Xəbərlərin siyahısı
2023-02-25 09:28:00
Amerika Birləşmiş Ştatları ukraynalıların təcili ehtiyaclarını ödəmək üçün Ukraynaya 10 milyard dollardan çox yardım ayırır.
2023-02-25 09:17:00
Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində zərər çəkərək ölkəmizə təxliyə edilən Azərbaycan vətəndaşları və onların digər ölkə vətəndaşı olan ailə üzvləri müvafiq səhiyyə müəssisələrində tibbi müayinə və müalicə olunduqdan sonra Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsində reabilitasiyaya cəlb edilirlər.
2023-02-25 09:03:00
Ukrayna Prezidenti Vladimir Zelenskinin bu ay Avropaya səfəri zamanı Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts Parisdə üçtərəfli görüşdə onu Rusiya ilə sülh danışıqlarına başlamağa inandırmağa çalışıblar.
2023-02-25 08:59:00
Kiçik sıyrıntılar təhlükə törətmir. Böyük yaralarda əgər arteriyalar zədənibsə güclü qanaxma yarana bilər. Ümumi məlumat: Yaranın növündən və yerləşməsindən asılı olaraq vətərlər və sinirlər də zədələnə bilər. Dərin yaralarda olan qanaxmalar tibbi müdaxilə tələb edir. Xarici qanaxamalardan başqa daxili orqanların qanaxmalarına rast gəlinir. Daxili qanaxmalara istənilən şübhə olduqda belə, mütləq tibbi yardıma müraciət etmək olar. Səbəbləri: Qanaxmalar yaralar, daxili orqanların zədələnməsi, özbaşına ola bilər. Özbaşına qanaxmalar müəyyən xəstəliklər, mədə-bağırsaq, sidik-cinsiyyət sisteminin xəstəlikləri zamanı ola bilər. Simptomları: Açıq qanaxmalarda açıq yaralarda qanaxma olur. Xəstədə travmatik şok ola bilər. Xəstədə soyuq tər, başgicəllənmə, nəbzin tezləşməsi, təngnəfəslik, huşun pozulması, zəiflik, diqqətin azalması qeyd olunur. Daxili qanaxmada qarında ağrı, qarnın köpməsi, nəcisdə qan və ya tünd nəcis, sidikdə qan, vaginal qanaxma, qanlı qusma aşkar olunur. Ağırlaşmaları: Ağırlaşmaları arterial təzyiqin aşağı düşməsi və şok ola bilər. Uzunmüddətli qanaxmalar zamanı dəmir defisitli anemiya inkişaf edır. Siz nə edə bilərsiniz: Şoka şübhə olduqda tibbi yardıma müraciət etmək lazımdır. Daxili qanaxmaya şübhə olduqda xəstə mütləq hospitalizasiya olunmalıdır.
2023-02-25 08:57:00
Kuba prezidenti Migel Disaz-Kanel ABŞ-nin 120 il öncə kubalıların iradəsini nəzərə almadan Quantanamoda hərbi baza inşa etməsini respublikanın "suverenliyinin oğurlanması" kimi dəyərləndirib və buna son qoyulmasını tələb edib.
2023-02-25 08:55:00
Kəskin intersistal nefrit bütün yaş qrupu olan adamlarda rast gəlinir. Xəstəlik müxtəlif səbəblərdən əmələ gələ bilir. Ən çox dərman qəbulu zamanı baş verir. Kəskin intersistal nefritin əmələ gəlməsinə səbəb olan dərman maddələri: - pensillin və onun yarımsintetik analoqları - aminqlükozitlər - sefalosporinlər - rifampisin - sulfanilamidlər - analgetiklər - immunodepressantlar - barbituratlar - sidikqovucular və s. Kəskin intersistal nefrit bir çox kimyəvi maddələrə qarşı orqanizmin artıq həssaslığı nəticəsində baş verir. Xəstəlik kimyəvi və toksik maddələrin, həmçinin bədənə vurulan zərdab, vaksin, müxtəlif zülali maddənin yeridilməsi nəticəsində baş verir. Bədənə daxil olmuş kimyəvi və ya toksik maddə böyrəyin kanalcıq membranının və intersistal toxumanın zülal strukturuna zədələyici təsiri nəticəsində xəstəlik əmələ gəlir. Sonra immun proses və humoral mexanizmlər də qoşulur. Kəskin intersistal nefritin etioloji faktoru olan yad cisimlər (antibiotik, kimyəvi agent, bakterial toksin, qızdırmadan əmələ gələn potoloji zülal, bədənə yeridilən zərdab və ya vaksina zülalı) qan axını vasitəsilə böyrəyə çatır, yumaqcıq filtirindən keçir, kanalcıq mənfəzinə daxil olur. Yad cism kanalcıqda rebsorbsiya olunur, kanalcığın bazal membranını, onun zülal strukturunu zədələyir. Membranın zülal strukturunun pozulması nəticəsində antigen əmələ gəlir. Anoloji hadisə intersistal toxumada da baş verərək antigenlər meydana çıxır. Xəstəlik zamanı yumaqcıq filtirasiyası azalır, kanalcıqlarda təzyiq artır və böyrəyin qabıq maddəsinin işemiyası baş verir. Kəskin intersistal nefrit xəstələrdə aşağıdakı patologiyaların baş verməsinə səbəb olur: - ümumi zəiflik - tərləmə - baş ağrısı - iştahanın azalması - ümumi intoksikasiya - öyümə - leykosituriya - anuriya - hipostenuriya - proteinuriya. Sidikdə baş verən dəyişikliklər bütün xəstəlik dövründə (2-4-8) müşahidə olunur. Qanın biokimyəvi müayinəsində C reaktiv zülal fibrinogenin yüksəlməsi, disproteinemiyanın artması qeyd olunur. Xəstəliyə diaqnozun qoyulması çox çətin olur. Diaqnozun qoyulmasını asanlaşdıran böyrək əlamətlərindən əvvəl keçirilmiş müxtəlif xəstəliklər zamanı qəbul olunan dərmanların anamnezinin öyrənilməsi durur. Böyrəklərdən alınan bioptatın histoloji müayinəsi ən etibarlı müayinə metodu hesab edilir. Kəskin intersistal nefritin proqnozu əksər hallarda qənaətbəxş olur. Əksər hallarda müalicə olunduqda xəstəliyin kliniki əlamətləri 2-4 həftədən yox olmağa başlayır. Kəskin intersistal nefrit vaxtında və düzgün müalicə olunmadıqda xroniki formaya keçir.
