Xəbərlərin siyahısı
2023-02-18 14:48:00
Qiymətlər fermerləri qane etməyəndə çalışırlarki, məhsullarını soyuducu anbarlarda saxlayıb gələcəkdə daha yaxşı qiymətə satsınlar. Həmçinin məhsul bol olanda da təsərrüfatçılar bu üsula əl atırlar.
2023-02-18 14:46:00
Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü olub.
2023-02-18 14:36:00
"Bir çox insan sosial şəbəkədən istifadə edir. Etikadan kənar hərəkət etmirik ki, bizə baxan analar, bacılar var. Son zamanlar "TikTok" sosial şəbəkə platformasında gənclərin əksəriyyəti bir-birini söyür, təhqir edir və alçaldıcı hərəkətlər edir".
2023-02-18 14:32:00
Bir neçə gündür ki, müğənni Nadir Qafarzadə istər sosial şəbəkələrdə, istərsə də mediada tənqidlərə məruz qalır.
2023-02-18 14:25:00
Nizami rayonu Keşlə qəsəbəsində yerləşən marketlərdən silsilə oğurluq edilib. Naməlum şəxslər obyektlərə daxil olaraq orada olan kassa aparatı, pul, tütün məmulatları və saxlanc yerindən bir ədəd dəyəri 900 manat olan fotoaparat oğurlayıblar.
2023-02-18 14:24:00
Qardaş ölkədə təbii fəlakət zamanı dağıntı kadrlarını izləyənlər uzun müddət hadisənin təsirindən çıxa bilmir.
2023-02-18 14:15:00
İqtisadi Şuranın növbədənkənar iclası keçirilib.
2023-02-18 14:14:00
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə Avropa İnvestisiya Bankının (EIB) prezidenti Verner Hoyer ilə görüşüb.
2023-02-18 14:00:00
Dağıntılar altında həlak olan fenomen Taha Duymazla bağlı yeni faktlar üzə çıxıb.
2023-02-18 13:26:00
Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Türkiyədə baş vermiş zəlzələdə valideynlərini itirib.
2023-02-18 12:59:00
Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə göndərilmiş çadırların Nazirliyin qüvvələri tərəfindən qurulması prosesi həyata keçirilir.
2023-02-18 12:58:00
Əfqanıstanda 5, 5 maqnitudalı zəlzələ olub.
2023-02-18 12:48:00
Braziliyada körpə qız altı santimetr uzunluğunda quyruqla doğulub. Quyruq dəri ilə örtülüb.
2023-02-18 12:24:00
Əməkdar artist Cavanşir Məmmədov "Həmin Zaur" verilişinə nəvəsi Cavanşirlə birlikdə qatılıb.
2023-02-18 12:23:00
Azərbaycan prospektində aparılan təmir-bərpa işləri ilə əlaqədar İstiqlaliyyət, Şeyx Şamil, Bünyad Sərdarov və Lermontov küçələrində avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyətlər qoyulub.
2023-02-18 12:20:00
Son.az AZƏRTAC-a istinadən bildirir ki, fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Kürdüstan Regional Hökumətinin başçısı Neçirvan Bərzani ilə görüşü olub.
2023-02-18 11:59:00
İran molla-fars rejimi artıq qürub dövrünü yaşamağa başlayıb. Bunu təkcə ölkədə aylardır davam edən etiraz aksiyaları demir, eyni zamanda dünəndən etibarən 59-cu dəfə işinə başlayan Münhen Təhlükəsizlik Konfransında yaşananlar deməyə əsas verir.
2023-02-18 11:51:00
Türkiyədə baş verən güclü zəlzələnin qurbanlarına edilən yardımlara qoşulanlardan biri də aktrisa Türkan Şoraydır.
2023-02-18 11:40:00
Ötən gün respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib.
2023-02-18 11:39:00
Kəlbəcərdə tikinti-bərpa işləri zamanı bədbəxt hadisə baş verib.
2023-02-18 11:37:00
Akademik Milli Dram Teatrının aktyoru Rüstəm Rüstəmova ağır itki üz verib.
2023-02-18 11:25:00
Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycanın 17 fevral tarixinədək Türkiyəyə göndərdiyi humanitar yardım açıqlanıb.
