Xəbərlərin siyahısı

ABŞ institutu: “Priqojın Rusiya Müdafiə Nazirliyini “Vaqner”i tanımağa məcbur edib”

2023-01-14 11:02:00

Biznesmen Yevgeni Priqojın Rusiya Müdafiə Nazirliyinin onun "Vaqner" özəl hərbi şirkətinin Soledarın ələ keçirilməsində iştirakını etiraf etdikdən sonra öz mövqeyini möhkəmləndirib

Binəqədi rayonunda evdən meyit tapıldı

2023-01-14 10:56:00

Bakı şəhərində mənzildən meyit tapılıb.

Qərb bizə görə Türkiyə ilə savaşacaq?

2023-01-14 10:52:00

Ermənistanın kollektiv Qərbdən hər hansı illuziya və yüksək gözləntisi olmamalıdır.

Tanınmış müğənni 24 yaş kiçik sevgilisi ilə evlənəcək?

2023-01-14 10:37:00

Tanınmış türkiyəli aktyor və ifaçı Özcan Dəniz ötən gün alış-veriş edərkən kameralara yaxalanıb.

Bakıda körpə ana südü qəbul edərkən boğulub öldü

2023-01-14 10:32:00

Bakıda körpə ana südü qəbul edərkən boğularaq ölüb.

Azərbaycan bunu da BACARDI

2023-01-14 10:26:00

Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dünyada bir yandan koronavirus pandemiyasının yaratdığı dərin böhran, digər tərəfdən də köhnə və yeni aktiv savaş ocaqlarının getdikcə genişlənməsi dünyada demək olar bütün sahələri çox böyük təhlükə ilə üz-üzə qoyub, ərzaq böhranını, iqtisadi infilyasiyanı qaçılmaza çevirib.

Azərbaycanda kredit faizləri artacaq?

2023-01-14 10:25:00

Bankların cəlb etdikləri depozitlərə görə Mərkəzi Bankda saxlamalı olduğu məcburi ehtiyat faizi artırılıb. Məcburi ehtiyat norması milli valyutada depozitlər üzrə 4%-dən 5%-ə, xarici valyutada depozitlər üzrə isə 5%-dən 6%-ə qaldırılıb.

Bakıda 3 nəfər dəm qazından zəhərlənib,

2023-01-14 10:21:00

Bakıda 3 nəfər dəm qazından zəhərlənib, ölən var.

Azərbaycanda sabiq icra başçısı vəfat etdi

2023-01-14 10:14:00

Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mübariz Rəcəbov vəfat edib.

Qusarda FACİƏ: nənə və 7 yaşlı nəvəsi yanaraq öldü

2023-01-14 10:07:00

Qusar rayonunda Qələcuq kəndində yanğın baş verib.

Balaəli oğlunun ad günündə Rəşad Dağlının övladları ilə

2023-01-14 10:03:00

Meyxanaçı Balaəli oğluna dəbdəbəli ad günü keçirdi.

Gəncədə evdə partlayış olub,

2023-01-14 09:52:00

Gəncə şəhərində evdə qazsızmasından partlayış olub, xəsarət alan var.

Laçın yolundan BQXKnın daha 5 avtomobili maneəsiz keçid etdi

2023-01-14 09:41:00

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

İran müdafiə nazirinin sabiq müavini edam olundu

2023-01-14 09:37:00

Böyük Britaniyaya casusluqda təqsirli bilinən İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbəri bu gün səhər edam olunub.

Bayden "Ölkənin vəziyyəti" barədə ABŞ Konqresində çıxış edəcək

2023-01-14 09:30:00

ABŞ prezidenti Co Bayden fevralın 7-də Konqresin hər iki palatasına illik "Ölkənin vəziyyəti" müraciəti ilə çıxış edəcək.

Məşhur aktyor koronavirusdan öldü

2023-01-14 09:19:00

Amerikalı məşhur aktyor Ben Masters vəfat edib.

İmişli sakinindən 3 kiloqramdan artıq narkotik götürülüb FOTO

2023-01-14 09:08:00

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı qətiyyətli əməliyyat tədbirləri davam etdirilir.

Bubon nədir?