2023-02-25 08:54:00
Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndələri Suriyadakı müharibə ilə əlaqədar Rusiyaya qarşı 10-cu sanksiyalar paketində razılığa gəliblər.
2023-02-25 08:53:00
"Ermənistan Qarabağ ermənilərinin Azərbaycanın suverenliyində yaşamaları ilə bağlı razılaşıb".
2023-02-25 08:52:00
Türkiyədə polis qrupları zəlzələ bölgəsində təhlükəsizliyi təmin etməklə yanaşı, zəlzələdən zərər çəkən uşaqlara da mənəvi ruh verir.
2023-02-25 08:51:00
Hemodializ ilk dəfə heyvanlar üzərində 1913-cü ildə həyata keçirilib və ekperimentin uğurlu nəticələri, prosedurun isanlar üzərində həyata keçirilməsinə bir stimul olub. Hemodializ süni böyrək aparatı vasitəsilə qanın tərkibində olan lazımsız molekulyar maddələrin təmizlənməsidir. Hemodializ zamanı qanda həyat üçün əhəmiyyətsiz, zərərli maddələr müxtəlif analizlər vasitəsilə təmizlənir. Bu prosedur zamanı qanda olan kalloidlər, həll olmayan bitki və heyvan mənşəli yağlar, zülallar süni böyrək aparatından keçərkən təmizlənir və ya həll olunur. Hemodializ bir sözlə qanın yuyulması deməkdir ki, bu da süni böyrək aparatı vasitəsilə həyata keçirilir. Bu zaman qanın tərkibində olan toksinlər xaric olur, plazmanın tərkibində olan lazımi zülallar isə qalır. Dializin müvəffəqiyyətlə həyata keçirilməsi xroniki və kəskin böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin həyatlarına davam etməsinə səbəb olur. Mütəxəssislərin hesablamalar ına görə 1 milyon əhalidən 150-nin hemodializə ehtiyacı böyrək xəstəliklərinin ağırlaşmalarına görə, 20-25-nin isə zəhərlənmə səbəbli ehtiyacı olur. 1 milyon əhalidən 50-si xroniki böyrək çatışmazlığı üzündən hemodializ olunur. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin 1 ildə 100 hemodializə ehtiyacı olur. Bu da hemodializ mərkəzlərinə ehtiyacın olduğunu göstərir. Hemodializə müxtəlif şoklar, allergik reaksiyalar, ağır infeksiyalar, ağır zəhərlənmələr zamanı da ehtiyac duyula bilər. Kəskin böyrək çatışmazlığı zamanı bir-neçə dəfə dializ proseduru həyata keçirilsə xəstəlik tamamilə sağala bilər. Zəhərlənmələr zamanı hemodializ həyata keçirilərsə bütün toksinlər orqanizmdən xaric olunur. Hemodializə ehtiyacın olub-olmamasına həkim qərar verir və bu prosedur xüsusi mərkəzlərdə nəzarət altında həyata keçirilir.
2023-02-25 08:48:00
"ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın yaxın günlərdə Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşkilatçılığı ilə keçiriləcək görüşdə ABŞ-nin Ermənistan-Azərbaycan nizamlanmasında irəliləyiş əldə edəcəyinə ümidini ifadə etməsi Rusiyanın Cənubi Qafqaz regionundan kifayət qədər güclü şəkildə sıxışdırıldığı anlamına gəlir".
2023-02-25 08:46:00
Xroniki böyrək çatışmazlığının müalicə üsullarından biri də diri donordan və ya meyitdən böyrəyin köçürülməsidir. Amma böyrəkköçürmədən sonra həyatın keyfiyyəti və reablitasiya dərəcəsi periton dializi və hemodializ alan xəstələrə nisbətən daha yüksəkdir. Böyrəkköçürmədən sonra 79% xəstələr praktiki normal həyat yaşayırlar, halbuki bu göstərici ambulator periton dializi alan xəstələr üçün 47%, proqram hemodializi alan adamlarda 59% təşkil edir. Böyrəkköçürmə əməliyyatı aşağıdakı xəstəliklər zamanı məsləhət görülür: - xroniki qlomerulpnefrit - hipertonik nefroangioskleroz - böyrək polikistozu - diabetik nefropatiya. Transplant böyrək 1/3 halda diri donordan, qalan hallarda meyitdən götürülür. Meyit böyrəyi donoru əvvəlki dövrdə sağlam olmuş şəxs olmalı, qəza nəticəsində baş beynin geriqayıtmaz zədələnməsini almış insanlar olur. Bütün onkoloji xəstələr, baş beynin ilkin şişlərindən başqa donor kimi işə yaramırlar. Müalicə olunmamış bakterial, göbələk, virus infeksiyaları da donorluğa əks göstərişdir. Uzun müddətli hipertoniya və ürəyin dayanması nəticəsində işemiya orqanı transplantasiya üçün yararsız edir. Anamnezində uzun müddətli şəkərli diabet, ürək-damar xəstəlikləri olan xəstələr donor olmaq istədikdə hərtərəfli yoxlanılmalıdırlar. Diri donordan böyrəkköçürmə daha üstünlüklərə malikdir. Transplantasiyadan 1 il sonra diri donordan götürülmüş transplantın yaşaması, meyit donora nisbətən 10-15% yaxşı nəticə verir. Donor adətən 16 - 65 yaşlarında, sağlam olmalıdır. Arterial təzyiq, şəkərli diabet, ürək-damar xəstəlikləri olan adamlar donorların siyahısına salınmırlar.