2023-02-18 11:21:00
ABŞ dövlət katibi Entoni Blinken Münhendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.
2023-02-18 11:20:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi iclasda zəlzələnin ağır nəticələrinin aradan qaldırılması istiqamətində işlərin sürətlənməsi barədə göstərişlər verib.
2023-02-18 11:16:00
Bu gün Rusiya sülhməramlılarına məxsus 3 avtomobil Laçın yolundan keçib.
2023-02-18 10:51:00
Bir neçə gün əvvəl təqdim olunan "Evdə qalmış" filmi ilə bağlı maraqlı fakt üzə çıxıb.
2023-02-18 10:40:00
Mozambikdə Müqəddəs Üçlük (Santa Trinidad) Evangelist Kilsəsinin qurucusu, 39 yaşlı pastor Fransisko Baraja vəfat edib.
2023-02-18 10:31:00
Çin vətəndaşı lotereyada 8,4 milyon yuan (1,8 milyon AZN) qazanıb.
2023-02-18 10:20:00
"Bütün mahnılarımı sevərək oxuyuram. İfa edəndə düşündüyüm də, düşünmədiyim kimsə olur. Bir etiraf edəcəm. Hər zaman öz səmimiliyimlə görürsüz. Bu dəfə daha çox səmimi olacam".
2023-02-18 10:11:00
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının səfərbərlik təminat bazasında komanda-qərargah təlimi keçirilib.
2023-02-18 09:51:00
Türkiyənin məşhur müğənni və bəstəkarı Yıldız Tilbe növbəti qalmaqallı paylaşımını edib.
2023-02-18 09:50:00
Fevralın 17-də Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
2023-02-18 09:40:00
Sosial şəbəkədə əcnəbi narkotacirdən narkotik alan şəxs saxlanılıb.
2023-02-18 09:20:00
Rəşad Dağlı kimi tanınan meyxanaçının qızı xəstəxanaya yerləşdirilib.
2023-02-18 09:09:00
Ucar Rayon Polis Şöbəsinə rayonun Çiyni kəndi ərazisində yerləşən evlərin birinə iki nəfərin basqın etməsi, ev sahibinin əl-qolunu yapışqan lentlə bağlayaraq evdə olan 7000 manat pulu aparması barədə məlumat daxil olub.
2023-02-18 09:08:00
UFAZ tələbələri Fransada keçirilən ActInSpace Hakatonunun Beynəlxalq Finalının qalibi seçilib!
2023-02-18 08:59:00
Pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Xəstəlik residivləşərək xroniki hala keçə bilir. Pankreatitin əmələ gəlməsində aşağıdakı faktorların rolunun olduğu öz təsdiqini tapmışdır: * Alkohol pankreatitin əmələ gəlməsində əsas etioloji faktor sayılır. Kişilərdə pankreatitin əmələ gəlməsinin əsas səbəbi həddindən artıq spirtli içki qəbulu səbəb olur. * Xəstələrin 30-40%-ində (əsasən qadınlarda) pankreatitin əmələ gəlməsinə ödçıxarıcı sistemin xəstəlikləri səbəb olur. Diskineziyalar, xolisititlər bu xəstəliklərə aiddir. * Böyük duodenal məməcik zonasının xəstəlikləri (papillitlər, odditlər, şişlər) * Zülal və yağların kəskin məhdudlaşdırılmış qida rasionu (tam qidalanmama). Sutkada 30 qr-dan az yağ və 50 qr-dan az zülal istifadə etdikdə xroniki pankreatit əmələ gəlir. * Bəzi aminturşuların (lizin, sistein, arginin, ornitin) mübadiləsinin anadangəlmə pozğunluqları xəstəliyin xüsusi formasının - ailəvi pankreatitin inkişafına gətirib çıxarır. * Mədəaltı vəzə toksiki maddələrin təsirindən pankreatit əmələ gələ bilir. * Hiperlipidemiya. * İnfeksion xəstəliklər. * Mədəaltı vəzin travması. * İrsi meyillilik. Xroniki pankreatitli xəstələr olan ailələrdə onun inkişaf tezliyi yüksəkdir. Xəstəliyin çox vaxt 0(1) qan qrupu ilə müştərək olması qeyd edilir. Pankreatitin baş verməsinin əsas mexanizmi öz fermentlərinin aktivləşməsi nəticəsində vəzin toxumasının zədələnməsi hesab olunur.
