Xəbərlərin siyahısı
2023-02-18 23:36:00
"Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun".
2023-02-18 23:36:00
Biz Qarabağda bugünkü vəziyyəti və ya orada yaşayan erməni icması ilə ünsiyyətimizi kontekstdən çıxara, 30 illik işğalı, Livanın ərazisinə bərabər ərazimizin tamamilə xarabalığa çevrilməsini, sadəcə, unuda bilmərik.
2023-02-18 23:35:00
Çay və kapsul şəklində olan bitki mənşəli preparatların qəbulu qaraciyərdə zəhərlənmələrə gətirib çıxardır.
2023-02-18 23:32:00
Paytaxt Bakıda 4-5 nəfərdən ibarət qadının etdiyi oğurluq mağazanın təhlükəsizlik kamerasına tuş gəlib.
2023-02-18 23:30:00
Dünyada ən populyar ədviyyatlardan biri olan qara istiotun vətəni Hindistan və Misirdir.
2023-02-18 23:25:00
Belə bir populyar fikir var ki, insan həqiqi mənada ürəkdən həyatı boyu cəmi 3 dəfə sevə bilər.
2023-02-18 23:20:00
Sual: Siz keçən dəfə bir televiziya verilişində dediniz ki, həzrəti İsa həzrəti İbrahimin İshaq soyundandır. Burada belə bir sual yaranır: Həzrəti İsa məgər atasız olaraq dünyaya gəlməmişdi? Yoxsa, həzrəti Məryəm həzrəti İshaqın nəslindəndir?
2023-02-18 23:11:00
Politoloq Şahin Cəfərli Rusiya-Ukrayna müharibəsi ilə bağlı Musavat.com-un bir neçə sualını cavablandırıb.
2023-02-18 23:10:00
Sual: Sizin də bildiyiniz kimi bioenerji indiki dövrdə bəzi insanların özlərinə bio enerji yüklətməsi və bundan istifadə etməyə başladığı bir müalicə üsuludur. Deyilənə görə bu, insanlarda rast gəlinən bir sıra xəstəlikləri sağaldır. Bioenerjidən istifadə etmək dinimizə uyğundur? Bunun sehr olmaq ehtimalı var?
2023-02-18 23:06:00
"Biz Ukraynaya dəstəyimizi davam etdirməli və gücləndirməliyik". Son.az APA-ya istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib. "Putin sülh planlaşdırmır. O, daha çox müharibələr, yeni hücumlar planlaşdırır. Onun ambisiyalarını dəyişməsinə dair heç bir əlamət yoxdur", - deyə Baş katib vurğulayıb. Stoltenberq deyib ki, Rusiya yüz minlərlə əsgəri səfərbər edir: "Rusiya daha çox silah əldə etmək üçün İran və Şimali Koreya kimi digər avtoritar rejimlərə müraciət edir. Biz Ukraynanın Avropada suveren, müstəqil dövlət kimi qalib gəlməsi üçün ona lazım olanı verməliyik. Bəzən bizim Ukraynaya dəstəyimizin eskalasiyaya səbəb ola biləcəyindən narahat olurlar. Bir məsələ aydındır ki, risksiz seçim yoxdur. Ancaq ən böyük risk Putinin qalib gəlməsidir. Əgər Putin Ukraynada qalib gəlsə, ona və digər avtoritar liderlərə mesaj ondan ibarət olacaq ki, onlar istədiklərini əldə etmək üçün güc tətbiq edə bilərlər. Bu isə dünya üçün təhlükəlidir. Ukraynanı dəstəkləmək təkcə mənəvi deyil, həm də bizim təhlükəsizlik maraqlarımıza uyğundur", - deyə Stoltenberq vurğulayıb.
2023-02-18 23:05:00
Amerika şirkəti Viatris Rusiyaya ereksiya gücləndirici dərman "Viaqra"nın gətirilməsini dayandırıb.
2023-02-18 23:01:00
Kaliforniya Universiteti (ABŞ) alimləri sübut edir ki, 3D-videooyunlar yaddaşı xeyli yaxşılaşdırır.
2023-02-18 22:56:00
Ötən il dekabrın 12-dən bu günədək aksiyanın keçirildiyi ərazidən 2500 nəqliyyat vasitəsi keçib. Bu, blokadanın olmadığını sübut edir.
