Xəbərlərin siyahısı

Şükür məqamı

2023-02-12 20:40:00

Şükür məqamı haqq yolçularının çatmaq istədiyi ən dəyərli məqamlardandır. Bu məqama çatmaq çətin olduğundan ona nail olanlar çox azdır.

Azərbaycanın bəzi rayonlarında yollar

2023-02-12 20:39:00

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Sabahın havası narahatlıq hissi yarada bilər

2023-02-12 20:38:00

Sabah üçün tibbi-meteoroloji proqnoz açıqlanıb.

Türkiyədə Meksikadan gələn axtarış iti dağıntılar altında

2023-02-12 20:36:00

Meksikadan Türkiyənin zəlzələ bölgələrində axtarış aparmaq üçün gələn Proteo adlı it dağıntılar altında qalaraq ölüb.

Həzrət Mehdi və Həzrət Yusif

2023-02-12 20:20:00

İmam Mehdini (ə.f) bir çox peyğəmbərlərə bənzədirlər. İmam Mehdi (ə.f) sonuncu kamil din sayılan İslam dininin sonuncu nümayəndəsi olduğu üçün onda bütün peyğəmbərlərin nişanəsini görmək olar. Belə bir bənzətmələrdən biri də Həzrət Mehdinin (ə.f) həyatının bəzi nüanslarının Yusif peyğəmbərin (ə) həyatına oxşamasıdır. İndi isə İmam Mehdi (ə.f) və Həzrət Yusif (ə) peyğəmbər arasında olan fərqlərə baxaq. Yusif peyğəmbər (ə) və İmam Mehdi (ə.f) arasında olan oxşar cəhətlərdən biri qeybdir. Hər ikisi onları sevənlərin gözündən uzaq düşmüşlər. Fərq ondadır ki, Həzrət Yusifin (ə) qeybi nisbidir. Həzrət Yusif (ə) atası, qardaşları və sair əzizlərindən uzaq və qeybdə olsa da misirlilərin gözü qarşısında idi. İmam Mehdinin (ə.f) qeybi isə mütləq qeybdir. Yəni o, hər kəsin gözündən qeybdədir. Həzrət Yusifin (ə) qardaşları baş vermiş qıtlığa görə Misirə tərəf üz tutdular. Onlar Həzrət Yusiflə (ə) qarşılaşdıqda onu tanımadılar, amma peyğəmbər (ə) onları tanıyır. İmam Mehdi (ə.f) ictimai yerlərdə insanların arasında yol gedir, amma onu heç kəs tanımır. Allah-Taala özünü tanıtmağa icazə versə, İmam (ə.f) özünü tanıdır. Həzrət Yusifə (ə) də ona özünü tanıtmaq üçün icazə verildikdə o, kimliyini aşkar etdi. Yusif peyğəmbər (ə) gözəllik və səxavətinə görə cəmiyyət içində məşhurlaşmışdı. İmam Mehdidə (ə.f) də hər iki xüsusiyyət vardır. Həzrət Yusifi (ə) qardaşları çox ucuz qiymətə satdılar. Bunun səbəbi isə qardaşlarının həqiqi dəyərini bilməmələri idi. Belə bir sayğısızlıq, əfsuslar olsun ki, İmam Mehdiyə (ə.f) qarşı da edilib. Əbu Tahir Muhəmməd ibn Əli ibn Bilal tamahkar birisi olduğu üçün İmam Mehdinin (ə.f) malına əl qoyaraq özünü onun (ə.f) vəkili kimi təqdim etməyə çalışırdı. Qardaşları tərəfindən işgəncə və zülmlərə məruz qalan Yusif (ə) quyuya atıldı, illər boyu atasından uzaq düşdü. Bəzi qardaşları onu unutsa da atası daim onu xatırladı, onun yolunda gözləri ağlamaqdan tutuldu. İmam Mehdi (ə.f) qeybə çəkildikdən sonra onun həqiqi intizarını çəkənlər hər gün onu xatırlayır, zühuru üçün dua edir və bu inqilab üçün zəminə yaratmağa çalışdılar və çalışırlar. Amma bəzi dönüklər hətta İmamı (ə.f) inkar etməkdən belə əl çəkmədilər. Həzrət Yusiflə (ə) görüş elə də asan olmadı. Belə ki çoxlu əziyyət və çətinliklərdən sonra bu görüş baş tutdu. İmam Mehdi (ə.f) də belə asanlıqla zühur etməyəcəkdir. Bu zühur da uzun sürən əziyyət və çətinliklərdən sonra baş verəcəkdir. İmam Əli (ə) bu haqda buyurur: "İnsanların gözündə ölüdən də alçaq olmayacağınıza qədər Allahın yardımı sizə tərəf gəlməyəcək. Bu, Allahın "Yusif" surəsindən buyurduğu həmin şeydir: "Nəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərinin yalançı hesab edildiklərini gördükdə (yəqin etdikdə) köməyimiz onlara yetdi, dilədiyimizə nicat verildi. Bizim əzabımız günahkarlardan əsla dəf olunmaz!". ("Yusif" 110). Bunu unutmaq lazım deyil ki, Həzrət Yusif (ə) ilə onu sevənlər arasında olan ayrılıq gec-tez sona çatdı və parlayan günəş tutqun buludlar arasından aşkar oldu. İmam Mehdi (ə.f) haqqında verilən vəd də sona çatacaqdır və Allah-Taala höccətini aşkar edəcəkdir. İmam Mehdi (.f) zülm ilə dolmuş dünyanı ədalətlə dolduracaqdır.