2023-02-25 08:45:00
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Oleksiy Danilov Rusiyanın ölkədəki agenturasını hələ 2020-ci ildə məhv etməyə başladıqlarını bildirib.
2023-02-25 08:43:00
İrəvanda "artsax respublikasının beynəlxalq səviyyədə tanınmasının imperativi" adlı separatçı tədbir keçirilir.
2023-02-25 08:42:00
Türkiyədə baş verən zəlzələdə yüksəkmərtəbəli binaların dağılması təhlükəsizlik kameralarına düşüb.
2023-02-25 08:41:00
Bədənin bir hissəsində olan səpgilər və qızartılar hansısa bir xəstəliyin səbəbi ola bilər. Bu səpgilər diqqət və qulluq görmədikdə infeksiyalaşıb sızanaqlara dönə bilirlər. Adətən sizanaqlı səpgilər həddindən artıq yağlı dərilərdə əmələ gəldiyi üçün müalicə barədə düşündükdə, ilk ağıla gələn şey dərinin yağlılığını azaltmaq olur ki, bunu da bəzi bitki dəmələmələrinin vasitəsilə aradan qaldırmaq olur. Dəridə sızanaqların əmələ gəlməsinə sabun və poroşoklar səbəb ola bilər. Sintetik paltarlar da dərilərdə səpgilərin əmələ gəlməsinə səbəb ola bilir. Bəzən elə həssas dərilər olur ki, metalla təmasa girdikdə, sıx meşədə gəzən zaman və ya sarımsaq yeyilən zaman səpgilər meydana çıxır. Allergik purpura deyilən bir dəri xəstəliyi vardır ki, bu dəridə səpgilər və qızartılarla müşayiət olunur. Bu səpgilər əsasən kürək nahiyyəsində əmələ gəlir. Xəstəliyin əmələ gəlməsinə mədə-bağırsaq sistemində, böyrək və qaraciyərdə olan xəstəliklər səbəb ola bilir. Səpgilərin müalicəsinə daxili orqanların müalicəsindən başlamaq lazımdır. Çünki müalicə düzgün istiqamətdə aparılmasa, səpgilərin ölçüsü arta bilər və adi görünən sızanaq ekzemaya, pssoriaza dönüşə bilər. Kürək nahiyəsində səpgilərin əmələ gəlməsinə fındıq, qoz, fısdıq, çiyələk, avokado və bu kimi allergiya verən qidaların qəbulu da səbəb ola bilir. Kürəkdə əmələ gələn səpgilər başqa faktorların da meydana gəlməsinə şərait yaradır. * səpgi yerlərində göy ləkələrin iz qoymasına * qaşıntıya * irin və iltihabın baş verməsinə * şişkinlik və istiliyə * qabıq və ya kəpək qoyma * kürək dərisində həssaslıq və irinli səpgilərdə ağrıya. Kürəkdə səpgiləri aradan qaldırmaq üçün dermatoloqla terapevtin birgə müalicəsi daha yaxşı təsir göstərir. Allerqoloqun məsləhəti də xəstəliyin əlamətlərinin aradan qalxmasında yardımçı olur.
2023-02-25 08:38:00
Bakıda restoranda kütləvi dava olub.
2023-02-25 08:35:00
Böyrək vərəmi. Məhdud detruktiv proseslər (papillit) zamanı ancaq kirəcləşmə olduqda müayinələr patoloji prosesləri aşkar edə bilir. Fibroz-kavernoz vərəmdə kaverna aşağıdakı formada olur: * aydın konturlu * dairəvi və ya oval. Böyrək vərəmi müayinə zamanı exoneqativ törəmə kimi aşkar edilir. Vərəm pionefrozu praktiki olaraq kalkulyoz pionefrozdan fərqlənmir, amma daxilində exopozitiv törəmələr daş yox, kirəcləşmiş destruksiya ocaqları kimi qəbul olunmalıdır. Nefrolitiaz. Diametri 0,5 sm-dən çox olan konkrementlər çətinlik yaratmadan müayinə zamanı asan aşkar edilir. Ayrılıqda daş dəqiq konturlu, exopozitiv törəmə kimi, kasacıq-ləyən sistemində aşkar edilir. Onun arxasında akustik kölgəliyin olması diaqnozun doğruluğunu təsdiqləyir. Daşın kimyəvi tərkibini isə USM təyin etmir, onu sidiyin analizləri təsdiqləyir. Bəzən yastı daşlar müayinə zamanı pis göründüyündən belə xəstələr polipozision vəziyyətlərində müayinə olunurlar. Bəzi hallarda böyrəkdaşının hiperdiaqnostikası da müşahidə olunur, böyrəklərdə olan kristallar, damar divarının bərkiməsi və s.daş kimi qəbul edilir. Sidik axarının daşları USM-in köməyi ilə aşkarlanır. Daşlar sidik axarının yuxarı hissəsində olduqda isə bağırsaq hilgəklərində olan hava boşluqları daşın aşkrlanmasına mane olduğuna görə əksər hallarda sidik kisəsi maye ilə dolu olduqda daha yaxşı görünür. Hidronefroz. USM zamanı alınan nəticələr prosesin ağırlıq dərəcəsindən və kasacıq-ləyən sistemində sidiyin axmasının pozulmasının davamiyyətindən, böyrək parenximasının atrofiya dərəcsindən asılı olur. İlk mərhələlərdə böyrək parenximasının qalınlığı azalır, kasacıq-ləyən sistemində dəyişikliklər meydana çıxır. Prosesin zəif getməsi "lal böyrək" sindromuna səbəb olur. Adətən diaqnozun dəqiqlənməsi təsadüfən USM-lə yoxlanma zamanı bəlli olur. Bəzi hallarda vena daxilinə 10 mq furosemid yeridib böyrəklərin funksional yüklənməsini təmin edib, böyrəklər USM vasitəsilə yoxlanılır. Bunun üçün əvvəlcə böyrəklər yoxlanılır, sonra dərman damara yeridilib yenidən xəstə müayinə olunur. Bu zaman müayinə 5 dəqiqədə bir dəfə təkrar olunur. Bu zaman poliuriyaya cavab olaraq kasacıq-ləyən sisteminin dilarasiya müşahidə oluna bilər və onun dərəcəsi təkrar ölçmələr qeyd edilir.
