Xəbərlərin siyahısı

Uşaqlarda döş qəfəsinin deformasiyaları

2023-01-21 08:59:00

Valideynlər mütəmadi olaraq uşaqlarını pediatr müayinəsinə aparırlar. Bəzi xəstəliklər isə mütəxəssislər arasında mübahisəli mövzuya çevrilir. Həkimlərin bir qismi isə yanlış diaqnozlarla azyaşlını səhv istiqamətdə müalicə edirlər. Bu isə valideynləri kifayət qədər narahat edən məsələdir. İmmunitet.az xəbər verir ki, uzman pediatr Altay Abdullaoğlu bildirib ki, uşaqlarda ən çox rastlaşdığı problemlərdən biri döş qəfəsinin müxtəlif deformasiyalarıdır. Həkimin sözlərinə görə, deformasiyanın daha çox 2 forması ilə qarşılaşırlar: "İlki Pectrus carinatum dediyimiz döş qəfəsinin önə doğru qabarıq formada olmasıdır. El arasında "toyuq döş qəfəsi" və yaxud da "göyərçin döşü" olaraq da adlandırılır. İkincisi isə Pectus excavatum olaraq adlandırdığımız döş qəfəsinin içəriyə doğru batıq olmasıdır. Bu formalı döş qəfəsi isə "çəkməci döş qəfəsi" olaraq adlandırılır. Ümumi olaraq desək bu anomaliyaların səbəbi çox zaman tam olaraq bilinməməkdədir. Bəzi hallarda belə xəstələrin ailəsində də döş qəfəsi deformasiyaları görülür. Adətən, bu körpə doğulan zaman müşahidə edilmir və döş qəfəsi böyüdükcə nəzərə çarpmağa başlayır". Abduallaoğlu, bəzən raxit xəstəliyi ilə əlaqədar döş qəfəsində müxtəlif dəyişikliklər yarandığını qeyd edib. "Lakin raxit xəstəliyi zamanı döş qəfəsindəki deformasiyalardan başqa digər elementlər də olur. Buna görə də hər döş qəfəsində deformasiya olan uşağa raxit demək və aylarla müalicə etmək doğru deyildir. Əgər döş qəfəsi deformasiyalarının səbəbi raxit xəstəliyi ilə əlaqələndirilirsə, mütləq olaraq qanda D vitamini və Ca dəyərlərinə baxılaraq diaqnoz təsdiqlənməlidir. Bilinməlidir ki, hətta vitaminlərin belə vücudumuza ciddi və ölümcül yan təsirləri ola bilər",-deyə mütəxəssis vurğulayıb. Həkim, deformasiyanın səbəbinin məxsusi bir xəstəlik olmaq ehtimalının da mümkün olduğunu söyləyib: "Əgər səbəb xəstəlik olarsa (raxit xəstəliyi kimi) o zaman bu xəstəlik müalicə edilməlidir. Adətən, bu deformasiyalar heç bir problem yaratmırlar. Lakin bu deformasiyalar döş qəfəsində yerləşən orqanlarda (ürək, ağciyərlər kimi) təsir edərək müəyyən xəstəliklərin yaranmasına səbəb olarsa, o zaman cərrahi müdaxilə edilməlidir. Təəssüf olsun ki, təyin olunmuş kurs müalicələrin, masajların və tokların bu deformasiyalara heç bir faydası yoxdur və müasir təbabətdə də istifadə edilmir".

Uşaqlara vitamin verilməlidir?

2023-01-21 08:55:00

Mütəxəssislər həkim təyinatı olmadan uşaqlara vitamin verən valideynlərə xəbərdarlıq edib.

Ukrayna lazımi hərbi köməyi alacaq

2023-01-21 08:54:00

Ukraynaya lazım olan bütün hərbi yardım göstəriləcək.

Portuqaliya Ukraynaya 14 zirehli

2023-01-21 08:52:00

Portuqaliya Ukraynaya zirehli transportyorlar, döyüş sursatları, elektrik generatorları və tibbi avadanlıqlar verməyə, habelə Ukrayna Silahlı Qüvvələrinin Avropada təlimi üçün öz hərbi personalını ayırmağa hazırdır.