Yüksək təzyiq xəstəliyinə səbəb olan qidalar bunlardır

2023-02-12 20:15:00

Bəzi qidalar var ki, onları cavanlıqdan çox yeməklə, daim istifadə etməklə hipertoniya - yüksək təzyiq xəstəliyi qazanmaq olur.

Görəsən, onlar sağdır? FOTO

2023-02-12 20:11:00

Türkiyənin 10 bölgəsində baş verən zəlzələdən sonra axtarış-xilasetmə işləri davam etdirilir.

Tövbə

2023-02-12 19:55:00

"Tövbə" sözünün ərəb dilindən tərcüməsi "qayıdış" deməkdir. Tövbə edən şəxs sanki günahlardan itaətə doğru qayıtmış olur. Dini anlamda insanın öz günahını etiraf edib peşman olmasına və bir daha bunu təkrar etməyəcəyi barədə Allaha vəd verməsinə tövbə deyilir.

Peyğəmbərin əxlaqı hədislərdə

2023-02-12 19:50:00

Yer üzünə gəlib-getmiş insanların ən xeyirlisi olan Həzrət Mühəmməd Peyğəmbərin (s) əxlaqı və davranışı barədə mənbələrdə minlərlə hədis vardır. O həzrət öz danışıq və sükutu, sevinc və qəzəbi, oturub-durmağı ilə səhabələrə nümunə idi. Peyğəmbərin hərəkətlərini izləyən hər kəs ən gözəl əxlaqi xüsusiyyətləri Ondan öyrənirdi. Səhabələr gecə-gündüz Onu izləyir, təqlid edir, Onun davranışlarını nümunə kimi bir-birinə ötürürdülər. Peyğəmbərlə (s) ünsiyyətdə olmuş heç kəs Onun əxlaqında zərrə qədər də olsa nöqsan görməmiş, xoşagəlməz cəhət sezməmişdir. Xanımı Aişənin dediyi kimi, Həzrətin əxlaqı sanki Quranın özü idi. Quran ayələri necə ali, ülvi dəyərləri ehtiva edirsə, Peyğəmbərin hər bir hərəkəti də o qədər pak və əxlaqi idi. Quranın təbliğ etdiyi bütün yüksək bəşəri əxlaq normalarını Həzrət öz həyatı boyunca ən yüksək səviyyədə yaşayır və ətrafdakılara aşılayırdı. Aşağıda Peyğəmbər Əfəndimizin (s) gözəl əxlaqı barədə dini mətnlərdəki bəzi nümunələri diqqətə çatdırırıq.