2023-02-18 22:55:00
Sual: Mən bəndə haqqı barədə məlumat almaq istəyirəm. El arasında deyilir ki, bəndənin haqqı bağışlanmır, Allah bunu bağışlamaz. Bir gün dostlarımla danışırdıq. Söhbət yenə bu mövzudan düşdü. Mən etiraz etdim. Onlara Qurandan bir ayə dedim. Ayədə deyilir ki, Allah şirkdən başqa günahları istədiyi kimsə üçün bağışlayar. Bağışlanmayan yeganə günah şirkdir. Mənim məqsədim bəndə haqqının əhəmiyyətini azaltmaq, yaxud onu əhəmiyyətsiz bir şey kimi göstərmək deyil. Sözün düzü, mən Qurani-Kərimdə bu barədə açıq-aydın bir şey tapa bilmədim. Hədislərdə də bəndə haqqının bağışlanmayacağına dair heç nə tapmadım. Bəzi kitablarda da yazılıb ki, bəndənin haqqı Allahın haqqından əvvəl ödənməlidir. Lakin həmin kitablarda bu sözlərin əsaslandığı dəlillər göstərilməyib. Siz mənə bu barədə Quran və hədislərə əsasən məlumat versəniz, çox şad olaram. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
2023-02-18 22:53:00
"Azərbaycanın mövqeyinə gəldikdə, bizim mövqeyimiz birmənalı və açıqdır. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik".
2023-02-18 22:50:00
Quran oxuyan hər kəs onu başa düşər. Lakin bu məsələ hər bir insanın bilik səviyyəsi, mədəni qabiliyyəti və tutumu ilə məhduddur. Belə ki, bir əkinçi və ya çoban da Quranı anlaya bilər, bir həkim, fizik və ya mühəndis də. Ancaq bunlar arasında hansının idrak qabiliyyəti və təcrübəsi daha çox isə o, daha çox şey əldə edəcək və daha yaxşı başa düşəcəkdir.
2023-02-18 22:47:00
"İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə də vəziyyət tamamilə dəyişdi. Yeni reallıqlar ortaya çıxdı və əlbəttə, biz hazır olmalıyıq ki, bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirək".
2023-02-18 22:45:00
Müxtəlif qədim Şərq mənbələrində bu qarışıq cavanlığı və sağlamlığı qoruyan, insana güc bəxş edən, insanı daha gümrah edən vasitə kimi qeyd olunur.
2023-02-18 22:45:00
Exinaseya bitkisi çox tanınmış təbii immuniteti stimullaşdıran bitkidir.
2023-02-18 22:43:00
İlham Əliyev: Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlayan Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməyib "Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayıb, lakin ona qarşı heç bir sanksiyalar tətbiq edilmirdi".
2023-02-18 22:41:00
"Bizim səfirliyimizə qarşı terror aktından xəbəriniz var. Bu, Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktı idi".
2023-02-18 22:40:00
Sual: Mən Zariyat surəsindəki: "Mən insanları və cinləri ancaq Mənə ibadət etsinlər deyə yaratdım" cümləsi ilə əlaqədar sual soruşmaq istəyirəm. Biz hər şeydən böyük olan yaradıcının öz böyüklüyünü təqdis və təsbih etməsi üçün bir şey yaratmaq və onlardan ibadət istəməyini necə başa düşməliyik? Başqa bir sözlə soruşum: Əgər yaratdığının yaradana ibadət etməsi irəli sürdüyümüz və inandığımız kimi yaradana bir şey qazandırmırsa, niyə öz yaratdığından ibadət gözləyir? İnsanlar yaradıldıqda iradələri xaricində bir imtahana çəkilirlər. Bu imtahan yaradılanı ya qələbəyə, ya da əbədi bir zillətə salacaq. Bəs bu imtahana girmək niyə insanın iradəsinin xaricindədir?Bu haqsızlıq deyil? Niyə imtahanda seçmək hüququ yoxdur? Əsas da imtahana girib girməmək məsələsində. Ya da bəlkə, biz belə şeyləri soruşmamalıyıq? Din bir qəlb-könül işidir? Allahın əmrləri barədə müzakirə və mübahisə etmək olmazmı? Yoxsa bunları birbaşa qəbul edib həyata keçirmək lazımdır?