Çay və nar dəri xərçəngindən qoruyur

2023-01-21 08:51:00

Son illər xərçəng xəstəliyi geniş vüsət alıb. Dəri xərçənginə tutulmaq halları da tez-tez müşahidə edilir. İmmunitet.az xəbər verir ki, aparılan araşdırmalar zamanı çayın bu növ xərçəngə müsbət təsir etdiyi və qalxan rolunu oynadığı məlum olub. Çayın tərkibində bol miqdarda güclü antioksidan mənşəli kateşin maddəsi var. Xüsusilə də təzə çay yarpaqlarından əldə edilən yaşıl çay daha faydalıdır. Antioksidan dərini zərərli şüalardan qoruyur. Çay kimi nar meyvəsi də orqanizmə çox faydalıdır. Tərkibində bol miqdarda potasium, dəmir, kalsium, fosfor mineralları və C, B1, B2 vitaminlər var. Dərini qoruyur, qocalmağı gecikdirir. Nar xərçəng hüceyrələrinin inkişafının qarşısını aldığı üçün sinə, prostat, mədə xərçəng növlərinə qarşı qoruyucu vasitədir. Nəzərinizə çatdıraq ki, araşdırma nəticəsində narın dəri xərçəngi zamanı şişi kiçiltdiyi bildirilib.

Alman kəşfiyyatı xəbərdarlıq etdi:

2023-01-21 08:48:00

Baxmutun tutulması Rusiyanın Ukraynanın daha da içərilərinə girməsinə imkan verəcək.

"Vaqner" qızıl hasilatı ilə

2023-01-21 08:47:00

Rusiyanın "Vaqner" ÖHŞ-nin təsisçisi və sponsoru Yevgeni Priqojinin strukturları Ukraynadakı hərbi əməliyyatlarını maliyyələşdirmək üçün Afrikada qızıl və digər faydalı qazıntıların hasilatını genişləndirir.

Kakao bağırsaq xərçəngindən qoruyur

2023-01-21 08:46:00

Kakao bağırsaq xərçəngindən qoruyur.

Ukrayna ordusu daha çox silah və sursat

2023-01-21 08:44:00

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ötən gün olan tədbiri Ramştaynın dostların gözəl görüşü adlandırıb.

Britaniyada həkimlər tətil edirlər

2023-01-21 08:42:00

Böyük Britaniyada intern həkimlər maaşların artırılmasını tələb edərək tətil elan ediblər.

Ayaqlarında teztez qıcolmalar olan adamlar mütləq oxusunlar

2023-01-21 08:41:00

Qıcolmalar orqanizmin sahibinə verdiyi həyəcan siqnalıdır. Əzələ qıcolması nədir? Ayaqlarında tez-tez qıcolmalar olan adamlar mütləq oxusunlar. Əzələlərin tonik qıcolması qəfil və gözlənilmədən əzələlərdə meydana çıxan qısamüddətli ağrılardır. Qıcolmalar zamanı ayaqlarda bıçaq batırmış kimi hissiyat olur və bəzən insan ağrının şiddətindən qışqırmağa məcbur olur. Bu hissi demək olar ki, bütün yaşlı insanlar keçirib. Əzələlərdə baş verən qıolma xəstəlik deyil, müxtəlkif xəstəliklərin əlamətidir. Qıcolma orqanizm üçün bir siqnaldır, ağır xəstəliklərin verdiyi bir siqnal.

Polşadan Ukraynaya daha bir dəstək:

2023-01-21 08:40:00

Polşa yeni hərbi dəstək paketi çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin tank briqadasına təlim keçməyi planlaşdırır.

Bakıda azyaşlıya zorakılq edən şəxs

2023-01-21 08:38:00

Daxili İşlər Nazirliyi paytaxtın Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxsin polis əməkdaşları tərəfindən saxlanılmasının təfərrüatını açıqlayıb.

Rza Zərrabın hədiyyə etdiyi avtomobili

2023-01-21 08:37:00

Hadisə və Rza Zərraba qarşı səsləndirilən iddialar səngimək bilmir.

Britaniya Rusiya ilə bağlı planlarını açıqladı

2023-01-21 08:28:00

Böyük Britaniya beynəlxalq tərəfdaşlar qrupuna qoşulub. Bu qrup Ukraynaya qarşı müharibəyə görə Rusiyanın məsuliyyətə cəlb edilməsinə çalışacaq.

