Xəbərlərin siyahısı

Sumqayıtdan növbəti dəfə Türkiyəyə yardım yola salınıb FOTO

2023-02-16 13:43:00

Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın şəhər, rayon icra hakimiyyətləri tərəfindən hər gün qardaş ölkəyə humanitar yardımlar göndərilib.

“Onun üçün ölürdüm, döyülədöyülə, əliməayağıma dağ basılabasıla səhnəyə çıxmışam...”

2023-02-16 13:29:00

"Səhnə, efir elə bir şeydir ki, əgər ora çıxırsansa nə qədər problemlərin varsa kənara qoymalısan. O qədər ayağımın sınan vaxtı tamaşa oynamışam ki. Həmkarlarımdan başqa heç kim hiss etməyib. Bizim problemlərimizin tamaşaçıya aidiyyatı yoxdur. Ömrümün ən böyük hissəsini teatra, səhnəyə həsr etmişəm. 12-13 yaşım var idi, məktəbli idim. O vaxt qız övladını teatra, səhnəyə buraxmırdılar. Mən döyülə-döyülə, əlimə-ayağıma dağ basıla-basıla səhnəyə çıxmışam. Səhnə üçün ölürdüm, səhnəsiz yaşaya bilmirdim. Oğlan qıza, qız oğlana vurulub dəli-divanə olduğu kimi,mən də səhnə üçün dəli-divanə olmuşam. Mənim də, övladımın da əsas işi yaradıcılıqdır, teatrdır".

Təbiət hadisələri insan psixologiyasına və səhhətinə necə təsir edir?

2023-02-16 12:56:00

Təbiət hadisələri sosial çətinliklərlə yanaşı psixoloji təsirləri və ekologiyaya vurduğu sağalmaz yaraları ilə də yadda qalır.

Sabah dumanlı hava gözlənilir PROQNOZ

2023-02-16 12:52:00

Fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

"Mirzoyanın səfəri münasibətlərə yenilik gətirməyəcək"

2023-02-16 12:46:00

"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan artıq Ankaradadır. Onunla birlikdə nümayəndə heyətinin tərkibində parlamentin vitse-spikeri də onu müşaiyət edir. Bildirildiyi kimi Mirzoyan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək və ikitərəfli münasibətlərin yaxşılaşdırılması yönündə fikir mübadiləsi aparacaqlar. Eyni zamanda proqrama Mirzoyanın zəlzələ bölgəsinə və Ermənistanın göndərdiyi xilasedcilərin olduğu əraziyə gedəcəyi də gözlənilir".

Tələbə Hümam İsmayıllı ilə vida mərasimi

2023-02-16 12:27:00

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrdən biri ilə vida mərasimi keçirilir.

Su ehtiyatları kəskin azalır

2023-02-16 11:50:00

Su ehtiyatları kəskin azalır.

Kamal Yaşar işdən çıxarılıb?

2023-02-16 11:44:00

Bir neçə gün əvvəl dövlət başçısına dublyaj sahəsində mövcud problemlərlə bağlı müraciət edən aktyor, aparıcı, Kamal Yaşarın "Mədəniyyət" telekanalında yayımlanan "Kinokitab" verilişi bağlanıb. 

İranın silah göndərməsi sülhü pozur

2023-02-16 11:39:00

İranın Yəmənə silah göndərməsi BMT qətnamələrinin pozulması deməkdir.

Paytaxtın bəzi küçə və prospektlərində piyadaların yolu zəbt edilib

2023-02-16 11:28:00

Kimi gül satır, kimi toyuq-cücə, tikinti materialı təklif edən də var. Ancaq bu alış-veriş mağazada yox piyada səkisində həyata keçirilir.

Zəlzələdə həlak olan tələbə Gündüz Nəzərzadə dəfn edilib

2023-02-16 11:23:00

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrdən biri dəfn edilib.

Paşinyan qapalı görüş keçirdi:

2023-02-16 11:20:00

Ermənistanın baş naziri Nikol Paşinyan hakim "Mülki müqavilə" partiyasının nümayəndələri ilə qapalı görüşdə Azərbaycan ilə sülh sazişinin mətnini müzakirə edib.

