Xəbərlərin siyahısı

Böyrək səbəbli arterial təzyiq

2023-02-26 07:31:00

Böyrək səbəbli arterial təzyiqin olmasının tibbdə renovaskulyator arterial hipertenziya adlanır. Xəstəlik hər iki böyrəyin arterial qanla təchizatının pozulması nəticəsində əmələ gəlir. Xəstəlik ən çox 40 yaşdan yuxarı şəxslərdə rast gəlinir. Xəstəliyin əmələ gəlməsinə böyrək arteriyalarının aterosklerotik stenozu, bəzi hallarda fibromuskulyar displaziyasıdır. Renovaskulyator arterial hipertenziya yalnız baş böyrək arteriyasının deyil, həmçinin böyrəklərin tək-tək seqmentlərini qanla təchiz edən böyrək arteriyasının kiçik şaxələrinin aterosklerotik zədələnməsi nəticəsində meydana çıxa bilir. Böyrək səbəbli arterial təzyiqin qalxmasına səbəb böyrək arteriyasının birtərəfli daralması nəticəsində böyrəklərin hormonal sisteminin və sinir sisteminin pozulmasıdır. Xəstəlik daima yüksək olan arterial təzyiq, kreatinin artması və böyrəklərin funksiyasının pozulması ilə müşayiət olunur və təzyiq terapiyaya tabe olmur. Diaqnoz angioqrafiyanın, uroqrafiyanın, radionuklid renoqrafiyanın nəticələrinə əsaslanır. Müalicə 2 istiqamədə aparılır: 1. Arterial təzyiqə nəzarət. 2. Böyrəklərin funksiyasının yaxşılaşması. Müalicə həm cərrahi, həm də medikamentoz üsulla aparılır. Angioplastika və cərrahi müdaxilənin nəticələri yaxşılaşdıqca dərman müalicəsinin əhəmiyyəti azalır. Buna baxmayaraq arterial təzyiq nəzarət altında saxlanırsa, böyrəklərin funksiyası pozulmursa, xüsusən də yaşlı şəxslərdə medikamentoz müalicə uzun müddət davam edir.

Diabetik nefropatiya

2023-02-26 07:21:00

Nefropatiya -böyrəklərin funksiyası ilə əlaqədar olan xəstəlikdir. Ümumi məlumatlar. Şəkərli diabetdə nefropatiya böyrək damarlarının zədələnməsi nəticəsində meydana gəlir. Səbəbləri. Böyrəklərin damar sisteminin pozulmasına səbəb hiperqlikemiya və yüksək arterial təzyiqdir. Bu zaman böyrəklər öz filtirasiya funksiyasını yerinə yetirə bilmir, sidikdə konsentrasiyası yüksək olan maddələr toplanır( zülal). Simptomları . Bu ağırlaşmanın əsas təhlükəsi ondan ibarətdir ki, çox ləng və tədricən inkişaf edir,uzun müddət gizli qalır, çünki kliniki olaraq xəstədə diskomfort hissi olmur. Böyrəklərin çox kəskin patoloji mərhələsində ( çox vaxt terminal ) xəstələr böyrəklərində ağrıdan şikayətlənir, bu da orqanizmin azotlu birləşmələri ilə intoksikasiyası ilə əlaqədardır. Belə ki , bu mərhələdə xəstəyə yardım etmək həmişə mümkün olmur. Özünüzə qarşı diqqətli olun və aşağıdakı simptomlar meydana çıxdıqda, həkimə müraciət edin: - əllərdə, topuqlarda və ya gözlərin altındakı şişkinlik - yeriş zamanı və ya dağa qalxarkən baş verən təngənəfəslik - yorğunluq - yuxusuzluq - iştahanın itməsi - ürəkbulanma Bu zaman həkimin və pasiyentin əsas məqsədi diabetik nefropatiyanın diaqnozunu vaxtında qoymaq və bu xəstəliyə qarşı adekvat terapiyanı aparmaqdan ibarətdir. Diabetik nefropatiyanı ilkin mərhələlərdə aşkar etmək mümkündür. Bundan ötrü müntəzəm olaraq sidiyin analizini vermək,(mikroalbumunuriyaya görə,kreatinin və sidik cövhərinə görə) birinci tip şəkərli diabet xəstələri yarım ildə bir dəfə, xəstəliyin başlanğıcından 5 il sonra bu analizləri verməlidirlər. Ikinci tip şəkərli diabet xəstələr isə ildə 1 dəfə bu analizləri verməlidirlər. Bu analizlər nefropatiyanın kliniki əlamətləri üzə çıxana qədər onun başlanğıcını aşkar etməyə imkan verir və onun qarşısını almağa kömək edir. Bundan əlavə mikroalbuminuriyanın müxtəlif express-diaqnostika metodları mövcuddur: - sidik üçün test-zolaqlar,absorbsiyaedici tabletlər və s. Bu metodlardan istifadə etməklə 5 dəq. müddətində sidikdə çox dəqiq albuminin mikrokonsentrasiyasını müəyyən etmək olar. Əgər sidiyin ilkin analizində təkrarən albuminin miqdarı 20mq/ l olarsa onda sutkalıq sidiyin müayinəsi tələb olunur. Bu analliz sidiyin xüsusi çəkisini və sidikdə zülalın miqdarını müəyyən etməyə imkan verir. Daimi olaraq mikroalbuminuriyanın olması ( ilk 5-7 il) diabetik nefropatiyanın inkşafını təsdiq edir. Bunun müalicəsində şəkərli diabetin kompensasiyasını həyata keçirmək, yüksək təzyiqi normal həddə çatdırmaq lazımdır. Nefropatiyanın inkişaf mərhələsində zülalı məhdudlaşdıran xüsusi pəhriz təyin olunur. Profilaktik tədbirlər. Bu zaman arterial təzyiqə nəzarət etmək( təzyiq 130/85 - dən yuxarı olmamalıdır) , siqaretdən imtina etmək( nikotin damardaraldicı effektə malikdir) və qanda şəkərin miqdarına nəzarət etmək lazımdır.

