar yn şəklində üyüdülməlidir. Bananın qabığı soyulur və 3-4 sm ölçüdə kəsilir və qarışıma əlavə edilir. Bananı maskaya qatmaqda məqsəd qarışımın yumşaq olmasına nail olmaqdır. Bu səbəbdən də bananın miqdarının artıq olmasının zərəri yoxdur. Qarışımın yumşaqlığı smetan qatılığında olmalıdır. Qarışım hazırlandıqdan sonra 10 dəqiqə dincəlməyə qoyulur. Maskanı qoymazdan əvvəl üzün dərisi təmizlənir. Dəri 7-10 dəqiqə dəmlənmiş çobanyastığı dəmləməsi ilə isladılır. Sonra maska sürtülür və 20-25 dəqiqə saxlanılır. Sonra maska üzdən isti su ilə yuyulub təmizlənir, yumşaq dəsmalla qurulanır.

Kleopatranın gözəllik sirri

2023-02-12 08:21:00

Müasir günümüzdə insanların ən önəm verdiyi şey gözəl dəriyə sahib olmaqdır. Gözəl və sağlam dəriyə malik olmaq hər adama nəsib olmasa da, bunu qədim tibbi vasitələrlə əldə etmək mümkündür. Dəri gözəlliyindən söz saldıqda isə ilk növbədə insanın ağlına üz dərisindəki qırışlardan xillas olmaq gəlir.Mağazalarda cürbəcür qırışlar əlryhinə kremlərin satılmasına baxmayaraq onların hamısı keyfiyyətli olmur və əksəryyəti kimyəvi vasitələrlə hazırlanmış olur.

Pornoqrafiyaya baxmağı necə tərgitmək olar?

2023-02-12 08:15:00

Pornoqrafiyaya baxmağın nəticələri müsbət olmasa da insanların əksəriyyəti bundan vaz keçə bilmirlər. İnsan bədəninin və seksual əlaqələrin nümayişi əksər insanı özünə cəlb edir və təsadüfən də olsa ekrana gözü sataşan adam gözünü kənara çevirməkdə çətinlik çəkir. Bəzən də pornoqrafiyaya baxmaq bir vərdiş olur və əks cinslər arasında olan əlaqələrin pis formalaşmasına səbəb olur. Bəs bu vərdişdən necə xilas olmaq olar? 1 Özünüzə cavabdeh olmağa çalışın Pornoqrafiyaya baxmaq istədiyiniz diski ortadan qaldırın. Əgər bunu etməyə əliniz gəlmirsə o zaman yaxınlarınızdan diski aradan qaldırmağı xahiş edin. Bu sizin işinizi yüngülləşdirəcək. 2 Dolabınızda olan parnoqrafik şəkilləri və jurnalları ortadan qaldırıb atın. 3 Kompyuterinizə və mobil əşylarınıza anti-poro proqramlar yükləyin . Bu pornoqrafiyadan uzaq durmağın ən yaxşı üsuludur. Bunun bir-neçə variantı var * Qustodio proqramı istənilən kompyuterə və mobil əşyaya yüklənə bilir. Bu proqramın yüklənməi isə pulsuzdur. * Windows proqramı üçün Microsoft Family Safeti belə yükləmələrdən biridir. * Norton Family Online proqramı da kompyuterə pulsuz yüklənir və 30 gün müddətində öz funksiyasını pulsuz yerinə yetirir. Bu Windows,Android və Ios mobil operatorlastına asanləqla yüklənir. * Covenant Eyes kompaniyası iaə ayda 10 dollara kompyuter və mobil operatorları parnoqrafik saytlardan qoruyur. Bunlardan əlavə siz pornoqrafiyaya baxmaqdan özünüzdən asılı olan müxtəlif vasitələrlə də xilas ola bilərsiniz. * Kompyuter və mobil alətlərdən istifadə etməyin və ya modeminizi WiFi-yə qoşmayın. * Özünüzə müxtəlif iş və ya əyləncə tapın. - Hər gün idmanla məşğul olun. Bu sizin endorfininizi artırar və özünüzü yaxşı hiss edərsiniz. - İstirahətə çıxın və vaxtınızı daha çox açıq havada keçirin. - Özünüzə hobbi tapın və vaxtınızı ona sərf edin. * Psixoloqlardan və ya tibbi ekspertlərdən məsləhət alın. Bu üsul pornoqrafiyaya baxmaqdan uzaqlaşmaq üçün ən yaxşı vasitə hesab edilir və əksər hallarda öz yaxşı nəticəsini göstərir. Yuxarıdakılara əməl etsəniz siz bu vərdişdən əl çəkə biləcəksiniz. * Sizin pornoqrafiyaya baxmağa həvəsiniz olmayacaq. * Pornoqrafiyaya baxmağı boş və mənasız hesab edəcəksiniz. * Sizin cinsi əlaqdə olduğunuz adamla münasibtiniz dəyişəcək. * Siz pornoqrafiyaya baxmaqdansa sekslə məşğul olmağı üstün tutacaqsınız. Pornoqrafiyadan əl çəkməyin ən yaxşı vasitələrindən biri də romantik sekslə məşğul olmaqdır.