Ned Prays gərginliyin azaldılması metodunu tapmağın vacibliyindən danışdı

2023-02-16 11:17:00

ABŞ Cənubi Qafqazda gərginliyin azaldılması üçün mümkün hər şeyi edəcək.

Azərbaycan könüllülərinin zəlzələ bölgəsindəki növbəti günü

2023-02-16 11:14:00

Türkiyədəki dəhşətli zəlzələdən sonra zərərçəkən insanlara kömək məqsədi ilə qardaş ölkəyə yollanan Azərbaycan könüllüləri ötən gün Kahramanmaraş ilə yanaşı ilk dəfə Hatay şəhərində də yerli sakinlərə xidmət ediblər.

Emin Əmrullayev nazir müavininin yerinə onu

2023-02-16 11:08:00

Elm və Təhsil nazirliyində növbəti kadr dəyişikliyi olub.

Tələbələrin dəfn ediləcəyi yer məlum oldu

2023-02-16 11:06:00

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə bu gün dəfn ediləcəklər.

İlham Əliyev Litva Prezidentini təbrik edib

2023-02-16 10:58:00

Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedaya təbrik məktubu ünvanlayıb.

Müstəntiq rüşvətə görə

2023-02-16 10:57:00

Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsinin müstəntiqi Nicat Acalov həbs edilib.

Fevralın 21də şagird yerdəyişməsinə başlanılır

2023-02-16 10:55:00

Şagird yerdəyişməsinə başlanılır.

Qaliblərə hədiyyələr təqdim edildi

2023-02-16 10:48:00

Məlumat verdiyimiz kimi bütün növ Birbank (həmçinin BirKart) kart sahibləri nağdsız ödənişlər etməklə Bakıda 2 otaqlı təmirli mənzil, 2 ədəd ToyotaCorolla avtomobili, 10 ədəd MacBookAir və ya 10 ədəd iPhone 14 Prosmartfonu qazanmaq şansı əldə etmişlər. 26 yanvar 2023-cü il tarixindəİctimai Televiziyanın canlı efirində keçirilən lotereya tirajı zamanı 23 ədəd Birbank kartının sahibi qiymətli hədiyyələr qazandı.

Türkiyədə zəlzələ bölgəsində olan 2 azərbaycanlıdan məlumat yoxdur

2023-02-16 10:46:00

Türkiyədə zəlzələ bölgəsində olan 2 azərbaycanlıdan məlumat yoxdur.

Komandoların taktikixüsusi təlimi keçirilir

2023-02-16 10:44:00

2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Əməliyyat (Komando) bölmələrində taktiki-xüsusi təlim keçirilir.

Məşhur azərbaycanlı müğənni ölkəni TƏRK ETDİ

2023-02-16 10:33:00

Müğənni Nazənin Salayeva Azərbaycanı tərk edib.

Cəbrayılda DSXnin yaşayış binaları istifadəyə verilib FOTO

2023-02-16 10:22:00

Fevralın 15-də Cəbrayılda DSX-nin yaşayış binaları istifadəyə verilib.

Mehriban Əliyevanın tapşırığı ilə bu səhər daha bir humanitar yardım təyyarəsi Türkiyəyə yola düşdü FOTO

2023-02-16 09:54:00

Türkiyədə dəhşətli zəlzələnin baş verdiyi bölgəyə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fevralın 16-da səhər daha bir humanitar yardım daşıyan təyyarə yola düşüb.

Bu boru kəmərinin ötürücülük qabiliyyəti ildə

2023-02-16 09:24:00

İon-Adriatik Boru Kəməri (IAP) layihəsi hələ ki hazırlıq mərhələsindədir.

