Xəbərlərin siyahısı

Bu baş versə, Paşinyan da “xoşbəxt” olar,

2023-01-14 07:25:00

Azərbaycan tərəfi hər zaman Avropa İttifaqının təşəbbüsü ilə baş tutan götüşlərdə iştirak edib. Növbəti belə bir görüş baş tutacaqdı. Sadəcə olaraq bu, Nikol Paşinyanın səhvi ucbatından pozuldu. Çünki Paşinyan bu görüşdə Emmanuel Makronun iştirak edəcəyini irəli sürdü. Məhz bundan sonra Prezident İlham Əliyev görüşdən imtina etdi.

İnsan orqanizmi və onun bizə verdiyi siqnallar

2023-01-14 07:21:00

Həkimlər orqanizmdə baş verən hadisələrin birdən-birə meydana çıxmadığını söyləyirlər. Onlar bizdə olan hər bir əlamətin sağlamlıqla əlaqəsi olan hansısa bir problemdən xəbər verdiyini qeyd edirlər. Az sayda adamlar vardır ki, davamlı olaraq tibbi müayinədən keçir. Amma bəzi siqnallar vardır ki, orqanizm onları bizə ötürərək hansı patologiyanın baş verə bilməsindən xəbər verir. Dodaqların çatlaması Dodaqların çatlaması və ağız boşluğunun kənarlarında əzələ tonusunun aşağı düşməsi, diqqət dağınıqlığı ilə problemlərin meydana çıxması, saçların tökülməsi orqanizmdə B2 (riboflovin) vitamininin çatışmazlığını göstərir. Tarazlığın saxlanılması pozulmaları meydana çıxan zaman süd məhsullarından istifadə etmək, araxis, ərik, soya, armud, tomat və rəngli kələmlə qidalanmaq lazımdır. Dildə ağ ərpin olması bu uzun müddət ac qalmanın və ya soyuqlamanın əlamətidir. Dildə olan ağ ərpin kənarları qırmızı xəttlə hüdüdlanıbsa, bu qastrit xəstəliyinin əlamətidir. Dildə ağ-boz ləkənin olması Bu mədə-bağırsaq pozulmalarının əlaməti kimi qeyd edilir. Bu əlamətlərlə yanaşı dildə və dodaqlarda şişkinlik də meydana çıxarsa deməli orqanizmdə dəmir çatışmazlığı var. Bu zaman təcili olaraq tədbir görmək lazımdır. Kofe və tünd çay, cəfəri, qaraciyər, göbələk, balıq məhsulları, alma və sitrus meyvələrindən istifadə etmək lazımdır. Ağızda quruluq Normada stress zamanı ağızda quruluq hissi meydana çıxa bilir. Uzun müddət ağızda quruluq hissinin olması və dilin qıcıqlanması B3(nikotin turşusu) vitamininin çatışmazlığını bildirir. Bu vitamin ən çox quş ətində, qozda, mal ətində və buğda məhsullarında olur. Ağızda quruluğun olması tüpürcək vəzinin iltihabi xəstəlikləri zamanı da meydana gələ bilir. Uzun müddət ağızda quruluğun olması şəkərli diabet xəstəliyinin əlaməti kimi qeyd edilir. Ağızın iylənməsi Əgər ağızın iylənməsi axşam yeməyini gec və çox yeməklə və ya dişlərin yuyulmaması ilə əlaqədardırsa, səbəbi aradan qaldrımaqla qoxunu yox etmək mümkündür. Şəkərli diabet zamanı isə ağızdan ammonyak iyi gəlir. Bu qanda şəkərin miqdarının artması ilə əlaqədardır. Xroniki bronxit zamanı da xəstələrin ağzından xüsusi çirk qoxusu gələ bilir. Dəridə quruluq Dəridə quruluğun olması B2 və A vitamini çatışmazlığının əlamətidir. Bu vitaminlərlə zəngin olan qidalarla qidalanmaq dəri quruluğunun aradan qalxmasına səbəb olur. Dəridə quruluq hissi ilə yanaşı güclü qaşınma da olarsa həkimə müraciət etmək lazımdır. Bu ciddi dəri xəstəliyinin(göbələk) əlaməti ola bilər. Dəridə göy ləkələrin olması dəriyə toxunan zaman əmələ gələrsə, bu qanın laxtalanma qabiliyyətində və ya qaraciyərdə problemlərin olmasının göstəricisidir. Bu zaman mütləq qan analizləri vermək və həkimə müraciət etmək lazımdır. Kiprik diblərinin iltihablaşması, dərinin solması və soyuq olması böyrək xəstəliklərinin əlamətidir. Sidiyin tünd olması Bu yüksək temperaturun, təhlükəli böyrək və qaraciyər xəstəliklərinin əlaməti kimi qeyd edilir. Burundan tez-tez qanaxma Davamlı olaraq burun qanaması arterial təzyiqin olmasının göstəricisidir. Bu təsdiq edilərsə, o zaman mütləq müalicə almaq lazımdır. Əgər təzyiq normaldırsa, o zaman burundaxili patologiyalar və ya K vitamini çatışmazlığı var. K vitamini çatışmazlığı öz təsdiqini taparsa, o zaman çoxlu miqdarda ispanaq və gicirtkən şorbası içmək lazımdır. Çoxlu tərləmə Bu qalxanabənzər vəzi xəstəliklərinin əlaməti kimi meydana çıxır. Çoxlu tərləmək ağciyər xəstəlikləri və sinir sistemi xəstəlikləri zamanı da meydana çıxa bilir. Yaraların gec sağalması Bu sizdə sinkin miqdarının az olmasının göstəricisidir. Çoxlu miqdarda dəniz məhsulları və dənli bitkilər yemək lazımdır. Dırnaqlarda ləkənin olması Bu dırnağın böyümə zamanı müəyyən hissəsinin zədələnməsidir. Bir-neçə ləkənin olması isə xroniki stressin və avitaminozun əlaməti kimi qeyd edilir. Dırnaqlarda uzunsov çöçəkliklərin olduğu zamanı isə mədəaltı vəzini mütləq yoxlatdırmaq lazımdır. Gözün sklerasının rəngi Gözdə və göz ətrafında tünd rəngli dərinin olması Gözün sklerasının qırmızı olması arterial təzyiqin artmasının göstəricisidir. Skleranın sarı olması qaraciyər xəstəliklərinin(sarılığın), qanda bilirubinin artmasının göstəricisidir. Gözətrafı nahiyənin rənginin göy olması isə yorğunluq və yuxusuzluqdan meydana çıxa bilir. Bu əlamətlərin meydana çıxdığı zamanlarda həkimlər xəstələrin mütləq müayinə olunmasını tələb edirlər. Gözətrafı nahiyənin göyərməsi ürəkdə patologiyanın olmasının da əlaməti kimi meydana çıxa bilir. Buna görə də ürək həkminə də müraciət etmək lazımdır. Gözaltı torbaların tünd rəngdə olduğu zamanlarda heç bir patologiya meydana çıxmadıqda isə bu torbalarda xilas olmaq mümkündür. Bunun üçün isə kosmetoloqa müraciət etmək lazımdır. Bəzi kosmetoloqlar babasil mazlarından istifadə etməklə gözaltı torbalardan xilas olmanın yolunu tapıb. Belə ki, babasil mazları damarların güclü yığılmasına səbəb olur. Bu da gözaltı torbaların qısa zamanda çəkilməsinə gətirib çıxarır. Bunun üçün gözün ətrafına bu mazdan az miqdarda çəkmək lazımdır. Başqa bir üsulla da gözaltı torbalardan xilas olmaq mümkündür. Bu isə massajdır. Hər səhər 5 dəqiqə dəri altına zəif təzyiq etməklə dairəvi massaj bu torbalardaın çəkilməsinə səbəb ola bilir. Gözaltı tünd rəngli torbalar limfa vəzilərində durğunluğun olmasının da göstəricisi ola bilir. Bunun səbəbini araşdırmaq üçün isə mütləq həkimlə məsləhətləşmək lazımdır.

