Xəbərlərin siyahısı

2 aylıq körpə 29 saat sonra sağ çıxarıldı

2023-02-07 13:06:00

Türkiyənin Hatay vilayətində baş vermiş zəlzələdən sonra dağıntılar altından ikiaylıq körpə xilas edilib.

Azərbaycan vətəndaşları zəlzələ qurbanlarını anır

2023-02-07 13:04:00

Bu gün səhər saatlarından etibarən Azərbaycan vətəndaşları Türkiyənin Bakıdakı səfirliyinin qarşısına gəlirlər.

Türkiyədə 13,5 milyon vətəndaş zəlzələnin təsirinə məruz qalıb

2023-02-07 12:59:00

Türkiyədə 13,5 milyon vətəndaş zəlzələnin təsirinə məruz qalıb.

Naxçıvan Dövlət Vergi Xidmətinə

2023-02-07 12:51:00

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Ali Məclis sədrinin səlahiyyətlərini icra edən Azər Zeynalovun 06 fevral 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi təyin edilmiş Abbas İsmayılov kollektivə təqdim olunub.

Biləsuvarda ana və 3 övladı dəm qazından zəhərlənib

2023-02-07 12:48:00

Biləsuvarda ana və 3 övladı dəm qazından zəhərlənib.

"Qardaşım və ailəsinin artıq öldüyünü düşünürük"

2023-02-07 12:37:00

Türkiyədə baş verən zəlzələ nəticəsində aktyor Uğur Aslanın ailəsi də dağıntılar altında qalıb. 

Kuril adalarında 5,8 bal gücündə zəlzələ baş verib

2023-02-07 12:26:00

Rusiyada Kuril adalarında 5,8 bal gücündə zəlzələ baş verib.

Zəlzələ adlı ölümdən qurtulan uşaqlar

2023-02-07 12:20:00

Mərkəzi Türkiyənin Kahramanmaraş şəhərində olan dağıdıcı zəlzələ nəticəsində yerlə yeksan olmuş evlərin və binaların dağıntıları altında qalan şəxslərin xilas olunması ilə bağlı işlər davam edir.

Xilasedicilərimiz axtarışlara başladılar

2023-02-07 12:15:00

Dünən Türkiyə yollanan FHN-in xilasetmə qüvvələri axtarış əməliyyatlarına başlayıb.

"Space"in direktoru işdən çıxarıldı

2023-02-07 12:04:00

Space Müstəqil Teleradio Şirkətinin direktoru Müşfiq Hətəmov vəzifəsindən uzaqlaşdırılıb.

Yardım üçün Azərbaycan vətəndaşlarına müraciət edildi

2023-02-07 11:53:00

Türkiyənin Bakıdakı səfirliyi və Naxçıvandakı Baş konsulluğu yardım üçün Azərbaycan vətəndaşlarına müraciət edib.

Prezident Laosun yeni səfirinin etimadnaməsini qəbul edib FOTO

2023-02-07 11:43:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Vilavan İyapohenin etimadnaməsini qəbul edib.

Prezident Konqonun yeni səfirinin etimadnaməsini qəbul edib

2023-02-07 11:27:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Konqo Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edib.

İranla sərhədi pozan şəxs 7 kq narkotiklə tutulub

2023-02-07 11:24:00

Fevral ayının 6-da saat 00:18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən 1 (bir) nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

Azərbaycan Ordusunda döyüşə hazırolma qabiliyyəti yoxlanıb

2023-02-07 11:17:00

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə əlaqədar praktiki məşğələlər keçirilib.

Xəzərdə üzən bütün gəmilərə

2023-02-07 11:13:00

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) gözlənilən küləkli hava şəraiti ilə əlaqədar Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib.

Zəlzələ neftin qiymətini artırıb

2023-02-07 11:11:00

Dünyada neftin qiymətləri bugün 1% artıb.

Türkiyədə zəlzələ rayonlarına uçuşların qiyməti

2023-02-07 11:04:00

Türkiyə Hava Yolları (THY) uçuşların qiymətini 100 lirəyə endirdi.

SOCAR AQŞ qabaqcıl texnologiyanı Azərbaycana gətirib

2023-02-07 11:00:00

Kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkəti olan SOCAR AQŞ-nin, tarixində ilk dəfə olaraq quruda qazma xidmətlərini icra etmək üçün beynəlxalq istehsalçıya məxsus müasir qazma qurğusunu Azərbaycana gətirdiyini məmnunluqla bildiririk.

Matəmə görə TVlərimizdə əyləncə olmayacaq!

2023-02-07 10:57:00

Türkiyədə baş verən dəhşətli zəlzələdə 1600-dən çox insanın vəfat etməsi səbəbilə 7 gün matəm elan edilib.

Şirvanda heroin satan qadın həbs edildi

2023-02-07 10:50:00

Şirvanda heroin alveri ilə məşğul olan qadın yaxalanıb.

Türkiyədə baş vermiş güclü zəlzələ ilə bağlı yardım etmək istəyənlərin nəzərinə!