2023-01-14 08:59:00

Bubon limfa vəzinin 3-5 sm-ə qədər böyüməsinə və əksər hallarda irinləməsinə deyilir.Bubonlar limfogen olaraq birincili və ikincili olur. Birincili bubon infeksiya qapısına yaxın olur və hemotogen yolla patologiyaya uğrayır. İkincili olaraq isə bubon yoluxma yerinin əks tərəfində və ya digər nahiyələrdə yerləşir. Bubonlar aşağıdakı infeksion xəstəliklər zamanı meydana gəlir: - taun - tülyaremiya - pişik cırmağı xəstəliyi - irinli limfodenit - şişlərin limfa vəzilərinə metastazı - lim fasarkoma - qan xəstəlikləri - sudoku(siçovul dişləməsi) - infeksion xəstəliklər Bubonlar hər xəstəlikdə müxtəlif təzahürlərlə birlikdə meydana çıxırlar.Sudoku(siçovul dişləməsi xəstə streptobasillə yoluxduqdan 2-20 gün ərzində xəstəlik inkişaf edir,intoksikasiya əlamətləri meydana çıxır.Bu zaman yüksək qızdırma ilə yanaşı dəridə irinli yaralar və bubonlar meydana çıxır. Pişik cırmağı xəstəliyi zamanı pişiyin ağız suyu düşdüyü yerdə papula,vezikula,poustula ələmə gəlir və regionar bubon meydana çıxır. irinli limfodenit(bubon)infeksiyalaşmış yara,frunkul,karbonkul,mastit,abses,fleqmona,dolama və s. nəticəsində ikincili xəstəlik kimi meydana gəlir.Bu zaman limfa vəzi iri və ağrılı olur,üzərindəki dəri qızarır.Bu zaman ümumi intoksikasiya əlamətləri,leykositoz və EÇS müşahidə edilir. Bubonlara ən çox şiş xəstəliklərində rast gəlinir.Bu zaman limfa düyünlərində iltihab əlamətləri olmur,vəzilər ağac kimi bərkiyir,ağrımır.Şiş xəstəlikləri zamanı prosesə bir neçə limfa düyünü cəlb olunur. Zöhrəvi xəstəliklər zamanı qasıq nahiyəsində bubonlara rast gəlinir.Bubonların əmələ gəlməsi zöhrəvi xəstəliklərin yoluxmasından 10-60 gün ərzində baş verir.Zöhrəvi xəstəliklər zamanı əmələ gələn bubonların dərisinin üstü qızarır,iltihablaşır,bəzən sarımtıl-yaşıl irin axıdan fistul verir.Bu zaman bubonların irinləməsi qızdırma və ümumi intoksikasiya əlamətlərilə müşahidə edilir.

Almaniyanın müdafiə naziri

2023-01-14 08:58:00

Son aylarda Almaniya Silahlı Qüvvələrinin maddi-texniki bazasının vəziyyəti ilə bağlı tənqidlərə məruz qalan Almaniyanın müdafiə naziri Kristin Lambrext istefa vermək qərarına gəlib.

Avropada qazın qiyməti 700 dollardan

2023-01-14 08:57:00

Avropada qazın birja qiymətləri 6 %-dən çox itirərək min kubmetr üçün 700 dollardan aşağı düşüb.