Bakıda ana və iki övladının qətli ilə bağlı yeni faktlar

2023-01-14 07:15:00

Bakının Nizami rayonunda ana və iki azyaşlı övladını qətlə yetirməkdə ittiham olunan Əhəd Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

At pıtrağı güclü jenşen təsirinə malik bitkidir

2023-01-14 07:11:00

At pıtrağı bitkisindən raxit xəstəliyinin, allergiyanın, diatezlərin, böyrək daşı xəstəliyinin, podaqranın, şəkərli diabetin, xolisistitin, hepatitin, qəbizliyin, babasilin, eqzemanın, psoriazın, artritlərin, keçəlləşmənin, frunkulun, səpgilərin, soyuqlamanın, mastopatiyanın, aybaşı gecikmələrinin müalicəsində istifadə edilir. At pıtrağı onkoloji xəstəliklərin də müalicəsi zamanı istifadə edilən təbii müalicə vasitələrindəndir. At pıtrağı orqanizmə sidikqovucu, tərlədici, qızdırmaslıcı, iltihabəleyhinə, antitoksik, ödqovucu, şəkərsalıcı, bağırsaqları yumşaldıcı, qaşınma əleyhinə, şiş hüceyrələri əleyhinə təsir göstərir. Müalicə məqsədilə at pıtrağının çiçəklərindən, yarpaqlarından, kökündən, toxumundan və şirəsindən istifadə edilir. *Yarpaqları At pıtrağının gənc yarpaqlarından salatların, şorbaların hazırlanması zamanı istifadə edilir. Yarpaqlardan ədviyyat və dadlandırıcı kimi də istifadə etmək mümkündür. O C vitamini ilə zəngindir. Onun böyümüş yarpaqlarını isə çiçək açmadan əvvəl dərib, qurudub istifadə edirlər. *Kökü At pıtrağının torpaqda olan hissəsi qazılıb çıxarılır, təmizlənir və xırda yan köklərdən ayılır. Onu doğradıqdan sonra hissələrə ayırıb 50* tempraturda qurutmaq və lazım olan zaman istifadə etmək lazımdır. Kökün qurudulması prosesi nə qədər tez baş verərsə, onun keyfiyyəti bir o qədər yaxşı olar. Qurutduqdan sonra kök üyüdülərək toz şəklinə salınıb istifadə edilir. At pıtrağı kökü birillik bitkidən və ilk donmadan sonra çıxarılır. Yaz aylarında isə yanlız 3-4 yarpağa malik olan bitkinin kökündən istifadə edilir. * Toxumu At pıtrağının toxumları tam yetişdiyi zaman və ilk donmadan sonra toplanır. Adətən bu zaman bitkini kökü ilə birlikdə çıxarırlar. Toxumlar öz səbəti ilə birlikdə toplanır və qurudularaq xırdalanır. Bu toxumlar güclü sidikqovucu təsirə malikdir. Dəmləmə zamanı 1:10 nisbətində istifadə edilir və 1 stəkan olmaqla gündə 3-4 dəfə içilir. * Çiçəkləri At pıtrağının çiçəkləri may-iyun aylarında toplanıb qurudulur. Çiçəklərdən hazırlanan dəmləmə allergiya əleyhinə güclü təsir göstərir, dəri xəstəliklərinin və bronxial astmanın sağalmasını sürətləndirir. Müalicə qaydaları Yarpaqlarının xırdalanmışından hazırlanan 1 çay qaşığı xammal gündə 4-5 dəfə olmaqla suda qarışdırılaraq qəbul edilir. Xıərdalanmış yarpaqları çaya da qarışdırıb içmək mümkündür. Bu mədə-bağırsaq və podaqra xəstəliklərinin əlamətlərini aradan qalıdırır. Kökündən hazırlanmış dərman: Toz halına salınmış kökü gündə 4-5 dəfə hər dəfə 1 çay qaşığı olmaqla qəbul edilir. Bu şəkərli diabet və onun əmələ gətirdiyi əlamətlərin aradan qalxmasına yardım edir. Bu müalicəni ən azı 3 həftə təkrarlamaq lazımdır. *Yarpaq Yarpaqlarından hazırlanmış dəmləmə 1 xörək qaşığı xırdalanmış yarpaqların 1 stəkan qaynar suda 20 dəqiqə saxlanması ilə əldə edilir. Dəmləməni su hamamında hazırlanmaq və ya 5 dəqiqə qaynatmaqla