Funksiyası pozulmuş qaraciyərin fəaliyyətini 1aya necə bərpa etmək olar?

2023-02-12 08:11:00

Qaraciyərin funksiyası orqanizmdəki toksinləri filtir edib orqanizmdən xaric etməkdir. Bizim orqanizmimiz hər gün çoxlu miqdarda toksinlər qəbul edir. Bu səbədən də qaraciyər fasiləsiz işlyir. Müasir zamanımızda qızardılmış qidalar, qatqı maddələri əlavə edilmiş qidalar, havadakı toksinlər, qəbul etdiyimiz dərmanlar qaraciyərimizdən filtirasiya edilir. Bu isə zaman keçdikcə qaraciyərin fəaliyytinə mənfi təsir edir və qaraciyərin filtirasiya qabiliyyəti aşağı düşür.

Bu içki qalxanabənzər vəzin fəaliyyətini və maddələr mübadiləsini sürətləndirir

2023-02-12 08:05:00

Qalxanabənzər vəzi hormon ifraz edir və bu hormonlar orqanizmdə bir növ " batareya" rolunu oynayır. Qalxnabənzər vəzin hormonu beyinə, ürəyə, əzələlərə, qaraciyərə və maddələr mübadiləsinə birbaşa təsir edir. Qalxanabənzər vəzin hormonunun çatışmazlığı isə adları çəkilən bütün orqanların funksiyasına mənfi təsir edir. Hopotrioz hətta uşaqlıqda düyünlərin əmələ gəlməsinə səbəb ola bilir. Qalxanabənzər vəzi hormonunun çatışmazlığı aşağıdakı əlamətlərlə özünü göstərir: * halsızlıq və fiziki gücün olmaması * metobolizmin zəifləməsi * çəkinin artması və ya azalması * xroniki yorğunluq * qəbizlik və ya tez-tez baş verən ishal * üşümə * ətraflarda şişkinlik * saçlarda quruluq * cinsi həvəsin azalması * depressiya Aşağıdakı şirədən hər gün içməklə siz qalxanabənzər vəzin funksiyasını yaxşılaşdıra bilərsiniz. Bu da sizi orqanizminizdə əmələ gələ biləcək patologiyalardan qoruyar. Şirə aşağıdakı qaydada hazırlanır: * 1 stəkan turş zoğalın şirəsi * 7 stəkan su * ½ çay qaşığı darçın * ¼ qaşıq zəncəfil * ¼ çay qaşığı darçın * ¾ fincan təzə sıxılmış portağal suyu * ¼ çay qaşığı üyüdülmüş qoz * ¼ stəkan təzə sıxılmış limon şirəsi Hazırlanma qaydası: 1. Su qaynadılır, üzərinə zoğal şirəsi əlavə edilir. 2. Darçın, zəncəfil, qoz əlavə edilir və 5 dəqiqə sonra su odun üstündən götürülür, qarışdırılır. 3. Limon və portağal şirəsi əlavə edilir. Bu şirəni hər gün içməklə siz aşağıdakılara da əməl etsəniz qalxanabənzər vəzin funksiyasını normallaşdıra bilərsiniz, çünki şirənin qəbulu orqanizminizdə A, D, K2 vitamininin miqdarını artmasına səbəb olur. * qida rasionundan soya yağlarını çixarın * qidanızda selenin miqdarını artırın * qlütein və kazeinin miqdarını azaldın * qanınızda olan yodun miqdarını müayinə etdirin * dəniz məhsulları qəbuılunu artırırn * kakos yağından itifadə edin