2023-02-25 08:34:00
"Əl-Nəsr" PSJ-nin müdafiəçisi Serxio Ramosu transfer etmək istəyir.
2023-02-25 08:33:00
"Ermənistan-Azərbaycan sülh danışıqları Qərb ssenarisi üzrə gedir".
2023-02-25 08:31:00
Daxili oqranların başqa xətəlikləri kimi böyrək xəstəlikləri zamanı da dərman bitkilərinin köməyi vasitəsilə bir-çox xəstəliklərin əlamətlərini aradan qaldırmaq mümkün olur. Tərkibində olan alkaloidlər, qlyukozidlər, kumarinlər, furokumarinlər, efir yağları, aşılayıcı maddələr, vitaminlər, üzvi birləşmələr, mineral duzlar, mikroelementlər vasitəsilə dərman bitkiləri insanların sağlamlığıına müsbət təsir göstərir. Böyrək xəstəlikləri zamanı da bir-çox bitkilərin müalicəvi təsiri vardır ki, onların vasitəsilə bu xəstəliklərin nəinki, əlamətlərini azaltmaq, hətta sağaltmaq da mümkündür. Amma gərək bitkilərlə müalicə zamanı həkim məsləhətinə də qulaq asmaq lazımdır. Böyrək xəstəlikləri zamanı ardıc meyvəsi, tozağacı yarpağı, mərsin yarpağı, mərsin meyvəsi, gəndəlaş çiçəyi, peyğəmbərgülü çiçəyi, xoşəmbul otu, qırxbuğun otu, at pitrağı kökü, boyaqotu kökü, ayıqulağı yarpağı, qatırquyruğu otu, pişikdili otu, baldırğan toxumu, bağayarpağı yarpağı, biyan kökü, boymədəran otu, qaragilə yarpağı, böyrütkən yarpağı, qarğıdalı saçağı, quşəppəyi otu, damotu otu, dişqurtlayan çiçəyi, kar gicirtkən otu, keşniş toxumu, kəkotu otu, lavanda otu, limonotu otu, cirə toxumu, zirə toxumu, zimbirtikan kökü, zəfəran çiçəyi, itburnu meyvəsi, yarpız otu, kalendula çiçəyi, mayaotu qozası, meşəçiçəyi otu, səhləb kökü, mərcangilə yarpağı, mərcan meyvəsi, söyüd qabığı, çobanyastığı çiçəyi və s. istifadə olunur. Bu bitkilər böyrək xəstəlikləri zamanı aşağıdakı təsirlərə malikdir: - infeksiya əleyhinə təsir - iltihabı azaltmaq - ağrını azaltmaq və kəsmək - bədəndən suyu çıxartmaqla ödemi azaltmaq - arterial təzyiqi normallaşdırmaq - maddələr mübadiləsini tənzim etmək - bədən müqavimətini artırmaq - immun dəyişikliklərə qarşı mübarizə.
2023-02-25 08:28:00
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ermənistana səfərinin detalları bəlli olub.
2023-02-25 08:27:00
MLS təmsilçisi "İnter Mayami"nin baş məşqçisi Fil Nevill klubun PSJ-nin hücumçusu Lionel Messi və "Barselona"nın yarımmüdafiəçisi Serxio Busketslə maraqlandığını təsdiqləyib.
2023-02-25 08:25:00
Bakteriyaların və onların həyat fəaliyyəti məhsullarının orqanizmə təkrarən daxil olması nəticəsində baş verən allergiya bakterial allergiya hesab edilir. Allergiyanın bu növünü ilk dəfə R. Kox dərisi altına tuberkulin yeridilmiş vərəmli xəstələrdə müşahidə etmişdir. Tuberkulin içərisində vərəm çöplərinin kulturası olan bulyonun filtiratıdır. Onu vərəmli xəstələrin dərisi altına yeritdikdən 6-12 saat sonra infeksiya nahiyyəsində hiperemiya və şişkinlik əmələ gəlir. Bu dəyişikliklər 24-48 saat sonra maksimal səviyyəyə çatır. Vərəmə yoluxmamış şəxslərdə bu reaksiya müşahidə edilmir. Tuberkulinə qarşı reaksiya bakterial allergik reaksiyaların tədqiq edilmiş ilk növüdür. Bu cür reaksiyaların bütün növlərinə tuberkulin tipli reaksiyalar deyilir. Bakterial allergik reaksiyalardan bir sıra yoluxucu xəstəliklərin diaqnostikasında geniş istifadə edilir. Bu diaqnopstik reaksiyaların spesifikliyi kifayət qədər yüksəkdir. Onların kliniki və laborator üsullarla aşkar edilməsi mümkün olmayan xəstəliklərin diaqnozunu qoymağa yardım edir.
2023-02-25 08:23:00
Bakıda qadın xəstəxananın qarşısında döyülüb.