da əldə etmək mümkündür.Dəmlədikdən sonra isə 1 saat saxladıqdan sonra içmək məsləhət görülür. Yarpaqlardan hazırlanmış dəmləməni gün ərzində 3-5 stəkan və udum-udum qəbul etmək lazımdır. Davamlı olaraq bu dəmləmədən içmək saç tökülməsinin və keçəlləşmənin qarşısını alır. Oynaq ağrıları və osteoxondroz zamanı onun dəmləməsini balla qarışdıraraq ağrayan oynağa qoymaq məsləhət görülür. *Qurudulmamış kökünün dəmləməsi: 2 xörək qaşığı xırdalanmış kökün 400 ml suda 20-30 dəqiqə qaynaması və yarım saat saxlanmasından əldə edilir. Ondan təpitmə kimi istifadə edilir. Bu təpitmə yaraların, frunkulların, dermatozların, keçəlləşmənin müalicəsi zamanı istifadə edilir. * Toxum Toxumların dəmləməsi 1 xörək qaşığı toxumun 200 ml qaynar suda 30 dəqiqə su hamamında və 1 saat kənarda saxlanması ilə əldə edilir. Bu dəmləmədən gündə 2-3 dəfə və hər dəfə 50 ml olmaqla qəbul etmək lazımdır. Dəmləmə yeməkdən əvvəl qəbul edilir və şişkinlikləri aradan qaldırır. * Şirəsi At pıtrağının şirəsi onun təzə yarpaqlarının sıxılması yolu ilə əldə edilir. Bu ət maşını, şirəçəkən və ya blender vasitəsilə həyata keçirilə bilər. Əldə edilən şirə 1:1 nisbətində şəkər tozu ilə qarışdırılır, üzərinə araq və ya spirt əlavə edilir. Qarışımın sutkalıq dozası 2-3 xörək qaşığıdır. O yeməkdəın əvvəl və yarım stəkan su ilə qəbul edilir. Müalicə kursu 3 aydır. *Təzə kökdən hazırlanan dərman 1. Kök yaxşı yuyulur, sürtkəcdən keçirilir,1:1 nisbətində balla qarışdırılıb gündə 2 dəfə yeməkdən əvvəl qəbul edilir. 2 Kök sürtkəcdən keçirilir,1:1 nisbətində konyak və limon şirəsi ilə qarışdırılaraq yeməkdən yarım saat qabaq qəbul edilir. Qarışım gündə 2 dəfə 1 xörək qaşığı oilmaqla içilir. Bu müalicə maddələr mübadiləsini yaxşılaşdırır, həzmi sürətləndirir, yaşlanmanı zəiflədir, şəkərli diabetin orqanizmə mənfi təsirini azaldır. *At pıtrağı yarpaqlarının xaricə tətbiqi(kompress) Yarpaqlar ət maşınından keçirilərək xırdalanır və şişkinlik olan nahiyələrə(fibroz-kistoz mastopatiya, bərkimələr olan nahiyəyələr, frunkullar, artrit) qoyulur. Quru yarpağından hazırlanmış tozu az miqdar suda həll edərək əldə edilən qarışımı da belə nahiyyələrə qoyaraq patoloji əlamətləri azaltmaq mümkündür. *200 qram ayipəncəsi yağı 500 qram at pıtrsağı kökünün toz halına salınmışına qarışdırılır və 3 gün saxlanılır. Bu müddət ərzində o qarışdırılır və sonra 2-3 saat su hamamında saxlanılır. Qarışım həftədə 2 dəfə saç köklərinə sürtüldükdə keçəlləşmə və saçların tökülməsi aradan qalxır. Müalicəni həftədə 2 dəfə olmaqla 2 ay müddətində aparmaq lazımdır. Bu qarışım ekzemanın, psoriasın, qaşınmamım sağalmasına səbəb olur. *Quru kökləri 40%-li spirtdə saxlamaqla əldə edilən qarışımın 1 qaşığını gündə 3-4 dəfə içməklə dəri xəstəliklərinin sağalmasını sürətləndirmək mümkündür. *Quru köklərin xırdalanmış tozunu eyni miqdarda bitki və ya vazilen yağına qarışdıraraq 5 gün saxladıqdan sonra 1 saat su hamamında dəmləyib istifadə etmək yanıqlar, ekzema və yaraların müalicəsində çox faydalıdır. * At pıtrağı bitkisinin 200 qram xırdalanmış kökünü 50 qram bataqlıq ladan bitkisi və qırmızı yemişanla 3-4 litr suda 15-20 dəqiqə qaynatmaq və 1,5-2 saat kənarda dəməsindən əl