Kinbek xəstəliyi

2023-02-26 07:11:00

Kinbek xəstəliyi insanın sümük toxumasının strukturunu dəyişməsi nəticəsində əmələ gələn xəstəlikdir. Xəstəlik onu ilk dəfə kəşf edən avstryalı həkim Kinbekin şərəfinə adlandırılmışdır. Xəstəlik sümük toxumasının əriməsi nəticəsində oynaq sümüklərinin tam və ya hissəvi məhv olmasıdır. Xəstəliyin əmələ gəlməsinə sümük toxumasının müxtəlif travmalar nəticəsində nekroz toxumayla əvəz edilməsi səbəb olur. Kinbek xəstəliyinin klinikası osteoxondropatiyaların klinikasına bənzəyir. Xəstəlik zamanı xəstə sümük toxuması yerləşən nahiyyədə ağrı hissi, ağırlıq hissi, gərginlik, zəiflik hiss edir. Zədələnmiş sümük toxuması olan hissə ağırlığa davam gətirmir. Əgər əl və ya qol nahiyyədə xəstəlik əmələ gələrsə, həmin hissədə olan qolun yük götürmə qabiliyyəti olmur. Sakitlik şəraitində belə həmin sümüklərdə qəfil ağrılarla rastlaşmaq olur. Xəstəliyin dərəcəsi nə qədər ağır olursa, olsun dəri toxumasında heç bir patologiya görünmür. Xəstəliyə diaqnoz qoymaq üçün rentgenoqrafiyanın nəticələri əsas götürülür. Rentgendə xəstəliyə uğramış sümükləri deformasiyası, kiçilməsi və kövrəkləşməsi görünür, sümük toxumasının struktur dəyişikliyə uğraması aydınca hiss olunur. Kinbek xəstəliyinə tutulan adamlar qəfil hərəkət etdikləri zaman sümüklərində sınmalar və çatlamalar baş verir. Sümük toxumasında baş verən bu xəstəliyin diaqnozi vaxtında müəyyən edilərsə, müxrəlif fizioteratevtik müalicələrlə və dərman müalicəsi ilə xəstəliyin irəliləmə sürətini azaltmaq mümkün olur. Əgər xəstəlik irəliləmişsə, xəstəyə fiziki aktivlik zamanı diqqətli olmaq tapşırılır. Sınıqlar meydana gəldiyi zaman gips sarğısı tərtib edilir.