2023-02-25 08:21:00
Revmatoid artrit oynaqların naməlum etiologiyalı iltihabı revmatik xəstəliyidir. Xəstəlik özünü periferik oynaqların simmetrik xroniki eroziv artriti və daxili orqanların zədələnməsi ilə göstərir. Xəstəliyin mahiyyətinin əsasında oynaq toxumasının (sinovial qişa, oynaq qığırdağı, oynaq kapsulu) immun əsasda inkişaf etmiş iltihabi proseslə zədələnməsi durur. Bu da sümüklərin oynaq səthinin eroziyasına, sonra da deformasiyasına və ankilozun formalaşmasına gətirib çıxarır. Revmatoid artritin əmələ gəlmsində bəzən virus infeksiyasının və infeksion amillərin rolu olduğu söylənilir. Xəstəlik zamanı oynağın sinovial qişası zədələnir və yerli immun cavab reaksiyası baş verir. Bu zaman limfa düyünləri və dalaq ona qarşı antitellər hasil etməyə başlayırlar. Xəstəlik bir müddət davam etdikdən sonra oynaq toxumalarının zədələnməsi daha da artır və immun iltihab əmələ gəlir. Artritin əsas əlaməti kövrək birləşdirici toxumanın əmələ gəlməsi və artmasıdır ki, bu da tədricən qığırdağı və sümük epifizini dağıdır. Proses dərinləşdikcə xəstənin oynaqları deformasiyaya uğrayır, orqan və toxumalarda dəyişikliklər baş verir. İlkin dövrlərdə xəstələrin diz və çiyin oynaqları, sonra isə diz, dirsək, əl və ayaq orqanları prosesə sürətlə cəlb olunur. Bu zaman xəstələr iri oynaqlarda şişkinlik və ağrlların olmasından şikayət edirlər. Xəstəliyin ikinci mərhələsində kiçik oynaqlar da prosesə cəlb olunur, tək-tük halda eroziya və osteopatiya müşahidə edilir. Xəstəliyin üçüncü mərhələsi 20-dən çox oynağın zədələnməsi ilə müşahidə edilir. Bu dövrdə xəstələrdə aşağıdakı patologiyalar özünü göstərir: - temperaturun yüksəlməsi - EÇS-nin yüksəlməsi - oynaqların funksiyalarının sürətlə pozulması - anemiya - oynaqdan kənar təzahürlər - zəiflik - səhərlər hərəkətin məhdudlaşması - artralgiya - arıqlama - limfodenopatiya. Xəstəlik irəlilədikcə (1-5 il sonra) əl barmaqlarının falanqalarında bükülmə, diz oynaqlarının deformasiyası və bükülməsi, ayaq-dayaq falanqa oynağında natamam çıxıq, onurğanın natamam çıxığı, səsin kobudlaşması, təngnəfəslik, residivləşən bronxit baş verir. Xəstəliyə diaqnozun qoyulmasında laborator analizlərin, anamnezin və rentgenoloji müayinələrin nəticələri əsas götürülür.
2023-02-25 08:18:00
Belarusun Soliqorsk şəhərində sərxoş qadın mətbəx qayçısını uşağına ataraq ona xəsarət yetirib.
2023-02-25 08:15:00
Hemofiltirasiya qanın tərkibindən kiçik molekulyar kütləyə malik maddələrin təmizlənməsidir. Əgər kütləli maddələrin sidik cövhərinin, kreatinin, sidik turşusunun klirensi hemodfializ standartlarına uyğun gəlmirsə, hemodializ bunları təmizləmir. Son zamanlar yüksək keçiriciliyə malik membranların ixtira edilməsi qandan böyük kütləli zəhərli maddələri də xaric etmək imkanı verir. Hemofiltirasiya qanın maye hissəsinin və onda həll olmuş kiçik və orta molekulların hidrostatık təzyiq nəticəsində yarımkeçirici membrandan ultrafiltirasiya olunmasıdır. Ayrılmış məhlulun yerinə xəstənin orqanizminə Ringer məhlulu və ya başqa məhlullar yeridilir. Hemofiltirasiya üçün yüksək hermetik və xüsusi membran iiə təchiz olunmuş hemofiltirdən istifadə olunur. Hemofiltirasiya 4-5 saat davam edir və bədəndən 18-20 litr maye çıxarılır. Çıxarılan mayenin yerinə əvəzedici məhlullar yeridilir. Hemofiltirasiyadan ürək çatışmazlığında, nefrotik sindrom nəticəsində hiperhidratasiyanı aradan qaldırmaq üçün, zəhərlənmələrdə və böyrək çatışmazlığında istifadə edilir.
2023-02-25 08:13:00
"Space TV" bundan sonra başqa formatda yayıma davam edəcək.
2023-02-25 08:12:00
Türkiyənin Hatay şəhərində zəlzələdən sonra ərinin evinə sığınan qadın dəhşət yaşayıb.
2023-02-25 07:58:00
Vətən Müharibəsi dövründə şəhid xəbəri yayılan, lakin daha sonra sağ olduğu üzə çıxan hərbçimiz Vəliəhəd Vəliyev erməni əsirliyində başına gələnlərdən danışıb.
2023-02-25 07:56:00
"İndependiente"nin yarımmüdafiəçisi Kendri Paez tezliklə "Çelsi" ilə müqavilə imzalaya bilər.