İranlının mədəsindən 72 bağlama narkotik

2023-01-21 08:27:00

Türkiyədə keçirilən əməliyyat zamanı saxlanılan avtobusda hərəkət edən İran vətəndaşının mədəsindən 72 bağlamada 714 qram narkotik vasitə aşkar edilib.

Rusiyadan Avropaya qaz nəqli

2023-01-21 07:55:00

Rusiyadan Avropaya Ukrayna ərazisi vasitəsilə qaz nəqli yanvarın əvvəlindən 40 faiz azalıb.

Bir neçə dəqiqəyə üzün dərisini necə cavanlaşdırmaq olar?

2023-01-21 07:51:00

Üz dəriniz cavanlaşmasını istəyirsinizsə, o zaman bu masknı həftədə 2-3 dəfə tətbiq edin. Aşağıdakı maskalar sizin üzünüzün dərisinin gözəlləşməsinə səbəb olacaq. 1. Yulaf maskası 3-4 qaşıq yulaf süddə və ya qaymaqda bir müddət saxlandıqdan sonra üzə yaxıb 15-20 dəqiqə saxlanılır. Sonra üz isti su ilə yuyulur. Bu maska quru dərini yumşldır, qidalandırır və təravətləndirir. 2. Kefir maskası Kefir üzə və boyun nahiyəsinə sürtülür və 20-25 dəqiqə saxladıqdan sonra isti su ilə yuyulur. Əgər kefirin yağlılığı çoxdursa, o zaman onu həftədə 1 dəfə üzünüzə sürtün. Yox əgər kefir yağsızdırsa, o zaman həftədə 2-3 dəfə kefir maskası qoya bilərsiniz. 3. Kəsmik maskası 2 xörək qaşığı kəsmik, 2 xörək qaşığı yerkökü şirəsi, 2 xörək qaşığı zeytun yağı, 2 xörək qaşığı süd qarışdırılır və eynitərkibli maddə alınır. Bu qarışım üzə 3 mm qalınlığında sürtülür və 15 dəqiqə saxlanılır. Sonra maska isti su ilə yuyulur. 4. Bal maskası 2 xörək qaşığı bal, 2 xörək qaşığı yulaf, 2 çay qaşığı süd qarışdırılır. Qarışım bir müddət saxlanıldıqdan sonra üzə sürtülür və 15-20 dəqiqə sonra isti su ilə yuyulur. Maskanı bala qarşı allergiyası olan damların tətbiq eləməsi məsləhət deyil. 5. Banan maskası Orta ölçülü banan əzilir, üzərinə 1 çay qaşığı qidalandırıcı krem, 1 çay qaşığı zeytun yağı, yarım çay qaşığı limon şirəsi əlavə edilib qarışdırılır. Qarışım üzə sürtülür, 15-20 dəqiqə saxlandıqdan sonra isti su ilə yuyulur.

Maykl Ceksonun həyatı film olur

2023-01-21 07:45:00

"Popun kralı" adlandırılan Maykl Cekson haqda bioqrafik film çəkiləcək.

Oynaqlarında xırçıltılar və bel ağrıları olanlar mütləq oxusun!

2023-01-21 07:41:00

Düyü oprqanizmdən bütün zərərli maddələri xaric edir və oynaqlardakı ağrıları aradan qaldırır.   Bu qədim Tibet reseptlərindən biridir. Reseptdən orqanizmi illərlə yığılıb qalmış şlaklardan və toksinlərdən təmizləmək üçün istifadə edilib. Resept aşağıdakı qaydada hazırlanır və qəbul edilir:

Siz dostluq etməyi bacarırsınızmı?

