Digərləri
2025-03-03 15:25:00
Altı nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırma aparılır.
2025-03-03 15:16:00
Prezident İlham Əliyevin irəliyə sürdüyü Qərbi Azərbaycana qayıdış strategiyası ətrafında hər birimizin dərindən düşünməyimiz və bundan sonra da töhfə verməyimiz çox vacibdir. Son.az Trend-ə istinadən bildirir ki, bunu Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Sevil Mikayılova komitənin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi"nin müzakirəsində çıxışı zamanı deyib. Deputat bildirib ki, Ombudsmanın məruzəsi kifayət qədər hərtərəfli və mükəmməl hazırlanıb, vətəndaşların həyat fəaliyyətinin bütün sahələrini əhatə edir. Qərbi Azərbaycandan qovulmuş və qaçqın vəziyyətinə salınmış azərbaycanlıların hüquqlarının bərpa olunması ilə bağlı hissəyə toxunararq millət vəkili məsələ ilə bağlı məhkəmə-hüquq müstəvisində iş görülməsinin vacibiyini bildirib. "Ombudsmanın məruzəsində qeyd olunur ki, Ermənistan əhalinin zorla köçürülməsinin insanlıq əleyhinə cinayət kimi təsbit olunduğu Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutuna qoşulmasına baxmayaraq, o, öz üzərinə düşən məsuliyyəti yerinə yetirmir. Azərbaycan adıçəkilən sənədə qoşulmayıb, amma zərərçəkən tərəfdir. "Bu məsələ ətrafında xüsusi olaraq düşünməyimiz zəruridir, adekvat və yaxud paralel hansısa addımların atılması çox vacibdir ki, beynəlxalq məhkəmə instansiyalarında Qərbi Azərbaycandan qovulmuş şəxslərin hüquqlarını hərtərəfi şəkildə qoruya bilək". Millət vəkili çıxışında hesabatda əksini tapan təhsil hüquqları ilə bağlı hissəyə də diqqət çəkib. "Orta məktəbdə natamam orta təhsil 9 il nəzərdə tutulub və əgər 9-cu sinifi bitirən şəxslər təhsildə yüksək nəticələr göstərmirlərsə, onlar 11 illik təhsilə qədəm qoymurlar və təhsillərini dayandırmalı olurlar. Biz əgər nəzərə alsaq ki, Azərbaycanda əmək qanunvericiliyinə əsasən, əmək münasibətləri 18 yaşından sonra tənzimlənir (istisna hallarda valideynlərin icazəsi ilə 15 yaş), o zaman bu müddət ərzində bir boşluq yaranır. Yəni, ya bu şəxslər peşə təhsilinə cəlb olunmalıdırlar, necə ki, əvvəllər belə bir praktika var idi, ya da ki, onların əmək fəaliyyətinə cəlb olunması üçün qanunvericiliyimizdə müəyyən dəyişikliyin olması çox vacibdir". Milli Məclisin deputatı məruzədə yer alan gender bərabərliyinin təminatları ilə bağlı hissəyə də öz təkliflərini səsləndirib. "Xüsusi olaraq məruzədə qeyd olunur ki, Bakı Dövlət Universitetində "Genderə giriş" fənni tədris edilib və o davam edəcək. Əgər bu fənnin mütləq şəkildə bizim təhsil sistemimizə daxil olması ilə bağlı qərar vermişiksə, o zaman nəzərə almalıyıq ki, hamı ali təhsil hüququ qazanmır. Ona görə orta məktəb proqramında biz bu fənnin və yaxud bu mövzunun hər hansı bir fənn daxilində keçilməsinə, onun bu təhsil pilləsində nəzərə alınmasına nail olmalıyıq", - deyə deputat əlavə edib.
2025-03-03 15:14:00
Yasamal rayonu ərazisində bir qadına məxsus "Hyundai" markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
2025-03-03 15:13:00
Nicat Yaqubov Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru təyin edilib.
2025-03-03 14:58:00
Volodimir Zelenski Ukraynada atəşkəslə razılaşmayıb.
2025-03-03 14:47:00
Xəbər verildiyi kimi, fevralın 28-də "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara bir sıra dəyişiklik haqqında sənəd Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.
2025-03-03 14:42:00
Ramazan ayında iftar və sahurda edilən bəzi yanlış qidalanma vərdişləri infarkt riskini artıra bilər.
2025-03-03 14:36:00
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
2025-03-03 14:33:00
Ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. İmtahanda təxminən 57 min şagird iştirak edib. İmtahan nəticələrinin 6 həftə ərzində açıqlanacağı gözlənilir.
