Xəbərlərin siyahısı
2025-03-31 15:25:00
Zaqatala minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
2025-03-31 15:20:00
Türkiyənin Azərbaycandakı səfirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
2025-03-31 15:15:00
Sabah avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
2025-03-31 15:04:00
Azərbaycanın ən yaşlı kişi vətəndaşı Hilal İbrahimov vəfat edib.
2025-03-31 14:58:00
Fransa məhkəməsi ifrat sağçı lider "Milli Birlik" partiyasının lideri Marin Le Peni Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə təqsirli bilib.
2025-03-31 14:46:00
217 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı ikinci insanı olan Ceff Bezos iyun ayında nişanlısı Loren Sançezlə Venesiyada evlənəcək.
2025-03-31 14:37:00
Böyük Britaniya kral ailəsinin üzvü və Kral Çarlzın kiçik oğlu olan şahzadə Harri uzun müddətdir qalmaqalların mərkəzində yer alır. Vətənindən ayrılaraq həyat yoldaşı Meqan Marklla birlikdə ABŞ-a köçən Harriyə qarşı bu dəfə ciddi ittihamlar irəli sürülüb.
2025-03-31 14:32:00
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzdə son 10 gün ərzində 2 döl və 1 körpə tələf olub.
2025-03-31 14:26:00
İspaniyanın şimalındakı Asturias bölgəsində kömür mədənində baş verən partlayış nəticəsində 9 nəfər xəsarət alıb.
2025-03-31 14:19:00
Martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
2025-03-31 14:13:00
Martın 31-i səhər saatlarından başlayaraq Azərbaycanlıların Soyqırımının 107-ci ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksi kütləvi şəkildə ziyarət edilir.
2025-03-31 14:05:00
Bakıda qadın həbsdəki ərinə antiperspirant qabının içində narkotik keçirmək istəyib.
2025-03-31 14:00:00
Qabon Respublikasının keçid dövrü Prezidenti Bris Kloter Oliqi Nqema Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
2025-03-31 13:55:00
31 yanvar 2025-ci il tarixinə bankların ölkə üzrə fiziki və hüquqi şəxslərə verdiyi kreditlərin həcmi 27 mlrd. 514 mln. 700 min manat təşkil edib.
2025-03-31 13:48:00
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-leytenant Mayıl Şahverdiyevə ağır itki üz verib.
2025-03-31 13:44:00
Yapon mədəniyyətində 4 və 9 rəqəmlərinin mənfi assosiasiyaları var, çünki onlar ölüm və əzab anlayışları ilə əlaqələndirilir.
2025-03-31 13:38:00
İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampın ölkəsi ilə bağlı son çıxışına münasibət bildirib.
2025-03-31 13:36:00
Ələt-Astara magistralında ağır tonajlı yük avtomobili aşıb.
2025-03-31 13:27:00
Türkiyəli məşhur aktrisa Hazar Ergüçlü, DJ Artz ləqəbi ilə tanınan sevgilisi Efe Çelik ilə birlikdə İstanbul Hava Limanında görüntülənib.
2025-03-31 13:17:00
BMW yaxın üç il ərzində 40 model təqdim edərək bazarda böyük bir hücuma keçməyə hazırlaşır.
2025-03-31 13:08:00
Bazar günü, 30 mart axşamı, Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.
2025-03-31 12:59:00
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 1 aprel tarixindən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırır.
2025-03-31 12:48:00
Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
2025-03-31 12:46:00
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycanın Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
2025-03-31 12:40:00
Türkiyə Milli Müdafiə Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
2025-03-31 12:31:00
Martın 30-da Nizami rayonunda yerləşən evlərin birindən 500 manat, 200 dollar və bank kartlarının oğurlanması barədə polisə məlumat daxil olub.
2025-03-31 12:22:00
Texnologiyanın sürətlə həyatımıza daxil olması ilə rəqəmsal bacarıqlar həm gündəlik fəaliyyətlərdə, həm də peşəkar sahədə vacib yer tutmağa başlayıb. Artıq bu bacarıqlar bütün sahələr üzrə çalışan şəxslər üçün əsas biliklərdən sayılır. Lakin hər kəs bu dəyişiklikləri eyni sürətlə mənimsəyə bilmir. Bəziləri texnologiyaya tez uyğunlaşır, proqram və alətləri rahat öyrənir. Digərləri üçün isə bu sahə daha çətin və uzaq görünür. Bəs rəqəmsal bacarıqlara yiyələnmək üçün hər kəsin rahatlıqla istifadə edə biləcəyi yollar hansılardır?
2025-03-31 12:11:00
Mart ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
2025-03-31 12:00:00
"Məlum olduğu kimi, ermənilərin azərbaycan xalqına qarşı həyata keçirdikləri kütləvi qırğınların tarixi heç də son 30 ili əhatə edən işğal dövrü ilə məhdudlaşmır. Hələ XIX əsrin əvvəllərində çar Rusiyasının maraqlarına uyğun olaraq Cənubi Qafqazda, tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər ötən iki yüz il ərzində bu bölgənin bütün yerli sakinlərinə və ilk növbədə azərbaycanlılara qarşı olmazın cinayətlər törətmiş, kütləvi deportasiyalar, qətliamlar həyata keçirmişlər."