2023-02-18 22:35:00
Həddən artıq isti, yağıntı, soyuq rütubət və digər i hadisələr insanlarda depressiya və narahatlıq kimi psixi sağlamlıq pozğunluqlarını artırır.
2023-02-18 22:34:00
"Ən vacibi odur ki, terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran istablişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır"
2023-02-18 22:30:00
Normada insan sakit vəziyyətdə ürək döyünməsini hiss etməməlidir.
2023-02-18 22:25:00
Həkimlər yuxu gətirən preparatlarla ehtiyatlı olmağa çağırıb.
2023-02-18 22:23:00
"Azərbaycan və Ermənistanın davamlı sülhə nail olmaq üçün tarixi imkanları var".
2023-02-18 22:20:00
Sual: Nuh peyğəmbər əslində nə qədər yaşayıb? Bildiyiniz kimi bu məsələ mübahisəlidir. Ayədə belə deyilir: "50 ili çıxılmaqla aralarında 1000 il qaldı". Buradan belə çıxır ki, Nuh peyğəmbər 950 il yaşayıb. Amma bir tədqiqatçıdan eşitmişəm ki, Şumerlərin dövründə il məfhumu 1 aylıq vaxtı bildirmək üçün işlədilirmiş. Əgər belədirsə, 1000 ili mübaliğəli yox, normal bir ömür müddəti kimi qəbul etmək olar. Yəni, təxminən 83 və ya 84 il. Bir tərəfdən də bunu: "Allahın qanununda dəyişiklik tapa bilməzsən" ayəsi ilə birlikdə düşünəndə 950 illik bir ömür həqiqətən də, çox mübaliğəli görünür. Mən səhv fikirləşməkdən Allaha sığınıram. Görəsən, bu məsələdə düzgün variant nədir?
2023-02-18 22:17:00
"Dağlıq Qarabağ" ifadəsi daha etibarlı deyil.
2023-02-18 22:16:00
Türkiyədə baş verən zəlzələdən əziyyət çəkən insanlara Azərbaycandan 120-dən çox yük maşını ilə yardım daşınıb. Hazırda da müxtəlif regionlardan, eləcə də Naxçıvandan bu daşımalar davam edir.
2023-02-18 22:15:00
Kaliforniya və Ayova Universitetlərində (ABŞ) çalışan alimlər yaxınlarda göyərçinlərin iştirakı ilə maraqlı eksperiment aparırdılar.
2023-02-18 22:10:00
Cahiliyyə dövründə Ərəblərin arasında uşaq götürmək geniş yayılmışdı. Övladlığa götürülən uşaq doğma uşaq kimi qəbul edilir və ata öldüyü vaxt həmin uşaq onun varisi olurdu. İslam dini isə bu məsələni aradan qaldırmışdır. Bu barədə Allah Təala belə buyurur:
2023-02-18 22:06:00
Türkiyənin Kahramanmaraş və Adıyamanın vilayətlərində yenidən zəlzələ baş verib.
2023-02-18 22:05:00
Son zamanlar deşici, yandırıcı, gözlərə belə təsir edən miqren ağrıları artıb. Miqren insanı gündəlik həyat və iş prosesindən ayırır.
2023-02-18 22:01:00
Amerikalı qız Odri Kopp ciddi infeksiyanın qurbanı olub.
2023-02-18 21:55:00
Sual: Mən qohum evliliyi nəticəsində yaranan genetik bir xəstəlik ucbatından 14 yaşımdan etibarən yeriyə bilmirəm. Bədənimin boynumdan aşağı hissəsini hərəkət etdirə bilmirəm. Mənim üçün bir şey yemək, su içmək, ümumiyyətlə hər şey başqaları tərəfindən və texniki avadanlıqlar vasitəsilə yerinə yetirilir. Bədənim və paltarlarım təmizdir. Lakin mənim dəstəmaz almağa imkanım yoxdur. Təyəmmüm də edə bilmirəm. Bəs mən nə etməliyəm?
2023-02-18 21:50:00
Tarixilik məsələsi indi geniş yayılmış mənası ilə peyğəmbərimizi (s. a. v.) tarixin hər hansı bir dövründə bir ərazidə hökm sürmüş bir hökmdar və ya belə bir yerdə hakim olmuş bir mütəfəkkir kimi qəbul edən, Qurani-Kərimi də həmin ərazidə və o tarixlə əlaqədar islahatlar tətbiq edən bir kitab hesab etmək kimi qəbul olunur. Bu iddianın qəbul edilməsi qeyri-mümkündür.