Pemfikus xəstəliyi

2023-01-14 08:55:00

Pemfikus ağır dəri xəsrəliklərindəndir. Pemfikus autoimmun xəstəliklər siyahısına daxildir və dərinin ağır zədələnmələrin ilə özünü biruzə verir. Pemfikus xəstəliyi əksər hallarda xəstənin ölümünə səbəb olur. Pemfikus özünü dərinin və selikli qişaların üst təbəqəsində meydana çıxan qabarcıqlarla biruzə verir. Xəstəliyin əmələ gəlmə səbəbi elmə məlum deyil. Mütəxəssislərin fikrinə görə xəstəliyin əmələ gəlməsinə virus səbəb olur. Bu virus dəridəki hüceyrələrin sitoplazmasında müxtəlif ağır patologiyalara səbəb olur. Pemfikus xəstəliyinə hər yaş dövründə olan adamlarda rast gəlmək mümkündür. Pemfikus xəstəliyi zamanı dəri və selikli qişalarda içərisi qatı irinlə dolu qovuqcuklar meydana çıxır. Ən böyük irin qovuqcuqları ağız boşluğu və cinci orqan nahiyələrində əmələ gəlir. Bu zaman irin qovuqcuqları olan nahiyələrdə kəskin ağrı hissi də meydana çıxır. Bir çox mütəxəssislər isə pemfikus xəstəliyinin autoaqressiv antitellər səbəbindən baş verdiyini qeyd edirlər. Xəstəlik zamanı dərinin epiderma hüceyrələri öz quruluşunu dəyişərək dəri təbəqəsinin tamlığının pozulmasına səbəb olur. Xəstəlik zamanı xəstənin dəri qatının əksər hissəsi irin torbacıqları olə örtülmüş olur. Bu xəstəlik barədə ilk məqalə 1964-cü ildə qeydə alınmışdır. Xəstəlik əlamətlərinə görə 4 növə ayrılır. * vulqar * vegetativ * yarpaqşəkilli * irinli Müalicəsi Xəstəliyin müalicəsi zamanı əsasən qlükokortikosteroidlərdən (prednizalon, deksametazon) istifadə edilir. Dərmanların dozası həkimin təyinatı ilə təyin edilməli və xəstəliyin gedişinə uyğun olraq artırılıb azaldılmalıdır. Xəstəlik zamanı orqanizmi yanaşı təsirlərdən qorunmaq lazımdır. Bu məqsədlə xəstələrə immunosupressorlar(siklosporinom, mikofenolyat mofetil, sikofosfamid, azatioprin, metotreksat və s.) təyin edilir. Müalicə zamanı xəstənin vena daxilinə yüksək dozada immunoqlobilin təyin edilir. Son illər pemfikus xəstəliyiyn müalicəsində anti - CD 20 monoklan antiteli tətbiq edilir. Xəstəliyin göbələk və infeksiya xəstəliklərinin əlamətləri ilə ağırlaşmaları olduqda dəri baryer xüsusiyyətini itirir. Bu zaman xəstəyə antibiotik və göbələkəleyhinə müalicə vasitələrindən istifadə edilir. Xəstəlilik dərman müalicəsinə tabe olmadıqda ağırlaşmalar meydana çıxır. Bu zaman xəstəyə onurğa iliyi çökürülür. Xəstəliyin gedişi bəd xassəlidir. O müalicəyə tabe olmur və xroniki şəkil alır. Pemfikus xəstəliyi əksər hallarda heç bir müalicəyə tabe olmur və xəstənin əmək qabiliyyətinin tamamilə aşağlı düşməsinə səbəb olur. Perfuikus əksər hallarda xəstənin ölümü ilə nəticələnir.

Azərbaycan hərbçiləri Türkiyədə "Bayraktar AKINCI"nın istifadəsinə dair

2023-01-14 08:54:00

"Baykar" şirkətində "Bayraktar AKINCI" pilotsuz uçuş aparatlarının istifadəsinə dair kurs keçən azərbaycanlı hərbçilərin buraxılış mərasimi baş tutub.

Rusiya Ukraynın enerji sisteminə 6,8 milyardlıq

2023-01-14 08:52:00

Rusiya ordusu Ukraynanın enerji sisteminə 6,8 milyard dollarlıq zərər vurub.

Limfadenopatiya

2023-01-14 08:51:00

İnfeksion xəstəliklərin orqanizmdə əmələ gətirdiyi əlamətlərdən biri də limfa vəzilərinin zədələnməsidir. Bu zədələnmə limfodenopatiya adlanır. İnfeksion xəstəliklər zamanı mikrobun daxil olduğu nahiyyəyə yaxın yerdə limfa vəzisi limfogen iltihaba uğrayır. İnfeksiya orqanizmə qan vasitəsilə düşdükdə isə limfa vəzisi hemotogen iltihaba uğrayır. Limfa vəzisinin böyüməsini aşkar edərkən onun yerini, ölçülərini, sayını, bərkliyini, hərəkətliliyini, ətraf toxuma və dəri ilə birləşməsini və onun inkişaf mərhələsi öyrənilir. Bəzən orqanizmə düşən infeksiyanın orqanizm təsirinin zəifliyindən limfa vəziləri az böyüyür. Məsələn, brüselyoz xəstəliyi zamanı, xəstəlik bütün orqanizmdə müxtəlif patologiyaların əmələ gəlməsinə səbəb olmasına baxmayaraq limfa vəziləri az böyüyür. Bəzən isə limfa vəziləri böyüyür, bubon əmələ gətirir, ağrılı (taun xəstəliyində) və hərəktsiz (periadenit nəticəsində) olur. Tülaremiya zamanı isə limfa vəziləri elə böyüyür ki, onların ölçüləri xaricdən gözlə görünür. Bu zaman limfa vəzilərinin ölçülərini asanlıqla müəyyən etmək our. Amma tülaremiya zamanı limfa vəziləri az ağrıyır və yerini dəyişə bilir. Bəzi infeksion xəstəliklər zamanı bütün limfa vəziləri prosesə cəlb olunur. Bu xəstəliklərə aiddir: - infeksion mononukleoz - listerioz - sifilis - brüselyoz. Limfa vəzilərində əmələ gələn patoloji dəyişkənliklər infeksiyanın növündən, daxil olma yollarından və miqdarından asılı olaraq dəyişə bilir.