Böyrəkdaşı xəstəliyinin əlamətləri

2023-02-26 07:01:00

Böyrəkdaşı xəstəliyinin əsas əlamətləri aşağıdakılardır: - böyrək sancısı - hematuriya - piuriya - kiçik daşların öz-özünə düşməsi. Xəstəliyin gedişində sancıların növü və sancıarası dövrləri qeyd etmək lazımdır. Böyrəkdaşı xəstəliyi zamanı xəstələrin bel nahiyyəsində ağrılar baş verir ki, bu da sidik yollarında sidiyin normal hərəkətinin pozulması nəticəsində baş verir. Ağrının intensivliyi urodinamikanın pozulmasının dərəcəsindən asılıdır. Böyrəklərdə olan iri daşlar (mərcanvari daşlar) adətən küt xarakterili ağrılarla xəstələri narahat edir. Bunun səbəbi belə daşların sidik axınının qarşısını almamasıdır. Kiçik daşlar isə sidik axınının qarşısını aldığı üçün daha çox ağrının olmasına səbəb olur. Ağrılar adətən sancı şəklində olub xəstəyə əzab verir. Böyrək sancıları çox vaxt daşın sidik axarına düşməsi nəticəsində baş verir. Sancılar birdən-birə başlayır, bel nahiyyəsindən tutur və sidik axarı boyu cinsiyyət orqanlarına doğöru irradiasiya edir. Ağrılar baş verən zaman xəstədə aşağıdakı əlamətlər özünü göstərir: - tez-tez ağrılı sidiyə getmə - ürəkbulanma - qusma - köpmə - defekasiya aktının ləngiməsi. Sancı baş verən zaman xəstə çox narahat olur, özünə yer tapmır. Hətta ağrıların şiddəti bəzən elə olur ki, çox vaxt böyrək sancılarının qarşısını almaq  üçün xəstələrə narkotik vururlar. Böyrəkdaşı xəstəliyi zamanı arabir ağrılar sakitləşir və sonradan yenidən güclənir. Sakitləşmə axarda ilişən daşın tərpənərək yığılıb qalmış sidiyin axmasına səbəb olduğu zaman baş verir. Böyrəkdaşı xəstəliyi zamanı xəstələrin bel nahiyyəsini döyəclədikdə ağrılar artır. Sidik axarı ətrafları əllədikdə isə güclü ağrı simptomları meydana çıxır. Böyrəkdə sancıların olması daşlar yerindən tərpənən vaxt baş verir. Bəzən sancılardan sonra xırda daşların tökülməsi də müşahidə edilir. Böyrək daşları düşən zaman sidik yollarının selikli qişasını zədələdikldə hematuriya əmələ gəlir. Əksər hallarda kələ-kötür oksalat daşları düşən zaman hematuriya baş verir. Böyrəkdaşı xəstələrinin 13%-də daş düşən zaman heç bir əlamət olmur. Belə hallarda daş təsadüfən rentgen və ya USM-lə müayinə zamanı aşkar edilir.

Böyrəklərin bəzi kəskin və xroniki xəstəlikəri

2023-02-26 06:01:00

Böyrəklərin bəzi kəskin və xroniki xəstəlikəri ölümlə nəticələnə bilir. Sidikdə mikroalbuminlərin olması böyrəklərin zədələnmsinin başlıca əlamətlərindən biridir. Azərbaycanda mikroalbuminlər səbəbli böyrək zədələnməsinin səbəbi hələdə aydınlaşdırılmayıb. Klinikaya müraciət edən xəstələrin əksəriyyətinin analizlərindaə mikro və makroalbuminlərin və sidikdə kreatinin miqdarının normadan çox olması aşkarlanmışdır (Özəl tibbi mərkəz "Medservis"-də). Xəstəlik sidik analizlərini könüllü və həkim təyinatı vasitəsilə göndərilən pasiyentlərin əksəriyyətində aşkar olunmuşdur. Bakıda yerləşən "Medservis" özəl klinikası mikroalbuminlərin olmasını aşağıdakı üsulla yoxlayır: Pasiyentin səhər sidiyi NykoCard Reader II (Axis-Shield, Norveç, İngiltərə) analizatoru vasitəsilə yoxlayır. Sidikdə kreatinin miqdarı isə laboratoriyamızda Virtos (Johnson &Johnson, ABŞ) analizatorunda yoxlanılır. Nəticələr bunlardır: 2015-2016-cı illərdə sidikdə mikroalbuminlərin və kreatinin miqdarı 86 pasiyetntdən 13% kişilərdə, 87% 30 yaşlı qadınlarda (33,37±1,5yaş) normada olmayıb. Sidikdə mikroalbuminin və kreatinin göstəricilərinin ürəkaçan olmaması Bakı əhalisinin əksəriyyətində böyrək xəstəliklərinin olması deməkdir. Biz bu nəticəyə gəldik ki, səhər sidiyində kreatinin və albumunun olması Azərbaycan ərazisində yaşayanların əksəriyyətinin xroniki böyrək xəstəliyi olmasının göstəricisidir.

Məşhur reper şeytan obrazında kamera qarşısına keçdi

2023-02-26 05:31:00

Dünyaca məşhur reper Doca Kət yeni fotosessiyası ilə gündəm olub.