Moskva və Qərbin yeni “Vardanyan oyunu”

2023-02-16 09:21:00

Erməni əsilli milyarder Ruben Vardanyan Moskvanın Qarabağla bağlı təlimatlarını yerinə yetirə bilmədiyi üçün bölgəyə geri dönmək istəməyib. Amma Moskva israrla onun Qarabağa qayıtmasını və Kremlin təlimatları əsasında hərəkət etməsini tələb edib. Nəticədə Vardanyan sülhməramlıların tentli avtomobilində yenidən Qarabağa dönüb. Məlumata görə, Vardanyanın Qarabağa məcbur qaytarılması ilə bağlı məsələ Ermənistanın baş naziri Nikol Paşinyanla razılaşdırılıb.

Bakıda 34 yaşlı qadın itkin düşdü

2023-02-16 09:16:00

Bakıda 34 yaşlı qadın itkin düşüb.

Cüzam

2023-02-16 08:59:00

Cüzam dərinin, selikli qişaların, periferik sinirlərin, daxili orqanların zədələnməsi ilə xarakterizə olan uzun inkubasiya dövrlü və xroniki gedişli infeksion xəstəlikdir. Xəstəliyin törədiciləri hüceyrədaxili, turşuya davamlı, qida mühitində çox ləng artan bakteriyadır. Cüzamın mənbəyi xəstə insan olsa da xəstəliyə yoluxmaq üçün uzunmüddətli , təkrar təmas lazımdır. Xəstəliyə əsasən uşaqlar və kişilər xəstələnirlər. Mikrob dəridə, selikli qişalarda, limfa düyünlərində xarakter dəyişikliklər əmələ gətirir. Dərinin zədələnmələri üzdə - burunda, yanaqlarda, qaşlarda yerləşir. Həmçinin qulaq seyvanları, biləklər, diz və dirsək oynaqlaqrı, sarğılar da zədələnir. Dərin infiltirasiya dəridə,  xüsusilə alnda qırışlar əmələ gətirir. Burunun selikli qişası xoralaşır, burun çəpəri dağılır, periferik sinirlər iltihablaşır, qalınlaşır, ağrıyır. Bu da əzələlərin atrofiyasını verməklə aşağı və yuxarı ətrafları deformasiyaya uğradır. Xəstəlik get-gedə ağırlaşır, qara ciyərə, dalağa, sümük iliyinə yaylır. KLİNİKASI: Cüzamın törədicisi insanın qanında 6 aydan on illə qədər gizli şəkildə yaşaya bilir. Xəstəlik qızdırma, zəiflik, iştahsızlıq, yuxululuq əlamətləri ilə başlayır. Xəstəlik çox ağır və yoluxucu olur. Xəstənin dərisində piqment ləkələr olur və bu ləkələr müxtəlif ölçülərə malik olur, ləkələrin qeyri dəqəq sərhədləri olur. Xəstəlik müddətində ləkələr böyüyür, qalınlaşır, dəridən hündürə qalxır. Sonra qaşüstü qövslər önə çıxır, burun formasını dəyişir, yanaqlar, dodaqlar, çənə paycıqlanır. Xəstə cüzam üçün xarakter olan görkəm - "şir sifəti" alır. Zədələnən dəri dartılır, hamarlaşır, qaşın tükü tökülür, çoxlu piy ifrazı dərini parlaq və nəm edir. DİAQNOZU: Xəstəliyin diaqnozu yara yerindən götürülən materialların mikroskopiyası və seroloji reyaksiyasına əsasən qoyulur. MÜALİCƏSİ: Müalicə etioprop dərmanlarla aparılır. Müalicə 1 ay fasilə verməklə 6 ay davam etdirilir. Müalicənin nəticələri bakterioskopiya və histoloji müayinələrlə müəyyən edilir.

Blinken Almaniyada G7 nazirlərinin görüşündə

2023-02-16 08:58:00

ABŞ dövlət katibi Entoni Blinken Almaniyada G7 ölkələrinin nazirlər görüşündə, eləcə də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində digər görüşlərdə iştirak edəcək.

Rusiya Ukraynaya “Shahed” dronları ilə

2023-02-16 08:57:00

İranın "Shahed" kamikadze dronları Dnepropetrovsk vilayəti istiqamətində hərəkət edir. Bölgədə hava xəbərdarlığı elan edilib.