2023-01-21 07:31:00

Testdən keçərək necə dost olduğunuzu yoxlayın. 1. Siz tanışlarınızın biri haqqında çoxlu əhvalatlar bilirsiniz. a. Siz bu haqda hamılya danışırsınız. b. Siz onun adını çəkmədən əhvalatı danışırsınız. v. Siz bildiklərinizi heç kimə demirsiniz. 2. Sizin tanışınız sizdən bəzi şeylər alır və onu geri qaytarmır. O sizdən videokamera və ya fotoaparat istəyərsə verərsinizmi? a. Məndə belə aparatın olmadığını deyərəm. b. Dostuma aparatı verərəm. v. Aparatı vermərəm, səbəbini isə ona izah edərəm. 3. Dostunuz təsadüfən sizin saatınızı sındırarsa nə edərsiniz? a. Onunla dalaşaram, amma, əvəzinə aldığı saatı qəbul etmərəm. b. Saatın pulunu verməyi xahiş edərəm. V.Onsuz da keçinmək olar, başqasını alaram - deyərsiniz. 4. Sizin dostunuz sizin xoşunuza gəlməyən adamla yaxınlıq etsə nə edərdsiniz? a. Dostuma mənimlə onun arasında seçim etməsini söylərəm. b. Dostumla bir də görüşərərəm. v. Heç nə olmamış kimi əvvəlki əlaqələrimi saxlayaram. 5. Sizin dostunuzun başına pis bir iş gələcəyini əvvəlcədən bilsəniz nə edərsiniz? a. Onun zibilinə mən də düşməyim deyə onunla olan əlaqəmi kəsərəm. b. Əvvəlki kimi dostluğumu davam etdirərəm. v. Onunla bu barədə açıq söhbət edərəm. 6. Sizcə əsil dost necə olmalıdır? a. Hər şeyini sizinlə bölüşməlidir. b. Öz fikirlərini sizinlə bölüşməməlidir, bildiklərini özündə saxlamalıdır. v. Sizə nə lazımdırsa o barədə danışmalıdır. 7. Dostunuzun pula ehtiyacı var və pulu yoxdur, sizdən pul istəsə nə edərsiniz? a. Ona pula qənaət etməsini söylərdim. b. Onu götür, lazım olanda qaytararsınız - deyərdim. v. Sən mənə çox yaxşılıqlar etmisən, mən sənə olan borcumu qaytarmalıyam - deyərdim. 8. Siz dostunuzdan borc almaq istəsəniz nə edərdiniz? a. Uzaq gəzərdim. b. Birbaşa pul istərdim. v. Ona heç nə deməzdim, özünün hər şeyi anlayıb pul verməsini gözlərdim. 9. Dostunuz özünə paltar alarsa və həmin paltar ona yaraşmazsa o zaman nə edərdiniz? a. Paltarın ona yaraşmadığını deyərdim. b. Bu paltarın ona çox yaraşdığını deyərdim. v. Susub durardım. 10. Sizcə sizin dostunuz sizinlə müqayisədə necədir? a. Sizdən az intellektə malikdir. b. Sizdən daha çox intellektə sahibdir. v.Onun intellekti təxminən sizinki ilə eynidir. 1 2 3 4 5 6 7 8 9 10 - suallar 5 3 3 5 5 3 5 3 3 5 - a 1 1 5 3 3 5 1 1 1 1 - b 2 5 1 1 1 1 3 5 5 3 - v 21 və az xal. Siz yaxşı dostsunuz və sizə etibar etmək olar. Ətrafdakılar sizə heyranlıq hissi bəsləyirlər və dar gündə sizə müraciət edə biləcəklərini düşünürlər. Onlar sizin dar zamanlarda onlara yardım edə biləcəyinizə inanırlar. 22-42 xal. Sizin dostlıarınız var, aama, siz onları lap yaxınınıza buraxmırsınız. Siz onları lazım olduğu qədər başa düşmürsünüz. Siz,özünüzü onların yerinə qoyub düşünməyə çalışmırsınız. 43 və çox xal. Siz daha çox özünüzə qarşı diqqətlisiniz. Sizin xarakteriniz və simanız ətrafdakılarla sizin aranızda baryer rolu oynayır. Başqalarının həyatı sızın üçün maraqlı deyil. Dostluq əlaqələri qurmçaq istəyirsinizsə ətrafınızdakıların problemləri ilə maraqlanınn və bacardığınız qədər onlara yardım etməyə çalışın.

Niyə biz qarın hissədən kökəlirik? Qarnımız niyə böyüyür?

2023-01-21 07:21:00

Piy toxuması bizim həyat mexnizmimiz üçün vacib sayılan amillərdəndir. Piy toxuması bizim soyuq havalarda isinməmizə səbəb olur. Buna görə də onun orqanizmdə müəyyən miqdarda olması normal sayılır. Piy toxumasının normadan artıq yığılması orqanizm üçün normal hesab edilmir. Bəs piy toxumasının normadan artıq toplanmasının mexanizmi nədən ibarətdir?