2025-03-31 11:58:00
Tanınmış telejurnalist, Anewz televiziyasının direktoru Rüfət Həmzəyev Real TV-nın aparıcısı Vəfa Ağabalayeva ilə evlənib.
2025-03-31 11:55:00
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
2025-03-31 11:52:00
Abşeronda dəhşətli cinayət törədilib.
2025-03-31 11:46:00
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında növbəti uşaq ölümü qeydə alınıb.
2025-03-31 11:40:00
Bu gün Azərbaycan xalqı 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününü hüznlə qeyd edir. Ermənistan tərəfindən törədilmiş total etnik təmizləmə və insanlıq əleyhinə cinayətlərdən əziyyət çəkmiş Qərbi azərbaycanlılar bu günü dərin kədərlə anırlar.
2025-03-31 11:33:00
Bu gün meteohəssas insanlar üçün əsasən əlverişlidir.
2025-03-31 11:28:00
Son günlər İrəvanda yaşanan olaylar erməni cəmiyyəti üçün Qarabağ mövzusunun hələ də absurd dərəcədə "aktual" və "diqqətçəkən" olduğunu açıq şəkildə nümayiş etdirir. 2020-ci ildə 44 günlük müharibədə məğlubiyyət və ardından kapitulyasiyaya baxmayaraq, Qarabağ məsələsi yenidən siyasi gündəliyin mərkəzinə gətirilir. Ermənistan paytaxtının mərkəzi küçələrində revanşist siyasətçilər və fəalların iştirakı ilə keçirilən son aksiyalar, Qarabağla bağlı guya "bitməmiş işlər"in yenidən gündəmə gətirilməsinə yönəlib. İlk baxışda sırf daxili sosial etiraz təəssüratı yaradan bu aksiyanın şüarlarının arxasında dərin siyasi məqsədlər və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınmış ərazilərin statusunu yenidən müzakirəyə çıxarmaq cəhdləri dayanır.
2025-03-31 11:23:00
Bərdə rayonunun Lənbəran kəndində əkin sahəsində 58 yaşlı Famil İsmayılovun meyiti tapılıb.
2025-03-31 11:15:00
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
2025-03-31 11:07:00
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2025-ci ilin iyun müqaviləsinin dəyəri 0,11% azalaraq 1 barelə görə 72,68 ABŞ dolları təşkil edib.
2025-03-31 11:00:00
Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti yenidən tarixi maksimumu yeniləyərək 3 150 dolları ötüb.
2025-03-31 10:52:00
"Apple" şirkətinin peyk əsaslı telefon bağlantısı imkanlarını genişləndirmək səyləri milyarder İlon Maskın narazılığına səbəb olub.
2025-03-31 10:49:00
Bu gün 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğından 107 il ötür.
2025-03-31 10:38:00
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
2025-03-31 10:36:00
2025-ci il aprelin 1-dən Rusiya vətəndaşlığı, yaşayış və ya müvəqqəti yaşamaq icazəsi aldığı tarixdən bir il keçmiş vətəndaşların xarici sürücülük vəsiqələri ölkə ərazisində etibarsız sayılacaq.
2025-03-31 10:29:00
Martın 30-u saat 21:25 radələrində Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində yenidən kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd edib.
2025-03-31 10:20:00
İş dünyasında uğurun ən əsas şərtlərindən biri güclü və ahəngdar komandadır. Texnologiyanın, rəqabətin və əmək bazarının sürətlə dəyişdiyi bir dövrdə yalnız texniki bacarıqlara güvənmək kifayət etmir. Bu gün yüksək nəticələr əldə etmək istəyən istənilən təşkilat üçün müdür-işçi münasibətləri strateji əhəmiyyət daşıyır.
2025-03-31 10:16:00
ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar təklifini əks etdirən məktubu ali dini lider Əli Xameneiyə göndərmişdi. Bununla Tramp İranda söz sahibinin ali dini lider olduğunu qəbul etmişdi. Ali dini lider əvvəlcə Trampa cavab məktubu göndərmək istəmirdi, sonra fikrini dəyişdi, müşaviri Əli Şəmxani bildirdi ki, Tehran Vaşinqtonla dolayı danışıqlara açıqdır, ancaq bunun üçün "bərabər əsaslı və qarşılıqlı hörmətə əsaslanan şərtlər" olmalıdır.
2025-03-31 10:13:00
Bu gün, 31 mart 2025-ci il tarixi, Bakı vaxtı ilə saat 08:48 üçün əsas kriptovalyutaların qiymətləri və son dəyişikliklərini təqdim edirik.
2025-03-31 10:04:00
Sosial şəbəkələrdə "gənc müğənni" kimi təqdim edilən İsmət Səfərovun Lənkəran rayon Şıxakəran kənd tam orta məktəbinin müəllimi olması ilə bağlı məlumatlar yayılıb. Onun müəllim adına uyğun olmayan hərəkətləri qəzəblə qarşılanıb.