Mədədə köp və qaz əlamətləri

2023-02-16 08:55:00

Mədədə köp və qazın olması sağlamlıq baxımından həyat üçün riskli sayılmasa da, əmələ gəldiyi zaman qarında ağrılara səbəb ola bilir. Xüsusən də qazı çıxarmaq lazım gəldikdə və insanlarda narahatlıq və utanma hissi meydana çıxır. Mədədə köp və qazın olması bağırsaqlarda xəstəliklərin olmadığı zamanlarda da meydana gələ bilıir. Bu qəbul edilən qidalarla da əlaqəli ola bilir. İnsanın gün ərzində 10 dəfə qaz çıxarması normal hesab edilir. Mədədə əmələ gələn qazları sadə yollarla da çıxarmaq mümkündür. Mədədə köp və qazın olmasının əlamətləri aşağıdakılardır: * kəskin qarın ağrısı * spazmlar * qarında bir şeyin dolaşması hissi * qarında köp əlamətləri * qarında sancılar. Bəzən kor bağırsaq sancıları, ürək və öd kisəsi xəstəlikləri də mədə köpünə bənzər əlamətlərlə meydana gələ bilir. Müalicə tədbirləri götürməzdən əvvəl mütləq sancıların nə səbəbli meydana çıxdığı həkim tərəfindən araşdırılmalıdır. Mədə və bağırsaqlarda qaz və köpün olması patologiya sayılmasa da bəzi hallarda bu əlamətlərlə birlikdə aşağıdakı əlamətlər də meydana çıxarsa, mütləq həkimə müraciət etmək lazımdır: * uzun zaman baş verən qarın ağrıları * nəcsin rəngində baş verən dəyişikliklər * həddindən artıq arıqlama * şiddətli sinə ağrıları * qalıcı və tez-tez baş verən ürəkbulanmalar. Qazın əmələ gəlməsinə karbohidratlı və lifli qidalar səbəb olabilir. Aşağıdakı səbəblər də bağırsaqlarda qaz sancılarının əmələ gəlməsinə səbəb olur: * meyvələr * tərəvəzlər * kəpəkli taxıl məhsulları * lobya və paxlakimilər * qazlı içkilər * sürətli yemək * həzm sistemində pozumalar * xronik bağırsaq xəstəlikləri * sintetik qidalar * rejimsiz qidalanma.

Dünya Bankının prezidenti

2023-02-16 08:55:00

Dünya Bankının (DB) prezidenti David Malpas vəzifəsindən istefa verib.

Xersonda partlayış olub

2023-02-16 08:53:00

Ukraynanın Xerson vilayətində partlayış səsləri eşidilir.

Yeltsinin naziri: Rusiya mütləq

2023-02-16 08:52:00

Rusiya iqtisadiyyatı Qərbin sanksiya təzyiqinə və Ukrayna ordusu ilə uzun sürən döyüşlərə tab gətirməyəcək və çökəcək.

Qəbizlik nədir?

2023-02-16 08:51:00

Qəbizlik atonik və spastik olmaqla 2 yerə ayrılır. Atonik qəbizlik yoğun bağırsağın əzələ qişasında tonusun azalması və peristaltikanın zəifləməsi nəticəsində əmələ gəir. Spastik qəbizliyin əmələ gəlməsinə isə bağırsaq divarının dairəvi əzələlərinin spazmı nəticəsində yaranır. Bu zaman bağırsaqda ximusun (bağırsaq möhtəviyyatı) hərəkəti pozulur, nəcis bərk konsistensiyalı hissəciklər şəklində olur. Uzun müddət çəkən qəbizlik yoğun bağırsağın qeyri-adi dərəcədə uzun və qalın olması ilə xarakterizə edilir. Bu Girşprunq xəstəliyinin əsas əlamətlərindən biri sayılır. Bundan başqa, yoğun bağırsağın aşağıdakı patologiyaları da qəbizliyə səbəb ola bilir: - bağırsağın innervasiyası - bağırsağın əzələ qişasının zəifləməsi (xüsusən ahıl yaşda) - B1 vitamini çatışmazlığı - astixolin sintezinin pozulması. Bəzən qəbizlik bağırsaqlarda olan qida kütlələrinin və eloktrolitlərin azalması nəticəsində baş verir. Spastik qəbizliyin əmələ gəlməsinə isə azan sinir tonusunun pozulması, psixi gərginlik və intoksikasiyalar (qurğuşun zəhərlənməsi) səbəb olur. Qəbizlik uzun müddət davam etdikdə bağırsaq şirələrinin sekresiyası azalır və həzm sistemi pozulur. Atonik qəbizlik bağırsaqların hddindən artıq genişlənməsinə, nəcis durğunluğuna və nəcis daşlarının əmələ gəlməsinə səbəb ola bilir. Bu zaman bağırsaqlarda çürümə və qıcqırma prosesləri sürətlənir, meteorizm əmələ gəlir.