Ayaq dırnaqlarındakı göbələk xəstəliyindən birdəfəlik xilas olmaq istəyirsinizmi?

2023-01-21 07:11:00

1. Bir çay qaşğı naşatır spirtini bir stəkan suda həll edin. Sonra təbii parça götürün və bu parçaı həmin suda isladın. Naşatırlı suda isladılmış parça ilə göbələk xəstəliyi olan dırnağı sarıyın, üstünü polietilen paketlə örtün və corab geyinin. 5 gün müdddətində bu proseduru edin və gündə 1 dəfə parçanı yenidən isladıb xəstə dırnağın üstünə qoyub yenidən bağlayın. 2. Bir ədəd çiy yumurtanın üstünə 1 xörək qaşığı sirkə, 1 xörək qaşığı bitki yağı və 1 çay qaşığı dimetilftalat əlavə edin. Adları çəkilənləri eyni tərkibli maddə halına gələnə kimi qarışdırın. Əldə olunan qarışımı soyuducuya qoyun. Yatmazdan əvvəl qarışımı göbələk xəstəliyi olan dırnağa sürtün və üstünə polietilen paket keçirib corab geyinin. Bu müalicəni 5 gün etdikdə göbələk xəstəliyi sağalır, xəstə dırnağın əvəzinə təzə, sağlam dırnaq çıxır. 3. Pambığı arı südü ilə spirt qarışımına batırın və xəstə dırnağınızı gündə bir-neçə dəfə silin. Qısa bir müddətdən sonra göbələk əlamətlərinin aradan qalxdığını və xəstə dırnağın yerinə sağlam dırnağın çıxdığını görəcəksiniz.

ABŞ “Vaqner”i transmilli cinayətkar təşkilat

2023-01-21 07:05:00

"Maliyyə Nazirliyi Rusiyanın "Vaqner" özəl hərbi şirkətini "ciddi transmilli cinayət təşkilat" kimi təsnif edir".

Maqqi dietasına əməl eləsəniz...