Uşaqlarda allergiyaya səbəb olan 8 qida

2023-02-26 05:01:00

Mütəxəssislərin heablamaları 5 uşaqdan birində allergiyanın olduğunu qeyd edir. Allergiyanın əmələ gəlməsinə səbəb olan amillərdən biri də uşaqların düzgün qidalanmamasıdır. Sizlərə uşaqlarda allergiyaya səbəb olan 8 qida növünün adını təqdim edirik. Bu siyahı allergiya uzmanı professor-doktor Yonca Nuhoğlunun analara təqdim etmək istədiyi qida maddəsidir: 1. Şiriniyyatlar. Tərkibindəki qatqı və marqarin yağları, müxtəlif rənglər şirniyyatları dadlı etməsinə baxmayaraq uşaqlarda mədə-bağırsaq problemləri və allergiya yarada bilir. 2. Acı, ədviyyatlı və istiotlu qidalar. Acı, istiotlu və ədviyyatlı qidalar azyaşlı uşaqlar üçün gizli təhlükə mənbəyi sayılır. Qırmızı bibər qatılmış souslu qidalar və çərəzlər uşaqlar üçün əsil təhlükə mənbəyi hesab edilir. 3. Bal. Bal təbiətdən gələn ən gözəl nemətlərdən hesab edilsə də, uşaqlarda allergiyaya səbəb ola biləcək qidalar sırasındadır. 4. Ketçup. Pomidor uşaqların ən çox sevdiyi tərəvəzlərdəndir. Təbii yollarla bostanda yetişdirilmiş pomidorun heç kimə zərəri dəyməz. Amma marketlərdə satılan ketçup və pomidor sousları müxtəlif qatqılardan hazırlandığı üçün uşaqlarda allergiyaya səbəb olur. 5. Mayonez. Mayonez tərkibində olan yağlar sayəsində mədənin fəaliyyətini ləngidir. Bu ən çox allergik astmalı xəstələrdə patologiyaların artmasına səbəb ola bilir. Mayonezlər azyaşlı uşaqların qidasında tez-tez yer aldıqda allergiyanın baş verməsinə səbəb olur. 6. Çipsı. Çox miqdar yağ və kaloriyə malik çipslər uşaqlarda allergiyaya səbəb olan qidaların siyahısında ön sıralardan birində durur. Çipsi uşaqlarda həm piylənməyə, həm də allergik astmaya səbəb olur. 7. Marqarin. Marqarin və bəzi bitki tərkibli yağların uşaq qidalarında həddindən artıq istifadəsi allergiyanın baş verməsinə səbəb olan amillərdən biri hesab edilir. 8. Şokolad. Uşaqlarım dadbilmə qabiliyyəti çox tez inkişaf edir və bu səsəbdən onlar dadlı qidalara qarşı daha çox meyilli olurlar. Bu cür qidalardan biri də şokoladdır. Şokoladın tərkibində insanın əhval-ruhiyyəsini yüksəldən endorfin var. Buna görə də əksər insanlar şokoladı çox sevir. Normasında qəbulu uşaqlar üçün faydalı sayılsa da, şokoladdan çox istifadə edən uşaqlarda allergiya əmələ gəlir.

Revmatizm zamanı böyrək zədələnmələri

2023-02-26 04:03:00

Orqanizmdə baş verən revmatik proses 5% halda böyrəklərin zədələnməsi ilə baş verir. Bu zaman böyrək zədələnməsi vaskulit formasında müşahidə olunur. Revmatizmin aktiv fazasında damarların iltihabı prosesi nəticəsində onların keçiriciliyi artır. Əsas dəyişikliklər paycıq arteriyalarında və gətirici yumşaq arteriolasında baş verir. Sonrakı dövrdə isə onlarda sklerotik dəyişikliklər başlayır. İzolə olunmuş sidik sindromu revmatizm zamanı ən çox təsadüf olunan simptomdur. Amma kəskin revmatizmdə streptokokk infeksiyası dövründə kəskin böyrək zədələnməsi, keçici infeksion nefrit formasında olur. Təkrari revmatik hücumlardan sonra latent nefrit baş verə bilir ki, bu zaman mülayim, daimi sidik sindromu müşahidə olunsa da, xəstələrdə heç bir şikayət olmur. Bu sindromlara aiddir: - proteinuriya - mikrohematuriya. Reaktiv diffuz qlomerulonefrit, bütün qlomerulonefrit növlərinin arasında 1% təşkil edir. Bu zaman böyrəklərin qatılaşdırma funksiyası enir, nefroskleroz baş verir. Çox hallarda revmatik nefriti ürək çatışmamazlığı nəticəsində baş verən durğun böyrək sindromundan ayırmaq lazım gəlir. Durğun böyrək üçün xarakterikdir: - eritrosituriya - sidik əlamətlərinin qeyri-stabil olması. Revmatizm xəstələrinin 1/3 hissəsində böyrək infarktı tapılır. Revmatizm ilə xəstələrdə böyrək simptomları, bəzən davamlı septik endokardit ilə əlaqədar olur. Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir. Müalicə: Revmatizm səbəbli böyrək zədələnməsi zamanı ilk növbədə revmatizm müalicə olunur. Böyrəklərdəki patologiyaların aradan qalxması üçün kiçik doza kortikosteroidlərdən istifadə olunur.

