Türkiyədə yenidən zəlzələ oldu
Digərləri 01 Nov 2025 09:37:00 86 0
Balıkəsirdə Sındırgı rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.
Read this news too: "Bu ölkənin qadınları özünə baxmır"
Son.az xəbər verir ki, Fəlakət və Təcili Yardım İdarəetmə Başkanlığının (AFAD) veb saytında paylaşılan rəsmi məlumata görə, Balıkəsirdə Sındırgı rayonunda saat 7:58-də 4,2 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ təxminən 6,79 kilometr dərinlikdə, nisbətən dayaz səviyyədə baş verib.
Bu gecə bölgədə daha iki zəlzələ baş verib. Fəlakət və Təcili Yardım İdarəetmə Başkanlığı (AFAD) Balıkəsirdə saat 3:50-də 3,8 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.
Source: milli.az