Aktrisa Raquel Uelç

2023-02-16 08:50:00

Amerikalı aktrisa Raquel Uelç 83 yaşında vəfat edib.

Hər lirə zəlzələdən zərərçəkənlərin ehtiyaclarına sərf olunacaq

2023-02-16 08:48:00

"Türkiyə, tək ürək" kampaniyası zamanı toplanan hər lirə zəlzələdən zərərçəkənlərin ehtiyaclarına sərf olunacaq.

Müharibə başlayandan Avropaya 8 milyon

2023-02-16 08:47:00

Ukraynada müharibə başlayandan bəri Avropaya 8 milyondan çox ukraynalı qaçqın gəlib.

Manqo xəstəliyi

2023-02-16 08:46:00

Mango - septisemiya, toxuma və orqanlarda spesifik düyünlər, abseslər əmələ gətirən zoonoz mənşəli infeksiyadır. Xəstəliyi Pseudomonas mallei çöpləri törədir. Epidemiologiyası: Xəstəliyin mənbəyi və rezervuarı xəstə at, qatır, eşşək, dəvədir. Atla təmasda olanlar, baytar işçiləri xəstələnirlər. Patogenezi və patoloji anatomiyası: Mangonun törədiciləri dəri və selikli qişaların zədələnmə yerindən daxil olaraq limfa damarlarıqan vasitəsilə toxuma və orqanlara yayılır. Mikrobun düşdüyü yerdə epiteloid hüceyrələr və neytrofil , letkositlərdən ibarət xüsusi qranulomerlər əmələ gəlir. Tezliklə onlar irinləyir və absesə çevrilir. Abses ocaqları bütüb daxili orqanlarda, əzələlərdə, oynaqlarda, sümükdə yerləşdiyindən prosesin gedişi septisemiyanı xatırladır. Klinikası: Mangonun gizli dövrü 1-5 gün, bəzən 2-3 həftə çəkir. Xəstəliyin kəskin və xroniki formaları ayırd edilir. Klinik gedişi ağır olur. Kəskin formada əvvəlcə intoksikasiya - üşütmə, 38,8-39,50 dərəcə temperatur, baş ağrısı, oynaqlarda əzələlərdə ağrı, zəiflik, əzginlik qeyd edilir. Gün ərzində qızdırma dalğavari gedir. Infeksiya qapısında tezliklə qızartı, infiltrat əmələ gəlir, tezliklə qanlı möhtəviyyatı olan suluğa çevrilir. 1-2 gün ərzində suluqlar deşilir, yerində kənarları cırılmış dibi "piyli" yara əmələ gəlir. Ağciyərlərin iltihabı özünü öskürmə, döşdə ağrı, selikli-irinli yaxud irinli bəlğəmin olması ilə özünü göstərir. Dodaq və burunda sianoz ocaqları, töyşümə, akrosianoz inkişaf edir. Xəstəliyin son mərhələsində ishal, irinli artrit, fistullar əmələ gəlir. Qızdırma dövrü ürək tonları karlaşır, taxikardiya, arterial hipertenziya, ağır hallarda kəskin ürək çatışmazlığı inkişaf edir. Əksər hallarda xəstədə qaraciyər və dalaq böyüyür. Periferik qanda neytrofilyoz, leykositoz, EÇS qeyd olunur. Diaqnozu: Diaqnoz bakterioloji, bakterioskopik, seroloji, bioloji metodlarla və dəri-allergik sınaqlarla təsdiq edilir. Meliodioz, taun, təbii çiçək, qara yara, frunkulyoz, karbunkulyoz xəstəlikləri, sifilisin bəzi formaları, limfa düyünlərinin vərəmi, septisemiya ilə differensiyasiya olunmalıdır. Müalicəsi: Xəstələr xüsusi palatalarda yerləşdirilməlidir. Müalicə gedişində sulfanilamidlər və antibiotiklər uzun müddət istifadə olunmalıdır. Sulfanilamidlərlə birlikdə penisillin, streptomisin yaxud mallein yeridilir. Əsas diqqət patogenetik müalicəyə yetirilməlidir.