Mukoroz

2023-02-26 03:03:00

Mukoroz göbələklər tərəfindən törədilən infeksion xəstəlikdir. Xəstəlik Mucor adlanan göbələklər tərəfindən törədilir. Mukoroz dəri, dərialtı toxuma, burun, qulaq, göz, ağciyər, bronxlar, mədə-bağırsaq sistemi, qaraciyər, böyrək və sinir sisteminin zədələnmələri ilə müşayiət olunan xəstəlikdir. Mukoroz dünyanın hər bölgəsində rast gəlinən bir xəstəlikdir. Mukorozu törədən göbələk mikroblarına istənilən yerdə rast gəlmək olur. Bu göbələklərə ən çox qida məhsullarında, havada rast gəlmək olur. Mukoroz xəstəliyinə yoluxmaq üçün aşağıdakı adamlar risk altındadır: * meyvə və tərəvəz anbarlarında işləyənlər * immuniteti zəif olanlar * xroniki ürək-damar xəstələri * xroniki ağciyər xəstələri * geniş spekterli antibiotik qəbul edənlər * tez-tez kəskin respirator virus xəstəliklərinə tutulanlar * AİDS xəstələri * xroniki şəkərli diabet xəstələri * triotoksikoz xəstələri * avitaminozdan əziyyət çəkənlər. Xəstəlik residivlərlə və ya xroniki baş verir. Xəstəliyin diaqnozu vaxtında qoyularsa, sağalma müşahidə edilə bilər. Amma mərkəzi sinir sistemi zədələnmişsə, onun bərpası 70% hallarda mümkün olmur. Xəstəlik insana mukoroz göbələkləri olan hava ilə nəfəs aldıqda yoluxur. Xəstəlik insandan insana yoluxmur. Göbələyin sporları havadan bronxlara, oradan alveollara, alveollardan da bronx-ağciyərlər sisteminə daxil olur. Orada artıb çoxalaraq qan vasitəsilə bütün orqanizmə yayılır və daxili orqanları, mərkəzi sinir sistemini və dərialtı piy toxumasını xəstələndirir. Mukoroz göbələyi ilə xəstələnmiş adam nəfəs alıb verdikcə ağzından çıxan sporlu hava burunun kənarlarına dəydikcə dəridə bəzi dəyişikliklər yaradır. Xəstəliyin ağırlıq dərəcələrinə görə aşağıdakı formaları var: * yüngül dərəcəli nukoroz * orta dərəcəli mukoroz * ağır dərəcəli mukoroz. Mukoroz yayılma dərəcəsinə görə 2 növü var: 1. Lokal forma - kiçik həcmli yerdə baş verən zədələnmə. 2. 2 və daha artıq orqanın zədələnməsi ilə gedən forma. Mukoroz özünü yüksək temperatur, baş ağrıları, halsızlıq, yaddaşın və əmək qabiliyyətinin azalması, yorğunluq, ürəkbulanma, qusma əlamətləri ilə göstərir. Xəstənin burnu tutulmuş, ətrafı qızarmış olur, xəstədə çətin və bəlğəmli öskürək, boğulma və təngnəfəslik baş verir. Xəstəlik daxili orqanlara da yayılmışsa, xəstədə ürəkbulanma, iştahanın pozulması, ishal, qarında ağrılar müşahidə edilir. Xəstəlik sinir sistemini zədələmişsə, tez-tez hıçqırma, qusma, qıcolmalar və huşun itməsi baş verir. Xəstəlik dərini zədəldikdə dəridə səpgilər, qızartılar, irinli proseslər, eroziyalar, yaralar əmələ gəlir. Mukoroz qulağı zədələdikdə karlıq meydana çıxır. Xəstəliyə diaqnoz qoymaq üçün qanın ümumi analizləri, sidiyin ümumi analizi, biokimyəvi analizlər, rentgen, UZİ, MRT-nin analizləri və onurğa beynin punksiyası lazım gəlir.

Bir dövr Alen Delonla eyni kinoya çəkilən məşhurlarımıza tələb niyə azalıb?

2023-02-26 02:31:00

Sovet dönəmində Azərbaycan aktyorları müttəfiq respublikaların çəkdiyi filmlərdə də rol alıblar. Hətta sovet məkanını aşıb, xarici filmlərdə rol alanlar da olub.