Paşinyanın Qarabağ ermənilərinə çağırışında diqqətçəkən fakt:

2023-01-14 07:05:00

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan dövlətinin mövqeyinə yaxın mesajlar vermək məcburiyyətində qalıb. Azərbaycan əslində öz ərazisində olan Ermənistan vətəndaşlarını yola salmağa, bizim vətəndaşlığımızı qəbul edənlərin isə ölkəmizdə yaşamasına şərait yaratmağa hazır olduğunu bəyan edib. Ölkə başçısı da vurğuladı ki, kim bizim ölkəmizdə yaşamaq istəmirsə gedə bilər. Amma kim bizim ölkəmizin vətəndaşı olaraq yaşamaq niyyətindədirsə, dialoq, tövbə qapısı açıqdır. Onlara Azərbaycan hökuməti ölkə vətəndaşları kimi bütün təminatları verməyə hazırdır.

Panika hücumları

2023-01-14 07:01:00

Qorxu - insan və heyvanların yaşamaqları üçün müdafiə mexanizmidir. İnsan qorxduqda orqanizmdə potensial təhlükəyə qarşı dəyişikliklər əmələ gəlir. Panika hücumları mənasız qorxuya, real təhlükə olmadıqda baş verir. Bu nevrozların bir növünə aiddir. Səbəbləri: - Gücli stress-psixi travmalar nəticəsində olur. - İrsiyyət - belə adamlarda qorxu, həyəcan hissləri güclü olur. - Endokrin sistemi xəstəlikləri. - Orqanizmin ümumi vəziyyəti -məsələn, fiziki gərginliyi pis keçirən insanlar bu hala məruz qalırlar. - Daxili orqanların xəstəliklərində - ürək patologiyalarıanda. - Spirtli içkilərdən sui-istifadə etmək. Əlamətləri: Belə adamlar daima daxili gərginlik keçirirlər. Onlar özlərini köməksiz hiss edirlər. Qorxu tutmaları ən çox axşam və gecələr olur. Normal qorxunu, panika hücumlarından necə fərqləndirmək olar? Aşağıdakı əlamətlərə əsasən panik hücumları müəyyən etmək olar. - daxili titrəyiş, üşütmə - çoxlu tərləmə, soyuq tər - tez-tez nəbzin vurması, ürək döyüntülərinin artması - qarında diskomfort hissi, ürəkbulanma - ürək nahiyəsində diskomfort - hər hansı hərəkət etmək qorxusu - başgicəllənmə - yuxuya çətin getmə - ölüm qorxusu. Bu əlamətlər səbəbsiz olaraq baş verir. Siz nə edə bilərsiniz: Müstəqil olaraq bu vəziyyətin öhdəsindən gəlmək olmaz. Belə hallara rast gəldikdə psixoterapevtə müraciət etmək lazımdır.

Atasının ölümündən bir ay sonra özü də

2023-01-14 06:58:00

Vətən müharibəsi iştirakçısı Azər Bayramov vəfat edib.

Türkan həmkarlarını SANCDI: "Əməliyyatları bərbaddır, dəhşətdirlər"

2023-01-14 06:31:00

"Siz "FaceApp" (fotoşop - red.) edən müğənnilər görməmisiz. Biz şəkillərimizə çox effekt vermirik, nə var, oyuq".  

Qabiliyyət nədir?

2023-01-14 06:01:00

Qabiliyyət şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətlərindən biri sayılır. Bu xüsusiyyət özünü müəyyən fəaliyyətin icrasında göstərir. İnsanda olan bilik, bacarıq və az adamda olan vərdişlər qabiliyyət hesab olunur. Psixoloqların böyük əksəriyyəti hesab edir ki, qabiliyyətlərin inkşafının və formalaşmasının fərdi-təbii əsasını təbii imkanlar təşkil edir. Təbii imkanlar dedikdə qabiliyyətlərin inkişafının əsasını təşkil edən anatomik -fizioloji xüsusiyyətlər və psixoloji xassələr nəzərdə tutulur. Fizioloji xassə dedikdə uşaq və yaşlılarda özünü göstərən orqanların (beyinin, gözün, səs tellərinin, qulağın) quruluşu, psixoloji xassələr dedikdə isə ali sinir sisteminin fəaliyyəti nəzərdə tutulur. Psixoloji müəyyən xassəsi inkişaf etmiş adam bəzi təbii imkanlarına görə digərlərindən fərqlənir. Məsələn, musiqinin qavranılması zamanı müvafiq təbii imkana malik olan uşaqlqrda həmin fəaliyyətə meyl aydın təzahür edir. Qabiliyyətin bir-neçə növü vardır: 1. Ümumi qabiliyyətlər - bir sira fəaliyyət sahələrində iştirak edən və hamının görə biləcəyi prosesləri icra etmək bacarığıdır. 2. Xüsusi qabiliyyət - müəyyən fəaliyyət növlərinin uğurla icra olunması bacarığıdır. 3. Nəzəri qabiliyyətlər - bu qabiliyyətə sahib olan adamlarda məntiqi və praktik təfəkkür daha üstün olur. 4. Təlim qabiliyyətləri - bu qabiliyyətə sahib olan adamlar pedoqoji fəaliyyətə, yeni ideyaların müvəffəqiyyət qazanmasına nail olurlar. 5. İnsanlarla birgə fəaliyyət və ünsiyyət qabiliyyəti - bu cür adamlar müxtəlif insanlarla ünsiyyət qura bilmək bacarığı, gözəl nitq qabiliyyəti ilə başqa insanlardan fərqləınirlər.

“Ağzım pisdir, söyüş söyürəm” Pərvin Abıyeva

2023-01-14 05:31:00

"Bəzi insanlar sanki mənimlə qalmaqal etməyi özünə fəxr, yüksəliş bilir".