Bir gecədə böyüyən uşaqlar FOTO

2023-02-12 19:47:00

Onlar Türkiyədəki zəlzələnin qurbanlarıdır. Sağ çıxanı, həlak olanı.

Salavatdan sonra "və əccil fəracəhum" demək

2023-02-12 19:20:00

Adətən Əhli-Beyt davamçıları Peyğəmbər (s) və onun Əhli-Beytinə salavat göndərərkən ardınca "Və əccil fəracəhum" (Onların zühurunu tezləşdir) deyirlər. Bu ifadə müsəlmanlar üçün sədaqət rəmzidir. Bu ifadəni işlətməklə sanki onlar İmamın (ə.f) dəvətinə "Ləbbeyk!" deyirlər. Əhli-Beyt (ə) ardıcılları İmamın (ə.f) zühurunun həsrətindədirlər. Aşiqlər hər gün İmamlarının (ə.f) intizarındadırlar. İmamın (ə.f) fərəci üçün dua etmək Şeytanın belini sındıracaq əməllərdən hesab edilir. Salavatdan sonra "və əccil fəracəhum" demək İmam Zamana (ə.f) qarşı beyəti təzələmək, verilən əhdin üzərində durmaq, tağut və batilə qarşı nifrət, həqiqət tərəfdarı olmağın nişanəsidir. Bu kəlməni dilə gətirmək zəmanənin imamının diqqətini cəlb etmək sayılır. Müsəlman kəs Peyğəmbər (s) və Əhli-Beytə salavat göndərərkən bunu uca səslə deməli, aydın şəkildə tələffüz etməlidir. Hədislərdə qeyd olunmuşdur ki, salavatı uca səslə demək insanı münafiqlik kimi sifətlərdən uzaq saxlayır və Şeytanı sarsırdaraq lərzəyə gətirir. İmam Mehdini (ə.f) dua edən kəs salavatı bu cür də deyə bilər. Çünki salavat da bir duadır. Salavat Həzrət Muhəmməd (s) və onun Əhli-Beyti üçün nəzərdə tutulmuş bir rəhmətdir. Bu rəhmət müsəlmanlara da şamil olur. Belə ki İmamın (ə.f) zühuru ilə insanlar Allahla aralarında qırılmış rabitəni yenidən bərpa edəcəklər. Hədislərdə nəql olmuşdur ki, Həzrət Muhəmməd (s) və onun Əhli-Beytinə (ə) salavat göndərərkən fərəc üçün olunan duadan sonra insan hacətlərini istəsə belə bir dua müstəcab olar. Bir gün mərhum Hacı Muhəmmədəli Fəşəndi həyat yoldaşı ilə bir yerdə Cəmkəran məscidinə gedir. Hacı Muhammədəli bir nəfərin salona daxil olaraq məscidə tərəf getdiyini görür. Öz-özünə deyir ki, bu kişi uzaq yol gəlib, susuzdur. Bir qab su hazır edib içmək üçün həmin kişiyə uzadır. Suyu içib qabı qaytaran kişi cavabında: "Bizim ardıcıllarımız bizi su içmək qədər də sevmirlər. Əgər istəsəydilər dua edər və fərəc də yetişərdi" - deyir. İnsanların çoxu İmam Mehdini (ə.f) unudaraq nəticə etibari ilə İmamdan (ə.f) məhrum olaraq bəlaya tuş gəliblər. İmam Mehdi (ə.f) və məhdəviyyət İslam dininin ən aktual mövzularından olsa da, çox təəssüflər ki, gözardı edilir. Belə bir əhəmiyyətli və bəşəriyyətin müqəddəratını həll edəcək bir mövzuya qarşı laqeyid yanaşmaq çox qəbahətli bir işdir və Peyğəmbərə (s) sədaqətlik göstərmək istəyən şəxs onun xilaskar övladına qarşı da diqqətli olmalıdır. Odur ki, İmam Mehdini (ə.f) sevənlər və onun yolunu səbirsizliklə gözləyənlər İmamın (ə.f) zühuru üçün bacardıqları qədər dua etməlidirlər.