2025-03-03 14:23:00
Yağış və qar sonrası təkərlərin yollarda olan su gölməçəsinə düşməsi sürücülər üçün ciddi təhlükə yarada bilər. Bu hadisə, xüsusilə yüksək sürətlə hərəkət edən avtomobillərdə "aquaplaninq" (su üzərində sürüşmək) adlanan təhlükəli vəziyyətə səbəb ola bilər.
2025-03-03 14:12:00
Azərbaycan və Qazaxıstan arasında nəqliyyat və logistika əlaqələrinin inkişafı əməkdaşlığın prioritet istiqamətlərindən biri kimi müəyyən edilib.
2025-03-03 14:03:00
Bakının Yasamal Rayon Məhkəməsində qalmaqallı "Laser Beauty Estetik Klinika"sı ilə bağlı məsələyə baxılıb.
2025-03-03 14:00:00
Bakıda "VMF Continental" mağazasından 330 min manat dəyərində saat oğurlamaqda təqsirləndirilən Çin Xalq Republikasının vətəndaşları Zhang Guomin və Liu Bonun cinayət işləri üzrə məhkəmə prosesi başlayıb.
2025-03-03 13:52:00
Ötən gün İçərişəhər ərazisində yerləşən bir neçə restoran şəbəkəsinə enerji verən elektrik kabellərində kiçik partlayışlar baş verib.
2025-03-03 13:41:00
Türkiyəli müğənni və aktyor Özcan Dəniz barəsində İstanbul Prokurorluğu tərəfindən istintaq başladılıb.
2025-03-03 13:38:00
Ötən ay narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 155 kiloqram 193 qram narkоtik vasitə, 191 ədəd həb və 105 litr maye şəkilində narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən maddə aşkarlanaraq dövriyyədən çıxarılıb.
2025-03-03 13:25:00
Ən məşhur mesajlaşma proqramlarından biri olan "WhatsApp" bu il martın 10-dan köhnə telefon modellərinə xidmət göstərməyi dayandırmağı planlaşdırır.
2025-03-03 13:15:00
"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin İdarə Heyətinə sədr əvəzi təyin olunub.
2025-03-03 13:11:00
Martın 2-də keçirilən buraxılış imtahanında riyaziyyat fənnindən istifadə edilən bütün tapşırıqlar ingilis bölməsi üzrə imtahan verən abituriyentlər üçün də həmin dillərə tərcümə edilərək təqdim edilib.
2025-03-03 12:57:00
İşğaldan azad edilmiş rayonlarda torpaqların istifadəyə verilməsi prosesinə ilk dəfə Zəngilan rayonunun Ağalı kəndindən start veriləcək.
2025-03-03 12:50:00
Martın 2-də saat 18:50 radələrində 2021-ci il təvəllüdlü şəxs (qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə bir neçə gün davam edən yüksək hərarət şikayəti ilə hospitalizasiya edilib.
2025-03-03 12:44:00
Bakının Sabunçu rayonunda həmyaşıdını qətlə yetirməkdə ittiham olunan 17 yaşlı Yasin Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
2025-03-03 12:37:00
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə fevral ayı üzrə məlumat açıqlanıb.
2025-03-03 12:30:00
2025-ci ildə Azərbaycanda iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə bəzi dəyişikliklər edilib.
2025-03-03 12:24:00
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günün valyuta məzənnələrini açıqlayıb. Belə ki, 2025-ci il martın 3-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0465 manat olub. Avro isə 1,7710 manatadək bahalaşıb. Bu proses isə dolların aqibəti ilə bağlı məsələni gündəmə gətirib.
2025-03-03 12:20:00
Martın 4-də gözlənilən hava şəraiti açıqlanıb.
2025-03-03 12:09:00
KOB evlərində sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsi genişlənir.
2025-03-03 11:51:00
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndi də daimi sakinlərini qəbul etməyə hazırdır.
2025-03-03 11:41:00
Bu gündən etibarən Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti artıb. Siqaret satışı ilə məşğul olan şəxslərin verdiyi məlumata görə, "LD", "Winston" və "Sobranie"nin bəzi çeşidlərinin qiyməti 20 qəpik bahalaşıb. "Kent" markalı siqaretlərin də qiymətinin artacağı gözlənilir.
2025-03-03 11:27:00
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilova ağır itki üz verib.
2025-03-03 11:22:00
"Ölkəmizə qarşı aparılan səssiz müharibə kateqoriyalarından biri də enerji içkiləri ilə bağlıdır. Burada da hesabat hazırlanmalıdır".