Hissiyyat pozulmaları

2023-01-14 05:04:00

Dəridən,əzələlərdən,sümük-oynaq sistemindən və daxili orqanlardan mərkəzi sinir sisteminə verilən impulslar 3 qrupa bölünür: * eksteroseptiv * proprioseptiv * interoseptiv Eksteroseptiv reseptorlar vasitəsilə dəridən və selikli qişalardan ağrı, temperatur və taktil hissi impulsları,proprioseptiv reseptorlar vasitəsilə əzələlərdən və sümük-oynaq sistemindən passiv və aktiv hərəkət,təzyiq və vibrasiya hissi haqda məlumat verilir.İnteraseptiv reseptorlar isə daxili orqanların qıcıqlanmalarını qəbul edir. Hissi qıcıqlar periferik reseptorlardan mərkəzi sinir sisteminə 3 neyron vasitəsilə verilir. Bu birinci hissi neyron fəqərəarası düyünlərdə yerləşir. Birinci hissi neyron fəqərəarası düyünlərdə yerləşir.Ağrı və tempratur hissini bildirən ikinci neyron isə uzunsov beyində yerləşir.Görmə qabarında yerləşən üçüncü neyronun aksonları isə baş beyin qabığının hissi zonalarından qalxır. Hissiyyatın yüksəlməsi (hiperesteziya) çox vaxt iri sinirlərin(üçlü sinir,oturaq sinir) yaralanması nəticəsində əmələ gəlir.Belə hallarda zədələnmiş sinirin proksimal hissəsi qıcıqlandığına görə hissiyyat reflektor yolla yüksəlir.Bu zaman xəstələrdə qüvvətli,yandırıcı ağrı hissi əmələ gəlir. Hissiyyat yolunun görmə qabarında yerləşən üçüncü neyronların zədələnməsi bədənin əks tərəfində bütün hissiyyat formalarının pozulmasına səbəb olur.Bu zaman hiperesteziya və paresteziya müşahidə edilir.Hissi impulsların görmə qabarı nahiyəsindən beyin qabığına verilməsi pozulduqda insan ağrı və temtraturu hiss edir,lakin qıcıqlandırılan nahiyyəni müəyyənləşdirə bilmir.

Aktrisanın səhnəyə sərxoş çıxması qalmaqal yaratdı

2023-01-14 04:31:00

"House of the Dragon" serialının ulduzu Milli Alkokun "Qızıl Qlobus" mükafatlandırma mərasimindəki görüntüləri viral olub.

Ətrafındakı adamları necə idarə etmək olar?

2023-01-14 04:04:00

1. Diqqət çəkmək Diqqət çəkmək idarəetmənin ən sadə yoludur. Bunu cəmiyyət arasında ətrafınızdakı adamlara vacib suallar verməklə edə bilərsiniz. Bu suallar siyasi, iqtisadi sahələrdən ola bilər. Siz hətta qlobal məsələlərdən və ya təbii fəlakətlər barədə lazımsız məlumatlar paylaşaraq insanların diqqətini çəkə bilərsiniz. Bu üsuldan istifadə etməklə diqqət çəkmək üçün əvvəlcə gərək özünüzün elm, psixologiya, iqtisadiyyat və neyrobiologiya haqqında məlumatınız olmalıdır. 2. Problem yaradıb həll etməyə çalışmaq Bunun üçün problem yaratmaq və insanları bu problemləri həll etməyə cəlb etmək lazımdır. 3. Nəticəni tədricən əldə etmək Bu zaman istədiyiniz məqsədə çatmaq üçün birdən-birə sıçramaq lazım deyil. Problemi yaratmaq üçün uzun müddət, az-az əskikliklər yaratmaq və ətrafdakıları bu problemlərdən xəbəriniz olmamasına inandırmaq lazımdır. 4. Ətrafınızdakı adamı ələ almağın bir yolu da onu "zəif" yerindən vurmaq və sonra ona yardım etməyə çalışmaqdır. Bu üsulla ətrafınızdakı adamı "əl altında" saxlayıb ondan gələcək işlərdə istifadə etmək olur. 5. Kritik hadisələr zamanı öz emosiyalarınızı ələ almağa çalışın. Emosiyalarını əldə saxlaya bilməyən adamlar əsəbi halda qorxularını, istəklərini, ehtiyaclarını gizli saxlaya bilmirlər. 6. Texnoloji alətlərdən yaxşı istifadə etməklə də ətrafdakıları nəzarət altında saxlamaq mümkündür. Amma bunun üçün çoxlu bilik və bacarıq lazımdır. 7. Çox və dəyişkən fikir sahibi olmayın, ətrafdakıların(cəmiyyətin, insanların) tələb etdiyi kimi görünməyə çalışın. 8. Günahkarlıq hissi Ətrafınızdakı insana elə davranın ki, o özünü günahkar hesab eləsin. Onun başına gələn bədbəxt hadisələri, onun çatışmazlıqlarını, köməksizliyini tez-tez xatırladın. Bu zaman o özünü sizin yanınızda günahkar və gözükölgəli adam kimi hiss edəcək. Bu hiss həmin adamı depressiya vəziyyətinə salacaq və o sizin yanınızda özünü sizdən asılı adam kimi aparacaq. 9. Ətrafınızdakılar haqqında çox məlumatlı olun Son 50 ilin nəticələri bəzi insanların ətrafdakılar barədə onların özündən də çox məlumat toplayaraq həmin adamları əl altında saxladıqlarını sübut edir. Belə ki, ətrafdakılar barədə onların özündən çox məlumat sahibi olmaqla onları asanlıqla idarə etmək mümkün olur. Bu vasitə ilə insanları fiziki və psixoloji basqı altında saxlamaq olur.  