İsveç parlamentinin sədrinin Türkiyəyə

2023-01-14 08:50:00

Türkiyə parlamentinin sədri Mustafa Şentop isveçli həmkarı Andreas Norleni Stokholmda terror təşkilatı YPG-nin (PKK-nın Suriya qanadı) Türkiyəyə qarşı törətdiyi təxribatda iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün konkret addımlar atmağa çağırıb.

ABŞın dövlət borcu maksimal

2023-01-14 08:48:00

ABŞ yanvarın 19-da dövlət borcu maksimal həddə çatacaq və ölkənin qanunverici orqanı maksimal həddi artırmaq üçün təcili tədbirlər görməlidir.

Deputatın sərvəti hər kəsi

2023-01-14 08:47:00

Münhendə Avropa İttifaqının sanksiyaları altında olan Rusiya Dövlət Dumasının Kommunist Partiyasından olan deputatı Roman Lyabixovun dörd mənzilə sahib olduğu aşkar edilib.

Ən gözəl müalicə üsulu

2023-01-14 08:46:00

Musiqi insanın ruhuna və beyninə təsir edən bir vasitədir.Nahaq yerə musiqi haqqında ruhun qidasıdır deməyiblər ki? Bir sözlə musiqinin canlılara təsiri dəfələrlə sübut olunmuşdur. Araşdırmalar nəticəsində musiqi dinləyən inəklərin çox süd verdiyi,musiqi çalınan istixanalarda birkilərin daha canlı inkişaf etdiyi dəfələrlə bunu təsdiq eləmişdir.Hətta ana bətnindəki körpənin belə musiqiyə reaksiya verdiyinin mütəxəssislər dəfələrlə şahidi olmuşlar. Amerika McGill Universitetinin nevroloqu Anne Blood musiqinin insan beynində fərqli mərkəzləri çalışdırdığını,nevrotik və ruhi xəstəlikdən əziyyət çəkən beyin hissələrinin musiqiə qulaq asdığı zaman fərqli reaksiya verdiyiniyini qeyd etmişdir.O,öz qeydlərində musiqinin mərkəzi sinir sisteminə,beyin qabığına,insanın düşünmə tərzinə,elmə ölan həvəsinə,danışıq qabiliyyətinə təsir etdiyini yazmışdır.Aparılan araşdırmalar musiqinin aşağıdakı xəstəliklər zamanı insan sağlamlığına yaxşı təsir etdiyini təsdiqləmişdir. Musiqi * iflic xəstələrinə yeriməkdə köməklik edir * Alsheymer xəstələrinə danışa bilməkdə kömək edir * Əməliyyatdan əvvəl musiqiyə qulaq asmaq narkoza az ehtiyac duyulmasına səbəb olur. * Epilepsiya xəstələrinə Motsartın musiqisini dinlətmək tutmaların müddətinin azalmasına səbəb olur. * Əməliyyatdan sonra musiqiyə qulaq asmaq ağrıların azalmasına səbəb olur. * Əməliyyat edən həkimlər musiqiyə qulaq asdıqda yorulmadıqlarını deyirlər. * 20 dəqiqə musiqi dinləmək sinir sistemini sakitləşdirir. * Hiperaktiv uşaqlar musiqiyə qulaq asarkən sakitləşirlər. * Vyanada Meidlinq Reabilitasiya Mərkəzindəki komalı xəstələri musiqi ilə müalicə etmək istəmişlər.Xəstələrin bir-neçəsi muğamata qulaq asaraq komadan ayılmışlar. * Ritmik musiqini insana güc və qüvvət verdiyi,ürək döyüntülərini artırdığı dəfələrlə öz sübutunu tapmışdır. Siz də sağlığınıza sağlıq qatmaq istəyirsinizsə gözəl bir musiqiyə qulaq asın.

