Xəbərlərin siyahısı
2023-09-07 15:47:00
Etirazlar Kürdüstan Demokrat Partiyasının (KDP) tərəfdar qrupunun İraqın Kərkük şəhərində ordunun nəzarətində olan binanı KDP-yə təhvil verməsi barədə qərar qəbul etməsindən sonra başlayıb. Burada yaşayan türkmanlar əsgərlərin şəhəri tərk etməsini və bölgəyə nəzarətin KDP-yə verilməsini istəmirlər.
2023-09-07 15:36:00
Lənkəranda 26 mənzildən yaşayış binası qəzalı vəziyyətdədir və hər ana çökə bilər.
2023-09-07 15:36:00
Bu gün bizim aramızda ilk dəfə olaraq Şimali Kiprin nümayəndəsi də iştirak edir. Şimali Kipr türk qardaşlarımızı xüsusilə salamlamaq istəyirəm. Nazir burada müşahidəçi kimi, amma eyni zamanda, öz bayrağı ilə təmsil olunur. Təbii ki, Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır və dalğalanacaqdır.
2023-09-07 15:30:00
Azərbaycan üçün türk dövlətləri ilə əlaqələr xarici siyasətdə birinci dərəcəli vəzifədir.
2023-09-07 15:25:00
Təranə Qumral və Musa Musayev cütlüyünün qızı Qumralın sosial mediada paylaşdığı video gündəm olub.
2023-09-07 15:20:00
Türk dünyası böyük bir ailədir və şadam ki, son illər ərzində bütün üzv və müşahidəçi ölkələr tərəfindən təşkilata böyük dəstək göstərilir.
2023-09-07 15:19:00
Bizim müxtəlif bölgələrdə, o cümlədən Türk dünyasını birləşdirən ölkələrdə apardığımız xilasedici missiyalarımız əyani şəkildə bizim imkanlarımızı və niyyətimizi göstərir.
2023-09-07 15:14:00
"Android" mobil əməliyyat sistemi dörd il ərzində ilk dəfə öz loqotipini yeniləyib. Yeni şəkil və onun təsviri rəsmi "Google" saytında təqdim olunub.
2023-09-07 15:12:00
Bakıda Türk Dövlətləri Təşkilatının fövqəladə hallar nazirlərinin iclasının işə başlaması çox önəmli hadisədir. Əminəm ki, iclas çox yaxşı keçəcək, nəticələr də çox uğurlu olacaq.
2023-09-07 15:04:00
Perunun Lima şəhərində bir kişi "Google Maps"də arvadının intim şəkillərini tapdığı üçün boşanmaq qərarına gəlib.
2023-09-07 14:52:00
İran və İsrail arasında kompromis tapmaq asan olmayacaq, amma mümkündür. Bunun baş tutması üçün İsrail Tehran rejiminin ona təhdid olmayacağına, İranın əməldə dinc qonşuluq şəraitində yaşamaq siyasətini həyata keçirəcəyinə və nüvə silahını ləğv edəcəyinə əmin olmalıdır.
2023-09-07 14:43:00
Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərinin tənzimlənməsi üçün hər iki ölkə ilə işləməyə davam edir.
2023-09-07 14:41:00
"Sevə və işləyə bilən insan sağlamdır".
2023-09-07 14:39:00
Tərtərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.
2023-09-07 14:20:00
Bakının mərkəzində silahlı insident törətməkdə ittiham olunanlar - Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
2023-09-07 14:15:00
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın onun haqqında həqarətlə "mən katibələrə cavab vermirəm" sözlərinə reaksiya verib.
2023-09-07 14:13:00
Rəsmi Moskva Ermənistanı hərbi təlimləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri ilə keçirməyə çağırıb.
2023-09-07 14:11:00
Zabuxa köç prosesi çox müvəffəqiyyətlə həyata keçirildi. Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva həmin ailələrlə görüşdü, olduqca maraqlı görüş alındı.
2023-09-07 14:08:00
Ermənistanın baş naziri Nikol Paşinyanın 2023-cü il sentyabrın 7-də verdiyi açıqlamalar bir daha onu göstərir ki, rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsini imzalamaq, Azərbaycana qarşı ərazi iddiasına son vermək niyyəti yoxdur.
2023-09-07 14:00:00
Bir neçə gün əvvəl fərqli, bu gün isə tam əksini deyən Paşinyan öz səhvlərini yenə də boynundan atmağa çalışıb. Daim ziddiyət təşkil edən çıxışları ilə tanınan baş nazir "təqsirkar" kimi Azərbaycanı göstərib. Onun dediyinə görə guya bölgədə gərginlik yaradan tərəf onlar yox, bizik.