Baxmağınız üçün ən GÖZƏL ŞƏKİLLƏR

2023-02-16 08:45:00

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

Əli Həsənovun gülünc təkzibinə

2023-02-16 08:28:00

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənova məxsus Təchizatçı ASC-nin Binəqədi rayonu Binəqədi rayonu, 7-ci mikrorayon, 3097-ci məhəllə, 14B ünvanında yerləşən 1,8 hektara yaxın torpaq sahəsinin 12 milyon manata satıldığı haqda məlumat vermişdik.

Senatorlar “Vaqner”i terror təşkilatı

2023-02-16 08:27:00

ABŞ Konqresinin yuxarı palatasına Dövlət Departamentindən "Vaqnerçi"lərin terrorçu elan olunmasını tələb edən ikipartiyalı qanun layihəsi təqdim edilib.

Bağırsaqların funksiyasının pozulması

2023-02-16 08:25:00

Bağırsaqlarda həzm prosesinin normal gedişi bir-biri ilə əlaqədar olan 3 prosesdən ibarətdir: - həzm şirəsinin sekresiyası - qida maddələrinin hidrolizi - sorulma. Bunlardan başqa bağırsaqların hərəki, inkretor və ekskretor funksiyaları vardır. Mədədən onikibarmaq bağırsağa gün ərzində 4-6 litrə qədər qida qarışığı (qida maddələri, su, həzm şirələri) keçir. Həmin müddət ərzində buraya 1,5 l-ə qədər öd, 2 l-ə qədər mədəaltı vəz şirəsi və 2 l-ə qədər bağırsaq şirəsi tökülür. Bu maddələrin qarışığına isə ximus deyilir. Mədədən onikibarmaq bağırsağa keçən qida kütlələrinin həzmi mədəaltı vəz şirəsinin, ödün və bağırsaq şirəsinin iştirakı ilə davam edir. Bağırsaq şirəsinin tərkibində olan maddələr və fermentlər həzmin gedişini sürətləndirir. Nazik bağırsaqda isə həzm prosesi zəifləyir. Nazik bağırsaqların aşağı hissəsində qəbul edilən qida maddələri qana və limfa damarlarına keçir. Bəzi patoloji proseslər isə bağırsaqların funksiyasının pozmaqla həzmin getməsinə mane olur. Bağırsaqların sekretor funksiyasının pozulmasına aşağıdakılar səbəb ola bilir: - iltihabi proseslər - duodenit - enterit - kolit * onikibarmaq bağırsağın xora xəstəliyi. İltihabi xəstəliklər mədə şirəsinin tərkibində seliyin miqdarının artmasına səbəb olur. Nazik bağırsaqlarda həzm prosesinin gedişi mədəaltı vəz şirəsinin və ödün sekresiyasından asılıdır. Nazik bağırsaqlarda həzm aşağıdakı hallarda pozula bilir: * mədəaltı vəzin çıxacaqlarının tutulması zamanı * kəskin və xroniki pankreatitlər * onikibarmaq bağırsağın iltihabı * azan sinirin zədələnməsi * mədəaltı vəzin şirələri * allergik zədələnmələr. Bağırsaq funksiyalarının pozulmalarına öd sekresiyasının axmaması və ya azalması, mədəaltı vəzin şirəsinin azalması və ya axmaması, mədəaltı vəzin travmaları da səbəb olan amillərdən sayılır.