2023-02-18 08:58:00
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu zəlzələdən zərər çəkənlərə yardımlarla bağlı Azərbaycana və digər ölkələrə təşəkkürünü bildirib.
2023-02-18 08:55:00
Dodağınıza çıxan uçuqlar fikirləşdiyiniz qədər yüngül bir şey deyil. O gələcəkdə sizin kar olmanıza səbəb ola bilər. Eşitmənin zəifləməsinə və karlığa səbəb ola biləcək bir çox amillər var: - təkrarlanan orta qulaq infeksiyaları - genetik səbəblər - qəfil yüksələn təzyiq - qanda şəkərin uzun müddət yüksək olması - fasiləsiz qulaqcıqlarla yüksək səsli musiqiyə qulaq asmaq. Qulaq uzmanı Doktor Özləm Atmış herpes virusunun da qulaqda eşitmə hüceyrələrinə təsir etdiyini və eşitməni zəiflətdiyini söyləyir. Biz herpes virusunun dodaqlarımızda ara-sıra baş verən uçuqlamalara səbəb olduğunu bilirik. Amma onun orta qulağın eşitmə sinirlərinə mənfi təsir etdiyi barədə heç bir məlumatımız yoxdur. Doktor Özləm Atmış karlığın diqanozunu dodaqlarda axtarmaq lazım olduğunu söyləyir. Onun sözlərinə görə dodaqlarda uçuqlama olduğu zaman herpes virusu orta qulaq toxumasına da yerləşir və orada aylarla və hətta illərlə aktivləşərək eşitmənin itirilməsinə səbəb ola bilir. Uzman həkim qrip virusları, qızılca, rubella və ya sifilis kimi mikrobların da karlığa səbəb ola biləcəyini qeyd edir. Həkim karlığın yavaş-yavaş əmələ gəlməsinin əlamətlərini belə sıralayır: 1. Yüksək səslə musiqiyə qulaq asmaq və ya televizora baxmaq. Həkim gün ərzində bir-neçə saat qulaqcıqla musiqi dinləməyin tədricən karlığa səbəb olacağını deyir. 2. Uşaq yaşlarından başlayan və vaxtaşırı kəskinləşən orta qulaq infeksiyaları. 3. Xroniki qulaq infeksiyaları. 4. Yaşlandıqca daxili qulaq və eşitmə sinirlərində baş verən dəyişikliklər. 5. Herpes virusu. 6. Müxtəlif travmalar.
2023-02-18 08:54:00
Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.
2023-02-18 08:53:00
Suriyanın Homs əyalətində İŞİD terror qruplaşmasının silahlılarının hücumu zamanı xeyli sayda insan həlak olub.
2023-02-18 08:52:00
Almaniyanın "Rheinmetall" müdafiə konserni F-35 döyüş təyyarələri üçün hissələrin istehsalında "Lockheed Martin" və "Northrop Grumman" şirkətləri ilə əməkdaşlıq etməyi planlaşdırır.