2023-02-07 10:45:00

6 Fevral 2023-cü il tarixində səhər saatlarında Türkiyə Cümhuriyyətinin cənub-şərqindəmeydana gələrək çox ciddi dağıntı və itkilərə səbəb olanzəlzələ ilə bağlı öz dəstəyini göstərmək istəyənlərə Ziraat Bank Azərbaycanın məlumatını çatdırırıq. Belə ki, Bank baş vermiş təbii fəlakətlə bağlı Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD)yardım köçürmələrinin komissiyasız icra edilməsi haqqında qərar qəbul etmişdir. Bankdan əldə edilən məlumata əsasən, təbii fəlakət nəticəsində zərər çəkənlərə yardım etmək istəyən müştərilər Bankın Mobil Bankçılıq tətbiqi, İnternet Bankçılıq platforması üzərindən və ya filiallarına yaxınlaşaraq aşağıdakı hesablara köçürmələri komissiyasız həyata keçirə bilərlər:                

"Xəbərlər bu bölgəni göstərmir, insanlar can verir" Günel Zeynalovadan HƏYƏCAN TƏBİLİ

2023-02-07 10:43:00

Müğənni Günel Zeynalova Adıyaman şəhərinin Gölbaşı rayonunda dağıntılar altında qalan şəxslər üçün yardım istəyib.

Son iki ildə valideyn himayəsindən məhrum şəxslərə

2023-02-07 10:30:00

Nazirlik tərəfindən dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum şəxslərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər aparılır.

Paytaxtda binalar zəlzələyə nə qədər davamlıdır?

2023-02-07 10:26:00

Heç bir ölkə təbii fəlakətdən sığortalanmayıb. Bu gün Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində ölənlər və yaralananlar var. Bundan başqa zəlzələ nəticəsində Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərində ciddi dağıntılar var. Azərbaycan seysmoloji zonada yerləşir və hər an bu cür arzuolunmaz hadisələr baş verə bilər.

Suriyada dağıntılar altında körpə dünyaya gəldi

2023-02-07 10:20:00

Suriyanın Hələb şəhərində dağıntılar altında qalan qadın körpə dünyaya gətirib.

Bakıda 43 yaşlı kişi küçədə bıçaqlandı

2023-02-07 10:13:00

Bakıda 43 yaşlı kişi küçədə bıçaqlanıb.

Yeni dəyişikliklər pensiya məbləğini nə qədər artıracaq?

2023-02-07 10:07:00

Milli Məclisin Əmək və sosial siyasət komitəsində "Sosial sığorta haqqında" Qanununda yeni dəyişikliklər müzakirə edildi və plenar iclasa tövsiyə olundu. 

AFAD: 65 ölkədən 2660 personal zəlzələ olan bölgədə çalışır

2023-02-07 10:03:00

65 ölkədən ümumilikdə 2660 personal təbii fəlakət bölgəsində aparılan işlərə kömək edir.

Bakıda tıxacların əsl səbəbi bəlli olur,

2023-02-07 09:56:00

Son bir ayda Bakıda tıxacların nisbətən azalması müşahidə olunur. Xüsusilə yeni ildən sonra, ali təhsil müəssisələrinin qış tətilinə çıxmasından sonra Bakıda nəqliyyat sıxlığı bir qədər seyrəlib. Ekspertlər də bu amilin önəmli rol oynadığını hesab edir.

Göyçayın sabiq icra başçısının köməkçisi məhkəmə zalında

2023-02-07 09:50:00

Göyçayın sabiq icra başçısının köməkçisi Vahid İsayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Aktyorun ailəsi dağıntılar altında qalıb

2023-02-07 09:44:00

Türkiyədə baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində dağıntılar altında qalan şəxslər arasında aktyor Orhan Aydının ailəsi də var.

Zamin Salayev saxlanıldı

2023-02-07 09:37:00

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayev saxlanılıb.

“Rusiya fevral ayı ərzində genişmiqyaslı hücuma keçəcək”

2023-02-07 09:32:00

"Rusiya fevral ayı ərzində Ukraynaya qarşı genişmiqyaslı həlledici hücuma hazırlaşır".

Qəbələdə polis qəza törətdi,

2023-02-07 09:25:00

Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Zəlzələdə zərər çəkənlər üçün ianə toplamağa başladılar

2023-02-07 09:22:00

Türkiyəli müğənni Haluk Levent zəlzələdən sonra yardıma ehtiyacı olan şəxslərə yardım edən məşhurların adlarını açıqlayıb.

“Türkiyə üçün qəlbim parçalanır”

2023-02-07 09:14:00

Dünya ulduzu Dua Lipa dəhşətli zəlzələdən əziyyət çəkən Türkiyəyə dəstəyini bildirib.

Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür edib

2023-02-07 09:11:00

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəlzələdəki çoxsaylı insan tələfatı ilə bağlı başsağlığına görə təşəkkür edib.