2023-02-18 21:46:00
Çoxunuz "Kokeyşn Büro" haqqında fikir gözləyirdiniz, yaxşı ki bu olmadı.
2023-02-18 21:45:00
Orqanizmin ümumi sağlamlığı, o cümlədən, düzgün və tamdəyərli qidalanmadan asılıdır.
2023-02-18 21:40:00
Sual: Müəllim (İstanbul Universiteti İlahiyyat fakültəsinin professoru Abdulaziz Bayındır nəzərdə tutulur) Quran dərslərində iki məsələni xüsusi olaraq vurğulayır: Birincisi Quranın hamı tərəfindən başa düşülən bir kitab olması, hamı üçün qaynaq kimi kifayət etməsi, bəyan edici və izah edən olması məsələsi, ikincisi isə Qurandan hər kəsin hökm çıxara bilməməsi məsələsi. Bəs bu iki məsələ arasında tarazlıq necə qurulmalıdır? Əgər Quranı yaşayıb həyata keçirmək üçün oxuyan bir insana elə Quran özü kifayət edirsə (mən burada peyğəmbərin (s. a. v.) gözəl nümunə olmasını məsələnin xaricində saxlayıram), həmin insan nəyə görə Qurandan hökm çıxarmayacaq? Məgər hökm çıxarıla bilməyən bir Quran onun üçün həyat kitabı ola bilərmi?
2023-02-18 21:35:00
Sarımsaq damarları xolesterindən qoruduğu üçün beyinə də faydalıdır.
2023-02-18 21:33:00
Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan etiraz aksiyası 69-cu gün gecə saatlarında da vətənpərvərlik ruhunda davam edir.
2023-02-18 21:31:00
Hamımız başa düşürük ki, regionda vəziyyətə ikivektorlu yanaşma zəruridir.
2023-02-18 21:30:00
Sizə ürəyin sağlamlığını qoruyan çox faydalı dəmləmələri təqdim edirik.
2023-02-18 21:27:00
Aviasiya tarixi maraqlı və qanlı hadisələrlə dolu olsa da, bəzi möcüzələr eşidənləri heyrətə gətirir. Stüardessa Vesna Vuloviçin hekayəsi də onlardan biridir. Stüardessa olmasına mane ola biləcək sağlamlıq problemi sayəsində dəhşətli qəzadan xilas olan gənc qadın, yaşamaq hekayəsi ilə də rekord sahibi olub.
2023-02-18 21:25:00
Belçika və Almaniya alimləri orqanizmdə aşırı duzun immun sistemə təsirini araşdırıb.
2023-02-18 21:23:00
Yuxusuzluq bütün yaşlarda görülən bir problemdir.
2023-02-18 21:22:00
Rusiyanın Omsk vilayətinin şimalındakı Ust-İşimski rayonunda sürücü avtomobilində baş verən yanğın nəticəsində ölüb.
2023-02-18 21:20:00
İnanmayanlar Allahın öz dinini təbliğ etmək üçün göndərdiyi peyğəmbərlərin bir bəşər, başqa sözlə, insan olduğunu heç cür qəbul etmək istəməyiblər. Bu, Nuh peyğəmbərin (ə. s.) vaxtında başlayıb axırıncı peyğəmbər olan Mühəmmədə (ə. s.) qədər belə davam edib. Nuh peyğəmbər (ə. s.) öz qövmünə elçi olaraq göndərildiyi vaxt ona qövmü tərəfindən belə etiraz edilmişdi: (Nuhun) qövmündən tanınmış kafirlər dedilər: "Biz səni ancaq bizim kimi bir bəşər (insan) olaraq görürük (Hud, 11/27)". Bu cür etirazlar təkcə Nuh peyğəmbərin (ə. s.) qövmü ilə məhdud deyildi; Hud peyğəmbərin (ə. s.) qövmü olan Ad, eləcə də Saleh peyğəmbərin (ə. s.) qövmü Səmud və onlardan sonra gələn peyğəmbərlərə də öz qövmləri həmişə etiraz edir və belə deyirdilər: "Sizin bizdən fərqiniz nədir? Siz də bizim kimi bir insansınız".