Xəbərlərin siyahısı

Səhlab Bağırov yeni yaradılan mərkəzin rəisi oldu

2023-01-31 12:44:00

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının komandiri general-mayor Səhlab Bağırov vəzifəsindən azad olunub.

SON DƏQİQƏ Bakıda İranın daha bir casus şəbəkəsinə qarşı əməliyyat keçirilir

2023-01-31 12:41:00

Bakıda İranın daha bir casus şəbəkəsinə qarşı əməliyyat keçirilir.

Azərbaycanda dövlət satınalmalarında KOBun payı 95 faiz olub

2023-01-31 12:38:00

2022-ci ildə Azərbaycanda dövlət satınalmalarında mikro, kiçik və orta biznes subyektlərinin payı 95 faiz təşkil edib.

Fevralın ilk gününün

2023-01-31 12:37:00

Fevralın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Dima Bilandan Nigarla bağlı paylaşım

2023-01-31 12:36:00

Rusiyanın Əməkdar artisti Dima Bilan Nigar Camalla bağlı paylaşım edib.

Heydər Əliyev Mərkəzində “Opera və moda. Sultan Couture 20” konsertsərgisi olacaq

2023-01-31 12:28:00

Martın 8-də - Beynəlxalq Qadınlar Günündə Heydər Əliyev Mərkəzi paytaxt sakinləri və şəhərimizin qonaqları üçün möhtəşəm və fərqli bir hədiyyə hazırlayıb.

Azərbaycanlı kəşfiyyatçı Stalini, Çörçili və Ruzvelti necə xilas etdi?

2023-01-31 12:25:00

Əfsanəvi azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədov haqqında, onun Böyük Vətən Müharibəsindəki peşəkarlığı və qəhrəmanlıqları haqqında təkcə Azərbaycanda deyil, ölkənin hüdudlarında da danışılır.

Qəddar molla rejimi kar və kor qalıb: azərbaycanlılar

2023-01-31 12:19:00

Xoylu soydaşlarımız qarlı və şaxtalı gecələri küçələrdə ocaq başında keçirirlər.

Bankda pulu olanların nəzərinə:

2023-01-31 12:16:00

Banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində vergidən azad edilmişdi.

“Kadırovçular” Ukraynada NTVnin əməkdaşını zorladılar

2023-01-31 12:14:00

Çeçen döyüşçüləri Ukraynanın işğal altında olan Melitopol (Zaporojye vilayəti) şəhərində Rusiyanın NTV telekanalının operatorunu döyüb, müxbirini isə zorlayıblar.

Xalq artisti Röya: “Ən uzaqda əyləşən tamaşaçının yanına gedirəm”

2023-01-31 10:57:00

"Konsertlə bağlı anam məni, mən də anamı təbrik etdim. Anama söylədim ki, ilk dəfə səndən məni 10 yaşım olanda Zeynəb Xanlarovanın Heydər Əliyev Sarayındakı konsertinə aparmağını istədim. Anam dedi ki, aparacağam səni. Anam mənə ən sonuncu sırada bilet aldı. Çünki onun pulu yalnız o biletə çatmışdı".

Bütün vaxtını və pulunu suiqəsdlər hazırlamağa sərf edən REJİM

2023-01-31 10:53:00

"İranın təkcə Vyana Konvensiyasına əks olaraq Azərbaycan səfirliyini qorumamaqda əli yoxdur, həm də hücumu təşkil edib və diplomatik təhlükəsizliyin pozulmasında fəal iştirak etdi".

XİN İrana səyahət etmək istəyənlərə

2023-01-31 10:51:00

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı Səfirliyinə qarşı silahlı terror hücumu olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri Əsgərov Orxan Rizvan oğlu şəhid olub və iki nəfər yaralanıb.

Bu xəstəxananın direktoru işdən çıxarıldı

2023-01-31 10:49:00

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru işdən çıxarılıb.

MOSSAD İsfahana 4 zərbə endirdi

2023-01-31 10:46:00

İsrail hesab edir ki, İranın İsfahan şəhərindəki obyektə zərbə ilə məqsədinə nail olub.

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 139 il ötür

2023-01-31 10:26:00

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 139-cu ildönümüdür.

Komandolarımız real döyüş şəraitində məşq etdilər

2023-01-31 10:19:00

Quru Qoşunlarının 2023-cü il üçün döyüş hazırlığı planına uyğun olaraq Əməliyyat (Komando) bölmələrində taktiki-xüsusi məşqlər davam etdirilir.