Döş xərçənginin 6 əsas əlaməti

2023-02-12 08:01:00

* Döşün üstündə, ətrafında və yan əzələlərində kiçik çökəkliklərin olması * Döşün birindən rəngsiz (süddən fərqli) və ya qanlı axıntının gəlməsi * Döşün ölçüsünün, formasının dəyişilməsi * Süd vəzinin üst hissəsinin ətraf toxumadan seçilməsi * Döşün ucunda qaşınma, ağrı hissinin olması * Döş giləsinin içəriyə doğru dartılması. Mütəxəssislər yuxarıdakı əlamətləri döş xərçənginin əsas əlamətləri kimi qəbul etsələr də xəstəliyin digər fərqli xüsusiyyətlərinin olduğunu da qeyd edirlər. Bu əlamətlər isə döş xərçənginin müayinəsi zamanı meydana çıxır.

Duzlu su ilə boğazı qarqara etdikdə orqanizmdə nələr baş verir?

2023-02-12 07:51:00

Bir çox analar uşaqlarını duzlu su ilə qarqara eləməyə məcbur edirlər. Bu əksər hallarda boğazda iltihabi proseslər baş verdiyi zaman olur. Duzlu su ilə qarqara etmək boğazda xəstəliyin əlamətlərini azaldır və xəstənin ümumi vəziyyətini yüngülləşdirir.

Sizdə qurd xəstəliyinin olamasını bildirən 10 əlamət

2023-02-12 07:41:00

Əvəllər qurd xəstəliyinin kasıb ölkələrdə daha çox olması barədə məlumatlar yayılırdı. Buna səbəb isə onların yaşayış, səhiyyə və sanitariya səviyyəsinin aşağı olması göstərilirdi. Son illərin statistikası isə qurd xəstəliyinin inkişaf etmiş ölkələrdə də yayıldığını qeyd edir. Son illərin araşdırmaları isə Yer kürəsi əhalisinin 50%-nin qurd xəstəliklərindən əziyyət çəkdiyini göstərir.

Dəridəki lipomaya bənzər şişkinliklərdən necə qurtarmağın yolunu bilirdinizmi?

2023-02-12 07:31:00

Dəridəki lipomaya bənzər şişkinliklərdən necə qurtarmağın yolunu bilirdinizmi? Dəridə əmələ gələn piy toxuması (lipoma) dərialtı piy toxumasına yerləşir və estetik görüntünü pozur. Lipomaya əksər insanlarda rast gəlinir və əzələ qatı ilə dəri arasında əmələ gəlir. Bu xoşxassəli şiş xəstəliyi sayılır. Lipoma kiçik ölçüyə malik olur və hərəkətlidir. O yumşaq konsistensioyaya malik, elastik və ağrısız olur. Onlar ləng inkişaf edərək əmələ gəlir və dəyişməz ölçüdə qalır. Lipoma şiş xəstəliyi sayılsa da xərçəng xəstəliyi hesab edilmir. Lipomaya ən çox kürək, əl, bud və sarğı nahiyədə, az hallarda isə bədənin digər nahiyələrində rast gəlinir. Adətən lipoma müalicə tələb etmir, amma, fiziki hərəkətə mane olur. Buna görədə həddindən çox böyüdükdə onun cərrahi yolla xaric edilməsi vacib sayılır. Lipomadan ev şəraitində xilas olmaq üçün onun üstünə təbii yağlardan və bitkilərdən hazırlanmış krem sürtmək lazımdır. Kremin əsas tərkibi kətan yağından ibarət olur. Bu müalicə üsulundan qədim Hindistanda geniş istifadə edilib. Kətan yağının tərkibi Omeqa-3 yağı ilə zəngindir. Omeqa 3 yağında olan amin turşuları dəri altındakı iltihabi prosesləri sağaldır, piy toxumalarındakı hüceyrələrin sıxılmasına bə həll olmasına səbəb olur. Bu yağ hətta ağır metalların, sərbəst radilakkarın da miqdarının azalmasına səbəb olur. Kətan yağının antioksidant, qanda şəkərinvə xolesterinin miqdarını normallaşdərmaq qabiliyyəti vardır. Dərialtı piy toxumaından qurtarmağın bir yolu da onu nassəj etməkdir. Massaj edərkən isə mütləq kətan yağından istifadə etmək lazımdır. Kətan yağı ilə massaj lipomanın balacalanmasına səbəb olur. Kətan yağı lıə qarışıq bitkilərin dəmləməsindən hazırlanmış qarışım isti hada lipomanın üstünə qoyularaq bağladıqda isə lipoma tədricən sorulur və itir.