Məşhur serialın qəhrəmanları sevgilidirlər?

2023-01-14 03:31:00

Türkiyənin reytinqli serialı "Yalı Çapkını"nın baş rol ifaçıları - Afra Saraçoğlu və Mert Ramazan Demirin İstanbulda qol-boyun olması müzakirələrə səbəb olub.

Limfoma

2023-01-14 03:03:00

Limfomalar immun sistemin şiş xəstəıiyidir.Limfomalar limfa düyünlərində əmələ gələn şişlərə deyilir.Son illərdə immun sistem və onun xəstəliklərinin müalicəsi barədə bir çox irəliləyişlərin baş verməsinə baxmayaraq limfomanın müalicəsi aşkar edilməmişdir. Limfoma limfa düyünündən inkişaf edir və onun ölçüsünün böyüməsinə səbəb olur.Limfomalar qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Limfomanın aşağıdakı növləri var: * düyünlü skleroz * qarışıq tip * limfositlərlə zəngin tip * az limfositli tip 1832-ci ildə Thomas Hodgkin ilk dəfə limfomanın diaqnozunu qoyduğu üçün limfoma onun adı ilə adlandırılmışdır.Yuxarıda sadalanan limfoma növlərini Hodgkin təyin etmişdir.Uzun illərdən sonra digər mütəxəssisilərin araşdırmaları isə limfomanın başqa növlərinin də olduğunu meydana çıxarmışdır.Bunlar aşağıdakılatdır: * diffuz limfositar tip * yarımlinfositar tip * lİmfoplazmositar tip *polimorf limfositar tip * polimopf diffuz tip * immunoblast diffuz tip * Berkitt şişi Limfomaların əmələ gəlməsində leykozların rolunun olduğu öz təsdiqini tapmışdır. Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir. Müalicəni onkoloq və patoloq birlikdə aparır.Xəstəliyin əmələ gəlməsinə səbəb ola biləcək faktorların aradan qalxması istiqamətində müalicə tədbirləri aparılır.

Qış mövsümündə immuniteti gücləndirən

2023-01-14 02:31:00

"Soyuq havalarda, immunitetin aşağı düşdüyü və bütün xroniki xəstəliklərin getdikcə daha çox ağırlaşdığı bir vaxtda düzgün və balanslı qidalanmaq xüsusilə vacibdir. Soyuq havaların başlaması ilə süfrəmizdən çəkilən lif və vitaminləri də unutmamalıyıq".

Kiçik böyrək Hipoplaziya

2023-01-14 02:02:00

Kiçik böyrək anadangəlmə böyrəyin ölçüsünün normadan kiçik olmasıdır. Xəstəliyin əmələ gəlməsinə nələrin səbəb olduğu tibb elminə hələ də aydınlaşmayıb.Amma,bəzi mütəxəssislər böyrəyin kiçik olmasında inkişaf sintezinin pozulması olduğunu söyləyirlər. Kiçik böyrək birtərəfli və iki tərəfli ola bilir. Diaqnozu Xəstəliyə diaqnozum qoyulmasında ultrasəslə müayinənin nəticələri kifayət edir.Böyrəklərin süzmə qabiliyyətini yoxlamaq üçün isə ultrasəslə bərabər uroqrafiya və radioizotop müayinələrin nəticələri vacibdir. Kiçik böyrək nə deməkdir? Kiçik böyrək anadangəlmə ölçüləri,kasacıqlarının sayı və böyrək ləyəninin ölçüsünün kiçik olması deməkdir.Normal halda boyrəklərdə 8 kasacıq olduğu halda kiçik böyrəklərdə bu rəqəm 6-ya bərabər olur.Kiçik böyrəyin parenximası və ləyəninin ölçüləri də normal böyrəklərin ölçülərindən az olur.Amma bu ölçülərin böyrək arteriyasına heç bir təsiri olmur.Belə ki,kiçik böyrəklərdə olan arteriyanın ölçüsü normal böyrəkdəki arterira damarının ölçüsünə bərabər olur. Birtərəfli kiçik böyrək zamanı böyrək öz funksiyalarını yerinə yetirmədikdə digər böyrəkdə şişkinlik,hidronefroz,multikistoz displaziyalar baş verə bilir. Anadangəlmə kiçik böyrəyi sonradan müxtəlif xəstəliklər üzündən kiçilmiş böyrəklərdən ayırmağı bacarmaq lazımdır.Bunun üçün həkim xəstənin anamnezinə diqqətlə qulaq asmalı və analizlərin nəticələrini düzgün qiymətləndirməyi bacarmalıdır.Belə ki,böyrəklərin ölçüsünün kiçilməsi bəzi böyrək xəstəliklərinin nəticəsi də ola bilir.Böyrəklər aşağıdakı xəstəliklər zamanı kiçilə bilir: * pielonefrit * böyrək çatışmazlığı * nefrit * böyrək arteriyasının stenozu Müalicəsi Kiçik böyrək xəstəliyi anadangəlmədirsə və böyrəklər öz funksiyasının müəyyən qədər və ya tam yerinə yetirirsə müalicəyə ehtiyac yoxdur.Əgər böyrəklər müxtəlif xəstəliklər səbəbindən ikincili olaraq kiçilibsə xəstəliyi əmələ gətirən amillərə qarşı müalicə metodlarından istifadə etmək lazımdır.Belə xəstələr dietaya əməl eləməli,sidiyin analizlərini vaxtaşırı yoxlatmalı və həkimin bütün göstərişlərini yerinə yetirməlidir. Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim

Natiq BÜRCLƏR Kimlər danışığı ilə insanları ələ almağı bacarır?