Hemodializin risk faktorları

2023-02-26 02:02:00

Bəzi xəstəliklər vardır ki, onlar böyrəklərin fəaliyyətini korlayır və onun süzmək qabiliyyətini zəiflədir. Belə xəstəliklərə şəkərli diabet, yüksək arterial təzyiq, qlomerulanefrit, vaskulit, böyrəklərin polikistozu aiddir. Bunlardan başqa böyrəklərin fəaliyyətinin pozulmasına kəskin böyrək xəstəlikləri, ağır travmalar, keçirilmiş ağır əməliyyatlar, ürək pristupları da səbəb ola bilir. Hemodializ qanın xüsusi filtir vasitəsilə təmizlənmə üsuludur. Hemodializ zamanı qanın müəyyən hissəsi zərərli maddələrdən təmizlənir. Xəstə düzgün göstərişlə hemodializ olunarsa, 10 illərlə müalicə ala bilər. Əgər xəstə ona tövsiyə olunan rejimə əməl edərsə və tibbi məsləhətləri yerinə yetirərsə, o öz iş qabiliyyətini saxlaya bilər. Hemodializ, böyrəklərinin süzmək qabiliyyəti olmayan xəstələrin son ümidi sayılır, risk faktorları da mövcuddur. Hemodializ olunan xəstələrdə arterial təzyiq aşağı düşür, dəridə qaşınmalar baş verə bilir. Arterial təzyiqin düşməsi səbəbindən xəstələrdə təngnəfəslik meydana çıxır, əzələlərdə spazmlar, ürəkdöyünmə və qusma baş verə bilir. Damarlarda baş verən spazmlar bəzən hemodializin sürətini və intensivliyini ləngidə bilir. Qaşınma. Bir çox xəstələrdə hemodializ zamanı qaşınmalar müşahidə olunur. Qaşınmalar prosedur baş verən zaman və ya ondan sonra baş verə bilir. Ağrı. Bəzi xəstələrin əzələlərində ağrılar baş verə bilir. Ağrı ən çox ayaq əzələlərində baş verir və xəstə gəzməkdə çətinlik çəkir. Anemiya. Xəstələrin qanında qırmızı qan hüceyrələrinin miqdarı azaldığı üçün hemodializdən sonra onlarda anemiya müşahidə edilir. Böyrək çatışmazlığı qırmızı qan hüceyrələrinin əmələ gəlməsinə səbəb olan eritropoetin hormonunun funksiyasını pozduğuna görə xəstələrin əksəriyyətində anemiya hemodializə qədər də müşayiət olunur. Sümük sisteminin xəstəlikləri. Böyrəklər öz normal funksiyalarını yerinə yetirə bilmədikdə orqanizmdə D vitamininin sorulması prosesi də pozulur. Bu zaman kalsi mübadiləsi də korlanır ki, nəticədə sümüklər kövrəkləşir. Arterial təzyiq. Böyrək çatışmazlığının törətdiyi patologiyalardan biri də arterial təzyiqin yüksək olmasıdır. Xəstələrin normadan artıq duz və maye qəbul eləməsi vəziyyəti daha da çətinləşdirir. Arterial təzyiqin yüksək olması xəstənin insult və ya ürək xəstəliyinə tutulmasına səbəb ola bilər. Perikardit. Hemodializin intensiv və lazımi qaydada olmaması perikarditə səbəb ola bilir. Bu zaman ürək qanı normada və lazımi miqdarda vurub çatdıra bilmir və ürəkdə durğunluq əmələ gəlir.

Etdikləri səhvləri sonradan başa düşən BÜRCLƏR

2023-02-26 01:31:00

İnsanlar bəzən etdiklərinə, bəzənsə etmədiklərinə görə peşman olurlar. Lakin bəzi insanlar daha sadə səbəblərdən təəssüf hissi keçirirlər və bu peşmanlıq uzun müddət davam edir.