Hər gün yumurta yeyilərsə orqanizmdə nələr baş verər?

2023-02-12 07:21:00

Yumurta ən qiymətli qida vasitələrindən biri sayılır. Onun tərkibi dəmir, aminturşuları və antioksidantlarla zəngindir. Təbii yollarla bəslənmiş toyuq yumurtasının tərkibindəki qiymətli maddələrin dəyəri isə onun tərkibində hormonların və antibiotiklərin olmaması səbəbindədir. İnsan orqanizmin 11 növ əvəzolunmaz yağ turşusu istehsal edir. Bu yağ turşuları orqnizmin funksiyalarının normal fəaliyyət göstərməsi üçün vacib sayılır. Yumurtanın tərkibində bu yağ turşularının 9 -u var. Bu yağ turşuları xroniki yorğunluğu aradan qaldırır, dərinin və saçların sağlamlığını qoruyub saxlayır, immun sistemin möhkələnməsinə səbəb olur. Gün ərzində 1-2 ədəd yumurta yemək immun sistemi möhkələndirir, orqanizmi infeksiya xəstəliklərin yoluxmaqdan qoruyur. Buna səbəb yumurtanın tərkibindəki selen və mikroelementlərin çox olmasıdır. Yumurtanın tərkibindəki aminturşuları orqanimdəki həyəcanı və stressi aradan qaldırır, insanın psixi sağlamlığını qoruyur. Bunun səbəbi yumurtanın tərkibindəkilərin orqanizmdə serotoninin miqdarını artırmasıdır. Serotonon orqanizmə rahatlıq, sakitlik və xoş əhval-ruhiyə bəxş edən hormondur. Yumurta dişlərin və sümüklərin də möhkəmlənməsinə səbəb olur. Buna səbəb də onun tərkibində D vitaminin çox olmasıdır. Yumurta dərinin sağlamlığına təsir edir, görməni yaxşılaşdırır, qara ciyərin fəaliyyətini yaxşılaşdırır. Bu da onun tərkibində B2 və B12 vitaminlərinin çox olmasıdır. Hər gün yumurta yemək insanın sinir sistemini möhkəmləndirir. Hər gün yumurta yemək çəkinin azalmasına səbəb olur. Bəzi dietoloqlar hətta gün ərzində yanlız yumurta yeməklə pəhriz saxlayıb sağlam arıqlamağı məsləhət görürlər.

Geni dəyişdirilmiş pomidoru sağlam pomidordan necə ayırmalı?

2023-02-12 07:11:00

Biz hamımız tərəvəzlərin insan orqanizminə lazımlı və vacib olduğunu bilirik. Son illərdə bazarlara geni gəyişdirilmiş tərəvəzlərin də daxil olduöğundan hamımız xəbərdarıq. Geni dəyişdirilmiş qidaların qəbulu insan sağlamlığına son dərəcə zərərlidir Onun Insan geninə mənfi təsir etməsi hamıya məlumdur. Belə qidalar insanın genini korlayır və sağalmayan xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Meyvə-tərəvəzlərin geninin dəyişdirilməsi ilə tərəvəz yetişdirən qurumlar məşğul olur. Onların məqsədi qısa müddət ərzində tərəvəzləri yetişdirib satışını təşkil etməkdən ibarəıt olur. Qidaların geninin dəyişdirilməsi Afrika qitəsində aclıqdan əziyyət çəkən ölkələri meyvə-tərəvəzlə təmin etmək üçün nəzərdə tutulub. Sonralar isə bu vasitədən biznesmenlər də istifadə etməyə başlamışlar. Geni dəyişdirilmiş qidaları hansı əlamətlərinı görə tanımaq mümkündür? 1 Bu cür meyvə-tərəvəzlərə həşəratlar qonmur. 2 Belə meyvələrin üstündə çürük olmur. 3 Bu meyvələrin üstündə etiket olur. 4 Onların işarəli kodu olur. Fransa, Almaniya, Lüksemburq, Yunanıstan, Macarıstran və Avstrya ölkələri belə qidaların ölkələrinə daxil olmalarına qadağa qoyub. Mütəxəssislər genetik modifikasiya olunmuş qidaların insan genetikasına təsir etdiyini qeyd edərək, insanları bu qidalardan uzaq durmağa və onlarla qidalanmamağa səsləyir.