2023-01-21 07:01:00

Maqqi dietasına əməl eləsəniz 4 həftədə 10-28 kq arıqlaya bilərsiniz. Bu zülal dietasının müddəti 4 həftədir. Dietaya əməl edənlər 4 həftə ərzində ən azı 10, ən çox isə 28 kq arlqıamağa nail olublar. Dietanı saxlayarkən ac qalmaq və ya ət yeməklərindən uzaq durmaq lazım deyil. Maqqi dietasının menyusunda yetərincə ət, meyvələr, tərəvəz və yumurta var. Dieta saxlanılan müddətdə yağlı qidalardan, ət bulyonundan, şirniyyatlardan və mayonezdən uzaq durmaq lazımdır. Dieta saxlayan zaman spirtli içkilərdən də istifadə etməyə icazə verilmir. Çünki spirt orqanizm üçün çox zərərlidir və dietanın effektini azaldır. Dietada olan müddətdə pivə və şərab içməyə də icazə verilmir, siqaretin də çəkilməməsi dietanın faydasını artırır. Bu zaman dieta müddətində qan dövranı yaxşılaşır və orqanizmdə faydalı kimyəvi proseslər baş verir. Maqqi dietası orqanimin vaxtından əvvəl qocalmasının qarşısını alır və xəstəliklərin sağalmasını sürətləndirir. Birinci həftənin dietası Hər gün səhər yarım portağal və ya qreypfurt və 2 suda bişmiş yumurta 1. Bazar ertəsi günorta meyvə yeyilir( portağal, alma, armud, ərik, yemiş və s.). Bu zaman bir növ meyvədən istənilən qədər yeyilir. Axşam yeməyinə yağsız ət yeylir. Ət qızardılmış haıda yeyilməlidir. 2. Çərşəmbə axşamı günorta yeməyi zamanı yağsız və qızırdılmış toyuq əti yeyilir, axşam yeməyinə isə iki suda bişmiş yumurta, tərəvəz salatı və bir portağal qəbul edilir. 3. Çərçəmbə günü günorta yeməyinə istədiyiniz qədər yağsız pendir və qırmızı pomidor yeyilir. Axşam yeməyi zamanı isə suda bişmiş və ya qızardılmış ət yeyilir. Dieta saxlanılan zaman qoyun ətindən istifadə etmək olmaz. 4. Cümə axşamı günorta yeməyinə bir növ meyvədən istəniln qədər yeyilir, axşam yeməyi zamanı isə üyüdülmüş və qızardılmış ət və təzə tərəvəzlər qəbul edilir. 5. Cümə günü günorta yeməyinə suda bişmiş 2 yumurta, lobya, yerkökü və yaşıl noxud, axşam yeməyinə isə buğda bişmiş balıq, tərəvəz salatı və 1 ədəd qreypfurt. 6. Şənbə günü günorta yeməyinə bir növ meyvədən istənilən qədər, axşam yeməyinə isə qızardılmış ət və tərəvəz salatı yeyilir. 7. Bazar günü günorta yeməyinə dərisi soyulmuş və qızardılmış toyuq əti, axşam yeməyinə tərəvəzlər qəbul edilir. İkinci həftənin dietası Yenə hər səhər yeməyində yarım ədəd portağal və ya qreupfurtla 2 suda bişmiş yumurta yeyilir. 1. Bazar günü günorta yeməyi zamanı qızardılmış yağsız ət, tərəvəz salatı, axşam yeməyinə isə 2 suda bişmiş yumurta, tərəvəz salatı, portağal qəbul edilir. 2. Günorta buğda bişmiş ət və tərəvəz salatı, axşam yeməyinə suda bişmiş 2 yumurta, portağal və ya qreypfurt yeyilir. 3. Günorta yeməyinə suda bişmiş ət və xiyar, axşam yeməyinə suda bişmiş 2 yumurta və 1 qreypfurt yeyilir. 4. Günorta yeməyinə suda bişmiş 2 yumurta, yağsız ağ pendir, bişmiş tərəvəzlər, axşam yeməyinə suda bişmiş 2 yumurta yeyilir. 5. Günorta yeməyinə buğda bişmiş balıq, axşama suda bişmiş 2 ədəd yumurta yeyilir. 6. Şəmbə günü günortaya qızarılmış ət, tomat, portağal, axşam yeməyinə meyvə qarışımlarından hazırlanan salat yeyilir. 7. Bazar günü günorta yeməyinə dərisiz və suda bişmiş ət, təzə tomat, bişmiş meyvə, 1 ədəd portağal və ya qreypfurt, axşam yeməyinə toyuq əti, pomidor və qreypfurt yeyilir.

Ukraynadan Ermənistana PUA

2023-01-21 07:00:00

Erməni diasporu Ukrayna ordusunun pilotsuz təyyarələrini Ermənistana göndərir. Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın açıqlaması bunun etirafı hesab oluna bilər.

Bir çox xəstəliklərin əmələgəlmə riskini azaldan 13 qida vasitəsi

2023-01-21 06:01:00

Maqniumla zəngin olan, depressiyanın, ürək pristuplarının və bir çox xəstəliklərin əmələgəlmə riskini azaldan 13 qida vasitəsi Siz gec yuxuya gedirsinizsə, depressiyadan əziyyət çəkirsinizsə, əzələlərinizdə qıcolmalar baş verirsə bu sizin orqanizminizdə maqniumun az olmasının göstəricisidir. Maqnium orqanizmdə optimal sağlamlığın və düzgün bioloji funksiyaların baş verməsində birbaşa rol oynayır. Əslində orqanizmin optimal sağlamlığını bərpa etmək üçün 300-dən çox fermentin olması lazımdır. Bu fermentlərin orqanizmdə olması bioloji proseslərin və həyati vacib mübadilə proseslərinin baş verməsinə səbəb olur. Bu proseslərə şağıdakılar aiddir:

Bursa səmasında “UNO bulud” göründü: Bir saat havada qaldı VİDEO FOTO

2023-01-21 05:44:00

Türkiyənin Bursa şəhərində maraqlı təbiət hadisəsi müşahidə olunub.