Prostatit, cinsi zəiflik, kişi sonsuzluğuna qarşı təbii məcun

2023-02-12 19:15:00

Balqabaq tumları kişi sağlamlığı üçün ən faydalı məhsullardan biri sayılır.

“Yeddi” haqqında qırx nöqtə

2023-02-12 19:10:00

1-Həzrət Peyğəmbər (s) yeddi şeyi tövsiyə etmişdir: 1-Müsəlman şəxsin dəfn mərasimində iştirak etməyi. 2-Xəstənin görüşünə getməyi. 3-Asqıran şəxsə afiyət (sağlam ol) deməyi. 4-Məzluma kömək etməyi. 5-Salam verməyi. 6-Dəvəti qəbul etməyi. 7-And içənin xahişini yerinə yetirməyi.

Gənclərin ürəyinin əsas problemi ARİTMİYA nədir?

2023-02-12 19:01:00

Aritmiya - ürək-damar sisteminin geniş yayılmış bir xəstəliyidir. Bu problem son zamanlar gənclər, hətta yeniyetmələrdə də aşkarlanır. Mersatel aritmiya kardioloq və aritmioloqa müraciət etmək üçün ciddi səbəbdir.

Vasif bu görüntüsünə görə tənqid edildi VİDEO

2023-02-12 19:00:00

Əməkdar artist Vasif Məhərrəmli tənqid edilən videosundan danışıb.

“Qəbələ”də işləmiş məşqçi zəlzələdə öldü

2023-02-12 18:59:00

"İsgəndərunspor" klubunun qapıçılarla işləyən məşqçisi Uğur Kurt Türkiyədəki zəlzələ nəticəsində vəfat edib.

Zəlzələ bölgəsində çəkdiyi videoya görə həbs edildi

2023-02-12 18:58:00

Türkiyə zəlzələ bölgəsindəki oğurluq hadisələrini danışdığı ərəfədə "Masterchef" yarışmaçılarından olan Uğur Kardaş diqqət çəkən video yayımlayıb.

Ucarda zəncirvari qəza olub FOTO

2023-02-12 18:57:00

Ucarda 3 minik maşınının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Ukrayna səmasında İranın 4 PUAsı zərərsizləşdirildi

2023-02-12 18:56:00

Ukrayna Hərbi Hava Qüvvələrinin "Vostok" raket bölmələrinin zenit atıcıları İranın 4 ədəd "Şahed-136/131" hücum kamikadze dronunu məhv ediblər.

Dağıntılar altında qalan ən yaşlı insanın xilasolma VİDEOsu

2023-02-12 18:51:00

Hataylı 85 yaşlı İsmihan adlı qadın zəlzələnin 153-cü saatında xilas edilib.

"Kuruluş Osman"ın aktyoru və xanımı zəlzələdə həlak oldu FOTO

2023-02-12 18:45:00

Türkiyədə baş verən zəlzələdən sonra yaranan dağıntılar altında qalanlar sırasında aktyor Çağdaş Çankaya ilə musiqiçi həyat yoldaşı Zilan Tiqris də yer alıb.

Zərərçəkən 10 uşağın təhsil haqqını ödəyəcək

2023-02-12 18:20:00

Türkiyəli komediya ustası Hasan Can Kaya da zəlzələdə zərərçəkənlərə yardım edib.

Zəlzələdən sağ çıxan gəncdən qeyriadi açıqlama: "İki dəfə öldüm, dindirildim"

2023-02-12 18:11:00

Türkiyədə baş verən şiddətli zəlzələdən sonra dağıntılar altından sağ çıxarılan gəncin sözləri böyük marağa səbəb olub.

Ceyhan terminalında neftin tankerlərə yüklənməsi bərpa edildi

2023-02-12 18:10:00

Bu gündən (fevralın 12-dən) Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərindən Ceyhan terminalında neftin tankerlərə yüklənməsi bərpa edilib.

Minanın hicablı paylaşımı müzakirələrə səbəb oldu FOTO

2023-02-12 18:00:00

Müğənni Mina Hüseyn Mədinə şəhərinə ziyarətə gedib. 