Süd allergiyası

2023-02-26 01:01:00

Süd allergiyası uşaq allergiya xəstəlikləri arasında tez-tez rast gəlinən növlərindən biridir. Süd allergiyası orqanizmin immun sisteminin süd və süd məhsulları qəbul edilən zaman əmələ gələn patologiyadır. Bu patologiya bütün məməli heyvanların südü içilən zaman baş verir. Allergiyanın baş verməsinə südün tərkibində olan zülal və laktoza səbəb olur. Zülal və laktozanın orqanizm tərəfindən qəbul edilməməsində isə immun sistemlə yanaşı, mədə-bağırsaq problemlərinin də olması böyük rol oynayır. Allergiya əlamətləri süd içildikdən bir-neçə dəqiqə və ya bir-neçə saat sonra meydana çıxmağa başlayır. Bu zaman aşağıdakı simptomlar meydana çıxır: - ürəkbulanma - qusma - dəridə qızartılar - ishal - qarında sancılar - soyuqdəymə əlamətləri - gözdən yaş gəlmə - dəridə qaşınmalar - ağız boşluğunun kənarında qızartılar - bəzən təngnəfəslik. Süd allergiyası anafilaktik şokun baş verməsinə də səbəb ola bilir. Bunun baş verməməsi üçün analardan uşaqlarına qarşı diqqətli olmaq tələb olunur. Çünki süd allergiyası qoz və araxisə olan allergiyalardan sonra üçüncü yerdə durur. Əgər analar öz azyaşlı uşaqlarında süd qəbulu zamanı xoşagəlməyən bir hal hiss edirlərsə, onda mütləq həkimlə məsləhətləşməlidirlər. Bu onların övladlarının gələcəkdə baş verə biləcək ağırlaşmalardan qoruya bilər. Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir, belə ki, bir az diqqətli olmaq süd allergiyasının diaqnozunun qoyulmasına səbəb olur. Müalicə ilk növbədə süd və süd məhsullarının qidadan çıxarılmasından ibarət olur. Bəzən belə uşaqlarda tərkibində süd və süd məhsulları olan müxtəlif qidalar da allergiya əmələ gətirə bilir. Bu zaman həmin qida məhsullarınıda uşaqlardan uzaq tutmaq lazım gəlir. Müalicə zamanı pəhrizə diqqət və antihistamin preparatların qəbulu allergiyanın aradan qalxmasına səbəb olur.

Xocalı faciəsinə görə Azərbaycana qayıtdı, ona silah vermədilər,

2023-02-26 00:31:00

Son.az Kulis.az-a istinadən Milli Qəhrəman, kəşfiyyatçı baş leytenant Vəzir Orucov haqqında maraqlı faktları təqdim edir.

Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib FOTO

2023-02-26 00:07:00

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib.

Günün qoroskopu: peşəkar fəaliyyət arealında yeniliklərə başlaya bilərsiniz

2023-02-26 00:01:00

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Ledi Qaqa itlərini girov götürənə pul vermədi:

2023-02-25 23:59:00

Ledi Qaqa itlərə görə məhkəməyə verilib.

Məşhur nağaraçı evində

2023-02-25 23:56:00

Fenomen nağara ifaçısı Handevi Gündoğan evinin bağçasında yanaraq ölüb.

Türkiyəyə həmrəylik mesajı vermişdilər – Bu dəfə “körpünü uçurarıq” hədəsi gəldi

2023-02-25 23:53:00

İki ölkə arasında dialoq davam edərkən, Yunanıstan xarici işlər nazirinin müavini Miltiadis Varvitsiotis Türkiyə ilə bağlı təpki çəkən açıqlama verib.

Bu geyimlərdən qurtulmaq lazımdır

2023-02-25 23:49:00

Stilist Kristin Nikolson insanların ən çox iyrəndiyi qarderob əşyalarının adını çəkib.

DƏHŞƏT! Türkiyədə zəlzələ zamanı EV "YERİDİ"

2023-02-25 23:45:00

Kahramanmaraşda fevralın 6-da iki ardıcıl güclü zəlzələlər Türkiyənin bir çox yerində böyük dağıntılara, insan təlafatına səbəb oldu.

Aİ İranın bir neçə qurumuna sanksiya tətbiq edib

2023-02-25 23:43:00

Avropa İttifaqı (Aİ) İranın bir neçə qurumuna sanksiya tətbiq edib.

Hamilə qalmaq istəyənlərə XƏBƏRDARLIQ –

2023-02-25 23:40:00

Tibbdə skipidar vannalar müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. 

Tünzalə Əliyevanın

2023-02-25 23:35:00

Əməkdar artist Tünzalə Əliyevanın məzarının görüntüsü yayılıb.

Tanınmaz dərəcədə dəyişən Hollivud ulduzları FOTO

2023-02-25 23:31:00

Şöhrət və pul insanı çox dəyişir. Bir də, əlbəttə, zaman. Bir çox ulduzlar ekrana çıxdıqları ilk gündən bəri hədsiz dəyişikliyə uğrayıblar. Bunda, əlbəttə, plastik cərrahların da rolu olub. Bəziləri qocalmaq əvəzinə gəncləşiblər.

Zelenski 10cu sanksiyalar paketini

2023-02-25 23:28:00

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa İttifaqı tərəfindən Rusiya Federasiyasına qarşı onuncu sanksiyalar paketini çox yumşaq hesab edib və Qərbi Moskvaya təzyiqi artırmağa çağırıb.