Bu dərman apteklərdə satılan ən ucuz dərmanlardandır, amma...

2023-02-12 07:01:00

Fol turşusu (vitamin B9) suda həll olan vitaminlərdəndir. Alimlər və həkimlər bu vitaminin orqanizm üçün çox faydalı olduğunu söyləyirlər. B 9 vitamini bağırsaqlarda sintez olunur və orqanizm tərəfindən sorulur. Fol turşusu qanda eritrositlərin, leykositlərin və trombositlərin sintezində fəal iştirak edir, RNT-də aminturşuların sisntezini, yeni hüceyrələrin əmələ gəlməsini, fermentlərin aktivliyini təmin edir. B9 vitamini quru və təzə mayada, malın və toyuğun qara ciyərində, araxisdə, ispanaqda, kərəvizdə, nanədə, moruq yarpaqlarında olur. Apteklərdə satılan fol turşusunun həbləri ən ucuz dərmanlardadır. Amma, onun orqanizmə faydasının misli bərabəri yoxdur. Bu vitamin orqanizmin bütün sistemlərinin funksiyasına müsbət təsir göstrir, heceyrələrin yenilənməsini sürətləndirir, xərçəng hüceyerələrinin əmələ gəlməsinin qarşısını alır. Fol turşusu zehni yorğunluğu aradan qaldırır,mərkəzi sinir sisteminin fəaliyyəini artırır, qanaxma zamanı əmələ gələ bilən patologiyaların aradan qalxmasına səbəb olur. Bu vitamin orqanizmdə yaddaşla əlaqədar problemlərin, qanazlığının, stomatitin, vaxtından əvvəl saçların ağarmasının, miqrenin, insultun baş verməsinin qarşısını alır. Orqanizmin B9 vitamininə olan ehtiyacı ödənmədikdə insanın sağlam həyat tərzinin səviyyəsi aşağı düşür. Mütəxəssislər idmanla məşğul olanların, spirtli içki içənlərin, siqaret çəkənlərin, plyajda qaralmağı sevənlərin, hamiləlik əleyhinə dərman qəbul edənlərin B9 vitamini qəbul etmələrini məsləhət bilir. Orta yaşlı insan gün ərzində 200-500 mq fol turşusu qəbul etməlidir. Normal miqdarda qəbul edilməyən fol turşusu isə fiiki və zehni zəifliyə, strrssə səbəb olur. Saçların zəifləməsi, tökülməsi, parlaqlığını itirməsi, dırnaqların qırılması da orqanizmdə fol turşusunun çatışmazlığı səbəbindən baş verir.

“Telegram”ın qurucusu Dubayın ən nüfuzlu adamı SEÇİLDİ

2023-02-12 06:31:00

"Telegram" ani mesajlaşma onlayn proqramının qurucusu, 38 yaşlı Pavel Durov Dubayda ən nüfuzlu şəxs kimi tanınıb.

Quru və çatlamış daban, mazol və varikoz probemi

2023-02-12 06:02:00

Qalınlaşmş quru və kobud daban bir çox insanın probleminə çevrilib. Qurumuş və çatlamış daban insanlarda diskomforta səbəb olur. Bu problem bir çox müxtəlif səbəblərdən əmələ gələ bilir. Ayağa rahat oturmayan ayaqqabı, dabanlara qulluğun olmaması, düzgün olmayan qidalanma, kobud ləpiklər, aşağı ətraflara qanın yaxşı işləməməsi daban dərisinin kobudlaşmasına, qurumasına və çatlamasına səbəb olur. Sizlərdə də daban problemləri varsa o zaman bərkimiş nahiyələri yumşaq və incə etmək üçün aşağıdakı təbii vasitələrdən istifadə edə bilərsiniz. Bu vasitə ilə siz ayaqlarınızdakı varikozlardan və mazollardan da xilas ola bilərsiniz. Bunun üçün isə aşağıdakı qarışımı hazırlamaq lazımdır. Qarışımın tərkibi aşağıdakılarda ibarətdir: * 250 ml 70*- li spirt * 10 həb aspirin Hazırlanma qaydası: 1. Aspirinlər toz halına salınana kimi üyüdülür və spirtlə qarışdırılır. 2. Qarışım 1-2 gün sərin yerdə saxlanəılır. 3. Qarışımı pambıq tampona batırılır. 4. Bərkimiş və çatlamış nahiyəyə qarışımdan sürtülür və polietilen paketlə bükülür. 5. Ayaqlara sıx corab geyilir. 6. Prosedur axşam yatmazdan qabaq edilir və ayaqlar səhər yuyulur. Proseduru 10 gün davam etdirmək mümkündür.