Rusiyada üç uşağı olan atalar da müharibəyə

2023-01-14 08:44:00

Rusiya Federasiyasında üçuşaqlı atalar üçün qismən səfərbərlikdən möhlət hüququ ləğv edilib.

Azərbaycan mətbuatı bu yazılarla doludur –

2023-01-14 08:42:00

Xalqımız əvvəlcə danışan, sonra fikirləşənə yatırım edib, onu Ermənistanın birinci şəxsinə çevirdi. Və o, ölkənin sıravi vətəndaşı olaraq qalsaydı, bir problem olmayacaqdı. "Nikoldu da, düşünmədən nəsə dedi" deyib keçəcəkdik. Amma o indi Baş nazirdir. Bütün ölkəmiz də müvafiq olaraq onun bəyanatlarının "bəhrəsini" alır. Ötən günlərdə mediaya açıqlama verən Nikol Paşinyan böyük biabırçılığa yol verdi. Bəli, biabırçılıq. Azərbaycan mətbuatı belə yazılarla doludur. Təəssüf ki, Paşinyan ölkəmizlə bağlı iradlar söyləməyə başlayanda "Ermənistan öz təhlükəsizliyini təkbaşına təmin edə bilməz, Rusiya İrəvanın təhlükəsizliyinin qarantıdır" dedi. Kim Nikola Ermənistanı belə aşağılamaq haqqı verib?

Narahat yaşamaq xəstəlikdirmi?

2023-01-14 08:41:00

Bir qrup insanlar vardır ki,onlar daima narahat yaşayırlar.Adi bir hadisə belə onları həyəcanlandırmağa bəs edir.Bu cür insalar tez-tez"Mən çox narahatam,ürəyim sıxılır." və ya "Qorxuram nə isə olar."cümləsini işlədirlər. Bəs narhatçılıq nədir,onun əmələ gəlməsinə nə səbəb olur? Narahatçılıq,həyəcan həyati məsələlərin ən adi hallarında da belə əsəbi gərginliklə müşahidə edilirsə,bunu psixoloji hal kimi qiymətləndirmək olar.Psixoloji gərginliyə səbəb olan narahatlıq zamanı insanlar özlərinin tək və köməksiz hiss edirlərlərsə bu patologiya sayıla bilər Belə insanlar özləri hansısa bir məsələyə rəy verib ondan çıxış yolu tapmaqda çətinlik çəkir,özlərini gücsüz sayır və öz problemlərinin həll etməyə adam axtarırlar. Daima narahatçılıq hissi ilə yaşamaq insanlarda ürəkdöyünməyə,təngnəfəsliyə,qanın sirkulyasiyasının artmasına,arterial təzyiqin yüksəlməsinə səbəb olur. Narahatçılıq hissinin müxtəlif növləri ayırd edilir.Bu yaranan situasiyadan,baş verən vəziyyətdən,məkandan və zamandan asılı olaraq fərqli ola bilir. Narahatçılıq hissinin yaşayış tərzindən asılı olaraq 2 forması qeyd edilir. Birinci formada insan öz narahatçılığını açıq şəkildə yaşayır.O bunu öz sözləri,hərəkətləri və ətrafa verdiyi reaksiyalarla nümayiş etdirir. İknci formasa isə insan narahatçlıq hissini öz daxilində yaşayır.Real həyatda o ətrafdakılara sakit adam təsiri bağışlayır,amma beyni daima gərgin və narahat olıur. Bu forma narahatçılığa uşaqlarda rast gəldikdə mütləq psixoloq-pedaqoqa müraciət etmək lazımdır.Çünki belə uşaqlar zahirən çox sakit görünsələr də onarın qapalı və həyəcəcan dolu daxili neqativ aləmləri olur.

Peruda etirazçılar rekord sayda

2023-01-14 08:40:00

Peruda hökumət əleyhinə etirazçılar tərəfindən bağlanan yolların sayı cümə günü rekord həddə çatıb.

Bakıda 43 yaşlı motosikletçini

2023-01-14 08:39:00

Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yasamalda piyadanı avtomobil

2023-01-14 08:29:00

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hazal Kaya məhkəməyə

2023-01-14 08:28:00

Türkiyənin keçmiş çavuşu Musa Orhan məşhur aktrisa Hazal Kayanı məhkəməyə verib.

