Xəbərlərin siyahısı
2023-05-04 13:25:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Zəngilan rayonuna səfər edib.
2023-05-04 13:14:00
Onlayn alış-veriş edənlərin sayı çoxaldığından satış platformalarda məhsulların qiyməti də artmaqdadır.
2023-05-04 13:10:00
ABŞ Azərbaycanın sülh danışıqlarındakı iştirakından məmnundur. Bunu son prosesləri açıq analiz edərkən belə qənaətə gəlmək olar. Vaşinqton çox yaxşı anlayır ki, Cənubi Qafqazda sabitlik, sülh bərqərar olmadıqca bu gün Ukraynada biləyini bükməkdə hələ də çətinliklə üzləşdikləri Rusiyaya o qədər çox manevr imkanları verir, onun təsir gücünü deaktivləşdirməkdə çətinlik çəkmiş olur.
2023-05-04 13:03:00
Son.az xəbər verir ki, əməkdar artist Könül Kərimova moderator.az-ın suallarını cavablandırıb. -Könül xanım, necəsiz? Özünüzü necə hiss edirsiniz? -Düzünü deyim ki, bir o qədər də yaxşı deyiləm. Özümü yaxşı hiss etmirəm. Yaxşı hiss etməməyə də səbəb çoxdur. Amma əfsuslar olsun ki, bu səbəbləri deməyəcəm. Sadəcə çalışıram ki, yaxşı olum. -Etiraf etməyi sevirsiniz? -Bəli, etiraf etməyi sevirəm. Həm də çox. Etiraf edəndə özümü çox yaxşı hiss edirəm. -Könül xanım, sizcə tamaşaçılarla hər şeyi bölüşmək olar? -Tamaşaçılarla hər şeyi bölüşmək əslində düzgün deyil. İstərdim hər şeyi bölüşüm. Bəzən belə hallar da olur. Amma sonradan peşmanlıq çəkirəm. Təəssüflər olsun ki, tamaşaçıların hamısı eyni fikirdə, düşüncədə deyil. Bu kiməsə xoş gəlir, kimsə bundan istifadə edir. Başlayırlar öz düşüncə tərzlərinə uyğun ssenari yazmağa, nəsə uydurmağa. Nəticədə ağlasığmaz dərəcədə özün haqqında elə şayələr eşidirsən ki, dəhşətə gəlirsən ki, bu sənin haqqında danışır? Ona görə də mənə elə gəlir ki, tamaşaçı ilə hər şeyi bölüşmək lazım deyil. Bir az sirli qalsan daha yaxşıdır. -Özünüz haqda eşitdiyiniz ən qəribə şayə hansı olub? -Düzünü deyim ki, haqqımda qəribə şayələr çoxdur. Dünən də olub, bu gün də var, sabah da olacaq. Sadəcə, bir növ artıq alışmışam şayələrə. Ona görə də çox adi qarşılayıram. Əvvəllər çox narahat olurdum, özümə qapanırdım. İndi gülümsəyib keçirəm. Ətrafımdakılar da bunu bilir. O şayələrin mənim üçün qəribəliyi qalmayıb artıq. -Tamaşaçılardan gileylisiniz? -Əslində tamaşaçılardan gileyli deyiləm. Əgər tamaşaçı nəyisə düzgün anlamırsa, düzgün seçim etmirsə, bu tamaşaçının günahı deyil. Bu təbliğatın zəifliyi və yaxud da güclü təbliğ olunmamasıdır. Burada televiziyaların da günahı var. Tamaşaçı ən çox nəyi eşidirsə, görürsə, düşünür ki, ən yaxşısı da budur. Əzəldən belə olub da, indi belə deyil ki. Yaxşı müğənni, özünə dəyər verən, hörmət edən sənətkar kütlənin arxasınca qaçmamalıdır. Kütləni öz arxasınca aparmağı bacarmalıdır. -Həyatınızda nə çatışmır? -Həyatımda huzur, rahatlıq, dinclik çatmır. -Oğul nənəsi olmağa gecikirsiniz.. -3 ildir ki, nənə statusunu daşıyıram. Oğlumun da ailə həyatı qurmasını istərdim. Hələ ki, sevdiyi bir xanım yoxdur. Qismət nə vaxtdırsa o zaman da olacaq. Özü qərar verib, seçim edəcək. İnşallah ki, oğlumun da balasına nənəlik etməyi arzulayıram. -Ən yaxın sənnət dostunuz kimdir? -Bu hamıya bəllidir. Ən yaxın sənət dostum Cabbar Musayevdir. -Yeni mahnılar yazdırırsınız? -Gözəl mahnı ifa etmək bizim işimizdir. Yeni klip çəkilişimiz oldu, yaxın günlərdə tamaşaçıların ixtiyarına verəcəyik. Həmişəki kimi rejissor Xəyalla gözəl bir klip ərsəyə gətirmişik.