Rəşad Nəbiyevə ağır itki

2023-01-31 10:14:00

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin atası vəfat edib.

“Rusiya yaxın vaxtlarda Luqansk istiqamətində yeni hücuma keçəcək”

2023-01-31 10:10:00

"Rusiya yaxın vaxtlarda Luqansk istiqamətində yeni hücuma keçəcək".

Bakıda sərxoş müştəri kafedə ofisiant qadının burnunu sındırıb

2023-01-31 10:03:00

Bakının Nəsimi rayonunda 42 yaşlı qadının xəsarət alması ilə nəticələnən döyülmə hadisəsi baş verib.

İranda tələbə etirazlarda iştirak etdiyi üçün həbs edildi:

2023-01-31 09:56:00

İranda ümumxalq etirazları zamanı tutulan tələbə Nigar Davudi 2 il 3 ay müddətinə həbs edilib.

Paytaxtda evdə güclü partlayış:

2023-01-31 09:53:00

Bakının Sabunçu qəsəbəsində partlayış baş verib.

Məşhur aktrisa vəfat etdi

2023-01-31 09:51:00

Ukraynanın Əməkdart artisti Olqa Koqut vəfat edib.

Azərbaycanda 38 yaşlı kişinin FACİƏSİ:

2023-01-31 09:44:00

Şamaxıda intihar hadisəsi olub.

Bakıda yeniyetmə 14 gün sonra yenidən itkin düşüb

2023-01-31 09:40:00

Bakıda 14 gün qabaq itkin düşən 15 yaşlı oğlan yenidən itkin düşüb.

Gəncədə bir ailənin 3 üzvünü bıçaqlayan şəxsdən

2023-01-31 09:33:00

Gəncədə bir ailənin 3 üzvünü bıçaqlayan şəxs saxlanılıb.

AzərbaycanMacarıstan əlaqələri yeni hədəflərə doğru

2023-01-31 09:28:00

Azərbaycan Türk və Ərəb ölkələri ilə yanaşı, Avropa İttifaqına üzv olan dövlətlərlə də həm siyasi, həm də iqtisadi sahədə sıx əlaqələr qurmağı bacarıb. Bu baxımdan, Azərbaycan-Macarıstan əlaqələri xüsusi diqqət çəkir.

Bobbi Hall vəfat edib

2023-01-31 09:23:00

Bobbi Hall 84 yaşında vəfat edib.

Erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparılıb

2023-01-31 09:17:00

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 4 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

Aksiyanın 51ci günü

2023-01-31 09:12:00

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası əlli bir gündür davam edir, gənc aktivistlər gün ərzində olduğu kimi, yüksək fəallıq göstərirlər.

Türkiyə və Oman arasında müqavilə

2023-01-31 09:00:00

Türkiyə və Oman arasında 2025-ci ildən başlayaraq Türkiyəyə ildə 1 milyon ton mayeləşdirilmiş təbii qazın tədarükü haqqında müqavilə imzalanıb.

Vərəm və risk altında olanlar

2023-01-31 08:59:00

Vərəm yoluxucu xəstəlik olub, sağlam adamlara mikrobun hava-damcı vasitəsilə yoluxması nəticəsində meydana çıxır. Xəstənin öskürəyi və asqırması nəticəsində havaya saçılan vərəm çöpləri sağlam adamın orqanizminə düşdükdə həmin zaman xəstəliyin əmələ gəlməsinə səbəb olmur. Mikroblar xəstələyi törətmək üçün orqanizmin müqavimətinin aşağı düşməsini gözlyirlər. Xəstəliyin ilkin əlamətləri yorğunluq, nəfəs çatmazlığı, arıqlama, quru, sonra isə bəlğəmli öskürəkdir. Vərəm xəstəliyinin əlamətləri ortaya çıxana qədər xəstəlik artıq öz işini görmüş olur. Xəstəliyə yoluxmaq üçün kimlər risk altındadır? * 0-5 yaş arası uşaqlar * 65  yaşdan yuxarı qocalar * xərçəng xəstələri * xroniki ürək, böyrək, AİDS xəstələri * aşağı həyat tərzi yaşayanlar * immuniteti aşağı olanlar. Vərəm mikrobları hamının orqanizminə düşə bilər. Onların inkişaf etməsi, orqanizmdə patoloji dəyişikliklərə səbəb olması üçün münbit şərait olmalıdır. Çalışın vərəmin inkişaf etməsi üçün bu şəraiti yaratmayın. Sağlamlığınızın qeydinə qalın!