Bu iki maddə ilə dabanlarınızda olan çatlardan xilas ola bilərsiniz

2023-01-21 05:01:00

Kobudlaşmış və çatlamış dabanlar pis görünüş yaradır. Bu heç kimin xoşuna gələn bir şey deyil. Amma siz istəsəniz bu bəladan ev şəraitində asanlıqla xilas ola bilərsiniz. Bunun üçün isə 2 inqridient lazımdır. Hansı ki, bu inqridientlər sizin mətbəxinizdə var. Lazım olanlar: * 4 stəkan süd * 3 xörək qaşığı qabartma tozu   Hazırlanması: Südü qızdırın və ayaqlarınızı vanna edə biləcək qaba tökün. Südün üzərinə qabartma tozunu da əlavə edərək ayaqlarınızı 10 dəqiqə vanna edin. Sonra ayaqlarınızı isti su ilə yaxalayın və qurulayın. Dabanlarınızda olan qalınlaşmadan və çatlardan xilas olmaq istəyirsinizsə bu proseduru hər gün təkrar edin. Proseduru hər gün etsəniz dabanlarınızın yumşaq olduğunu və çatların aradan qalxdığının şahidi olacaqsınız.

Madonna oğurlanmış rəsm əsərini almaqda ittiham olunur FOTO

2023-01-21 04:22:00

64 yaşlı Madonnanın hərracda aldığı rəsmlərdən birinin oğurluq olduğu üzə çıxıb.

Dişlərini folqa ilə bükdü, nəticəni gördükdə özü də heyrətləndi

2023-01-21 04:01:00

Ev şəraitində dişlərin ağardılması sizin stomotoloq qəbulunda vaxt və pul sərf etmənizin qarşısını alır və sizin üzünüzdən gülüşünüzü əskik etmir. Gülüş isə insanın əhval-ruhiyyəsini qaldırır və insanı özünə əmin hiss etdirir. Ev şəraitində dişlərin ağardılması üçün bir çox üsullar vardır. Bu üsullardan biri də qidaların bişirilməsində istifadə edilən folqa vasitəsilə dişlərin ağardılmasıdır. Bu üsul çox effektlidir. Dişlərin ağardılmasının texnikası Lazım olanlar:

“Xan Şuşinski, Sara Qədimova, Qədir Rüstəmov da toylara gediblər, amma onlar...”

2023-01-21 03:44:00

"1-ci və 2-ci kurslarda Cövdət Hacıyevin tələbəsi olmuşam. 3-cü kursda Cövdət Hacıyev dedi ki, məndən nə öyrəndinsə öyrəndin, indi sənə məsləhət görürəm ki, Qara Qarayevin sinfinə keçəsən. Mən təəccübləndim. Amma onlar Qara Qarayevlə bu məsələni artıq həll etmişdilər. 3-cü kursdan mən Qara Qarayevin tələbəsi oldum və müasir musiqiyə çox böyük həvəsim başladı. Qara Qarayev həmişə mənə deyirdi ki, sən həm gözəl pianoçu, həm də bəstəkarsan. Amma 7-8 saat pianoçu kimi vaxtını sərf etmə, daha çox musiqi yazmağa fikir ver. Biz müəllimlərimizi sevmişik, onlara heyran olmuşuq. Bu gün uşaqlar öz müəllimlərinə heç hörmət etmirlər, onları sevmirlər, heyranlıq deyilən bir şey yoxdur. Bəzən gənclər müasirliyi eybəcərliklə səhv salırlar".

Hamının hər gün etdiyi bu vərdiş iki qadının kor olmasına səbəb oldu

2023-01-21 03:01:00

22 və 24 yaşlarında olna iki qadın oftolmoloqa qəfildən görmə qabiliyyətlərinin itməsi şikayəti ilə müraciət etmişdir. Müayinə zamanı onların gözlərinin 15 dəqiqə müddətində tamamilə kor olduğu və sonradan açıldığı aşkar edilmişdir. Hardvard Oftolmalogiya mərkəzinin mütəxəssisləri son günlərdə bu şikayətlə daxil olan xəstələrin sayının artdığını qeyd etmişlər. Xəstəxanaya daxil olan xəstələri USM və maqnit rezonans tomoqrafiyadan keçirmiş, ürək xəstəliklərini araşdırmış və analizlərini yoxlamışlar. Nəticələrə baxdıqda neç bir patologiyanın aşkar edilməddiyini görmüşlər.

Şakiranın Pikenin xəyanətindən necə xəbər tutduğu məlum oldu çiyələk mürəbbəsi...

2023-01-21 02:22:00

Şakiranın Pikenin xəyanətindən necə xəbər tutduğu üzə çıxıb.