2023-05-04 12:59:00
Bakıda və Abşeron yarımadasında mayın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
2023-05-04 12:52:00
Son 20 il ərzində uşaqlar arasında ən çox artan xəstəlik bronxial astmadır.
2023-05-04 12:48:00
"Məşqçilərin lisenziyalaşdırılması ilə bağlı federasiyalarla daim görüşürük".
2023-05-04 12:41:00
"Plastik əməliyyatları həqiqətən də çox abartılı etdirirlər. Bütün müğənnilər bir-birinə oxşayır, heç biri seçilmir. Şəxsən mən seçə bilmirəm ki, kim kimdir? Lalə Məmmədovanın gül kimi üzü var idi, burnunu əməliyyat etdirib, bu da onun sifətinin quruluşunu dəyişib. Plastik əməliyyatı hər kəs etdirməli deyil. O adamlar etdirməlidir ki, burnu çox böyükdür, nəsə bir qüsuru var. Burnun üzünə yaraşırsa, yaxşı dodaqların varsa onlara müdaxilə etmək olmaz. Allah sizi yaradıb, biz sizləri belə qəbul etmişik, niyə də plastik əməliyyat etdirməlisinizki? Ən çox qazanan plastik cərrahlardır. Bu gün təkcə plastik cərrahlar yox, həm də adi həkimlər çox qazanır. Mənim başıma da gəlib. Heç bəlkə də əməliyyata ehtiyac yoxdur, amma səni bıçağın altına salır. Xəstəlik olmaya-olmaya götürüb insanları doğrayırlar, nə var ki, pul qazanacaqlar. Bu problemlər məni çox narahat edir. İstəmirəm ki, gənclər özlərinə qəsd etsinlər".
2023-05-04 12:30:00
Elan saytlarında Bakı ətrafı qəsəbə və kəndlərdə 10-15 min manata təmirli evlər satılmaqdadır.
2023-05-04 12:21:00
Qətərdə keçirilən Dünya çempionatından tanınan İvana Knoll növbəti macərasını Bakıda yaşayıb. O, "Formula 1" üzrə Azərbaycan Qran-prisində qonaq kimi iştirak edib.
2023-05-04 12:19:00
"Filmlə bağlı arzularım var. Sənədli yox, komediya janrında kinoya çəkilmək istəyirəm. Özüm orada olmalıyam. Çox lirikalar oxuyuram, amma bütün günü... 5 dəqiqə ağlayıb, 15 dəqiqə gülürəm".
2023-05-04 12:08:00
Ötən gün Kremlə edilən hücumun arxasında Ukraynanın ola biləcəyinə dair hazırda heç bir əlamət yoxdur.
2023-05-04 11:57:00
"Tərtər işi" üzrə ittiham olunan daha 4 nəfər - Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu və Əliyev Elçin Kalam oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayır.
2023-05-04 11:52:00
Müğənni Niyam Salami mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) xanımı Gülü Hüseynovadan söz açıb.
2023-05-04 11:43:00
Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısında dəyişiklik edilib.
2023-05-04 11:38:00
Rusiya ötən gecə Ukraynanın Xerson şəhərini atəşə tutub.
2023-05-04 11:31:00
Aşıq Telli Borçalı şairə Nazilə Səfərlidən danışmaq istəməyib.
2023-05-04 11:25:00
İran prezidenti İbrahim Rəisi son 13 ildə ilk dəfə Suriyaya səfər edib. Beynəlxalq mediada yer alan xəbərlərə görə, danışıqlarda əsas diqqət iqtisadi əməkdaşlığa yönəlsə də, səfərin daha çox siyasi əhəmiyyət kəsb etdiyi vurğulanır. Tehranın əsas marahatlığı odur ki, Dəməşq ərəb ölkələri ilə, xüsusən Türkiyə ilə münasibətlərini gücləndirib. Bu səbəbdən də Rəisi ilk bəyanatında Suriya-İran əlaqələrinin möhkəm olaraq qaldığını deməyə tələsib. Suriya prezidenti Bəşər Əsəd Suriya münaqişəsi başlayandan (yəni 2011-ci ilin martından) iki dəfə Tehrana səfər etdiyi halda, bütün bu müddət ərzində İran prezidentləri Suriyaya gəlməyib. Sonuncu səfər 2010-cu ilin sentyabrında baş Mahmud Əhmədinejadın prezidentliyi dövründə baş tutub. Bəllidir ki, İranın molla rejimi qonşuluğundakı heç bir müsəlman ölkəsi ilə müttəfiq deyil. Əvəzində işğalçı Ermənistanla, müsəlmanlara qənim kəsilən Fransa ilə əməkdaşlıq edir, strateji müttəfiqlik münasibətləri qurub. Yeganə "müttəfiq" Suriyadır ki, o da əldən çıxır. Beləliklə də, Suriyanın ərəb ölkələri ilə əməkdaşlığı genişləndirməsi Tehranı hərəkətə keçməyə vadar edib.