Vasif Talıbovun Naxçıvanda tikdiyi

2023-01-14 08:27:00

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun tapşırığı ilə Şahbuz rayonun Kolanı kəndində yol kənarında tikilən hasar sökülür.

Yuxuda hamilə olduğunu görmək

2023-01-14 08:25:00

Yuxuda hamilə oılduğunu görmək sevindirici bir xəbər almağa,xoş sürprizlə qarşılaşacağınıza bir işarədir. Yuxuda hamilə olduğunu görən adamın varı-dövləti artar. Yuxuda hamilə olduğunu öyrənmək illərlə arzuladığınız xəyalınızın həyata keçəcəyinə işarədir. Əgər yuxuda ailə üzvlərinizdən birinin hamilə qaldığını görmüsünüzsə ailənizdə xoş bir sürpriz baş verəcək. Yuxuda qız uşağının hamilə olduğunu görmək onun tezliklə ərə gedəcəyinə işarədir. Kişi özünün yuxuda hamilə olduğunu görərsə bu onun gizli və xoşagəlməz bir sirrinin olduğunu bildirir.Həmin sirr açılacaq və o bundan xəcalət çəkəcək. Elm adamının yuxuda hamilə olduğunu görməsi onun elmi bilik və nəaliyyətinin artacağına bir işarərədir. Sənətkar adamın yuxuda hamilə olduğunu görməsi heç bir insanın bacarmadığı bir qabiliyyətinin ortaya çıxmasını bildirir. Yuxuda arvadının hamilə olduğunu görən kişi Allahdan nə istəsə həyata geçəcək. Yuxuda bir heyvanın hamilə olduğunu görmək yuxu görənin xeyir və mənfəət əldə edəcəyinə işarədir. Yuxuda hamilə adam görmək və onu doğuzdurmaq sevindirici xəbər alacağınıza dəlalət edir. Yuxuda qadın hamilə olduğunu və armud görərsə bu onun oğlan doğacağına işarədir. Hamilə qadının yuxuda qarnından balıq çıxmasını görməsi onun qızı olacağına bir işarədir. Hamilə qadın yuxuda özünü bığlı görərsə deməli oğlu olacaq. Hamilə olan qadın yuxuda oğlan doğacağını görərsə deməli qızı olacaq. Ümumiyyətlə,yuxuda hamilə görmək arzuların,maddiyatın və mənfəətin artıb çoxalması anlamına gəlir. Yuxuda yaşlı qadının hamilə olmasını görmək həmin adamın odlu silahla işi olacağı anlamına gəlir. Yuxuda qısır bir adamın hamilə olduğunu görən adam yaxındakılarının xəyanətinə uğrayacağı anlamına gəlir. Dul bir qadının hamilə qalmasını yuxuda görmək onun bəxtinin açılacağına işarədir.

İstanbulda polisə silahlı hücum:

2023-01-14 08:24:00

İstanbulun Başakşəhir bölgəsində polisin xidməti avtomobilinə silahlı hücum olub.

Rusiya məlumatı: Qarabağdakı

2023-01-14 08:22:00

Rusiya məlumatı: Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhalinin sayı 40 mindən çox deyil.