2023-02-25 07:51:00
Bəzi hallarda allergiya əlamətləri ilə müşayiət olunan simptomlar digər xəstəliklərin əlamətləri olur. Amma allergiyanın özünün törətdiyi əlamətlər və patolgiyaları nəzərə alaraq aşağıdakı allergiya xəstəliklərinin adlarını çəkmək olar: Bişməcə - dəri üzərində qızartılarla müşayət olunan allergik xəstəlikdir. Bronxit - allergiya səbəli əmələ gələn, bronxların iltihablaşması ilə nəticələnən allergik xəstəlikdir. Sinusit - infeksiya və kimyəvi maddələrin, sinirlərin qıcıqlanması səbəli əmələ gələn allergik xəstəlikdir. Dərman allergiyası - orqanizmin bəzi dərman preparatlarına qarşı verdiyi allergik reaksiyadır. Qaşınma - yerli və ya bütün bədəndə müxtəlif səbəblərdən əmələ gələ bilən allergik xəstəlikdir. Ağız gəlməsi - ağız boşluğunun hansısa bir yad cismə qarşı verdiyi allergik reaksiyadır. Qurdeşən - dərinin müxtəlif nahiyələrinin qabarıb-qızarması ilə müşayət olunan allergik xəstəlikdir. Rinit - burunda qaşınma, asqırma, burun axması ilə müşayət olunan allergik xəstəlikdir. Konyuktivit - gözlərdə qaşıntı, qızartı, geyişmə və yaş axması il müşayiət edilən allergik xəstəlikdir. Blefrit - gözün allergiyası səbəbindən göz qapaqlarının iltihablaşmasıdır. Dermatit - dəridə qızartı və qabarmalarla müşayiət olunan allergik xəstəlikdir. Keratosis pilaris - saç köklərinin iltihablaşması və baş qaşınması ilə müşayiət olunan allergik xəstəlikdir. Quru dəri - bəzi sabunların dəridə yaratdığı allergik simptomdur. Qida allergiyası - müxtəlif qidalara qarşı orqanizmin verdiyiy allergiya reaksiyasıdır. Astma - müxtəlif allergiya xəstəliklərinin ağırlaşmasıdır. Kontakt dermatit - hansısa bir yerə toxunan zaman orqanizmin verdiyi allergik reaksiyadır. Anafilaktik şok - ən çox dərman və qida allergiyalarının verdiyi ağırlaşmadır. Anafilaktik şok ölümə səbəb ola bilir.
2023-02-25 07:48:00
Rusiya Prezidenti Vladimir Putin son günlər dəfələrlə ictimaiyyət qarşısında çıxış etməsinə baxmayaraq, Rusiyanın Ukraynaya təcavüzünün ildönümü ilə bağlı bir dəfə də olsun açıqlama verməyib.
2023-02-25 07:45:00
Təcavüz və cinsi zorakılıqda təqsirləndirilən məşhur Hollivud prodüseri Harvi Vaynşteynin cəzası artırılıb.
2023-02-25 07:28:00
Türkiyədə baş verən zəlzələlərdə dağılan və 105 nəfərin öldüyü binanın sahibi 84 yaşlı Arif Sami Rende yenidən saxlanılıb.
2023-02-25 07:26:00
Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra dağıntılar altından yalnız insanlar deyil, çox məbləğdə pul və zinət əşyaları da çıxarılmaqda davam edir.
2023-02-25 07:21:00
Baş beynin silkələnməsi, kəllə - beyin travmasının müxtəlifliyidir. Baş beynin silkələnməsi başdan zərbə aldıqda baş verır - yıxılma, nəqliyyat hadisələrində, məişət və küçə travmalarında müşahidə oluna bilər. Travma zamanı damarların spazmı, baş beynin qan dövranının pozulması müşahidə olunur. Silkələnmə zamanı qısamüddətli funksional pozğunluqlar müşahidə olunur. Bu zaman kompyuter tomoqrammada heç bir dəyişiklik qeyd olunmur. Simptomları: Bu zaman insan huşunu 5 dəqiqəlik itirir, xəstə silkələnmədən qabaqkı hadisələri xatırlamır. Baş ağrısı, başgicəllənmə, yuxululuq, qusma baş verir. Arterial təzyiq dəyişmir. Bu vəziyyət 7-12 gün davam edə bilər. Xəstə bu müddət ərzində stasionarda olmağı məsləhətdir. Xəstə vaxtında müalicə almasa qıcolma, epilepsiya inkişaf edə bilər. Siz nə edə bilərsiniz: Mütləq travmatoloji şöbəyə müraciət etmək lazımdır. Həkim nə edə bilər: Həkim xəstəni müayinə edir, xəstənin rentgenoloji müayinəsi aparılır. Zəruri olarsa başbeynin EXO-qrafiyası aparılır. Baş beynin silkələnməsində xəstə stasionara yerləşdirilir, 1-2 həftə ciddi yataq rejimi təyin olunur. Burada müvafiq müalicə aparılır.
2023-02-25 07:19:00
"Beynəlxalq tərəfdaşlar müharibədə Ukraynaya aktiv dəstəyi azaltsalar, bu, Üçüncü Dünya Müharibəsinə gətirib çıxaracaq. Belə ki, Rusiya digər ölkələri işğal etmək üçün NATO ölkələrinə hücum edəcək".