2023-05-04 11:19:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Laçın və Qubadlı rayonlarına səfər edib.
2023-05-04 11:12:00
Azərbaycan Avropaya enerji resurslarının tədarükünü təmin edə bilən iki ölkədən biridir.
2023-05-04 11:09:00
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqda əməliyyat keçirib.
2023-05-04 11:03:00
Almaniyanın Hamburq şəhər limanında hərbçilər və polis azərbaycanlı oliqarxın yaxtasını yoxlamağa başlayıblar.
2023-05-04 10:54:00
ABŞ Diplomatik Xidmət İnstitutunda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini sülh sazişi üzrə çox mühüm müzakirələrdə iştirak üçün qəbul etmək etməkdən çox məmnundur.
2023-05-04 10:50:00
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.
2023-05-04 10:42:00
2023-ci ilin mart ayında Türkiyədə Pakistan kapitalı ilə 36 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 42 şirkət azdır.
2023-05-04 10:37:00
Müğənni Mehin Hümbətova açıq geyimləri tənqid edənlərə cavab verib.
2023-05-04 10:32:00
TikTok sosial şəbəkəsində "Xaqocan" ləqəbi ilə tanınan Xəqani Hüseynov həbs edilib.
2023-05-04 10:29:00
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində səhiyyə strukturunun təkmilləşdirilməsi, həmçinin tibb kadrlarından daha səmərəli istifadə edilməsi, ilkin tibbi-sanitariya yardımı xidmətinin imkanlarının artırılması və fəaliyyətinin gücləndirilməsi, tibb müəssisələrinin infrastrukturundan səmərəli istifadə edilməsi məqsədilə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan bir sıra tibb müəssisələrində çarpayı fondunun optimallaşdırılması ilə bağlı tədbirlər həyata keçirilib.
2023-05-04 10:26:00
"Hraparak" qəzeti Vaşinqtonda keçirilən Bayramov-Mirzoyan danışıqlarından daxili məlumatlar əldə edib və bu detallar erməni tərəfini məyus edir.
2023-05-04 10:23:00
Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.
2023-05-04 10:20:00
Azərbaycansız Avropa ilə Asiya arasında əməkdaşlıq olmayacaq.
2023-05-04 10:17:00
Ötən gecə Kiyevə ilin əvvəlindən bəri ən intensiv zərbələr endirilib.
2023-05-04 10:14:00
"Həmrəylik halqası" təşəbbüsünün ümumi təxmin edilən investisiya dəyəri 730 milyon avrodur.
2023-05-04 10:08:00
Mingəçevirdə baş verən yol qəzasında piyada ölüb.
2023-05-04 10:01:00
Bu gün Azərbaycanın xarici işlər nazir Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-də dövlət katibi Entoni Blinkenin iştirakı ilə danışıqların final raundunu keçirəcəklər.
2023-05-04 09:56:00
Ermənistan Türkiyə ilə normallaşma prosesində addım atmaqda maraqlı görünmür.
2023-05-04 09:52:00
Xalq artisti Flora Kərimova və qızı Zümrüdün arxiv fotoları yayılıb.
2023-05-04 09:27:00
Qəbələdə polis yol qəzasında ölüb.
2023-05-04 09:22:00
Bərdə rayonunda 1996-cı il təvəllüdlü Əhməd şəxsi münasibətlər zəminində sevdiyi qıza - Laləyə (adlar şərti verilib - red.) xəsarət yetirib.
2023-05-04 09:14:00
Bakıda avtomobillər toqquşub.
2023-05-04 08:53:00
Rusiyanın Baxmutdakı hücumu dayanıb, Ukrayna Silahlı Qüvvələri isə əks-hücumlar həyata keçirir.
2023-05-04 08:43:00
Ukrayna Prezidenti Vladimir Zelenskinin Almaniyaya mayın 13-də baş tutmalı olan səfəri ləğv oluna bilər.
2023-05-04 08:33:00
Ukrayna Finlandiya və İsveçdən sonra NATO-nun 33-cü üzvü olmalıdır.
2023-05-04 08:22:00
Fransanın Konstitusiya Şurası pensiya islahatına dair referendumun keçirilməsi təklifini ikinci dəfə rədd edib.
2023-05-04 08:20:00
Aprelin 29-da Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarovun idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində ölməsi ilə bağlı görüntülər ölkə gündəmini alt-üst edib.
2023-05-04 08:17:00
"Əgər Ermənistana yollar bağlanıbsa, bu, onları bağlayanlardan daha çox, Ermənistanın özünün problemidir".
2023-05-04 08:06:00
Xaricdə yaşayan 1 milyon 7 min 165 nəfər Türkiyə vətəndaşı prezident səsvermələrində iştirak edib.
2023-05-04 08:01:00
Ukraynanın paytaxtı Kiyevdə partlayış səsləri eşidilir.
2023-05-04 07:55:00
Rusiyanın Belqorod vilayətində kamikadze PUA-sı su qülləsinə hücum edib.