Ağıl zəifliyi Demensiya

2023-01-14 08:21:00

Demensiya insan təfəkkürünün və intellektinin çatışmazlığıdır. Bu çatışmazlıq beyinin müxtəlif zədələnmələri səbəbdən baş verə bilir. Bu səbəblərə aiddir: - beyinin iltihabi xəstəlikləri - müxtəlif travmalar - toksiki zəhərlənmələr və s. Demensiyanın əmələ gəlməsi yerli və proqressiv edilmiş olaraq baş verə bilir. Yerli olaraq demensiyanın baş verməsinə beyində əmələ gələn müxtəlif xəstəliklər səbəb ola bilir. Bu xəstəliklərə meningit, ensefalit, ağır kəllə-beyin travmaları və müxtəlif dərman və digər maddələr səbəbli zəhərlənmələr aiddir. Proqressiyaedici demensiya zamanı isə ağıl zəifliyi bəzi xəstəliklərin əlaməti kimi meydana çıxır (Alsheymer, Qeller demendiyası xəstəlikləri, dağınıq skleroz və s.). Demensiya beyin mərkəzlərinin zədələnməsi səbəblə baş verir. Xəstəliyin əlamətləri zədələnmə ocağının az və ya çox olduğundan asılı olaraq dəyişir. Demensiya zamanı beyin öz fəaliyyətini normal həyata keçirə bilmir. Bu zaman xəstələrdə fikiryürütmə qabiliyyəti zəifləyir, emosiyalar zəif inkişaf edir və onlar ətraf mühitə qarşı ləng reaksiya verirlər. Onların intellekti, yaddaşı, diqqəti, psixi aktivliyi zəif olur. Belə xəstələr baş verəcək hadisə barədə fikir yürüdə bilmirlər. Demensiya uşaqlarda baş verdikdə onların qavrayışı zəifləyir, nitqində qüsurlar meydana çıxır. Belə uşaqlar özlərinə normal qulluq edə bilmirlər. Onları qidalanması və bütün həyat fəaliyyətləri mütləq nəzarət altında olmalıdır. Demensiya anadangəlmə olduqda uşaqlara diaqnozu həyatlarının bir-neçə aylığında qoymaq olur. Çünki demensiyalı körpələr səsi və ətrafda baş verənləri ləng qavradıqlarına görə öz valideyinlərinə də yad insana bəslədikləri reaksiyaları verirlər. Xəstəliyin müalicəsi onun ağırlıq dərəcəsindən və onu əmələ gətirən səbəbdən asılı olaraq aparılır. Bu zaman beyin sinir hüceyrələrinin fəaliyyətini artıran, beyin qan dövranını yaxşılaşdıran preparatlardan və müxtəlif psixoloji-pedoqoji müalicə üsullarından istifadə edilir.

"Johnson&Johnson" peyvəndlərin

2023-01-14 08:20:00

ABŞ-ın "Johnson&Johnson" şirkəti tələbat azaldığından koronavirusa qarşı peyvəndlərin istehsalını azaldır.

“28 May” stansiyasının qarşısında dava olub,

2023-01-14 08:19:00

Bakının Nəsimi rayonunda, "28 May" metro stansiyasının qarşısında dava zamanı 1 nəfərin qolu sınıb.

“Heç kəs Soledarı tutmayıb, tam nəzarət Ukraynada da deyil”

2023-01-14 08:18:00

"Soledarda döyüşlər davam edir. Əraziyə heç kim nəzarət etmir".

BurkinoFasoda məscidə hücum:

2023-01-14 08:17:00

Burkino-Fasoda məscidə hücum olub.

Qastroenterit sindromu

2023-01-14 08:15:00

Qastroenterit sindromunun yaranmasına infeksion xəstəliklər və infeksiyalar səbəb olur.Sindromun müxtəlif formaları var: Salmanelyoz qastroenteriri Bu zaman intoksikasiya əlmətləri heyvani məhsulları - ət,balıq,yumurta,süd məmulatı yedikdən sonra meydana çıxır.Tərkibində salmanella törədiciləri olan heyvani məhsulla qəbul edildikdən sonra yoğun bağırsaqda,xüsusən də onun distal hissəsində iltihabi prosesin əmələ gəlməsinə səbəb olur.Bu zaman xəstənin nəcisi az,selikli və qanlı olur.Xəstələrdə bəzən qusma baş verir ki,buna da xəstəliyin yoluxduğu ilk günlərdə baş verir.Salmonelyoz orqanizmin susuzlaşmasına və şoka səbəb ola bilir. Eşerixioz qastroenteriti Xəstəlik gedişinə görə vəba xəstəliyinə oxşayır.Xəstəlik zəif intoksikasiya,subfebril qızdırma ilə gedir.Qusma xəstəliyin ilk günlərində olur.Bu xəstəliyə kolit sindromu daha xasdır.Qastroenteritin bu forması zaman defekasiya aktının sayı 10-a çatır,nəcsdə selik və qan olur. Botulizm də bəzən qusma və ishalla müşayət edilir.Bu əlamətlər xəstəliyin başladığı ilk gündən başlayır və 1-2 gün davam edir. Botulizmdə ishal zamanı qarında kəskin ağrılar baş verir və xəstələrdə paralitik sindrom qoşulur.Paralitik sindrom isə botulizmin diaqnozunu asanlaşdırır. Vəba qastroenteriti kəskin bağırsaq infeksiyalarından fərqli olaraq qızdırma və intoksikasiya əlamətləri vermədən ishalla başlayır.Bu zaman qusma prosesə gec qoşulur və qarında ağrı olmur.Vəba qastroenteritində nəcis tez durulaşır,çox olur və orqanizm tez susuzlaşır. Stafilokokk qastroenteriti epiqastral nahiyədə ağrı,ürəkbulanma və qusma ilə kəskin başlayır.Bu zaman xəstələr halsız,sifətləri solğun olur.Onların arterial təzyiq aşağı düşür. Göbələk səbəbli əmələ gələn qastroenteritin ən ağır formaları quzu göbələyi,solğun əzvay göbələyi və milçəköldürən göbələk yeyildiyi zaman baş verir.