2023-02-18 08:51:00
Bəzi qurd növləri vardır ki, onlar insan orqanizmində bağırsaqdan kənarda yaşayırlar - öd kisəsində, qara ciyərdə, mədəaltı vəzdə və s. Bunların bir neçəsi barədə sizi məlumatlandırmaq istəyirəm. Fassiolez İnsan və heyvanların qurd xəstəliyi olub , ən çox öd yollarının zədələnməsi ilə meydana çıxan xəstəlikdir .Xəstəlik xroniki gedişə malik olur və öd yollarının zədələnməsi ilə təzahür edir. ETİOLOGİYASI: Xəstəliyi qaraciyər sorucusu Fasciola törədir. Sorucunun uzunluğu 20-16 x 5-12 mm, iri ölçülü yastı qurdlardır. Baş tərəfindəki tüklü xortumda ağız və qarın sorucuları yerləşir. Zoonoz xəstəlikdir. Nəcislə birlikdə qurdun yumurtası suya və nəm torpağa düşür və orada yaşayırlar . Quruya davamsızdırlar, gölməçə suyu və yeməli otlar, göyərtilər vasitəsilə insana yoluxurlar. Öd yollarının iltihabi xəstəliklərini törədirlər. Klonorxoz Klonorxoz mədəaltı vəzdə və qara ciyərdə parazitlik edən qurdların törətdiyi xəstəlikdir. Xəstəlik ən çox Çində, Koreyada, Yaponiyada yayilmışdır. ETİOLOGİYASI: Törədicilər iri ağızlı yastı qurdlardan olub, uzunluğu 10-20, eni isə 2-4 sm-ə bərəbərdir. Xəstəliyə insanlar çiy balıqdan yoluxurlar. Qurd orqanizmə toksiki təsir göstərir, öd yolları və pankreas axacaqlarının polipozu və adenomatozunun əmələ gəlməsinə səbəb olur. Allergiya törədir. PARAQONİMOZ - ağ ciyərləri, bəzən beyini və daxili orqanları zədələyən helmintozdur. Törədicisi Paraqonimosis vestermani (ağ ciyər sorucusu) yastı qurddur, uzunluğu 8-16 eni 4-8 mm-dir. Parazitin əsas sahibi insan, it, pişikdir. Qurd bronxlarda da yerləşir. Bu qurd insan bədəninə çiy və ya yaxşı duzlanmamış dəniz məsullarından keçir. Parazit insanın ağ ciyərlərini zədələyir və ağ ciyər xəstəliklərinin əlamətləri ilə özünü göstərir. Xəstələrdə qızdırma, döşdə ağrı, öskürək, bəlğəm olur. Diaqnozu bəlğəmdə, nəcisdə qurd yumurtalarının tapılması sayəsində təsdiq olunur. MÜALİCƏSİ: siptomatik, antribakterial, beyin zədələnmələri varsa cərrahi üsulla aparılır.
2023-02-18 08:48:00
Pakistanın Kəraçi şəhərində polis bölməsinə hücum nəticəsində 2 polis həlak olub, 11 nəfər yaralanıb.
2023-02-18 08:46:00
Qızılca infeksion xəstəlik olub yüksək yoluxuculuq qabiliyyətinə malikdir.İnsanların qızılca virusuna qarşı həssaslığı kifayət qədər yüksəkdir.Xəstəliyə müxtəlif yaşlı insanlar , ən çox da uşaqlar yoluxurlar.Qızılca xəstəliyinin ən çox uşaqlarda baş verməsi bu xəstəlilyn uşaq xəstəliyi olması anlamına gələ bilər. Xəstəliyin yoluxma mənbəyi insanlardır.Yoluxma adətən hava-damcı, bəzən isə təmas vasitisilə olur.Yoluxma dövrü adətən səpgilərin əmələ gəlməsinin 2-5 -ci günündə baş verir. PATOGENEZİ VƏ KLİNİKASI: Qızılca kəskin infeksion xəstəlik olub ,qızdırma,yuxarı tənəffüs orqanlarının və gözün selikli qişasının kataral iltihabı,həmçinin dəridə ləkəli səpgilərlə xarakterizə olunur.Gizli dövr uşaqlarda 8-12 gün, böyüklərdəisə 3 həftəyə qədər ola bilir.Xəstədə yüksək qızdırma, üşütmə olur.Qızdırma 39-40 * yə qədər yüksələ bilir. Qızılca xəstəliyi üçün mərhələli səpgi sindpomu xarakterikdir. Səpgilər əvvəlcə üzdə( qulaq seyvanının arxasında və alın nahıyədə) olur, sonra isə yuxarıdan aşağıya doğru ətraflara yayılır. Qızılcanın fəsadları aşağıdakılardır. 1.Orta qulağın iltihabı 2.Pnevmoniya 3.Postinfeksion ensefalomielit 4.Panensefalit DİAQNOSTOKASI: Qızılca xəstəliyinin tipik kliniki simptomları olduğu üçün laborator diaqnoza ehtiyac qalmır.Lakin atipik qızılcada mikrobioloji analizlər yoxlanıla bilər. MÜALİCƏSİ: Müalicəsi simptomatikdir.A və C vitaminləri xəstəliyin gedişini yüngülləşdirə bilər. Qızılca xəstəliyinə yoluxan bəzi ehtiyat tədbirlərini görməlidir. -geniş, havası tez- tez dəyişilən otaqda yatmalı ; -otağın tempraturunu 18-22* arasında saxlamalı; - südlü yeməklər,meyvə şirələri,mal ətinin suyu ilə qidalanmalı; -çoxlu meyvə və tərəvəz qəbul etməli; -istirahətinə diqqət yetirməlidir. Xəstə uşaqları uşaq bağçasına və yaxud məktəbə göndərmək olmaz.Qızılcanın müalicəsi üçün dərman yoxdur, amma qızılca peyvəndi vardır.Bu peyvənd qızılcadan qorunmaqda çox faydalıdır və uşaq poliklinikalarında dövlət tərəfindən pulsuz həyata keçirilir.