Pakistanda məsciddə partlayış: ölənlərin sayı

2023-01-31 08:58:00

Pakistanın Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.

Səfirliyimizə hücum edən Yasin Hüseynzadənin

2023-01-31 08:56:00

Yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə İranda fəaliyyət göstərən "Hüseyniyyun" qruplaşmasının üzvü olub.

Hamilə qalmaq istəyənlər üçün qidalanma rejimi

2023-01-31 08:55:00

Ət və ət məhsulları. Hamilə qalmaq istəyənlər hər qida qəbulu zamanı bol protein qəbul etməlidir. Protein hormonların əmələ gəlməsində və sağlam hüceyrələrin yaranmasında vacib rol oynayan amillərdən biridir. Açıq havada və hində böyüyən ev quşları, onların yumurtaları, yağsız ət, təbii süd və süd məhsulları balıq proteinlə çox zəngindir. Yağlar. Mütəxəssislər hamilə qalmaq istəyən qadınlara təbii və sağlam yağlardan istifadə etməyi məsləhət bilir. Avokado yağı, kətan toxumu yağı, balıq yağı, müxtəlif quru meyvə yağları hamilə qalanların sağlam orqanizmə sahib olacaqlarının təminatıdır. Taxıl bitkiləri. Hamilə qalmaq istəyənlərə təbii düyü, yulaf və buğdadan istifadə etmək məsləhət görülür. Mərci, quru meyvələr, bitki toxumları orqanizmim proteinə olan təlabatını ödəyir. Meyvə və tərəvəzlər. Hamilə qalmaq istəyən qadınlara göy qurşağı rəngində olan meyvə və tərəvəzlərdən yemək məsləhət görülür. Göyərti. Tərkbində fol turşusu olan və həzmi sürətləndirən göyərtilərdən bol-bol istifadə etmək məsləhət görülür. Qidalanmada yavaş-yavaş yeməyə üstünlük verin. Hər bir qidanı çoxlu çeynədikdən sonra udun. Çalışın hər bir meyvə və tərəvəzi öz mövsümündə yeyin. Qəbul elədiyiniz qidalar sizin hormonal sisteminizin fəaliyyətini normya sala bilmədikdə həkimə müraciət edin.

Ukraynaya dərhal yeni silahlar verilməlidir

2023-01-31 08:54:00

Ukraynanın şərqindəki Baxmut, Uqledar və digər şəhərlər Rusiyanın davamlı hücumları altındadır.

Co Bayden Polşaya

2023-01-31 08:53:00

ABŞ Prezidenti Co Bayden Polşaya səfər edəcəyini açıqlayıb.

Ağciyərlərin absesi

2023-01-31 08:51:00

Ağciyərlərin absesi ağciyərlərdə qranulasion toxuma və fibroz liflər qatından əmələ gəlmiş piogen membran ilə hüdudlanan və içərisi irinlə dolmuş boşluqdur. Ağciyərin qanqrenası ağciyər toxumasının sağlam hissədən sərhəddi ölmüş və çürümüş parçalanmada sürətli irinli əriməsi və qopması ilə olan həddən artıq patoloji vəziyyətdir. Bu ağciyər toxumasının ölməsidir ki, bu zaman boşluq formalaşan demarkasiya prosesində ağciyər toxunmasının divaryanı və sərbəst yerləşən və tədricən təmizlənməyə meyilliyi ilə ölməsidir. Ağciyərin absesi ümumi əhali arasında 20-50 yaşlı kişilərdə 3-5 dəfə çox təsadüf edilir. Son 40 ildə ağciyərlərin absesı 10 dəfə azalsa da xəstələr arasında ölüm faizi 4-7% təşkil edir. Qrammənfi mikrofloraya malik turş reaksiyalı mayenin aspirasiyasında ölüm 20%-dən artıq olur. Ağciyərlərin absesi birincili və ikincili olur. Absesin əmələ gəlməsinə istənilən mikroorqanizmlər və ya onların assosiyasiyasi səbəb ola bilər. Xəstəliyin əmələ gəlməsində orqanizmin müdafiə qüvvələrinin azalması və patogen mikrobların tənəffüs yollarına düşməsidir. Alkoholizm, yüksək dozalarda narkotikərin qəbulu, uzunmüddətli qusma, nevroloji pozğunluqlar, tənəffüs yoluna yad cisim düşən zaman, ağciyərlərin şiş xəstəlikləri zamanı ağciyərin absesinə daha tez-tez rast gəninir. Xəstəlik zamanı təngnəfəslik, zəiflik, əzginlik, hərarət, döş qəfəsində ağrı, bəzən qanhayxırma müşahidə edilir.