2023-09-07 13:59:00
Bu gün "Avroviziya 2011" qalibimiz Nigar Camalın ad günüdür.
2023-09-07 13:48:00
Yaponiyanın Kumamoto şəhərinin hakimiyyət orqanları məktəblərdə davamiyyətsizlik və zorakılığa qarşı mübarizə çərçivəsində şagirdlərin əvəzinə siniflərə robotların göndərilməsini təklif edib.
2023-09-07 13:37:00
Ermənistanın icra hakimiyyətində vəziyyət gərgindir. Paşinyan nazirlərdən narazıdır və yaxın vaxtlarda hökumətdə bir neçə şəxsin işdən çıxarılması gözlənilir.
2023-09-07 13:27:00
Müdafiə Sənayesi Nazirliyinin tabeliyində "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyəti yaradılır.
2023-09-07 13:26:00
Xalq artistləri Mənsum İbrahimov və Təyyar Bayramov ustad sənətkar Xalq artisti "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli Arif Babayevi ziyarət ediblər. Son.az bizim.media-ya istinadən bildriir ki, 85 yaşlı sənətkarın evinə gələn M.İbrahimov və T.Bayramov xatirə fotoları çəkdirib, sosial şəbəkə hesablarında izləyiciləri ilə bölüşüblər. Mənsum İbrahimov paylaşımına "Bü gün böyük sənətkarımız Arif Babayevi evində ziyarət etdik. Allah ustada can sağlığı versin" sözlərini yazıb.
2023-09-07 13:16:00
Ermənistanın baş naziri Nikol Paşinyanın 7 sentyabr tarixində hökumət iclası zamanı Azərbaycanı bölgədə hərbi-siyasi vəziyyəti gərginləşdirməkdə təqsirləndirməsi, guya Azərbaycanın ərazidə qüvvələr cəmləşdirməsi iddiaları irəli sürməsi Ermənistan tərəfinin növbəti saxta siyasi manipulyasiyasının tərkib hissəsidir.
2023-09-07 13:15:00
Dünən Yasamal rayonunda baş verən zəncivari qəzada eyni anda 10-a yaxın avtomobilə ciddi ziyan dəyib. Hadisəyə sürücülərdən birinin avtomobilini yüksək sürətlə idarə etməsinin səbəb olduğu bildirilir.
2023-09-07 13:12:00
"Ermənistan Azərbaycanla sülh və münasibətlərin normallaşdırılması haqqında saziş bağlamağa hazırdır".
2023-09-07 13:09:00
Bəzi taksi operatorları oktyabrın 1-dən qüvvəyə minəcək qərarı sabotaj edir; ekspert: "Onlar sürücülərin ayağa qalxmasını, qanunun ləğvini istəyirlər"
2023-09-07 13:04:00
İranın Sistan və Bəlucistan əyalətinin Təftan şəhərində polis bölməsinə hücum nəticəsində 2 əməkdaş ölüb.
2023-09-07 12:53:00
"Instagram"da xəbər portallarına daxil olursan və şərhləri oxuyursan. Qadınlar öz qəzəbini yazanda başa düşürəm, çünki o qadındır. Amma kişilər ağzına gələni yazanda ümümiyyətlə anlamıram. Əfsuslar olsun ki, belə bir hadisələr baş verir. Son.az bizim.media-ya istinadən bildriir ki, bu sözləri müğənni Azad Şabanov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşdüyü videomüraciətdə deyib. Sənətçi ötən həftə Olimpiya stadionunda canlı konsert proqramı ilə çıxış edən dünyaca məşhur rok-pop qrupu "İmagine Dragons"dan söz açıb. Şabanov qrup haqda sosial mediada yazılan tənqidlərə sərt reaksiya verib: "Başlayım "İmagine Dragons"dan. Onlarin konsertində biri telefonda oyun oynayır, biri müsahibəsində deyir ki, mən olan yerdə bu müğənni oğlan soyunub belə bir hərəkət edə bilməz. Bu cür şərhlər və buna bənzər fikirlər həddən artıq çoxdur. Hətta yazırlar ki, bu nə cür konsert idi. Arzum budur ki, böyüyəsiz". Azad daha sonra sosial şəbəkədə müzakirə predmetinə çevrilən Xalq artisti Röya Ayxanın Konqres Mərkəzdə verdiyi konsertinə də fikir bildirib: "Keçək Röyanın konsertinə. Birincisi, siz o konsertdə olmamısınız. O konserti siz sosial mediada paylaşılan qısa-qısa video parçalar şəklində izləmisiniz və xəbəriniz də yoxdur ki, orada nə olub. Ən vacib məsələ isə belə bir şou bizim müğənnilər arasında hələ indiyə kimi Azərbaycanda olmayıb. Arzum odur ki, bizim müğənnilər belə bir kosertlərlə öz aralarında rəqəbət aparsınlar. Röya sənə böyük əhsən!". İzləyicilərin sosial şəbəkədə Röyanın konsertində göstərdiyi şounu dırnaq arası sayıb, ələ salanlara isə Şabanov "od püskürüb": "Sonra Röyanın konserti ilə bağlı yazırlar ki, bu şou nəyə lazım idi. Şou lazım deyildi, Röya çıxıb sadəcə gərək mahnılarını oxuyardı. Bu fikir ola bilər. Mən heç nə demirəm. Amma mən indi yazılan neqativ şərhlərdən, lazımsız kəlmələrdən danışıram. Konsertdə müğənni şou göstərməyəndə deyirsiniz ki, sadəcə oxudu... Şou edəndə də deyirsiniz ki, nəyə lazımdır. Konsert bitəndə Röya çox gözəl bir söz dedi. O söylədi ki, arzum sevə-sevə nəyin ki, konsertimə gələsiniz və hətta teatrlara da sevə-sevə gedəsiniz. Bu sözdə böyük bir həqiqət var. Mən də istərdim ki, siz ruhən, qəlbən gözəllik yaradasınız. Gözəl və xoşbəxt olasınız və bu acilizlikdən uzaq olasınız. Bu isə ən əsasıdır".
