Xəbərlərin siyahısı
2025-03-06 15:41:00
"Formula-1" "Qatar Airways" Azərbaycan Qran-prisi 2025-ə hazırlıqlar çərçivəsində paddokun yenidən qurulmasına başlanıb.
2025-03-06 15:30:00
Azərbaycan Prokurorluğu və xarici ölkələrin hüquq-mühafizə orqanlarının cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı davam edir.
2025-03-06 15:25:00
Çinin Hubei əyalətinin İçan şəhərindən olan məktəbli Lan Boven köhnə smartfon komponentlərindən və 3D printerdən istifadə edərək özünə məxsus bir qatlanan mobil telefon hazırlayıb.
2025-03-06 15:21:00
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Prezidenti Emmanuel Makronun Moskvanın Paris və bütün Avropa üçün "təhdid"ə çevrildiyi barədə sözlərinə reaksiya verib.
2025-03-06 15:15:00
Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaqda maraqlıdır.
2025-03-06 15:10:00
Sevgi həmişə cədvələ uyğun gəlmir, lakin bürcün üç əlaməti üçün ulduzlar artıq əsl bayram hazırlayıblar - həyatlarını dəyişdirəcək bir insanla görüş.
2025-03-06 15:04:00
"Bakı Metropoliteni" QSC-də Hüquq departamentinin rəisi, Kommersiya departamentinin rəisi və Daxili Nəzarət şöbəsinin rəisi vəzifələrinə yeni təyinatlar olub.
2025-03-06 14:58:00
Nizami rayonu, B.Çobanzadə küçəsi, 2505-ci məhəllədə yerləşən, Rəhimov Vahid Musa oğluna məxsus "Xarı Bülbül" restoranında AQTA əməkdaşları yoxlama keçirib. Baxış zamanı mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi müəyyən edilib, həmçinin müşayiətedici və mənşə sənədləri olmayan heyvan mənşəli məhsullar aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Faktla bağlı obyektin emal sahəsi məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib.
2025-03-06 14:55:00
Qastroenteroloq-terapevt Svetlana Yermakova "Omeqa-3" yağ turşularının digər qida əlavələri ilə eyni vaxtda qəbul edilməməsini tövsiyə edib.
2025-03-06 14:53:00
Müğənni Sevinc Səfərova bir neçə gün əvvəl əməliyyat etdirməsinin səbəbi məlum olub.
2025-03-06 14:49:00
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
2025-03-06 14:47:00
Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş Davit Manukyan Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşdüyünü etiraf edib.
2025-03-06 14:45:00
ABŞ-ın Qəzza zolağında saxlanılan amerikalı girovların azad edilməsi və daha geniş atəşkəs razılaşmasının əldə edilməsi məqsədilə Fələstinin HƏMAS hərəkatı ilə birbaşa və gizli danışıqlar apardığı bildirilir.
2025-03-06 14:40:00
Lənkəranda itkin düşən balıqçılardan ikincisinin də meyiti tapılıb.
2025-03-06 14:30:00
Açıq əməkdaşlıq prinsiplərinə əsaslanan üç mərhələli fəaliyyət planı təqdim edilib.
2025-03-06 14:15:00
Erməni makiyaj ustası Diana Mkrtçyanın Türkiyənin məşhur aktyoru Burak Özçivitlə yeni şəkili sosial şəbəkələrdə sensassiya ilə qarşılanıb.
2025-03-06 13:56:00
Müğənni Bahar Lətifqızının ailəsində xeyir iş olacaq.
2025-03-06 13:49:00
Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əkbərov vəzifəsindən azad edilib. Son.az xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov müvafiq Əmr imzalayıb. TƏBİB sədrinin digər əmri ilə Qənbərov Ravil Həbib oğlu sözügedən vəzifəyə təyinat alıb. Ravil Qənbərov bundan əvvəl xəstəxananın bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzinin rəhbəri olub. Qeyd edək ki, vəzifədən azad olunan R.Əkbərov 2014-cü ildən Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru idi, eyni zamanda baş həkim vəzifəsini icra edirdi. ("Qaynarinfo")
2025-03-06 13:45:00
Baku TV-nin "Qapqara" verilişinin buraxılışında tibb elmləri namizədi Rəşid Mahmudov maraqlı açıqlama verib.
2025-03-06 13:42:00
Martın 8-də, saat 10:00-dan Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Son.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, buna səbəb yolötürücüdə və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləridir. Məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq. "Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur",- deyə məlumatda qeyd olunub.
2025-03-06 13:34:00
"Ermənistanda hökumətin iclası zamanı deyilənlər heç kimi maraqlandırmır".
2025-03-06 13:25:00
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası olaraq qürurla ölkəmizdən Amerika Birləşmiş Ştatlarına süfrə yumurtası ixracına başlayır.
