Xəbərlərin siyahısı
2025-08-06 14:54:00
Azərbaycan vətəndaşı Rusiyada qəzada ölüb.
2025-08-06 14:42:00
Peşə və ixtisas seçimi abituriyentin gələcək karyerasında və maddi rifahında mühüm rol oynayır. Müasir əmək bazarında bəzi sahələr xüsusilə yüksək gəlir və karyera imkanları ilə fərqlənir.
2025-08-06 14:29:00
Rusiya avqustun 4-dən 5-nə keçən gecə Ukrayna ərazilərinə "İskəndər-M" raketi və 46 "Şahed" dronu ilə hücum edib.
2025-08-06 14:26:00
Türkiyəli tanınmış müğənni Selami Şahin yay tətilini keçirdiyi Çeşmədə bədbəxt hadisə nəticəsində qəza keçirərək xəstəxanaya aparılıb.
2025-08-06 14:15:00
Bakı şəhərində sənədsiz tikililərlə bağlı vəziyyət getdikcə daha da gərginləşir. Ekspertlərin fikrincə, bəzi hallarda bu evlərə çıxarış verilməsi mümkün olsa da, çoxu üçün bu, artıq real görünmür. Xüsusilə özbaşına, qanunsuz şəkildə inşa edilmiş, təhlükəli zonalarda yerləşən tikililər söküntü riski ilə üz-üzədir. İddialara görə, bu evlərin heç bir sənədi olmadığı üçün dövlətdən kompensasiya ala bilməyəcəklər. Məsələ ilə bağlı son qanunvericilik dəyişiklikləri və dövlətin sərtləşən nəzarət mexanizmləri problemin nə qədər ciddi olduğunu göstərir.
2025-08-06 14:00:00
Avqust ayında Quba rayonunda baş verən güclü külək bir çox meyvə bağlarında məhsulun məhv olmasına səbəb olub.
2025-08-06 13:51:00
Əməkdar mədəniyyət işçisi, yazıçı -publisist, "Olaylar" qəzetinin baş redaktoru, tarixi romanların müəllifi Yunus Oğuzun həyat və yaradıcılığından bəhs edən "Munis yazılar - 1" adlı yeni kitabı çapdan çıxıb.
2025-08-06 13:36:00
Bu il Qarabağ Universitetinə rus və ingilis bölmələri üzrə qəbul aparılmayacaq.
2025-08-06 13:30:00
Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffu Kremldə qəbul edib.
2025-08-06 13:24:00
Aktrisa Pərvin Abıyeva və baş tutan saxta toy məclislərindən söz açıb. Son.az xəbər verir ki, o, həmin toylarda gəlin və ya bəyi aktyorlar, modellər əvəzlədiyini bildirib.
2025-08-06 13:18:00
Tarix və müasirliyin sintez nöqtəsi
2025-08-06 13:15:00
ABŞ Prezidenti Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib ki, İsrailin Qəzza zolağını işğal etmək planlarından xəbəri yoxdur, lakin o, belə mümkün inkişafa etiraz etməyib.
2025-08-06 13:10:00
"Mazu Yachts" şirkətinin sahibi, tanınmış türk iş adamı Halit Yukay dənizdə itkin düşüb.
2025-08-06 13:03:00
"Azərbaycan Dəmir Yolları" QSC Abşeron dairəvi dəmiryol marşrutu üzrə Dərnəgül stansiyasının tikintisinə başlayıb.
2025-08-06 12:56:00
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb.
2025-08-06 12:22:00
Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin böyük "əmlak imperiyası"na sahib olduğu məlum olub. 12 milyonluq korrupsiya ittihamı ilə həbs edilən eks-məmurun paytaxtın bahalı və prestijli ərazilərində yerləşən mülkləri üzərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatı ilə həbs qoyulub. Bu qərar dövlətə dəymiş ziyanın ödənilməsinin təminatı məqsədilə verilib.
2025-08-06 12:15:00
Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-yə səfər edəcək.
2025-08-06 12:13:00
2025-2026-cı tədris ili üzrə şagird yerdəyişməsi davam edir.
2025-08-06 12:06:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün - avqustun 6-da ABŞ-a səfəri yalnız Azərbaycan-Amerika ikitərəfli münasibətləri baxımından deyil, həm də regional sabitlik və qlobal təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət kəsb edir. Səfər Birləşmiş Ştatların Prezidenti Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşir və bu baxımdan tarixi xarakter daşıyır. Prezidentlər arasında yüksəksəviyyəli danışıqlarda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələri üzrə strateji tərəfdaşlığın möhkəmləndirilməsi, eyni zamanda, Cənubi Qafqazda sülh prosesinin irəlilədilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir. Səfər, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun artması və regionda balanslı, eyni zamanda, proaktiv xarici siyasət kursunun davam etdirilməsi baxımından mühüm mərhələ kimi dəyərləndirilməlidir. Tərəflər arasında konkret razılaşmalar əldə ediləcəyi təqdirdə, bu, həm regional sabitlik və dayanıqlı əməkdaşlıq üçün yeni imkanların yaranmasına, həm də ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsinə səbəb ola bilər.
2025-08-06 12:00:00
İşsizlik Rusiyada yenidən tarixi minimuma enib və hazırda bu göstərici cəmi 2,2 faiz təşkil edib. Müharibədən və pandemiyadan əvvəl bu rəqəm 4,6 faiz idi. Belə kəskin azalma - ölkədə kadr çatışmazlığının ən ağır mərhələyə keçdiyini göstərir. Hələ 2023-cü ildə Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiulina problemi "Rusiya iqtisadiyyatının əsas zəif nöqtəsi" adlandırmışdı.