Bu təbii üsulla və 6 hərəkətlə görmənizi yaxşılaşdıra bilərsiniz

2023-01-21 02:01:00

Gözlərin yaxşı görməsi insanın həyat fəaliyyətinə birbaşa təsir edir. Görmə qabiliyyətini yaxşı olması insanın yeriməsinə, oxumasına, lazım olan bütün ehtiyaclarının ödənilməsinə təsir edir. Görmə qabiliyyəti zəif olan admalar üçün isə vəziyyətdən çıxmaq üçün eynək və ya lazer cərrahiyyəsi ən yaxşı vasitə hesab edilir. Amma bəzi təbii üsullar vardır ki, onlar vasitəsilə yaxşı görməni bərpa eləmək mümkün olur.

Ən qorxmaz bürclər Kimlər gözünü qırpmadan ölümə gedə bilər?

2023-01-21 01:44:00

Bilinməyən qorxuludur. İnsanları səbəbini anlamadığı, yaxud qeyri-müəyyən olaylardan narahat olur, çəkinirlər. Gələcəkdən qorxmaq çox təbiidir. Ancaq bəzi insanlar var ki, nə olursa olsun yeni təcrübələrə və sərgüzəştlərə "hə" deməkdən çəkinmirlər.

Bel ağrılarından birdəfəlik qurtarmağın yolları

2023-01-21 01:01:00

Sağlamlıqla əlaqədar meydana çıxan problemlərdən biri də bel ağrılarıdır. Bel ağrıları onurğanın bel fəqərələrinin ətrafı nahiyəsində meydana çıxır və orqanizmin həyat fəaliyyətini çətinləşdirir. Bizim orqanizmimiz sinirlərdən, əzələlərdən, bağlardan, sümüklərdən və qan damarlarından təşkil olunub. Bütün bu sadalananlar onurğa ilə əlaqəlidir. Onurğamız 33 fəqərədən ibarətdir (7 boyun, 12 döş, 5 bel, 5oma və 4 büzdüm). Onurğa kanalından sinir ucları keçir və yuxarı, aşağı ətraflarımız bu sinirlər vasitəsilə qidalanır.

Tərəf müqabili olacaqlar

2023-01-21 00:22:00

"Dünyayı dəyişdirən Aytən" serialına yeni aktyor daxil olub.

Günün qoroskopu: Qarşılıqlı anlaşmaya ciddi zərurət var

2023-01-21 00:01:00

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

15 gün əvvəl ölən kişinin meyiti tapılıb

2023-01-20 23:54:00

Cəlilabadda evdə 15 gün əvvəl ölən kişinin meyiti aşkarlanıb.

ABŞ "Vaqner"ə sanksiya tətbiq edəcək

2023-01-20 23:52:00

ABŞ növbəti həftə Rusiyanın "Vaqner" qrupuna qarşı sanksiya tətbiq edəcək.

Məşhur şoumen həbs oluna bilər

2023-01-20 23:51:00

Türkiyəli şoumen Mehmet Əli Ərbil hakim qarşısına çıxıb.

Nazir Hüseynovu rəis müavini təyin etdi

2023-01-20 23:49:00

Göygöl Rayon Polis Şöbəsinin rəisinin yeni müavini təyin edilib.

Putin Patruşevin köməkçisini işdən çıxardı SENSASİON SƏBƏB

2023-01-20 23:47:00

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası katibinin köməkçisi Aleksey Pavlovu vəzifəsindən azad edib.

Putin TŞnin iclasını keçirdi: Ukrayna müzakirəsi...

2023-01-20 23:45:00

Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında Təhlükəsizlik Şurasının iclası keçirilib.

Avropa yenidən silah yarışına girir

2023-01-20 23:42:00

Fransanın 2024-2030-cu illər üçün hərbi büdcəsi artırılacaq.

Priqojin rusiyalı deputata gürz göndərdi

2023-01-20 23:40:00

"Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya Dövlət Dumasının deputatı Sergey Mironova gürz göndərib.

İranın İrəvan səfiri 20 Yanvar günü də bunu dedi...

2023-01-20 23:38:00

İran bütün qonşu ölkələrlə hər sahədə əməkdaşlığı inkişaf etdirmək siyasəti yürüdür.