2023-02-25 07:11:00
Konn sindromu böyrəküstü vəzin qabıq madəsinin yumuşacıq zonasının şişidir. Xəstəliyə 30-50 yaşlı adamlarda, ən çox qadınlarda rast gəlinir. Damardaxili mayenin miqdarının və natriumun konsentrasiyasının artması, böyrək yumaqcıqlarının arteriyalarının reseptorlarına təsir edərək reninin sitezini ləngidir. Ona görə də Konn sindromu zamanı reninin və agiotenzin II səviyyəsi aşağı düşür. İkincili hiperaldesteronizm hiopertoniya xəstəliyi və böyrək hipertenziyalarında aldosteronun daimi yüksək sekresiyası renin- angiotenzin-aldosteron sisteminin aktivliyinin artması nəticəsində vaş verir. Bu hal xəstənin orqanizmində ödəmlərlə müşayiət olunur. Xəstəliyin əmələ gəlməsində böyrəküstü vəzi şişinin aldosteron hipersekresiya etməsi əsas rol oynayır. Bu zaman hüceyrə membranının keçiriciliyi artır, damar divarındakı saya əzələlərin ödemi, şişməsi baş verir, damarın mənfəzi daralır. Digər tərəfdən natriumun bədəndə saxlanması simpatik sinir sisteminin tonusunu artıraraq katexolaminlərin əmələ gəlməsini artırır. Xəstəliyin əsas əlamətləri: yüksəktəzyiq, hipokaliemiya, hipernatriemiya, hiperoreninemiyadır. Arterial təzyiq yüksək olduğuna görə xəstənin göz dibində dəyişikliklər müşayiət olunur. Xəstələrdə sidik vasitəsilə kaliumun xaric olunması əzələlərdə qıcolmaya səbəb olur. EKQ-də dəyişikliklər baş verir. Diaqnoz: USM, KT-nin nəticələrinə və sidiyin analizlərinə əsaslanaraq qoyulur. Müalicə aldosteronun çıxarılmasından ibarətdir. Bəzi hallarda konsarvativ müalicə aparılır. Xəstələrə aldakton və veroşpiron verilir.
2023-02-25 07:07:00
Türkiyənin Bingöl şəhərində 4.4 bal gücündə daha bir zəlzələ olub.
2023-02-25 07:05:00
Ukraynanın Pekindəki müvəqqəti işlər vəkili Janna Leşçinska Çinin sülh yolu ilə nizamlanması təklifini "yaxşı əlamət" adlandırıb.
2023-02-25 07:01:00
Dəridə daha ciddi allergik problemlər olduğu zaman dəri xüsusi qulluq tələb edir. Bu qulluq həkimin göstərişlərinə əsaslanaraq yerinə yetirilərsə, daha məqsədəuyğun sayılır. Bəzi hallar vardır ki, bu zaman dəriyə tibbi qulluq etmək tələb olunur. Bu hallar aşağıdakılardır: - qızartı və səpgilər bədəndə böyük bir hissədə olduqda - müalicəyə baxmayaraq dəridəki yaraların müalicəyə tabe olmadığı zamanlarda - 1-2 həftədən çox sürən, sağalmaq bilməyən səpgilər - getdikcə artan qızartılar - səpgilərdə ağrı, şişkinlik və infeksiya əlamətləri olduqda. Adətən belə vəziyyətlərdə həkimlər xəstəyə kortikosteroidlər təyin edir. Böyrəküstü vəzin hormonu sayılan kortikoid hormonundan hazırlanan kortikosteroid kremlər belə vəziyyətdə dəridəki patologiyaları aradan qaldırır. Bu cür kremlər dəri xəstəlikləri zamanı çox faydalı olur. Amma steroid olduğu üçün belə kremləri həkimin nəzarəti altında, yəni normasında istifadə etmək lazımdır. Kremi zəif bir miqdarda xəstə nahiyyəyə sürtmək lazımdır. Allergik səpgiləri olan dəriyə kimyəvi kosmetik vasitələrdən istifadə etmək olmaz. Belə xəstələr duş qəbul etdikləri zaman istifadə etdiklri sabuna, şampuna diqqət yetirməlidir. Dərisi allergiyalı xəstələr mətbəxdə də istifadə etdiyi kimyəvi maddələrlə ehtiyatlı davranmalıdır. Ev şəraitində dəridə allergiyaya səbəb ola bilən vasitələr aşağıdakılardır: - paroşoklar - ağardıcılar - vanna və şüşə təmizləyicilər - yun paltarlar - rezin məmulatları - parfümeriyalar və spreylər - müxtəlif bjüteriyalar - günəş kremləri. Bəzi dəri allergiyaları öz-özünə sağalıb gedir. Amma dodaqlar, dil, əl və ayaqlarda şişmə, üşütmə, titrətmə, öskürək, nəfəs darlığı ilə müşayət olunan allergik reaksiyalar həkimin müalicəsi olmadan sağalmır və getdikcə daha da ağırlaşmaya səbəb olur.
2023-02-25 06:03:00
Xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr gün ərzində 6 dəfə, hissə-hissə, eyni vaxtda, eyni miqdarda ərzaq məhsulları ilə qidalanmalıdır. XBÇ xəstələrinə aşağıdakı qida rasionu tövsiyə edilir: Un məmulatları. Ağ çörək, peçenye, bulka, suxari və başqa un məmulatları. Suplar. Vegeterian, müxtəlif tərəvəzlərdən hazırlanan suplar, borşlar, şi, doğramac, meyvə supları. Tərəvəzdən hazırlanmış yeməklər və qarnir. Tərəvəzdən hazırlanmış kotletlər, ruletlər, kartof, kələm, gül kələmi, noxud, badımcan, pomidor, yerkökü, kahı, göyərti, çuğundur, xiyar. Undan hazırlanmış və müxtəlif qidalar. Piroq, blinlər, oladi, sıyıq, plov, dolma, makorondan hazırlanmış yeməklər, vermeşil, yağ və pendir. Yumurta - gün ərzində yarım və ya 1 ədəd. Süd və süd məhsulları məhdudlaşdırılır - dovğa, duzsuz pendir, kəsmik və xama istifadə edilir. Bütün növ meyvə və giləmeyvələr tövsiyə edilir. Kərə yağı və bütün növ bitki yağlarından istifadə etmək olar. Belə xəstələrə qızardılmış yeməklər hazırlayanda məhsulu əvvəlcə mütləq bişirmək lazımdır. XBÇ xəstələri açıq rəngli çay, qələvi mineral suları və itburnu dəmləməsindən istifadə etsələr yaxşı olar. Belə xəstələrin qidalanması üçün müxtəlif mütəxəssislərin, müxtəlif versiyaları vardır. Givonetti gün ərzində tərkibində 18-25 qram zülal, 2-5 qram xörək duzu olan pəhrizin tətbiqinin xəstələr üçün əhəmiyyətli oluduğunu söyləmişdir. Polec xroniki böyrək çatışmazlığı xəstələrinə kartof pəhrizinin faydalı olduğunu və xəstələrin gün ərzində 100 qram kartof, 120 qram yağ, 50 qram şəkər, 300 qram meyvə-tərəvəz və 1,5 qram metionin qəbul eləmələrini məslhət görür. Ketosteril əvəzolunmayan aminturşulardan ibarət tabletlər formasında dərman vasitəsi kimi zülalsız pəhrizə üstünlük verir. İstər pəhriz, istrsə də rejimli qidalanma zamanı xroniki böyrək çatışmazlığı olan xəstələr daima həkim nəzarəti altında olmalı və sağlığı ilə əlaqədar olan hər bir işi onun təlimatlarına əsasən görməlidirlər.