2025-08-06 11:53:00
İyul ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib.
2025-08-06 11:51:00
Prezident İlham Əliyev Yamaykanın Baş naziri Endryu Holnessə məktub ünvanlayıb.
2025-08-06 11:43:00
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində 32 yaşlı Məhburə Əsgərli saxlanılıb.
2025-08-06 11:31:00
Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçim prosesi 6 avqust saat 15:00-da aktivləşəcək və 13 avqust saat 12:00-da başa çatacaq.
2025-08-06 11:27:00
Musiqişünas, Əməkdar incəsənət xadimi, professor Aida Tağızadə 91 yaşında vəfat edib.
2025-08-06 11:24:00
Son bir neçə il ərzində Azərbaycan Avrasiya və Yaxın Şərq enerji səhnəsində səssiz-səmirsiz, amma əsaslı bir transformasiyaya imza atıb. Əgər 2020-ci illərin əvvəlində əsas diqqət yalnız Cənub Qaz Dəhlizi ilə Avropaya ixraca yönəlmişdisə, artıq 2025-ci ilin ortalarında Bakı bu çərçivəni çoxdan aşaraq enerji xəritəsində yeni cizgilər çəkir. Bu gün Azərbaycanın enerji axınları 12 ölkənin bazarına daxil olur və yaxın aylarda bu siyahıya Suriya da əlavə olunacaq. Artıq Azərbaycan sadəcə tədarükçü deyil - o, yeni enerji marşrutlarının memarı, enerji balanslarının qurucusu və regionun oyun qaydalarını dəyişən mühüm oyunçusuna çevrilir.
2025-08-06 11:23:00
Rəşad Xudiyev Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini vəzifəsindən azad edilib.
2025-08-06 11:15:00
Teleaparıcı Vüsalə Əlizadə istirahətindən video yayıb.
2025-08-06 11:09:00
ABŞ-ın Arizona ştatının Çinl hava limanı yaxınlığında kiçik təcili yardım təyyarəsi qəzaya uğrayıb.
2025-08-06 11:06:00
Kamçatkada 5,7 bal gücündə zəlzələ baş verib.
2025-08-06 11:00:00
Texnologiya nəhəngi Meta fırıldaqçılıq və dələduzluq cəhdləri ilə əlaqəli 6,8 milyon "WhatsApp" hesabını silib.
2025-08-06 10:55:00
"Bakı Metropoliteni"nin "Bakımetrolayihə" İnstitutuna yeni rəhbər təyin edilib.
2025-08-06 10:46:00
Avqustun 12-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
2025-08-06 10:20:00
Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib.
2025-08-06 10:15:00
Türkiyəli məşhur müğənni Hadisə görüntüsü ilə diqqət çəkib.
2025-08-06 10:02:00
Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda qəfil vəfat edib.
2025-08-06 09:58:00
Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını örtüklə, parça və ya digər vasitələrlə gizlətməsi halları ilə bağlı sürücülərə çağırış edib.
2025-08-06 09:51:00
ABŞ Prezidenti Donald Tramp bildirib ki, qarşıdan gələn seçkilərdə Respublikaçılardan əsas namizəd vitse-prezident Ceyms Devid Vens ola bilər.
2025-08-06 09:40:00
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Səidə Behbudova vəfat edib.
2025-08-06 09:34:00
Avqust ayı bəzi bürclər üçün xüsusi şans, sevgi və bolluq vəd edir. Ulduzların düzülüşünə əsasən, bu ay əsasən 3 bürc nümayəndəsi üçün həyatlarında yeni və sevindirici dönəmlər başlaya bilər.
2025-08-06 09:15:00
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
2025-08-06 08:08:00
İstidə sərinkeş əsl nicat vasitəsinə çevrilir. Ancaq çoxlarımız onunla istifadə zamanı bir əsas səhvə yol veririk - bu, həm sərinlik effektini azaldır, həm də enerjiyə artıq pul ödəməyə səbəb olur.
2025-08-06 07:07:00
Müğənni Ofeliya Şabanova qardaşı da müğənniliyə başlayıb.
2025-08-06 06:06:00
Yay aylarında temperaturun kəskin artması ilə birlikdə bədənimizin termorequlyasiya sistemi də ciddi sınağa çəkilir. Çoxları üçün günəşli hava istirahət anlamı daşısa da, bəzi hallarda bu isti dalğaları insan orqanizmi üçün ölümcül nəticələr doğura bilər. Həddindən artıq istilik nəticəsində baş verən günvurma (heat stroke), ilk baxışda sadə görünən amma əslində çoxsistemli orqan çatışmazlığına səbəb ola biləcək ciddi bir tibbi fövqəladə haldır.
2025-08-06 05:05:00
Yay aylarında insanların əksəriyyətində üzdə səpkilər, sızanaqlar və qızartılar müşahidə olunur.
2025-08-06 04:04:00
İnfarkt həm dünyada, həm də Azərbaycanda vaxtsız ölümlərin aparıcı səbəblərindən biri olaraq qalır. Mütəxəssislər isə bir daha xatırladır: ürək sağlamlığını qorumağın açarı balanslı qidalanma, müntəzəm fiziki aktivlik, təmiz havada vaxt keçirmək və vaxtaşırı kardioloq müayinəsindən keçməkdir.