Polşa Rusiyadan neft tədarükünü dayandırdı

2023-02-25 23:20:00

Polşa Rusiya neftinin "Drujba" magistral boru kəməri ilə tədarükünü dayandırıb.

Türkiyənin daha bir vilayəti üçün

2023-02-25 23:16:00

Türkiyə Kahramanmaraş mərkəzli zəlzələ fəlakətinin şokundan hələ də çıxa bilmir.

Zəlzələdən sonra küçədə nəsli kəsilmək üzrə olan

2023-02-25 23:07:00

Türkiyənin Aralıq sahillərində görünən canlı güclü zəlzələlərdən sonra bu dəfə tamamilə fərqli bir ərazidə görüntülənib.

Kultroloq: “Kütlə və ziyalılar arasında böyük uçurum var”

2023-02-25 23:03:00

Son.az yazıçı-kulturoloq Aydın Xan Əbilovun Oxu.Az-a müsahibəsini təqdim edir:

Borrel: Aİ "Vaqner"ə qarşı ayrıca sanksiya bloku təqdim edib

2023-02-25 23:00:31

Avropa İttifaqı "Vaqner" özəl hərbi şirkətinə qarşı 11 fiziki şəxs və 7 təşkilatın daxil olduğu ayrıca sanksiya bloku tətbiq edib.

Rövşanəyə YENİ

2023-02-25 22:55:00

Həftənin birinci günündən artıq həftə içi 5 gün səhər proqramına aparıcılıq edəcəyəm.

Hamiləlikdə ürəkbulanmasını

2023-02-25 22:51:00

Qadınların həyatında ən önəmli dövrlərdən biri də hamiləlikdir. Hamilə qadınların ən çox əziyyət çəkdikləri hal isə ürəkbulanmasıdır. Ürəkbulanma əsasən, hamiləliyin V-VI həftəsində başlayır və daha çox səhərlər olur. Bu hal hamiləlik dövründə üç ay güclü şəkildə davam edir.

Zelenski: Rusiya Ukraynanın 1877 yaşayış məntəqəsini işğal edib

2023-02-25 22:46:00

"Fevralın 25-nə olan məlumata görə, Rusiya qoşunları Ukraynanın 1877 yaşayış məntəqəsini işğal edib".

Məşhur milyarder

2023-02-25 22:42:00

Amerikalı milyarder Tomas Linin meyiti tapılıb. 

Sabirabadda minik avtomobili aşdı:

2023-02-25 22:38:00

Sabirabadın Moranlı kəndində baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

Qadınlarda demensiyanın qarşısı necə alına bilər?

2023-02-25 22:33:00

Qadınlarda yaranan demensiyanın qarşısının alınma yolları açıqlanıb. 

Rusiyaya qarşı Aİnin 10cu sanksiya paketi

2023-02-25 22:30:00

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 10-cu sanksiyalar paketini qüvvəyə salıb.

Renka Dubay səfəri barədə:

2023-02-25 22:23:00

Rəqqasə Rəna Ağamuradova (Renka) növbəti dəfə istirahət yollanıb.

Putin braziliyalı futbolçulara

2023-02-25 22:19:00

"Zenit"də forma geyinən braziliyalı futbolçular - Klaudinyo və Malkom Rusiya vətəndaşlığı alıb.

Pikenin anası Şakiranı

2023-02-25 22:15:00

Şakira və Jerard Pike münasibəti ilə bağlı daha bir qalmaqallı fakt üzə çıxıb.

Şoyqunun kürəkəni Yuri Dudun müharibə əleyhinə paylaşımını bəyəndi, sonra...

2023-02-25 22:12:00

Videobloger Aleksey Stolyarov məşhur yutuber Yuri Dudun İnstaqramda Putinin "qanlı müharibəsi" ilə bağlı paylaşımını bəyənib.

Moda gecəsinə transparan donda getdi

2023-02-25 22:08:00

Dünyaca məşhur müğənni Dua Lipa növbəti dəfə geyimi ilə gündəm olub. 

Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

2023-02-25 21:58:00

Türkiyənin Sivas əyalətində 4,7 bal gücündə zəlzələ olub.

Əfsanəvi Ronaldinyo futbola qayıdır FOTO

2023-02-25 21:56:00

Braziliyalı əfsanəvi keçmiş futbolçu Ronaldinyo Qauço İspaniya Media Liqasında çıxış edəcək.

Heyrətamiz modelin uğur hekayəsi FOTO

2023-02-25 21:27:00

Dünyanın ən böyük sinəsinə malik olan qadınlardan biri də israilli Yuval Levydir.