2023-09-07 12:44:00
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 10-u gündüzə qədər davam etməsi ilə əlaqədar dağ çaylarında sel təhlükəsi qalmaqdadır.
2023-09-07 12:42:00
Azərbaycan Kikboksinq Federasiyasının dələduzluqda təqsirli bilinərək 7 il 6 ay həbs cəzasına məhkum edilən sabiq vitse-prezidenti, idmançı Səbuhi Rəcəbin törətdiyi əməllərlə bağlı maraqlı faktlar üzə çıxıb.
2023-09-07 12:31:00
Şəhid ailəsi statusu almış dövlət qulluqçusuna vergi güzəşti məsələsinə aydınlıq gətirilib.
2023-09-07 12:23:00
Sentyabrın 6-da ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında Azərbaycan əleyhinə dinləmələr təşkil olunub və hazırda bəzi Qərb ölkələrində tüğyan edən azərbaycanofobiya yarışında xüsusi canfəşanlıq göstərən Luis Okampo tərəfindən ölkəmizə qarşı bir sıra hədyanlar səsləndirilib. Bu, bir daha Tom Lantos Komissiyasının riyakarlığını, insan hüquqları mövzusunu istismar edərək onu siyasiləşdirməsini və bir sıra dairələr tərəfindən Azərbaycana qarşı aparılan düşmənçilik kampaniyasında yer almasını göstərir.
2023-09-07 12:21:00
Azərbaycanla Qazaxıstanın ümumi məqsədi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) birgə inkişafıdır.
2023-09-07 12:20:00
Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunun İkinci Kosalı kəndində baş verən qeyri-adi hadisələr hərkəsi ciddi narahat edir.
2023-09-07 12:17:00
Ağdam istiqamətində növbəti təxribatın qarşısı alınıb.
2023-09-07 12:12:23
Nizami Kino Mərkəzində mövzusu "Qadın haqları" olan ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının açılış mərasimi təşkil edilib.
2023-09-07 12:09:00
Sosial şəbəkə dələduzları indi də başqasının adından istifadə edərək öz fəaliyyətlərini davam etdirmək istəyirlər. Onlar real insanların fotolarından istifadə edərək mesajlaşır, pul və digər tələblər irəli sürürlər.
2023-09-07 12:08:00
"Aztelekom" MMC-nin baş direktor vəzifəsinin müvəqqəti icrası Tural Pirverdiyevə həvalə edilib.
2023-09-07 11:58:00
Növbəti 2-3 il ərzində bütün ölkəni DOST mərkəzlərinin xidmətləri ilə əhatə etmək əsas hədəflərdəndir.
2023-09-07 11:57:00
Hipermarketdə baş vermiş silahlı insidentlə bağlı cinayət işinin istintaqı yekunlaşıb.
2023-09-07 11:54:00
Flora Fətula qızı Xəlilova "Şöhrət" ordeni ilə təltif edilib.
2023-09-07 11:49:00
Kəlbəcərdə 2022-ci ildə yaşayış məntəqələri üzrə 983,71 hektar ərazi minalardan təmizlənib.
2023-09-07 11:49:00
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
2023-09-07 11:47:00
İki il əvvəl Sabirabadda vəfat edən 20 yaşlı Səmayə Zeynalovanın ölümü ilə bağlı iş 3-cü dəfə araşdırılacaq.
2023-09-07 11:38:00
Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 10:49:56-da daxil olacaq.