Ukraynanın nəzarətburaxılış məntəqəsi

2023-02-16 08:24:00

Ukraynanın nəzarət-buraxılış məntəqəsi Rusiyanın 120 millimetrlik minaatan ekipajı tərəfindən Avdeyevka istiqamətində vurulub.

Texasda ticarət mərkəzində

2023-02-16 08:23:00

ABŞ-ın El-Paso şəhərində (Texas ştatı) naməlum şəxs ticarət mərkəzində odlu silahdan atə açıb.

Zəlzələ bəhanəsi ilə Türkiyəyə

2023-02-16 08:22:00

ABŞ və Norveçin "Şimal axını 2" qaz kəmərində törədilən partlayışda iştirakı ilə bağlı məlumat Ankara üçün sensasiyaya çevrilmədi. Baltik dənizində baş verən terror aktından cəmi bir neçə saat sonra Türkiyə əks-kəşfiyyatı buna reaksiya verərək, "Türk axını" qaz kəməri və onun infrastrukturu ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirdi. Ankara bir ay ərzində xüsusi təyinatlı qrup yaratmaq niyyətini də açıqladı. Türkiyə Hərbi Dəniz Qüvvələri ölkənin enerji infrastrukturunun dəniz hissələrinə, o cümlədən neytral sulara nəzarəti gücləndirdi. Ən maraqlısı isə Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidanın Ankarada olan və gələn diplomatik pasportlu bütün Britaniya vətəndaşları üzərində xüsusi nəzarətin yaradılması üçün özəl sərəncamı oldu. Bununla Ankara Londona "Türk axını"na qarşı gözlənilən təxribatla bağlı əməliyyatdan xəbərdar olduğunu və bir gün əvvəl Vaşinqtonda keçirilən xüsusi iclasda nələrin müzakirə edildiyini bildiyi barədə siqnal göndərdi.

Öd daşları və onların növləri

2023-02-16 08:21:00

Öd daşları tərkiblərinə görə bir-birindən fərqlənir. Radiar xolesterin daşları. Radiar xolesterin daşları kürə və ya oval şəklində olur.Onların en kəsiyində radial istiqamətli kobud xətlər nəzərə çarpır. Bəzən xətlər daşın mərkəzində piqmentdən və kalsium duzlarından ibarət olan kristallaşma nüvəsinin ətrafında bir-birilə kəsişir. Lakin çox vaxt kristallaşmanın özəyi olmur. Bu daşlar ödün tərkibində olan xolesterinin çöküntüyə keçməsi nəticəsində əmələ gəlir. Qarışıq xolesterin-duz daşları. Bu daşlar öd kisəsinin və öd yollarının iltihabi nəticəsində əmələ gəlir. Onların koaqulyasiyaya uğramış zülalları ödün tərkibinə keçir. Bu zaman özəyi xolesterindən olan üzərində konsentrik dairələr şəklində başqa maddələr yerləşən daşlar əmələ gəlir. Piqment daşları. Bu daşların rəngi tünd olur, ölçüləri iri olmur. Onlar nadir hallarda öd kisəsində və ya öd yollarında əmələ gəlirlər. Bu daşların tərkibi əsasən bilirubindən ibarət olur. Əhəng daşları. Bu daşlar nekrozlaşmış hüceyrələrin və ya koaqulyasiyaya uğramış zülalların üzərinə çökən kalsium duzlarından ibarətdir. Piqment-əhəng daşı Bu daşlar zülal təbiətli nüvədən, öd piqmentlərindən, kalsium duzlarından və az miqdar misdən ibarətdir.

Polietilen torbaların pullu satışına başlandı:

2023-02-16 08:18:00

Bu gündən Azərbaycanda ticarət obyektlərində alış-veriş zamanı polietilen torbalar üçün ayrıca haqq alınacaq. Kiçik ölçülü torbalar 3 qəpiyə, böyük ölçülülər isə 5 qəpiyə satılacaq.