“Əvəzedilməz” erməni hüquqşünasın acı sonluğu Katanyanı həbsdən Mikoyan da xilas edə bilməyib

2023-02-12 17:51:00

1920-ci ilin yanvar ayında Ümumrusiya Fövqəladə Komissiyasının ("ÇK") iclasında xarici kəşfiyyat şöbəsinə kimin rəhbərlik edəcəyi müzakirə ediləndə əsas namizədlər arasında milliyyətcə erməni olan Ruben Katanyanın da adı hallanıb. Katanyan həmin ərəfədə Qırmızı orduda siyasi işlər idarəsinə rəhbərlik edib. "ÇK"-nın sədri Feliks Dzerjinski Katanyanı hələ oktyabr inqilabı dövründən, 1917-ci ildən yaxından tanıyıb və onun iş məhsuldarlığının bir o qədər də yüksək olmadığına yaxşı bələd olub. Məhz elə bu səbəbdən də Dzerjinski Ruben Katanyanın "ÇK"-nın xarici kəşfiyyat şöbəsinə rəhbərlik etməsinin tərəfdarı olmayıb. Amma buna baxmayaraq o, ümumi yığıncağın yekdil qərarının əksinə də gedə bilməyib.

Ukraynada da güclü zəlzələ baş verəcək Kendzer

2023-02-12 17:20:00

Gec-tez Ukraynada da güclü zəlzələ baş verəcək. Krım da risk altındadır.

Ceyhun Bayramov Soltan bin Saad AlMurayxi ilə görüşdü FOTO

2023-02-12 17:17:00

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Misirə işgüzar səfəri çərçivəsində Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Al-Murayxi ilə görüşüb.

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3 mini keçdi

2023-02-12 16:58:00

"Əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkən Suriyada həyatını itirənlərin sayı 3574-ə yüksəlib.

Hatayda bir azərbaycanlı ailənin cansız bədəni dağıntılar altından çıxarıldı

2023-02-12 16:54:00

Son.az bildirir ki, manset.az-ın əldə etdiyi məlumata görə, adları hələ dəqiqləşdirilməmiş bir kişi, bir qadın və bir uşaq zəlzələnin dağıntıları altından çıxarılıb.

Zəlzələ dağıntıları altında neçə nəfər var? Dəhşətli təxmin

2023-02-12 16:25:00

Məlum olduğu kimi, fevralın 6-da Kahramanmaraşda 9 saat fasilə ilə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər böyük dağıntılara səbəb olub. Zəlzələdən sonra bölgədə afterşoklar baş verir, axtarış-xilasetmə işləri davam edir.

Laçın yolundakı aksiyada canlanma müşahidə olunur FOTO

2023-02-12 16:18:00

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası günorta saatlarında da canlanma müşahidə olunub.

Gürcüstanda zəlzələlər olub

2023-02-12 15:11:00

Gürcüstanda yeni zəlzələlər olub.

Dağıntılar altında 12 zeytunla 32 saatlıq həyat mübarizəsi... FOTO

2023-02-12 15:00:00

Hatayda dağıntılar altından çıxarılaraq müalicə olunduqdan sonra Ankara Bilkent Şəhər Xəstəxanasına gətirilən 32 yaşlı Yüksel Ergit zəlzələ zamanı yaşadıqlarını "Anadolu" agentliyinə danışıb.

Erməni mina terrorunun faciəvi nəticələrindən bəhs edən yeni nəşr “Gizli ölüm toxumları”

2023-02-12 14:57:00

Erməni işğalçıları qədim Qarabağ torpağı talan edilməklə yanaşı, burada yüz minlərlə mina yerləşdirib. Nəinki əsrlərlə burada yaşamış azərbaycanlılara, onların torpağına qarşı 30 il cinayətlər törətmiş düşmən yalnız tarlaları və təmas xətlərini deyil, həmçinin yolları, cığırları, aşırımları və hətta qəbiristanlıqları çoxsaylı minalarla doldurub. Onlar qurbanlarını gözləyir. Ermənilər özləri ilə ölüm və qan gətirmiş, geri çəkiləndə isə onları o günlərin qorxulu xatirəsi kimi saxlamışlar.