2023-02-18 08:44:00
Bakının Xəzər rayonunun Zirə qəsəbəsində 13 yaşlı yeniyetmə döyülərək xəsarət alıb.
2023-02-18 08:43:00
"Yalnız axtarış-xilasetmə işlərinin aparıldığı binaların sayı 20 mindən çoxdur".
2023-02-18 08:42:00
ABŞ-ın Missisipi ştatında baş verən atışma nəticəsində azı altı nəfər ölüb.
2023-02-18 08:41:00
* Kimyəvi qastrit ən çox rezeksiya olunmuş mədə güdülündə, vaqotomiyadan sonra mədə çıxacağının anadangəlmə və ya qazanılma çatışmazlığında, onikbarmaq bağırsaq keçiriciliyinin xroniki pozğunluğunda müşahidə edilir. Xroniki qastritin bu forması pankreatik fermentlərin, öd turşularının və onun duzlarının mədəyə davamlı olaraq tökülməsi sayəsində əmələ gəlir. * Limfositar qastrit aşkar olumayan antigenin yerli təsirə immun cavab kimi ortaya çıxır. Xəstəliyin əsas əlaməti epitelin kəskin ifadə olunan limfositar infiltirasiyası ilə xarakterizə olunmasıdır. Xroniki qastritin bu növündə mədənin divarında qalınlaşmış büküşlər, düyünlər, eroziyalar aşkar edilir. Xroniki qastritin bu növü selikli qişa və mədə divarının digər qatlarının eozinofillərlə kəskin ifadə olunmuş infiltirasiyası, onun ödemi və qanla dolğunluğu ilə xarakterizə olunur. * Eozinofilli qastrit naməlum etiologiyalı xroniki residivləşən xəstəlikdir. Xəstələrin bu qismində anamnezdə bronxial astma, ekzema və atopik fenomenlə bağlı digər xəstəliklər qeyd edilir. Qastritin bu növündə mədə divarının ödemi, infiltirasiyası və qanla dolğunluğu müşahidə edilir. * Qranulomatoz qastrit sarkidozlu xəstələrin 10%-ində Kronn xəstəliyi olan xəstələrin 7%-ində, həmçinin vərəmdə, mikozlarda rast gəlinir. Qastritin bu forması epiteloid hüceyrələrdə qranulomaların olması ilə xarakterizə edilir. *Qiqant hipertrofik qastrit mədənin selikli qişasının beyin qırışlarının qiqant büzüşməsi ilə xarakterizə edilir. Bu zaman mədənin çuxurları qıvrılmış və genişlənmiş görünür. Xroniki qastritin bu növündə mədənin çuxurları genişlənmiş, qıvrılmış görünür, onların mənfəzində çox vaxt selik tapılır. * Xroniki qeyri atrofik qastrit iltihabi dəyişikliklər subepitelial ödem və leykositar infiltirasiya ilə təzahür edir. Xroniki atrofik qastrit mədənin fundal şöbəsi və cisminin selikli qişasının erkən atrofiya əmələ gəlməklə zədələnməsi ilə xarakterizə edilir. * Atrofik qastrit adənən B 12 defisitli anemiya, trioidit, treiotoksikoz xəstəlikləri ilə birgə olur. Xroniki qastritin bu növünə ahıl yaşda olan adamlarda rast gəlinir. Bu zaman mədədə dolma və artıq yemə hissi olur. Qastritin bu növündə xəstələrdə qida və hava ilə gəyirmə, meteorizm olur.