“Arka sokaklar”ın Zeynepi yardım üçün küçələrdə

2023-02-12 05:31:00

"Arka sokaklar" serialındakı Zeynep obrazı ilə populyarlaşan keçmiş aktrisa Qamze Özçelik də zərərçəkənlərə yardım əlini uzadanlardan olub.

Baş ağrılarını və təzyiqi aradan qaldıran bitki cövhəri

2023-02-12 05:01:00

Üç litirlik şüşə balona təbii yollarla hazırlanmış litr yarım 55%-li araq tökülür. Arağın üzərinə aşağıdakı bitkilər əlavə edilir: - kəklikotu - nanə yarpağı - itburnu - yemişan kökü - aqoniya - şam qozası - qaraqınıq - dazıotu - alıc otu - dəvədabanı Bankanın qapağı örtülür. Adları çəkilən bitkiləri aptekdən quru halda da alıb arağa qatmaq olar. Quru bitkilərin hərəsindən yarım stəkan arağa qatılmalıdır. Banka 2 həftə ərzində soyuq və qaranlıq yerdə saxlanılır, sonra şüşə butulkaya süzülüb soyuducuya qoyulur. Gün ərzində 1 çay qaşığı bundan içmək baş ağrılarını kəsir.

Hissin dünya ulduzu ilə bənzərliyi təəccübləndirdi

2023-02-12 04:31:00

Müğənni Hiss məşhur amerikalı aktrisa Lisa Bonetə bənzərliyi ilə gündəmə gəlib.

Bu 4 qidanı qarışdırıb yeyin və özünüzü xərçəng xəstəliyindən qoruyun

2023-02-12 04:03:00

4 güclü təsirə malik qidanın qarışımının faydası barədə Kerolayn Anderson ilk dəfə bəyanat verib. Çünki, qarışımın yaradıcısı onun özüdür. Qarışım xərçəng xəstəliyinin öldürücülüyünü aradan qaldırır. Qarışımın effektliyi onun qədim hind ənənələri ilə hazırlanmasıdır. Hindinstanın xalq təbabətində bu qarışımdan xərçəng xəstəliyinin müalicəsində istifadə edilib. İşin maraqlı olan tərəfi isə bu qarışımla xərçəng xəstəliyinin əlamətlərinin aradan qalxmasını Hindistan həkimləri də təsdiqləyir və tibbdə istifadə edirlər. Qarışımdan hər gün istifadə edən xərçəng xəstələri isə xəstliyin əmələ gətirdiyi əlamətləri minimuma endirirlər. Lazım olanlar: *1 xörək qaşığı təbii zeytun yağı (yağ soyuducu tempraturunda olmalıdır) * ¼ çay qaşığı üyüdülmüş qara istiot * ½ çay qaşığı zəncəfil * ½ çay qaşığı sarıkök Adları yazılan məhsullar qarışdırılır və qəbul ediən bütün qidaların üstünə tökülür.Qarışımı isit yeməklərin, salatların üstünə tökə və ya sərbəst şəkildə içə bilərsiniz. Qarışımı tək halda aşağıdakı kimi qəbul edə bilərsiniz. Əvvəlcə gündə bir dəfədən başlayaraq, 3-4 dəfəyə qədər qədər, hər dəfə 1 çay qaşığı qəbul etməlisiniz. Bəs reseptin sirri nədədir? Qara istiot sarıkökün bağırsaqlardan asan sorulmasını sürətləndirir. İstiotun tərkibindəki liperin maddəsi sarıkökün bioloji aktivliyini 2000 dəfə atırır. Zəncəfil xərçəng əleyhinə təsir göstərməsi isə tibb elminə çoxdan məlumdur. Bu reseptin əsas komponenti sarıkök hesab edilir. Onun iltihabəleyhinə və antioksidant təsirə malik olması qarışımın təsirini sürətləndirir. Tibbi araşırmalar sarıkökün aşağıdakı xərçəng növləri zamanı faydalı olduğunu təsdiq edir: * mədəaltı vəzi xərçəngi * yumurtalıqların xərçəngi * süd vəzilərinin xərçəngi * qalxanabənzər vəzin xərçəngi Qarışımdan qəbul edən və xərçəng xəstəliyindən əziyyət çəkməyənlər bu qarışımın onların arterial təzyiqini aşağı saldığını, yuxularını normallaşdırdığını söyləmişlər.