Serialdakı üzüyünü zərərçəkənlər üçün satdı

2023-02-12 14:35:00

Türkiyəli aktyor Saruhan Hünel "Kaybolan Yıllar" serialında istifadə etdiyi üzüyünü hərraca qoyub.

Qərb dünyanı ölümcül təhlükəyə sürükləyir Şeremet

2023-02-12 14:23:00

Ukraynaya silah tədarükü ilə Qərb ölkələri dünyanı ölümcül təhlükəyə sürükləyir.

Heydər Əliyev Fondunun dəstəyi ilə toplanan humanitar yardım Türkiyəyə yola salınıb FOTO

2023-02-12 14:18:00

Türkiyədə baş vermis zəlzələ ilə əlaqədar Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin fevralın 8-dən başlatdığı humanitar kampaniya çərçivəsində toplanan yardım bu gün səhər qardaş ölkəyə yola salınıb.

Kiyevə silah verməsək, Putin qalib gələcək Duda

2023-02-12 14:11:00

Qərb dövlətləri Kiyevə tez bir zamanda silah verməsələr, Rusiya Ukraynanı məğlub edəcək.

Hatayda 147 saatdan sonra xilas edilən azyaşlı: "Çox kirliyəm, məni hamama aparın"

2023-02-12 14:00:00

Türkiyənin Hatay şəhərinin Yumak rayonundakı 7 mərtəbəli binanın dağıntıları altından 12 yaşlı Cudi və nənəsi sağ çıxarılıb.

Pamela Anderson: “Uşaqlıqda rahibə olmaq arzusunda idim”

2023-02-12 13:51:00

Amerikalı aktrisa və model Pamela Anderson kino ulduzu Dryu Berrimor ilə müsahibədəsində uşaqlıq arzuları haqqında danışıb.

147 saat sonra dağıntılar altından 10 yaşlı qız sağ çıxarıldı

2023-02-12 13:40:00

Türkiyənin Hatay bölgəsində baş verən zəlzələnin 147-ci saatında 10 yaşlı Cudi adlı qız uşağı dağıntılar altından xilas edilib.

"Roberta Metsolanın ünvanlandığı məktub Milli Məclisə çatmayıb"

2023-02-12 13:33:00

Milli Məclisin mətbuat xidməti Avropa Parlamentinin prezidenti Roberta Metsola tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya məktub ünvanlanması ilə bağlı məlumatlara münasibət bildirib.

Eyyub Yaqubov da konsertini təxirə saldı

2023-02-12 13:20:00

Xalq artisti Eyyub Yaqubovun Türkiyədəki zəlzələ səbəbindən Bakıdakı konserti təxirə düşüb.

Rusiya üçün İran vacib ölkə deyil Markov

2023-02-12 13:11:00

Rusiya İrana aviasiya və hava hücumuna qarşı müdafiə sistemləri ilə bağlı texnologiyalar verir.

Pentaqon sözçüsü Kanada səmasında vurulmuş naməlum obyektdən danışdı

2023-02-12 13:00:00

Kanada hava məkanında vurulan naməlum obyekt əvvəlcə Alyaska səmasında görünüb və o vaxtdan bəri ABŞ və Kanada hərbçiləri tərəfindən izlənilib.

Ana qızını 20 ilə yaxın əsarətdə saxladı FOTO

2023-02-12 12:51:00

Braziliyada yaşlı qadın 39 yaşlı qızını 20 ilə yaxındır qapalı şəraitdə saxladığı üçün həbs edilib.

Sabahın hava proqnozu açıqlandı

2023-02-12 12:40:00

Fevralın 13-də gözlənilən hava şəraiti aşıqlanıb.

Bacısının ərinin başına fincan çırpdı, yaraladı

2023-02-12 12:31:00

Masallı sakini bacısının ərinə xəsarət yetirib.

FHNin növbəti avtomobil karvanı Türkiyəyə çatıb FOTO

2023-02-12 12:23:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə 10 fevral tarixində Fövqəladə Hallar Nazirliyinin 16 ədəd xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınmış növbəti humanitar yardım karvanı bu gün Türkiyənin Kahramanmaraş rayonuna çatıb.