Xaçikyan: Azərbaycan tankları

2023-01-14 08:14:00

Azərbaycan tankları İrəvana nə vaxt gəlir? İndi biz bu haqda düşünməliyik, çünki Ermənistanda hakimiyyətdə əyləşənlərin bütün addımları buna doğru gedir.

10 dərəcə şaxtada çimən Qax sakini: “Göz damarlarımın

2023-01-14 08:13:00

Qaxın Ağçay kənd sakini 10 dərəcə şaxtada çayda çimir.

Ordumuz bu tarixdə ildırımsürətli

2023-01-14 08:12:00

Son vaxtlar gedən proseslər onu göstərir ki, Qarabağın dağlıq hissəsində ermənilərin yaşadığı ərazilər yaxın 6 ayda Azərbaycanın yurisdiksiyasına keçəcək.

Şixan sindromu

2023-01-14 08:11:00

Bu hipotalamus və hipofizin çatışmazlığıdır.Patologiya doğuş zamanı çoxlu qanitirmə zamanı kollaps baş verdiyində meydana gəlir. Şixan sindromu doğuşdan sonra hipofizdə meydana gələn infarkt kimi qiymətləndirilir.Ağır doğuşlarda arterial təzyiqin yüksəlməsi və çoxlu qanitirmə doğuşun orqanizmdə müxtəlif patologiyalar əmələ gətirməsinə səbəb olur. Qadın hamilə olduqda onun hipofizi öz normasından böyük olur,amma oranın qanla təmin edilməsi əvvəlki kimi qalır.Doğuşdan sonra yuxarıda sadalanan patologiyalar baş verdikdə isə hipofizə qanın nəql edilməsi zəifləyir.Bu zaman hipofizdə hipoksiya baş verir ki,bu da həmin hissənin infarktına səbəb olur.Bəzən hətta infarkdan sonra hipofizin nekrozu da inkişaf edir.Bu zaman adenohipof və laktotropin hüceyrələri zədələnir. Xəstəlik öz əlamətlərinin qısa bir zamanda biruzə verir.Xəstələrdə zəiflik,süd vəzilərinin fəaliyyətinin dayanması və kiçilməsi,arterial təzyiqin aşağı düşməsi müşahidə edilir.Sonralar saçların tökülməsi,çəkinin itirilməsi və narahatçılıq hissi meydana çıxır.Qadın vaxtında müayinə edilib diaqnoz qoyulmasa və müalicə aparılmasa xəstəliyin gedişi ağırlaşır, qadınlarda yenidən ovulyasiya və hamiləlik baş vermir.Çünki hipofiz bu patologiyanı öz-özünə bərpa edə bilmir və mütləq vaxtında müalicə tələb edir. Şixan sindromun diaqnozun qoyulmasında hipofiz və hipotalamusun hormonlarının qanda miqdarının yoxlanılmasının nəticələri əsas götürülür. Müalicə infantilizmin müalicəsi ilə birlikdə hormonal terapiyadan ibarətdir.Xəstəyə 2-3 ay ərzində sintetik progesteron müalicəsi və qonadotropin təyin edilir.Müalicə qənaətbəxş olduqda qonadotropinin miqdarı tədricən azaldırlır.Bu müalicə hipofizin funksiyasını müvəqqəti blokada edir və sonradan onun aktivləşməsini təmin edir.

Bitkoinin qiyməti 10%dən

2023-01-14 08:10:00

Bitkoinin qiyməti ticarət sessiyası zamanı 10,30% artaraq 20,721 min dollara çatıb.