Kamaləddin Qafarov: “Rumıniya Azərbaycan əlaqələri intensiv inkişaf edir”

2023-02-07 09:10:00

"Rumıniya Prezidenti Klaus Yohannisin fevralın 2-də Azərbaycana rəsmi səfəri Avropa dövlətlərinin ölkəmizlə əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqda və daha da genişləndirməkdə maraqlı olduqlarını sübut edir. Məlum olduğu kimi, Rumıniya-Azərbaycan əlaqələri uzun illərdir ki, strateji tərəfdaşlıq əsasında intensiv inkişaf edir. Bu müddət ərzində ölkələrimiz arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Prezident İlham Əliyevin mətbuata bəyanatında  da qeyd etdiyi kimi, ölkələrimiz arasında ticari-iqtisadi sahələrdə də müsbət nəticələr var. Dövlətimizin başçısı bu məqamı da vurğulayıb ki, ticarət dövriyyəsi iki dəfədən çox artsa da, bu dövriyyənin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neftin təşkil etməsi ölkəmizi qane etmir. Buna görə də ticarət dövriyyəsinin şaxələndirilməsi üçün əlavə addımlar atılacaq. Bu məqsədlə hökumətlərarası komissiyanın fəaliyyəti xüsusi önəm kəsb edə bilər". 

Salatlarda istfadə edilən mayonezi nə ilə əvəz eləmək olar?

2023-02-07 08:59:00

Hər dəfə salat hazırlayarkən mayonezdən istifadə edirik.Marketlərdə satılan mayonezlərin tərkibinin sağlam olması barədə isə heç bir məlumatımız yoxdur. Bu yaxınlarda mayonezi əvəz edəcək sous resepti ilə tanış oldum. Sousun dadı xoşuma gəldiyi üçün bu resepti sizinlə bölüşmək istəyirəm. Sousu hazırlamaq üçün aşağıdakılar lazımdır: * zeytun yağı - 3 xörək qaşığı * limon şirəsi və ya alma sirkəsi - 1 xörək qaşığı * qorçitsa - 1 çay qaşığı * smetan - 7 xörək qaşığı * duz və istiot - zövqə görə Hazırlanması: 1. Smetandan başqa bütün məhsulları eyni kütlə halına gələnə qədər qarışdırın. 2. Smetan əlavə edilib yenidən qarışdırılır. 3. İstənilən salata və ya buterburoda əlavə edilir.

Peruda torpaq şürüşməsi: azı 40 nəfər

2023-02-07 08:58:00

Perunun cənubundakı Arekipa departamentində torpaq sürüşməsi nəticəsində azı 40 nəfər həlak olub.

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun

2023-02-07 08:57:00

Bu gün Milli Qəhrəman İbrahimov Mübariz Ağakərim oğlunun doğum günüdür.

Ukrayna nazirlərinə vertolyotla uçmaq

2023-02-07 08:56:00

Ukrayna Daxili İşlər Nazirliyi daxili işlər naziri Denis Monastırskinin ölümü ilə nəticələnən, Kiyev vilayətində baş verən təyyarə qəzasının şərtlərinin araşdırılması başa çatana qədər nazirlərə vertolyotlardan istifadə etməyi qadağan edib.

Çin təbabəti üsulları ilə boynunuzdakı xırçıltılardan xilas olun!

2023-02-07 08:55:00

Boyundakı xırçıltılar əksər adamların problemidir. Bu əlamət insanlarda diskopmfort hissi yaradır. Onurğanın boyun hissəsindəki problemlər hər 2 adamdan birində müşahidə edilir. Bu problemlərə isə ən çox saatlarla kompyuter qarşısında oturan adamlarda, başını aşağı əyib işləyənlərdə, osteoxondrozdan şikayət edən adamlarda müşahidə edilir.

Azərbaycan Gürcüstandan ən çox avtomobil

2023-02-07 08:54:00

Azərbaycan ötən il Gürcüstandan avtomobil idxalına görə birinci yerə çıxıb.

Blinken Çavuşoğlu ilə

2023-02-07 08:53:00

"Türkiyə xarici işlər naziri ilə bu gün dağıdıcı zəlzələlər haqqında mühüm telefon danışığı oldu. Türkiyə və Suriyaya yardım üçün əlimizdən gələn hər şeyi etmək üçün fəaliyyətimizi Türkiyə ilə koordinasiya edəcəyik".

Saakaşvili: Mənə ölüm hökmü

2023-02-07 08:52:00

Mən faktiki olaraq ölüm hökmü almışam və ölümcül xəstəliklərlə həbsdə qalacağam.

Yaşıl və qara reyhanın orqanizmdə antibiotik rolu oynadığını bilirdinizmi?

2023-02-07 08:51:00

Yaşıl və qara reyhan təbiətin insanlara bəxş etdiyi antibiotiklərdən biridir. Ona gərə də Qədim Şərq təbabətində bu bitkidən iltihabi xəstəliklər zamanı geniş istifadə edilib. Reyhanın orqanizm aşağıdakı təsirləri var.

Türk Hava Yolları uçuşlarla bağlı

2023-02-07 08:50:00

"Vətəndaşlarımızın bölgəyə çatması üçün Adana, Elazığ və Diyarbəkir hava limanlarında fəaliyyətimizi fasiləsiz davam etdiririk".