2025-03-06 12:55:00
Müğənni Əbdül Xalid "Maqazin Plus" verilişində Həmzə Məmmədliyə verdiyi müsahibədə həyatını sonlandırmağa cəhd etdiyini etiraf edib.
2025-03-06 12:54:00
Bir neçə gündür paytaxtın mərkəzi küçə və prospetlərində axşam saatlarında yaranan nəqliyyat sıxlığının müddəti və sıxlıq olan yolların sayı artıb.
2025-03-06 12:47:00
Arıqlamaq məqsədilə təbabət üsulundan istifadə edən Siyəzən sakini qəfil vəfat edib.
2025-03-06 12:45:00
ABŞ Prezidenti Donald Trampın cümə axşamı günü Təhsil Departamentini ləğv etmək üçün icra sərəncamı imzalayacağı gözlənilir.
2025-03-06 12:43:00
Dünən Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib.
2025-03-06 12:39:00
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
2025-03-06 12:30:00
Cənubi Koreyanın Pocheon şəhərinin yaxınlığında təlim zamanı səhvən kəndin üzərinə aviasiya bombaları atılıb.
2025-03-06 12:25:00
İstanbuldakı rəfiqəsinə Belqrad meşəsinə getdiyini dedikdən sonra 4 gündür xəbər alınmayan 35 yaşlı memar Ece Gürel sağ tapılıb.
2025-03-06 12:21:00
Dünən axşam saatlarında Sabunçu rayonu Pirşağı qəsəbəsində bədbəxt hadisə baş verib.
2025-03-06 12:15:00
Dələduzlar pul oğurlamaq üçün yeni üsula əl atıblar. Onlar istifadəçilərə "WhatsApp" hesablarını gündə müəyyən pul müqabilində icarəyə verməyi təklif edirlər.
2025-03-06 12:09:00
Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
2025-03-06 12:05:00
Müğənni Xatirə İslamın iştirak etdiyi məclislərin birindən görüntüsü yayılıb
2025-03-06 12:00:00
FHN tərəfindən Neftçala rayonunda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.
2025-03-06 11:27:00
Türkiyəli müğənni Merve Özbeyin həyat yoldaşı, iş adamı Kenan Koçak, "Sarallar" kimi tanınan mütəşəkkil cinayətkar qruplaşmanın üzvü Turan Yıldırımın xaricə qaçmasına kömək etməkdə ittiham olunur.
2025-03-06 11:22:00
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
2025-03-06 10:57:00
İranda çox gərgin, bəlkə də "dəhşətli" deyə biləcəyimiz proseslər baş verir.
2025-03-06 10:50:00
Unibank 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xüsusi kampaniya keçirir. Kampaniya çərçivəsində müxtəlif peşələrdə çalışan xanımlar, cəmi 8 %-dən başlayan kredit üçün müraciət edə biləcəklər. Martın 6-sı və 7-si keçirilən kampaniya müddətində xanımlar 50 000 manatadək krediti illik cəmi 8%-dən başlayaraq, 60 aya qədər müddətə əldə edə biləcəklər.
2025-03-06 10:47:00
Roma Papası Fransisk hazırda həkimlərin nəzarəti altında xəstəxanada olan və katoliklər tərəfindən qeyd olunan Kül çərşənbəsi münasibətilə keçirilmiş ritualda kresloda oturaraq iştirak edib.
2025-03-06 10:45:00
Bakıda dərman deposundan oğurluq edən şəxs saxlanılıb. Son.az xəbər verir ki, martın 4-də Xətai rayonu ərazisində yerləşən şirkətlərdən birinin anbarından 612 manatlıq dərman və tonometr aparatının oğurlanması barədə polisə məlumat daxil olub.
2025-03-06 10:36:00
Martın 6-da saat 05:00 radələrində 1984-cü il təvəllüdlü şəxs ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya aqonal vəziyyətdə hospitalizasiya olunub.
2025-03-06 10:27:00
İlahiyyatçı Nihat Hatiboğluna ünvanlanan sual sosialı şəbəkələrdə gündəm olub.
2025-03-06 10:22:00
Martın 5-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
2025-03-06 10:17:00
"İranda rəsmi qeydə alınmış çoxarvadlı kişilərin sayı 300 min nəfərə çatıb".
2025-03-06 10:16:00
Martın 5-də Bakıda marşrut avtobusunun iştirakı ilə zəncirvari qəza baş verib.
2025-03-06 10:07:00
Braziliyada fırıldaqçı iş adamı evsiz adamı öldürərək öz ölümünü saxtalaşdırmaqda və cəsədi özününkü olmaqda ittiham olunur.
2025-03-06 10:06:00
Baku Network ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik verlişinin yeni buraxılışı yayımlanıb.