İran İsraili hədələdi: Güc

2023-01-31 08:50:00

Sionist rejimlə mübarizə aparmaq və onu Fələstinə təcavüzü dayandırmağa məcbur etmək üçün yeganə yol gücdən istifadədir.

Netanyahu Fransaya səfər

2023-01-31 08:48:00

İsrailin baş naziri Binyamin Netanyahu fevralın 2-də Fransaya rəsmi səfər etməyi planlaşdırır.

NATOnun genişlənməsi ilə bağlı Ankaranın mövqeyi bəllidir

2023-01-31 08:28:00

Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı müraciətlərə baxılması prosesinin lap əvvəlindən Ankaranın Helsinki ilə dialoqda Stokholmla müqayisədə daha az problemi var idi.

Pnevmosistoz

2023-01-31 08:25:00

Pnevmosistoz ağciyərlərin zədələnməsini, bəzən yorğunluq və arıqlama verən göbələk xəstəliyidir. Etiologiyası - pnevmosistozu Pneumocystis carinii törədir. Epidemiologiyası: Pneumocystis carinii xarici mühitdə geniş yayılıb uşaqlıq vaxtından ağciyərlərə düşür. O ancaq anadangəlmə immundefisitli bir yaşa qədər uşaqlarda, KSH müalicəsi alan, bədxassəli şiş xəstəlikləri və İİV- infeksiyası olanlarda, limfositar 1 mm3 qanda 200-dən aşağı düşdükdə xəstələnmə baş verir. Patogenezi və patoloji anatomoyası. Pneumocystis carinii hüceyrə daxilinə keçə bilmir, ağ ciyərlərə qarşı yüksək tropizmə malik olduğundan bütün yaşayış dövrünü alveollarda başa çatdırır. Bununla o alveollarda mononuklear, interstisial toxumada plazmatik hücerə infiltirasiyası əmələ gətirir. Nəticədə alveolların divari xeyli qalınlaşır, alveolyar-kapilyar blok, tənəffüs çatışmazlığı əmələ gətirir. Klinikası: Pnevmosistozun əsas təzahürü pnevmoniya, qızdırma, davamlı öskürək, tənginəfəslik, tənəffüsün çətinləşməsidir. Xəstələr yorğun olurlar, tədricən arıqlayırlar. Bədən temperaturu tez-tez artıb-azalır. Öskürək əvvəl quru olur, sonralar köpüklü bəlğəmlə olur, sianoz, döş qəfəsinin genişlənməsi, tənəffüsün çətinləşməsi baş verir. Qanda az miqdar leykositoz, eozinofiliya, EÇS-in artması xarakterikdir. Diaqnoz - ağ ciyər sekretindən Pneumocystis carinii sistlərinin və ya trofozoidlərinin tapılması ilə mümkün olur. Müalicəsi: Pnevmosist pnevmoniyasının müalicəsində pentamidin, tripetoprim və sulfometaksazol yaxud primetamin sulfanilamidlə birlikdə təyin edilir. Ağırlıq dərəcəsindən asılı olaraq müalicə 10-12 gün davam etdirilir. Profilaktikası: Immunçatışmazlıq vəziyyətində antibiotikterapiyasız kandidoz inkişaf edərsə pnevmosist pnevmoniyasının profilaktikası üçün pentamidin aerozolu təyin edilməlidir. Bəzən bu preparatın dapsonla, sulfometaksazolla birgə qəbulu məsləhət görülür.

Nigeriya "Starlink"ə

2023-01-31 08:24:00

"SpaceX" şirkəti Nigeriyanın "Starlink" internet xidmətlərinə çıxışını təmin edib.

İrəvanda əməliyyat: Qalstyan

2023-01-31 08:23:00

İrəvanda silah alverçisi kimi tanınan David Qalstyan yenidən saxlanılıb.