Şakira da zərərçəkənlər üçün yardım istədi

2023-02-12 03:31:00

Məşhur müğənni Şakira Türkiyə və Suriyadakı zəlzələdən zərərçəkənlər üçün yardım istəyib.

Perekisi qulağına tökdü və arzuladığı sağlamlığına qovuşdu

2023-02-12 03:03:00

Perekisin faydaları haqqında çox sözlər söylənilir. Sizi onun haqqında bilmədiklərinizlərlə məlumatlandırmaq istəyirik. 1. Meyvə-tərəvəzi yaxşı yuduqdan sonra perekis qatılmış suda bir-neçə dəqiqə saxlayın. Bu vasitə ilə siz meyvə-tərəvəzlərin üstündəki bakteriyalardan xilas ola bilərsiniz. Çünki, bir-neçə dəfə yuyulmasına baxmayaraq bəzi bakteriyaları qida məhsullarının üstündən xaric etmək mümkün olmur.   2. Qulaqların təmizlənməsi bəzən ağrılı olur. Bir-neçə damcı perekisi qulağa damdırmaqla siz təmizlənməni asanlaşdıra bilərsiniz. Bunun üçün qulağınıza 2-3 damcı perekis damızdırın. Perekis oradakı bakteriyaları, kirləri qabardır və siz rahatca qulaqlarınızı təmizləyə bilərsiniz. Bu proses sizin qulaqlarınızda olan göbələk xəstəliyindən də xilas olmağınıza səbəb olacaq. 3. Dırnaqlarınızdakı solğunluqları aradan qaldırmaq istəyirsinizsə o zaman perekis vannası edin. Bu sizin dırnaqlarınızın parıltısını özünə qaytaracaq və dırnaqlarınız təravətli görünəcək. 4. Saçlarınızın rəngini açmaq istəyirsinizsə o zaman bahalı salonlara müraciət etmək lazım deyil. Siz bunun üçün 3%-li perekisdən istifadə edə bilərsiniz.   5. Xalçanizin üstünə qırmızı şərab tökülübsə o zaman perekislə maye sabunu eyni miqdarda qarışdırıb ləkənin üstünə yayın. Bir-neçə dəqiqədən sonra isti su və dəsmalla yuduqda ləkə tamamilə yox olacaq. 6. Piltənin üstündəki ləkəni təmizləmək mümkün olmadıqda perekislə un qarışığından  hazırlanan pastanı ləkənin üstünə axşam yapışdırın və səhər sərt dəsmalla silib təmizləyin. 7. Dişlərinizin ağarmasını istəyirsinizsə o zaman perekisi ağzınıza alıb saxlayın, amma udmayın. Bir-neçə dəqiqə ağzınızda qalan perekis dişlərinizi ağardacaq. 8. Diş ağrıları zamanı perekisi eyni miqdarda su ilə qarışdırın ağrayan dişin üstünə qoyun. Bu ağrı hissinin azalmasın səbəb olacaq. 9. Dərinizdə olan yaraların tez sağalmasını istəyirsinizsə, o zaman yaranı perekislə yuyun. 10. Üzünüzdəki makiyajı təmizləmk üçün bahalı təmizləyicilərə pul xərcləyinsə üzünüzü 3 %-li perekislə silıb təmizləyin.

Çatana daş, çatmayana söz atan BÜRCLƏR

2023-02-12 02:31:00

Bəzi insanlar var ki, ürəklərindən keçənləri üstüörtülü formada ifadə etməyi adət halına gətiriblər. Xüsusilə də, onlar sevmədikləri insanlara sətiraltı söz atmasalar, dayana bilməzlər. Bu bəzən vəziyyəti dava-dalaş həddinə qədər gətirib çıxarır.