2023-01-14 01:31:00

İzdihamlı mühitlərdə danışmağı sevən insanlar üçün başqaları ilə ünsiyyət qurmaq olduqca sadədir. Bəzi bürclərin insanlarının ən yaxşı xüsusiyyəti onların gözəl danışıq qabiliyyətinə malik olmalarıdır.

Ən çox görülən 10 yuxu

2023-01-14 01:01:00

Avstraliyalı psixoloq 30 illik kariyerasında analiz etdiyi 100 min yuxu içərisində ən çox görülən 10 yuxunun siyahısını tərtib etmişdir.Bu yuxular aşağıdakılardır: 1 Qovulmaq Qaçmağa çalışmaq hər kəsin öz arzusu ilə həyata keçirilən bir hərəkət növüdür.Başqası tərəfindən qovalanaraq qaçmaq isə kimdənsə qorxmağın və ya üzləşmək istəməməyin əlamətidir. 2 Diş düşməsi Dişlər yalnız gülərkən və söhbət edərkən görünən bir orqandır.Yuxuda diş düşməsini özünə olan güvənini itirən adamlar daha tez-tez görür. 3 Tualet tapmamaq Hansısa bir deyilməsi gərək olan sirri gizli saxlayan adamların gördüyü bir yuxudur.Bu yuxunu yatan zaman sidik kisəsi dolu olan adamlar da görə bilir. 4 Başqa adamların arasında çıplaq dayanmaq İşində və ya həyatda özünü köməksiz halda hiss edən adamların tez-tez gördüyü yuxudur. 5 Hazırlıqsız imtahan vermək Hər bir işini dəqiqliklə görən və hansısa bir çatışmazlığı olan insanların gördüyü yuxudur.Belə adamlar ən az işlərini belə yarımçıq qoyub yatsalar yuxularında imtahan veriklərini görürlər. 6 Uçmaq Uzun zaman ağır işlər görən adamların yuxularında rahatlıq tapmalarına işarədir.Onlar yatarkək özlərini quş kimi rahat hiss edərlər. 7 Yıxılmaq Özünə idarəetməni itirənləri ən çox gördükləri yuxudur. 8 Maşın sürən zaman idarəetməni itirmək Öz işləriniə nəzarət edə bilməyən adamların gördüyü bir yuxudur. Qəfildən bir qəza törətmək işlərindəki uğursuzluğun nəticəsinin əlamətidir. 9 Gizli bir otağa daxil olmaq Bu yuxu onu görən adamın xarakterli olmasına işarədir.Gizli otağı tapması isə onun işlərində şansının artacağına işarədir. 10 Gecikmək Birisi problemlərini həll etmək əvəzinə ertələyərsə bu yuxunu görür.Bu yuxu həm də onun öz işini qoyub,başqalarının işlərini həll etməyini bildirir.

Uzun saçları ölümünə səbəb oldu, qorxudan ürəyi partladı

2023-01-14 00:31:00

Son.az Kulis.az-a istinadən 23 yaşında dünyasını dəyişən pambıqçı Sevil Qazıyeva haqqında maraqlı faktları təqdim edir.

Günün qoroskopu: Qüvvə və potensialınızı olduğundan artıq dəyərləndirməyin

2023-01-14 00:01:00

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Xaçikyan: İran sərhədimizlə bağlı xəbərdarlıq etdi, Qərb isə...

2023-01-13 23:56:00

İran Ermənistanın sərhədinin dəyişməsinə imkan verməyəcəyi ilə bağlı xəbərdarlıq etdi, ancaq belə bir bəyanatı Qərb səsləndirməyib.

Bakıda doqquzmərtəbəli binada

2023-01-13 23:49:00

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 9 ədəd sayğac, 9 ədəd qoruyucu açar və 1 p.m kabel yanıb.

Cütlüyün gələcəkdə ayrılacağını öncədən bilir 15 dəqiqə bəsdir ki...

2023-01-13 23:42:00

Evlilik üzrə ekspert Con Qotman Vaşinqton Universitetinin nəzdində yaratdığı labaratoriyada 700-ə yaxın evli cütlüyü 40 ildir ki, müşahidə etdiyi nəhəng elmi araşdırma aparır.

TƏCİLİ! Gözlər o bölgəyə dikilib: hər an SAVAŞ başlaya bilər

2023-01-13 23:36:00

Dünyanın Şərqi Avropadakı müharibəyə diqqət yetirdiyi bir vaxtda digər qaynar nöqtə olan Sakit okean regionunda sular istiləşir.

Rusiya məlumatı: Qarabağdakı ermənilərin sayı...

2023-01-13 23:29:00

Rusiya məlumatı: Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhalinin sayı 40 mindən çox deyil.

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın müraciəti ilə bağlı açıq dinləmələr keçirəcək

2023-01-13 23:22:00

Beynəlxalq Ədalət Məhkəməsində "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında" beynəlxalq konvensiya çərçivəsində Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı açıq dinləmələr keçiriləcək.

Ukrayna "Leopard" gözləyirdi, Berlin bunu verdi...

2023-01-13 23:16:00

Almaniya Ukraynaya dörd istehkam tankı tədarük edib.

Bakıda yaşayış binasında yanğın olub

2023-01-13 23:10:00

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə, 1 ədəd kondisioner və 1 ədəd televizor yanıb.

Naxçıvanda 2 kmlik hasar

2023-01-13 23:03:00

Şahbuz rayonunun Naxçıvan-Batabat avtomobil yolunun kənarında yerləşən Kolanı kəndində 2 kilometr uzunluğunda olan hasar sökülür.