Yuxarı tənəffüs orqanlarının xəstəlikləri

2023-01-31 08:21:00

Yuxarı tənəffüs yollarının xəstəlikləri uşaqlarda tez-tez rastlanan xəstəlıklərdəndir.Bu xəstəliyə səbəb yuxarı tənəffüs orqanlarına infeksiyanın düşməsidir.Xəstəlik 38* və ondan da yuxarı yüksələn qızdırma ilə müşayət olunur.Xəstəliyin aşağıdakı əlamətləri vardır: -Asqırma -Burun tutulması və ya axması -Öskürək və boğazda qızartı -Tempratur -Bədəndə ağrı -Üşütmə -Halsızlıq -Boğaz ağrısı Yuxarı tənəffüs orqanlarının xəstəliyi zamanı uşaqlarda halsızlıq ,üşütmə olur ki , bu əlamətlər adətən onların yataq şəraitində müalicə olunmasının qaçılmaz olduguna səbəb olur .Əgər xəstəlik vaxtında və düzgün müalicə olunmazsa bəzi ağırlaşmalar baş verir.Bu ağırlaşmalar aşağıdakılardır: -orta qulağın iltihabı -sinusit -faringit -angina - bronxit - sidik yollarının infeksiyası ORTA QULAĞIN İLTİHABI Orta qulağın iltihabı xəstənin burnu tutulu olduğu zaman asqıranda və ya hıçqıranda infeksiyanın qulağa keçməsi sayəsində baş verir.Xəstəliyin olub olmamasını bilmək üçün uşağın sakit vəziyyətində qulağına toxunmaq kifayət edər . SİNUSİT Burun ətrafı ciblərin iltihabıdır Uşaqlarda ən çox rast gəlinən xəstəliklədəndir.Bu zaman burun tıxanır üz sümüklərində ağrılar olur. FARİNGİT Bu zaman burunun tutulması səbəbli boğazdan içəri axan selik boğaz divarında ilhihabi prosesin əmələ gəlməsinə səbəb olur. ANGİNA Bu xəstəliyi demək olar ki bütün uşaqlar keçirir.Badamcıqlara düşən infeksiya badamcıqların iltihablaşmasına səbəb olur ki , bu da xəstədə yüksək qızdırma və udma aktı zamanı ağrı hissinin olmasına səbəb olur. BRONXİT: Virus və mikrobların qıtlaq və səs tellərini iltihablaşdırması bronxların iltihabına səbəb olur.

İrəvan Mehridəki konsulluğu

2023-01-31 08:20:00

İsrailin İranla müharibəsi reallıqdır. Artıq İsraili dəstəkləyən Qərb koalisiyası yaradılır. Ərəb ölkələrindən ibarət koalisiya da formalaşma mərhələsindədir. Azərbaycan-Türkiyə birliyinin antiiran qüvvələrinə dəstəyinin miqyası Tehranın Azərbaycana qarşı hansı kursu seçməsindən asılıdır.

İsmayıllıda zəlzələ

2023-01-31 08:18:00

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 06:54-də İsmayıllı stansiyasından 20 km şimal-şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

Donorun sperması ilə inseminasiya üçün göstərişlər

2023-01-31 08:15:00

Donorun sperması ilə süni inseminasiya mütləq və nisbi olan tibbi göstərişlərə əsasən aparılır. Mütləq göstərişlərə azoospermiya, nisbilərə isə aşağıdakılar daxildir: 1. Spermatozoidlərin morfoloji dəyişiklikləri və onların hərəkətliyinin pozulması ilə müşayiət olunan, müalicəyə cavab verməyən oliqozoospermiya və oliqostenotetratozoospermiya. 2. Kişi ilə arvadın rezus faktorunun uyğun gəlməməsi. 3. Kişinin irsi xəstəlikləri. Donorun sperması ilə süni mayalanma aparılması həm də əks göstərişlərə malikdir. Proseduranı narkoz altında, ərlə arvadın hər ikisinin süni mayalanmaya yazılı razılığı olmadan, onların hərtərəfli müayinəsi olmadan və müdaxiləyə qəti göstərişlər müəyyənləşdirilmədən,  hamiləlik üçün əks göstəriş olduqda aparılması yol verilməzdir. Süni mayalandırmanın əks göstərişləri qadının əlilliyi və onun həyatı üçün təhlükə yarada biləcək ümumi xəstəliklərdir. Süni mayalanmadan əvvəl 2-3 aybaşı tsikli ərzində funksional diaqnostika testləri ilə müayinə və qanda progestronun səviyyəsini müəyyənləşdirmək lazımdır. Bu ovulyator tsikllərinin olmasını, eləcə deperiovulyator günləri təyin etməyə imkan verir.

Filippində daşqınlar 30 milyon dollara yaxın

2023-01-31 08:14:00

Filippində 2,04 milyondan çox insan daşqınlardan zərər çəkib.

Bu ölkələr Ukraynaya minlərlə

2023-01-31 08:13:00

Fransa və Avstraliya Ukraynaya minlərlə 155 millimetrlik top mərmisi göndərəcək.