2023-02-25 05:31:00
Türkiyənin Uşak şəhərində vətəndaşlar kəskin iy səbəbindən müvafiq orqanlara müraciət ediblər. Çağırış üzrə gələn qruplar iyin kimya mühəndisi olan N.T.-nin evindən gəldiyini müəyyən ediblər.
2023-02-25 05:03:00
Ümumi məlumat: Burun polipləri - burun boşluğunda və ya ətraf ciblərdə yerləşən, selikli qişanın hipertrofiyası ilə xarakterizə olunan törəmələridir. Belə poliplərin böyüməsi bir neçə mərhələdə gedir. İlkin mərhələdə ölçüsü kiçik olur və burunla tənəffüsə heç bir maneə törətmir. İkinci mərhələdə bir qədər böyüyür və nəfəs yollarının böyük qismini qapayır. Üçüncü mərhələdə isə poliplər nəfəs yollarını tam baglayır, nəticədə burunla tənəffüsü tam pozur. Səbəbləri: Xəstəliyin yaranmasında aşağıdakı faktorlar ola bilər: -xroniki infeksiya - xroniki rinit, frontit, haymorit kimi iltihabi ocaqların olması - yuxarı tənəffüs yollarını zədələyən allergik xəstəliklər - polinoz, allergik rinit -ekoloji amillər - burunun anatomik quruluşunda olan dəyişikliklər - burun çəpərinin əyriliyi Simptomları: Burun poliplərinin əlamətləri əksər hallarda gec aşkar olunur. Adətən burun tutulması və nəfəsalmanın çətinləşməsi ilə başlayır. Xəstələrin bir qismi damar daraldıcı burun damcılarından istifadə edir, lakin onların da effekti müvəqqəti olur. Burun tənəffüsünün pozulması tez-tez soyuqdəymələrin, virus və bakterial infaksiyaların baş verməsinə səbəb olur. Bundan əlavə burun polipozundan əziyyət çəkən xəstələr xoruldamağa başlayır. Gecikmiş hallarda poliplər o qədər böyüyür ki, nəinki gecə gündüz vaxtı da xəstəni narahat edir, baş ağrıları, xroniki yorğunluq, yaddaşın zəifləməsi kimi fəsadlar verir. Müalicəsi: Müasir tibbdə poliplərin bir neçə cərrahi müalicə üsulu tətbiq edilir: polip ilgəyi ilə polipin kəsilib çıxarılması, lazer üsülü və endonazal əməliyyat üsulu. Burun poliplərinin əməliyyatsız müalicəsi bir neçə üsuldan ibarətdir. Bunlardan ən genış yayılanı duz və bitki dəmləmələri ilə aparılan inhalyasiyalardır ki, selikli qişanı irindən, infeksiya və allergenlərdən təmizləyir, ödemi, şişkinliyi azaldır.
2023-02-25 04:03:00
Feoxromositoma böyrəküstü vəzilərin beyin maddəsinin, pressor aminlər sekresiyaedici fəaliyyətə malik xromafin hüceyrələrinin şişidir. Əksər xəstələrdə şiş böyrəküstü vəzinin beyin maddəsindən inkişaf edir. Şiş inkişaf edib həcmi artdıqda böyrək və sidik kisəsinin divarına doğru inkişaf edir. Feoxromositoma xoşxassəli şiş hesab olunur. Çox az hallarda bəd xassəli şişə çevrilir. Xəstəlik xoşxassəli olduqda böyrəküstü vəzdə baş verdiyinə baxmayaraq çox hallarda arterial təzyiq vermir. Şiş ölçüsünə görə müxtəlif olur, diametri 2-4 santimetrdən 6-8 santimetrə qədər böyüyür. Xəstəlik hər yaş qrup isanlarda baş verə bilir. Xəstəlikdə arterial təzyiq şişin böyrək damarlarının fəaliyyətini pozduğu zaman meydana çıxır. Feoxromositoma hipertonik kriz zamanı - ürəkdöyünmə, ürək nahiyəsində ağrılar, baş ağrıları, qusma, üşümə, arterial təzyiqin birdən-birə qalxması ilə özünü biruzə verir. Kriz tutmalar şəklində baş verir, tutmaların davamiyyəti və tezliyi müxtəlif olur. Başlanğıc dövrlərdə azmüddətli olsa da, xəstəlik ağırlaşdıqca tutmanın müddəti də artmağa başlayır. Diaqnoz: Feoxromositomanın diaqnozunu qoymaq əksər halda çətinliklə qarşılanır. Xəstəliyin əsas əlaməti kimi hipertonik krizlərin baş verməsi əsas sayılır. Bir neçə saat davam edən kriz əlamətləri xəstəliyin ağırlaşdığını bildirir. Diaqnozun qoyuluşunda USM və KT-nin nəticələri əsas götürülür. Müalicə cərrahi yolla aparılır.