Avtomobildə yanan şəxsin kimliyi məlum olub

2023-01-13 22:49:00

Sabirabadda "VAZ" markalı minik avtomobilində yanan şəxsin kimliyi məlum olub.

Ağ Evdən Türkiyəyə F16 qırıcıları ilə bağlı jest

2023-01-13 22:42:00

ABŞ prezidenti Co Baydenin administrasiyası F-16 qırıcılarının Türkiyəyə satışı üçün Konqresdən icazə almaq niyyətindədir.

Naxçıvanda yanvar ayının pensiya və müavinətləri artımlarla birlikdə ödənilib

2023-01-13 22:35:00

Naxçıvanda yanvar ayının əmək pensiyaları, eləcə də məcburi dövlət sosial sığorta haqları hesabına əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləlik və doğuma, uşağa qulluğa, uşağın anadan olması görə və dəfn üçün birdəfəlik verilən müavinətlər ödənilib.

Ukrayna Rusiyanın məlumatını təkzib etdi

2023-01-13 22:29:00

Ukraynanın Donetsk vilayətinin Soledar şəhərində rus qoşunları ilə döyüşlər davam edir.

Ədliyyə nazirliyində yeni təyinat olub

2023-01-13 22:22:00

Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə yeni rəis təyin edilib.

Naxçıvan Ali Məclisinin vəzifəli şəxsləri işdən çıxarıldı

2023-01-13 22:15:00

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yüksək vəzifəli şəxsləri işdən azad edilib.

Üzeyir Hacıbəylinin tarixi şəkli yayıldı

2023-01-13 22:08:00

Dahi bəstəkar Üzeyir Hacıbəylinin ömrünün son illərində çəkilən fotosu yayılıb.

Böyük BƏLANIN ayaq səsləri eşidilir... Alimlərdən ŞOK XƏBƏRDARLIQ

2023-01-13 22:01:00

Son günlər Mərmərə və Egey bölgələrində baş verən zəlzələlər insanları panikaya salıb.

"Bu dəfəki təxribat paytaxtın tam mərkəzində baş verib"

2023-01-13 21:54:00

İsveç YPG terrorçularının (PKK-nın Suriya qanadı - red.) tərəfdarlarının bu ölkə ərazisində təşkil etdiyi təxribatlara görə məsuliyyətdən yayına bilməyəcək.

Rus xanım turistə taksi sürücüsündən ŞOK TƏKLİF: Mənə 100 dollar versəniz...

2023-01-13 21:48:00

İki gün əvvəl Rusiyadan İstanbula gələn rusiyalı turist həyatının şokunu yaşayıb. Hava limanında Rusiya vətəndaşları Veronika Mahno (22) və rəfiqəsi Səbinə Maqomedova (23) telefon tətbiqi vasitəsilə taksi çağırıblar. Taksiyə minən iki turist xanım Qalatadakı hotelə gəliblər.

"WhatsApp" naməlum nömrələri bloklamaq üçün qısa yol yaradır

2023-01-13 21:34:00

"WhatsApp"da naməlum nömrədən gələn mesajların qarşısını almaq üçün daha qısa yol yaradılır.

Bu gün Xalq artisti Mirzə Babayevin anım günüdür FOTO

2023-01-13 21:27:00

Hər dəfə Mirzə Babayevin sənət dünyası haqqında fikirləşəndə adama elə gəlir ki, o, ifa etdiyi mahnının musiqisini də, sözlərini də özü yazıb. Sənətkarın özünəməxsus üslubu və bənzərsiz ifa tərzi dinləyicini sehrinə salırdı. O, mahnını, sadəcə olaraq, oxumurdu, mahnı ilə yaşayırdı. Şövqlə ifa etdiyi "Liman", "Saçlarına gül düzüm", "Sən uzaq, yaşıl ada", "Kimlər gəldi, kimlər getdi", "Kəpənək", "Zəfəran", "Çay" və digər mahnılarla hər kəsin qəlbini ovsunlayır, yaddaşlara əbədi həkk olunurdu.

"Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı..."

2023-01-13 21:21:00

Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi vətəndaş cəmiyyəti nümayəndələrinin dinc etirazlarına səbəb olan Ermənistan və digər cinayətkar ünsürlər tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarından ciddi narahatdır və ətraf mühitə ciddi zərər verən bu cür beynəlxalq hüquq pozuntularını pisləyir.

Sığorta ilə yaşanan problemlər aradan qaldırılır VİDEO

2023-01-13 21:14:00

Kiçik mühərrikli nəqliyyat vasitələri sürücülərinin sığorta ilə bağlı yaşadıqları çətinlik aradan qaldırılacaq.

Baldızı qızını yoldan çıxardı: "Yerə boş kisə sərdi..." Şok olay

2023-01-13 21:07:00

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda 1983-cü il təvəllüdlü Ramil baldızının qızı Südabə (adlar şərti verilib - red.) ilə sevgi münasibəti yaşayıb.

Pakistanda 12 milyon dollar qazandı

2023-01-13 21:00:00

"Halime hatun" obrazı ilə Pakistanda məşhurlaşan aktrisa Esra Bilgiçin reklam gəlirləri ortaya çıxıb.

"Arıqlamışdım, yenidən kökəldim" VİDEO

2023-01-13 20:44:00

Mədəkiçiltmə əməliyyatından sonra 30 kiloqram arıqlayan Əməkdar artist Mətanət İsgəndərli son halıyla diqqət çəkib.

Tibb bacısı məhkumla cinsi əlaqədə oldu, həbs edildi

2023-01-13 20:36:00

Britaniyada, Uelsdə, Bridjend şəhərindəki həbsxananın keçmiş tibb bacısı Eliz Hibbs cinayətkarla münasibət qurduqdan sonra həbsxanaya düşüb.